Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-310/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1989-cu ildə Qobustan rayonu, Hilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), Ə.N.Osmanov və C.İ.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.3 və 157.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 144.2.3-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 157.2-ci maddəsi ilə 1 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə birləşdirilməklə qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin X7, X5, X9 və X3 da məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən Məhkum və onun müdafiəçisi Y.İsmayılov tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cİnayət Kollegiyasının (hakimlər: F.G.Zeynallı (sədrlik edən), N.R.Mövsümov və E.M.Əhmədov) xx xxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü dəyişdirilmiş və hökmlə Məhkum CM-nin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 8 (səkkiz) il müddətə endirilmiş, Məhkum xx.xx.2014-cü il tar ixdən xx.xx.2017-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) il 16 (on altı) gün həmin qərarla təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə əsasən cinayət təqibi üzrə icraata xitam verilmiş, Məhkum barəsində” CM-nin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmişdir. İşin halları: Hökmə əsasən X9, X7, X8, X3 və Məhkum ona görə məhkum edilmişlər ki, onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan Qobustan rayonu, Xilmilli kəndində yaşayan, xx xxxxxx 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs iradəsinə zidd yaşadığı mənzilə zor tətbiq etməklə daxil olub mənzil toxunulmazlığını pozaraq Zərərçəkmiş şəxs Vahib Zülfüqarovla evlənməsi məqsədilə bir qrup şəxs halında oğurlamaq haqqında 2014-cü ilin aprel ayında birgə qərara gəlmişlər. Belə ki, cinayətkar niyyətlərini həyata keçirmək üçün xx xxxxx 2014-cü il tarixdə saat 22 radələrində X2, Vahib Zülfüqarov və Məhkum birlikdə x3ə məxsus və sonuncunun idarə etdiyi “VAZ - 21011” markalı AZ ** BD *** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Qobustan rayonunun Xilmilli kəndində yerləşən evlərinə gəlmiş, əvvəlcə küçə və ev ətrafında müşahidə aparıb, guya xarab olmuş avtomobilə su lazım olduğunu ev sa hibinə bildirməklə, evdə kimlərin olmasını öyrəndikdən, bununla da Zərərçəkmiş şəxs atası Xin evdə olmadığını dəqiqləşdirdikdən sonra X1, X2 X3 və Məhkum birgə həyətə daxil olub orada ümumi niyyətlə çıxış edib hərəkətlərini bir-biri ilə uzlaşdıraraq, Məhkum orada onları qarşılayan Əfsanənin yetkinlik yaşma çatmayan qardaşı Xnun boynunun sol bayır səthində və sol saidin arxa səthinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək, onu tutub saxlamış, X2 isə bundan istifadə edib x3lə birlikdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, zor tətbiq edərək mənzildə olan Zərərçəkmiş şəxs və anası X4nın onların niyyətlərini başa düşərək qəti olaraq evə daxil olmamalarını tələb etmələrinə, qapını açmalarına mane olmalarına baxmayaraq iradələri ziddinə onların mənzil to xunulmazlığını pozaraq mənzilə daxil olub, orada X17 X4nın anası X6 qarşı zor tətbiq edib boynunun bayır səthinə qançır kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək, onu qollarından tutub saxladıqdan sonra, X2 həmin mənzildə olan Zərərçəkmiş şəxs iradəsinə zidd onun əllərindən tutub gizləndiyi çarpayının altından çıxararaq aktiv fiziki müqavimət göstərməsinə məhəl qoymayıb, anası X4nın və orada olmuş sonuncunun qonşusu X5nın gözü qarşısında sürüməklə ona həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edərək həyətə çıxarmış, həmin vaxt həyətdə Mehdi Xi tutub saxlamış Məhkum X2a kömək edib Zərərçəkmiş şəxs məcburi olaraq küçədə dayanmış x3in avtomobilinin arxa oturacağına əyləşdirdikdən sonra, Məhkum x3lə birgə Əfsanənin avtomobildən düşüb qaçmasının qarşısını almaq məqs ədi ilə hər iki tərəfində oturduqdan sonra özü sükan arxasına keçib avtomobili idarə edərək zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs X7la evlənməsi məqsədi ilə iradəsinə zidd olaraq ona sağ bazunun iç səthində, sol bazunun ön və bayır səthində çoxsaylı qançırla müşaiyət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə əvvəlcə X7un yaşadığı Xilmilli kəndinin kənarındakı fermaya aparmış, orada cinayətkar əməllərini başa çatdırması üçün onlara qoşulmuş və yola bələdçilik etmiş X7la birlikdə “Ağdərə” adlanan yerdən torpaq yolla Sumqayıt şəhəri istiqamətinə hərəkət edərək asfalt yola çıxarıb sonuncunun qızı X9nın yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsindəki Yeni yaşayış massivindəki evinə aparıb orada x xxxxx 2014- cü il tarixədək saxlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs oğurlamışl ar. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilən cəzanın CM-nin 70-ci maddəsi tətbiq olunmaqla daha yüngül cəza ilə əvəz edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya ş ikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halla rın müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın ağır olması mübahisə edilir və barəsində olan yüngülləşdirən halları nəzərə alaraq ona təyin edilən cəzanın CM-nin 70-ci maddəsi tətbiq olunmaqla daha yüngül cəza ilə əvəz edilməsi xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum barəsində Azərbaycan Respubli kası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə edilməsini, cəzasını ağırlaşdıran halların olmamasını, əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq e dilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. 3. 4. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi məhkumun şəxsiyyəti cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsin in tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təmi natı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm mə hkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxili ndə cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-310/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-310/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver