Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-31/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X3 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 120.1 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 1(101)-415/2022 saylı hökmünə əsasən (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər F.A.Qəribov və Ə.N.Hacıyevdən ibarət məhkəmə tərkibi) 2 may 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, M.Rəhim küçəsi, ev 13/15-də qeydiyyatda olub faktiki olaraq Bakı şəhəri, General Mehmandarov küçəsi, ev 20 “A”-da yaşamış, hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cə zasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 25 oktyabr 2015- cı il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda, Məhkum əməlində cinayət tərkibi olmadığından, ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3cü maddələri ilə olan hissəsi üzrə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.K.Səfərov, hakimlər Q.F.Məmmədov və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2019cu il tarixli, 1(102)-70/2019 saylı qərarı ilə kassasiya protesti təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) 29 iyun 2021-ci il tarixli 1(103)261/2021 saylı qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 120.2.2 və 221.3-cü maddələri ilə bəraət almasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 1(101)-415/2018 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqqu z) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum hökm üzrə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin olumuş 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən həmin müddət təyin olunmuş qəti cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum 15 oktyabr 2017-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 nömrəli ünvanın qarşısında keçirilən yas mərasimində iştirak etmə k üçün yasın keçirildiyi mağara daxil olub tanışı X6 ilə etdiyi söhbət zamanı sonuncunun İslam dininin müqəddəsləri barədə qeyri-etik ifadələr işlətməsinə dair tutduğu irad sonuncunun xoşuna gəlməmiş, X16 Həsənovdan mağardan çıxmağını, maşınına əyləşməyi və onunla birlikdə getməyi təkidlə tələb etmiş, Məhkum gərginliyi aradan qaldırmaq üçün Elşən Məmmədova telefon nömrəsini götürməsini, zəngləşib axşam görüşüb söhbət etmələrini təklif etmişdir. Elşən Məmmədov isə Məhkum təklifi ilə razı olmayaraq, onu çəkib mağardan bir qədər aralıda maşınların saxlanıldığı yerə aparmış, ona “gəl bura görüm, indi sənin dərsini verəcəm” deyə-deyə yenidən Allahı və Peyğəmbəri söymüş, Məhkum “heç kəsə imkan vermərəm, Allahı və Peyğəmbəri söysün” dedikdən sonra Elşən Məmmədov təpiklə onun sinəsindən vurmuş, üz ərində olan bıçağı çıxarıb sağ əlində tutaraq həmin bıçaqla qəfildən Məhkum sinəsindən vuraraq döş qəfəsinin ön səthinin sağ yarısından daxilə keçən deşilmişkəsilmiş xəsarət yetirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Bu zaman Vüqar Eləsənov özünü müdafiə etmək məqsədilə üzərində olan, qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən ov tipli bıçağı çıxarıb Elşən Məmmədovun üzərinə getmiş, Elşən Məmmədov geriyə çəkildiyi zaman ayağı ilişdiyi üçün arxası üstə yıxıldıqda Məhkum Elşən Məmmədovun başının üstündə durub sağ əlindəki bıçağı qaldırıb Elşən Məmmədova “səni vura bilərəm, vurmuram, səni bağışlayıram Allaha və Peyğəmbərə” demişdir. Buna baxmayaraq yerdə yıxılmış vəziyyətdə olan Elşən Məmmədov bıçaqla Məhkum boğaz naşiyyəsinə həmlə etmiş, Məhkum başını zərbədən çəkdiyi üçün bıçaq zərbəsindən yayına bilmişdir. Bundan sonra Elşən Məmmədov ayağa qalxıb yenidən Məhkum üstünə gələrək, əlindəki bıçaqla onu vurmaq istədikdə, sonuncu özünü müdafiə etmək məqsədilə zəruri müdafiə vəziyyətində əlindəki bıçaqla Elşən Məmmədova biri ürəyini, digər iki xəsarət isə daxili orqanları zədələməyən və kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş, yəni sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı hökmünün ləğv edilməsini, CM-nin 120.1-ci maddəsilə olan hissəyə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində məhkumun müdafiəçisi işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu qeyd etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun müdafiəçisinin isə kassasiya şikayətinin təmin edilməsi barədə, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməl ərindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində işə birinci instansiya məhkəməsi və apellyasiya instansiy a məhkəməsində baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı hökmünün ləğv edilməsini, CM-nin 120.1-ci maddəsilə olan hissəyə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qey d edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçıla rının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətlə ndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və məhkəmələr tərəfindən işə baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu barədə məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü dəlillərinin ibtidai araşdırma orqanının topladığı və məhkəmə baxışı zamanı tədqiq olunmaqla təsdiq olunmuş və cinayət işinin digər materialları ilə, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla kifayət qədər təkzib edildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tam ə saslı olaraq məhkum X5 əməlini Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə toplanmış sübutların məcmusunun müqayisəli şəkildə təhlili və qiymətləndirilməsi nəticəsində Məhkum Elşən Məmmədovu qəsdən həyatdan məhrum etməsi və bu vaxt zəruri müdafiə vəziyyətində olmaması nəticəsinə gəlməsi və Məhkum həmin əməli xuliqanlıq niyyəti ilə törətməməsi barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsi ndəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. X13 daha sonra qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə z or tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi haqlı olaraq plenumun tövsiyyələrini və işin faktiki hallarını nəzərə alaraq Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrinə tövsif etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı hökmünün ləğv edilməsini, CM-nin 120.1-ci maddəsilə olan hissəyə xitam verilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətm iş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-h üquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı Məhkum könüllü gəlib təqsirini boynuna almasını yüngülləşdirici hal kimi və barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhk əmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi barədə, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı hökmü Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-31/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-31/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver