Məhkəmə qərarları › İş №1(102)-31/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-31/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-31/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X8, Zərərçəkmiş şəxs X20, Məhkum müdafiəçisi Müdafiəçi11 iştirakları ilə, xx.xx.1973-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, «X51» MMC-nin təsisçisi, Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Bağlar massivi»ndə yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 1(103)-1058/2023 nömrəli qərarından məhkum və onun müdafiəçisi Müdafiəçi11 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 178.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 313-cü maddəsi, CM-in 178.2.4-cü maddəsi ilə ikinci epizod (X18 ilə bağlı), CM-in 308.2-ci maddəsi ilə birinci epizod üzrə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Məhkum 03 (üç) müddətə dövlət orqanlarında və ye rli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs54 mülki iddialarının tam təmin olunması, mülki iddiaçılar Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddiaların isə qismən təmin olunması, bununla əlaqədar olaraq zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs37 tərəfindən təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddiasi tam təmin edilməsi, 86.400 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla, 10.000 manat məbləğdə mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ona verilməsi; Zərərçəkmiş şəxs25 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddiasi tam təmin edilməsi, 50.000 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alinaraq ona ödənilməsi; Zərərçəkmiş şəxs5 nümayəndəsi Nümayənd ə7 tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı verilmiş mülki iddia tam təmin edilməsi, 41.130 ABŞ dolları (ödəniş gününə uyğun olaraq AR manatının məzənnəsi nəzərə alınmaqla) dəymiş maddi ziyan və 300 manat ödənilmiş dövlət rüsum müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Eyvar Yusubova ödənilməsi; Zərərçəkmiş şəxs26 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddia tam təmin edilməsi, 51.200 manat məbləğində maddi ziyan cavabdehlərdən alınaraq ona verilməsi; Zərərçəkmiş şəxs4 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddia tam təmin edilməsi, dəymiş maddi ziyana görə 31.200 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq ona ödə nilməsi; Zərərçəkmiş şəxs35 tərəfindən verilmiş mülki iddiasi tam təmin edilməsi, 44.800 manat dəymiş ziyan və 224 manat 40 qəpik ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ona ödənilməsi; Zərərçəkmiş şəxs54 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddiasi tam təmin edilməsi, 34.000 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alinaraq ona ödənilməsi; Zərərçəkmiş şəxs9 tərəfindən təqsirləndirilən şəxslərin təsisçisi olduqları «X51» MMC-yə məxsus üzərinə həbs qoyulmuş ünvan 1 ünvanında inşa edilən bir girişli, iyirmi bir mərtəbəli binada üçotaqlı mənzil ona verilməsi barədə mülki iddası qismən təmin edilməsi, ona dəymiş ziyanın miqdarında 61.440 manat məbləğində pul mülki cavabdehdən - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsi; Zərərçəkmiş şəxs48 verdiyi, iş üzrə təqsirləndirilən şəxslərin təsisçiləri olduqları «X51» MMC-yə məxsus üzərinə həbs qoyulmuş ünvan 1 ünvanında inşa edilən bir girişli 21 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 96,3 kv.metr üç otaqdan ibarət 58 saylı mənzil vurulmuş zərər müqabilində ona verilməsi barədə mülki iddiası qismən təmin edilməsi, ona dəyən zərər 48.000 manat məbləğində pul cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsi; Zərərçəkmiş şəxs18 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.metrdən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddiası qismən təmin edilməsi, ona dəymiş zərər 33.705 manat və 10.000 manat mənəvi ziyan cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsi; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs62 və Zərərçəkmiş şəxs60 mülki iddialarını qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində vermədikləri üçün onların verdikləri mülki iddialar təmin edilməməsi hökm edilmişdir. Hökmlə habelə maraqlarına toxunan şəxslər Şahid1, X29, X13 hüquqi varisi X21 nümayəndələri Nümayəndə5 mülki iddiası qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-244/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə "Meqa-Siti Holdinq” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 1 girişli, 21 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 5 Nli, 3-cü mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 9 Nli, 5-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 33 Nli, 10-cu mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 65 Nli, 8-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 49 Nli, 11-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 73 Nli, 14-cü mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 97 Nli, 14-cü mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 101 Nli, 15-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 109 Nli, 17-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 125 Nli, 17-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 129 Nli, 19-cu mərtəbəsində yerlə şməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 141 Nli, 20-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 149 Nli, 20-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 153 Nli, hər birinin orta bazar dəyəri 47.991,20 manat olmaqla cəmi dəyəri 671.876,80 manat olan 14 ədəd mənzilin, binanın 3-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 16 Nli, 4-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 24 Nli, 6-cı mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 36 Nli,7-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 48 Nli,9-cu mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 60 Nli,10-cu mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 72 Nli, 12-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 88 Nli,13-cü mərtəbəsin də yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 96 Nli,14-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 104 Nli,17-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 124 Nli, 18- ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 136 Nli,20-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 152 Nli,21-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 156 Nli, hər birinin orta bazar dəyəri 87.378,40 manat olmaqla cəmi dəyəri 1.135.919,2 manat olan 13 ədəd mənzilin, binanın 3-cü mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 14 Nli, 4-cü mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 18 Nli, 9-cu mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 58 Nli, 13-cü mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 90 Nli, 15 -ci mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 106 Nli, hər birinin orta bazar dəyəri 92.062,80 manat olmaqla cəmi dəyəri 460.314 manat olan 5 ədəd mənzilin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 311.3.2, 313 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1, 32.5,313 və 320.1-ci maddələri ilə məhkum edilmişlər. Məhkəmənin həm in hökmündən Dövlət ittihamçısı4 tərəfindən apellyasiya protesti, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, məhkum Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs65, X19, Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs60, Zərərçəkmiş şəxs32 nümayəndəsi Nümayəndə12, Zərərçəkmiş şəxs14 (qızı) nümayəndəsi Nümayəndə9 və maraqlarına toxunan şəxslər (mülki iddiaçılar) Şahid1, X29, X14 hüquqi varisi X21 nümayəndələri Nümayəndə5 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), İ.M.Murquzov və Q.X.Babayev) verilmiş apell yasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti isə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 1(101)-59/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, hökmdən Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum barəsində həbs qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalında həbs edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 24 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmış, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-1058/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəç isi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs53 nümayəndəsi Nümayəndə11, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə16, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs35 nümayəndəsi X31, Zərərçəkmiş şəxs44, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs65, Zərərçəkmiş şəxs60 və nümayəndəsi Nümayəndə15 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə və Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən), İ.S.Qılıcov və V.C.Cəfərov) verilmiş kassasiya şikayətləri və kassasiya protes ti təmin edilməmiş, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi11 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifə sinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X37 Qeydiyyatı İdarəsində xx.xx.2007-ci il tarixdə 0107-P312-48183 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış (VÖEN N**********) «X51» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi həmin Cəmiyyətin Nizamnaməsinə əsasən ümumi yığıncaqda iştirak etmək, Cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi həmin Cəmiyyət tərəfindən 2007-ci ilin iyul ayından başlayaraq ünvan 3 ünvanında inşa olunan binanın bir mərtəbəsində ümumi sahəsi 768 m2 olan qeyri- yaşayış sahəsinin tanışı Bazzi X36 700.000 ABŞ dollarına satılması barədə razılaşaraq qeyri-yaşayış sahəsinin sonuncunun qardaşı Şahid78 Hasan oğlunun adına rəsmiləşdirilməklə məbləğin 20.000 ABŞ dollarının ilkin ödəniş kimi ödənildiyinin, yerdə qalan məbləğin 36 ay müddətində ödəniləcəyinin, tikintiquraşdırma işlərinin 24 ay ərz ində tamamlanaraq qeyri-yaşayış sahəsinin alıcıya təhvil veriləcəyi şərtlərinin nəzərdə tutulduğu xx.xx.2008-ci il tarixli 01 nömrəli müqaviləni bağladıqdan sonra həmin müqavilənin satıcının öhdəliklərinin əks olunduğu 2.1-ci bəndində nəzərdə tutulan tikintiquraşdırma işlərinin vaxtında yerinə yetirilməməsi səbəbindən 2009-cu ilin avqust ayınadək hər ay 20.000 ABŞ dolları ödədikdən sonra ödəməni dayandıran Bazzi X42 həmin dövrədək ödəmiş olduğu 180.000 ABŞ dollarının geri qaytarılmasını tələb edən zaman pulun qaytarılması üçün vaxt qazanmaq məqsədi ilə sonuncunun qardaşı Şahid78 Hasan oğlunun 768 m2 ölçülü qeyri-yaşayış sahəsindən imtina edib ödənilən məbləğin müqabilində həmin binadan adına yaşayış sahələrinin rəsmiləşdirilməsi barədə öz adına ərizə yazmasına nail olub, Bazzi X36 180.000 ABŞ dollarının əvəzində yaşayış sahəsi vermək niyyəti olmadan, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən «Avesta Konserni»ndəki ofisdə yaşayış sahələrinin rəsmiləşdirilməsi görüntüsünü yaratmaq məqsədi ilə həmin binanın 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 m2 olan üçotaqlı 110 nömrəli mənzili özü xx.xx.2011-ci il tarixli xx/xx/2011 nömrəli müqaviləyə əsasən X3, mənzilin dəyərinin eyni tarixli və nömrəli maliyyə arayışına əsasən tam ödənilməsinə baxmayaraq, guya həmin mənzilin 38.520 manata, həmin mərtəbədə yerləşən, ümumi sahəsi 102,4 m2 olan üçotaqlı 111 nömrəli mənzilin 40.960 manata, habelə binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 m2 olan üçotaqlı 78 nömrəli mənzilin 38.520 manata, həmin mərtəbədə yerləşən, ümumi sahəsi 102,4 m2 olan üçotaqlı 79 nömrəli mənzilin 40.960 manata Bazzi X5 dair məzmununa biləbilə yalan məlumatlar daxil etdiyi xx.xx.2011-ci il tarixli, 10/12 nömrəli müqavilələri və 78, 79, 110 nömrəli mənzillərin dəyərinin tam şəkildə ödənilməsinə dair eyni tarixli və nömrəli maliyyə arayışlarını, 111 nömrəli mənzilə görə isə 23.350 manat məbləğində ödəniş edilməsinə dair həmin tarixli 01 nömrəli kassa mədaxil orderini xx.xx.2011 -ci il tarixdə tərtib edib həmin sənədlərin mətnində «direktor: Təqsirləndirilən şəxs2A», «X51 MMC-nin Direktoru: Təqsirləndirilən şəxs2» və «Rəhbər» yazılarının qarşısında imza edərək 110 nömrəli mənzilə aid olan müqaviləni və maliyyə arayışını, 111 nömrəli mənzilə aid müqaviləni və kassa mədaxil orderini, 78-79 nömrəli mənzillərə aid maliyyə arayışlarını Cəmiyyətin möhürü ilə təsdiq etdikdən sonra həmin saxta rəsmi sənədləri həmin gün qeyd olunan ofisdə Bazzi X36 təqdim edəndən sonra 111 nömrəli mənzili xx.xx.2014-cü il tarixli 03/02/14 nömrəli müqavilə və xx.xx.2014-cü il tarixli eyni nömrəli maliyyə arayışına əsasən X12, 78 nömrəli mənzili xx.xx.2015-ci il tarixli 27/02/15 nömrəli müqavilə, eyni tarixli və nömrəli maliyyə arayışına əsasən X6, 79 nömrəli mənzili xx.xx.2016-cı il tarixli 02/10/16 nömrəli müqavilə, eyni tarixli və nömrəli maliyyə arayışına əsasən X9 Bazzi X36 məxsus olmaqla, həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 141.575 manat təşkil edən 180.000 ABŞ dolları məbləğində pul vəsaitini sonuncuya geri qaytarmamaqla və əlavə yaşayış sahələrinin adına rəsmiləşdirilməsi görüntüsü yaradıb hüquqlarının vaxtında müdafiəsi və realizəsinə ma ne olmaqla onun hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, «X51» MMC-nin təsisçisi qismində qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə iki halda şəxsən, bir halda isə həmin Cəmiyyətin eyni səlahiyyətlərə malik olan digər təsisçisi Təqsirləndirilən şəxs3, eləcə də, 2007-ci ilin iyul ayının əvvəllərindən Cəmiyyətin direktoru vəzifəsini faktiki olaraq icra etməklə, Cəmiyyətin Ümumi Yığıncağının xx.xx.2007-ci il tarixli qərarı ilə direktor vəzifəsinə təyin olunmuş və Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyin həyata keçirilməsi, Cəmiyyətin operativ idarə edilməsi ilə əlaqədar təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2007-ci ilin iyul ayından başlayaraq ünvan 5 ünvanlarında inşa edilən bir girişli, iyirmi bir mərtəbəli binalardan başqa şəxslərə qanuni şəkildə satılmış, dəyəri ödənilmiş mənzilləri xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddətdə ilkin alıcılarının məlumatı olmadan yenidən başqa şəxslərə sataraq onl ardan müxtəlif məbləğlərdə pul vəsaitini qəbul edib həmin mənzil sahələrini sonrakı alıcıların adlarına rəsmiləşdirməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərin əmlakını ələ keçirmək məqsədilə, Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs2la qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək təkrar satış üzrə mənzil sahələrinin alıcılara Cəmiyyət tərəfindən guya ilkin olaraq, yaxud əvvəlki alıcının adından satılması haqqında özü, həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yalan vədlər verib aldatmaqla, Cəmiyyətin həmin ünvanda yerləşən 1 saylı binasının 2-ci mərtəbəsində və Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən «Avesta Konserni»ndəki ofislərində rəsmi sənəd olan müqavilə və mali yyə arayışlarının məzmununa mənzil sahələrinin alıcılara qanuni əsaslarla satılması barədə özü, həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib, Cəmiyyətin dairəvi möhürü ilə, habelə sənədlərin qanuni şəkildə təsdiq edilməsi görüntüsü yaratmaq üçün Cəmiyyətin digər təsisçisi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə onun iştirakı olmadan qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2007-ci ilin iyun-iyul ayları ərzində istintaqla müəyyən edilməyən şəraitdə, üzərində «Azərbaycan Respublikası Bakı şəhəri X35 city «X51» Məhdud Məsuliyyətli Cəmiyyəti Limited Responsible Society» yazıları həkk olunmuş, istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı saxta möhürlə təsdi q etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı edərək, bir halda mənzili təkrar satdığı şəxsi inandırmaq üçün həmin mənzilə qəsdən köçürülməsini təmin etməklə qeyd edilən binadan ayrı-ayrı mənzilləri, o cümlədən, həmin ünvanda yerləşən 2 saylı binanın 4-cü mərtəbəsində yerləşən 91,4 m2 ölçülü ikiotaqlı, 20 nömrəli mənzili özünün imzası və Cəmiyyətin möhürü ilə təsdiq etdiyi xx.xx.2013-cü il tarixli 10/05/13 nömrəli müqaviləyə əsasən X4 və mənzilin dəyəri eyni tarixli və nömrəli maliyyə arayışına əsasən tam ödənilməsinə baxmayaraq, həmin mənzilin əvvəlcədən heç kəsə satılmamasını və digər hər hansı bir sahibinin olmamasını mənzil almaq məqsədi ilə ona 2013-cü ilin iyul ayının sonlarında müraciət edən Zərərçəkmiş şəxs59 yalandan bildirib, həmin mənzili ona 36.560 manata sata biləcəyini aldatmaqla deyib, inandırmaq üçün məzmununa Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən «Avesta Konserni»ndəki ofisində tamah niyyəti ilə mənzilin guya xx.xx.2013-cü il tarixdə Zərərçəkmiş şəxs59 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli 29/07/13 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Təqsirləndirilən şəxs2A» və «X51 MMC-nin direktoru Təqsirləndirilən şəxs2A» yazılarının qarşısında şəxsən imzalayıb Cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs59 təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə günorta saatlarında Cəmiyyə tin Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən «Avesta Konserni»ndəki ofisində 36.560 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs59 məxsus 36.560 manat pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməklə; bundan başqa, təkrarən, həmin ünvanda yerləşən 1 saylı binanın 20-ci mərtəbəsində cəmi iki ədəd 102,4 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli xx/xx/2012 nömrəli müqavilə ilə Şahid40 satmaqla sonuncunun anası X24 adına rəsmiləşdirdiyi və mənzilin dəyərinin Cəmiyyətə tam ödənildiyi, digər mənzilin isə xx.xx.2013-cü il tarixli müqavilə ilə Zərərçəkmiş şəxs62 satılmaqla sonuncunun gəlini X15 adına Təqsirləndirilən şəxs2 imzası ilə və Cəmiyyətin möhürü ilə təsdiq edilmiş müqavilə tərtib olunmaqla rəsmiləşdirdiyini bildiyi, mənzilin dəyəri Cəmiyyətə tam ödənildiyi, həmin mərtəbədə 102,4 m2 ölçülü üçotaqlı mənzil olmadığı halda belə bir mənzilin olmasını və heç kəsə satılmamasını, hər hansı sahibinin olmamasını mənzil almaq üçün ona 2013-cü ilin dekabr ayının ortalarında müraciət edən Zərərçəkmiş şəxs63 yalandan bildirib, həmin mənzili ona 51.200 manata sata biləcəyini aldatmaqla deyib, inandırmaq üçün məzmununa Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən «Avesta Konsern i»ndəki ofisində tamah niyyəti ilə mənzilin guya xx.xx.2013-cü il tarixdə Zərərçəkmiş şəxs63 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli xx/xx/2013 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Təqsirləndirilən şəxs2A» və «X51 MMC-nin direktoru Təqsirləndirilən şəxs2A» yazılarının qarşısında şəxsən imzalayıb cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib,həmin saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs63 təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə, saat 16 radələrində Cəmiyyətin Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən «Avesta Konserni»ndəki ofisində 51.200 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf et məklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs63 məxsus 51.200 manat pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməklə; bundan başqa, təkrarən, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, həmin ünvanda yerləşən 1 saylı binanın 20-ci mərtəbəsində cəmi iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birinin Cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 146 nömrəli müqavilə və xx.xx.2010-cu il tarixli xx/xx/2010 nömrəli maliyyə arayışı əsasında X1 və mənzilin dəyərini n sonuncu tərəfindən Cəmiyyətə tam ödənildiyini, digər mənzilin isə xx.xx.2013-cü il tarixli müqavilə və eyni tarixli 124 nömrəli maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs62 satılaraq sonuncunun gəlini X15 adına Təqsirləndirilən şəxs2 imzası ilə və Cəmiyyətin möhürü ilə təsdiq edilmiş müqavilə tərtib olunmaqla rəsmiləşdirdiyini bildiyi, mənzilin dəyəri Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd 150 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını və digər hər hansı bir sahibinin olmamasını mənzil almaq üçün 2014-cü ilin yanvar ayının əvvəllərində özünə müraciət edən Zərərçəkmiş şəxs61 yalandan bildirib, həmin mənzili ona 44.500 manata sata biləcəyini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən «Avesta Konserni»ndəki ofisdə aldatmaqla deyib, inandırmaq üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə bilə-bilə mənzilin xx.xx.2014-cü il tarixdə guya Zərərçəkmiş şəxs61 bacısı X2 dair bilə-bilə yalan məlumat daxil etməklə Təqsirləndirilən şəxs2 adından eyni tarixli 10/01/14 nömrəli müqaviləni, mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Təqsirləndirilən şəxs2A» və «X51 MMC-nin direktoru: Təqsirləndirilən şəxs2» qrafalarının qarşısında imzalayıb Cəmiyyətin dairəvi möhürü ilə təsdiq etdikdən sonra Zərərçəkmiş şəxs61 həmin saxta rəsmi sənədləri təqdim edib, mənzilin satılması adı ilə ondan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən «Avesta Konserni»ndəki ofisdə həmin gün saat 11 radələrində 44.500 manat pul vəsaitini alıb, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs61 məxsus cəmi 44.500 manat pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı edib, daha sonra, cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs61 tərəfindən mənzilin Zərərçəkmiş şəxs60 45.000 manata satılmasına şərait yaradaraq, tamah niyyəti ilə mənzilin guya xx.xx.2016-cı ildə Zərərçəkm iş şəxs60 satılmasına dair Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə məzmununa ünvan 6 ünvanında inşa edilən bir girişli, iyirmi bir mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ofisdə bilə-bilə yalan məlumat daxil etməklə eyni tarixli müqaviləni, mənzilin dəyərinin ödənilməsinə dair xx.xx.2017-ci il tarixli 09 nömrəli maliyyə arayışını və mənzildə təmir aparılmasına icazə verilməsi haqqında xx.xx.2018-ci il tarixli arayışı hazırlayıb həmin sənədlərin mətnində olan «Rəhbər: Təqsirləndirilən şəxs3», «X51 MMCnin Rəhbəri Zeynalov M» və «X51 MMC-nin Təsisçisi: Təqsirləndirilən şəxs3» yazılarının qarşısında Təqsirləndirilən şəxs3 tərəfindən imza edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən şəraitdə onun iştirakı olmadan saxtalaşdırmaq la hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Təqsirləndirilən şəxs3 vasitəsi ilə Zərərçəkmiş şəxs60 təqdim etməklə, sonuncuya məxsus 45.000 manat pul vəsaitinin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə Bakı şəhəri ərazisində üçüncü şəxsə, yəni Zərərçəkmiş şəxs61 ödənilməsinə nail olmaqla Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs60 vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı edib, cinayət əməlini müəyyən müddət gizlətmək məq sədilə mənzili Zərərçəkmiş şəxs60 təhvil verib, Zərərçəkmiş şəxs62 öz əmlakından sərbəst şəkildə birgəyaşayış qaydalarına uyğun istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurub təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə; ümumilikdə, qeyd edilən qaydada üç mənzilin üç şəxsə satılması adı ilə həmin şəxslərdən cəmi 132.260 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, bir halda bir şəxsə 45.000 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, bir halda mənzili dələduzluq yolu ilə əmlakını ələ keçirdiyi şəxsə təhvil verməklə mənzilin qanuni sahibinin öz əmlakından sərbəst şəkildə birgə yaşayış qaydalarına uyğun istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə ona azadlıqdan məhrum etmə cəzasına şərt i məhkum etmə düzgün tətbiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq şərti məhkum etmənin tətbiq edilməsinə dair müddəaları hökmdən xaric etmiş, məsuliyyətini yüngülləşdirən halları nəzərə almayıb onu azadlıqdan məhrum etmə növündə həddindən artıq ağır cəzaya məruz qoymuşdur. Müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya protestinə əsasən cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxsin hal-hazırda heç bir şikayətinin olmamasını nəzərə alınmamış, əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə sonuncunu ağır məhdudiyyətlərə məruz qoymuşdur. Müdafiə tərəfi kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarının Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi haqqında müddəaların hökmdən xaric olunmasına dair hissəsində dəyişdirilməsini və CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla sonuncuya təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda A li Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiə tərəfinin vermiş olduğu kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə Məhkum həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə CM-in 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun və müdafiəç inin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarını bu şikayətlərin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini t əsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin ehtiva etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza (və yaxud digər cinayət hüquqi xarakterli tədbir) ilə cinayətin xarakte ri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun hökmlə tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsi, onun real azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarının ədalətsiz olması haqqında iddiasının əsassız olduğu müəyyən olunur. İlk növbədə qeyd olunmalıdır ki, şərti məhkum etmə cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarl a tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü - törədilmiş cin ayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi - məhkumun şəxsiyyəti - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Öyrənilmiş cinayət işi materiallarından məlum olur ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-927/2020 nömrəli xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə qismən, əlavə cəzanı əlavə cəza ilə tam toplamaq və əlavə cəzaları əsas cəzaya birləşdirmək yolu ilə 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdən həb sdə saxlanıldığı 25 (iyirmi beş) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 11 (on bir) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə üzərində saxlanılan 08 (səkkiz) il 11 (on bir) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilmiş, sınaq müddəti başa çatmışdır. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-969/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) i l müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.3.2, 313-cü maddələri ilə qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla barəsində güzəştli institut tətbiq edilməsinə baxmayaraq, sınaq müddəti başa çatdıqdan qısa müddət sonra oxşar cinayətləri (hətta barəsində yenidən CM-in 70-ci maddəsi tətbiq edilmiş) törətmişdir. Göstərilən hal Məhkum münasibətdə daha əvvəl tətbiq edilmiş güzəştli institutun çəkindi rici təsirinin olmamasına dəlalət edir. Digər tərəfdən öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam ödənilməmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi işin diqqətəlayiq həqiqi hallarından – məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcələrindən, Məhkum münasibətdə daha əvvəl tətbiq edilmiş güzəştli institutun çəkindirici təsirinin olmamasından, sonuncunun şəxsiyyətini mənfi səciyələndirən amillərdən çıxış edərək, birinci instansiya məhkəməsinin Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması ilə bağlı ədalətsiz qənaəti ilə razılaşmamış, yekunda hö kmdən Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric etməklə hökmü dəyişdirmişdir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarında əks olunmuş mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən şərti məhkum etmə həmin institutu təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan 58.3-cü maddələrinin tələbləri ilə də uzlaşmır və bu səbəbdən ədalətli, cəzanın məqsədlərinə xidmət edən cinayət hüquqi tədbir kimi nəzərdən keçirilə bilməz. Odur ki, apellyasiya məhkəməsi tamamilə haqlı olaraq şərti məhkum etmənin tətbiqinə dair müddəaları hökmdən xaric edərək, məhkumun üzərində cinayətlərin məc musu üzrə qəti olaraq 03 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını saxlamaqla Cinayət Məcəlləsinin yuxarıda göstərilən normalarının, cəzanın müəyyən edilməsinə təsir göstərən halların, o cümlədən məhkumun şəxsiyyətinin daha düzgün nəzərə alınmasını təmin etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsinə dair kassasiya şikayətlərinin təmin edilməsi, o cümlədən məhkumun barəsində şərti məhkum etmənin tətbiq edilməsi üçün əsa sların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair Müdafiəçi11, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair Zərərçəkmiş şəxs63 və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 1(103)-1058/202 3 qərarı məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar