Məhkəmə qərarları › İş №1(102)-310/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-310/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-310/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum 1, məhkum2 və müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli 1(107)-287/2024 nömrəli qərarından Məhkum, məhkum Təqsirləndirilən şəxs3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə aç ıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 1(091)-13/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim B.Məmmədov (sədrlik edən), hakimlər X.Məmmədov və T.Əfəndizadədən ibarət tərkibdə) xx.xx.2003-cü il tarixdə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, X-də qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablanmışdır; xx.xx.2006-cı il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, X qeydiyyatda olmaqla yaşayan, hal-hazırda cəza çəkən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinə rək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 05 noyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə olduğu 10 (on) gün müddətin ona t əyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 mart 2024-cü il tarixdən hesablanmışdır; xx.xx.2000-ci il tarixdə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, X-də qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4cü maddələri ilə 06 (altı) il müddətə azadlıqda n məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 06 (altı) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu 07 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinay ət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin hökmündən məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər İ.H.Şükürov və X.H.Səmədovdan ibarət tərkibdə) 29 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarından məhkumlar Məhkum, Təqsirləndirilən şəxs3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci ins tansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən "Qızıl Gül” adlanan və ictimai yer hesab edilən kafedə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir masa arxasında əyləşib spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara baxmalarını bəhanə edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə ol unan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə təpik və yumruq zərbələri ilə ictimai qaydanın pozulmasının qarşısını almaq niyyəti olmadan qərəzli şəkildə davaya qoşulan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən başın təpə-alın nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları və sol saidin orta 1/3-nin və sağ mil-bilək oynağının bayır səthlərində sıyrıqları, həmin vaxt təpik və yumruq zərbələri ilə, eləcə də silah qismində istifadə etdiyi şüşə pivə bakalı, şüşə qəndqabı, şüşə boşqab, dəmir materialdan olan yanğınsöndürən balon, o cümlədən üzərində olan, lakin istintaqa məlum olmayan bıçağın tutacağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub müqavimətini qıraraq özü üçün aşkar surətdə köməksiz vəziyyətə gətirdikdən sonra qeyd edilən bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə xüsusi amansızlıqla qəsdən vurub ağır iztirablar verməklə Zərərçəkmiş şəxs1 ümumilikdə hemmoragik şokla müşayiət olunduğundan həyat üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən sol qaşüstü nahiyədə bir ədəd, sol əlin İ barmağında iki ədəd, sağ said, mil-bilək oynağı və sağ əlin İ barmağında yeddi ədəd, bel nahiyəsində sağda bir ədəd, sağ budda bir ədəd, hər iki sarğıda dörd ədəd deşilmiş-kəsilmiş yara, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol göz orbitasının xətti sınığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgah-təpə nahiyəsində doqquz ədəd əzilmiş-çapılmış yara, hər iki göz ətrafında qançır, ağlı qişaya qansızma xəsarətləri yetirmiş, habelə "Qızıl Gül” adlanan kafenin ümumilikdə 125 manat dəyərində əmlakını məhv etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən "Qızıl Gül” adlanan və ictimai yer hesab edilən kafedə tanışları Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir masa arxasında əyləşib spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara baxmalarını bəhanə edərək Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə təpik və yumruq zərbələri ilə, eləcə də silah qismində istifadə etdiyi şüşə pivə bakalı, şüşə qəndqabı, şüşə boşqab, dəmir materialdan olan yanğınsöndürən balon, o cümlədən Təqsirləndirilən şəxs1 üzərində olan soyuq silah hesab edilməyən, Məhkum üzərində olan, lakin istintaqa məlum olmayan bıçağın tutacağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub müqavimətini qıraraq özü üçün aşkar surətdə köməksiz vəziyyətə gətirdikdən sonra qeyd edilən bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə xüsusi amansızlıqla qəsdən vurub ağır iztirablar verməklə Zərərçəkmiş şəxs1 ümumilikdə hemmoragik şokla müşayiət olunduğundan həyat üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən sol qaşüstü nahiyədə bir ədəd, sol əlin İ barmağında iki ədəd, sağ said, mil-bilək oynağı və sağ əlin İ barmağında yeddi ədəd, bel nahiyəsində sağda bir ədəd, sağ budda bir ədəd, hər iki sarğıda dörd ədəd deşilmiş-kəsilmiş yara, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol göz orbitasının xətti sınığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgah-təpə nahiyəsində doqquz ədəd əzilmiş-çapılmış yara, hər iki göz ətrafında qançır, ağlı qişaya qansızma xəsarətləri yetirmiş, habelə "Qızıl Gül” adlanan kafenin ümumilikdə 125 manat dəyərində əmlakını məhv etmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən "Qızıl Gül” adlanan və ictimai yer hesab edilən kafedə tanışları Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir m asa arxasında əyləşib spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara baxmalarını bəhanə edərək Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə təpik və yumruq zərbələri ilə ictimai qaydanın pozulma sının qarşısını almaq niyyəti olmadan qərəzli şəkildə davaya qoşulan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən başın təpə-alın nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları və sol saidin ort 1/3-nin və sağ milbilək oynağının bayır səthlərində sıyrıqları, həmin vaxt təpik və yumruq zərbələri ilə, eləcə də silah qismində istifadə etdiyi şüşə pivə bakalı, şüşə qəndqabı, şüşə boşqab, dəmir materialdan olan yanğınsöndürən balon, o cümlədən Təqsirləndirilən şəxs1 üzərində olan soyuq silah hesab edilməyən, Məhkum üzərində olan, lakin istintaqa məlum olmayan bıçağın tutacağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub müqavi mətini qıraraq özü üçün aşkar surətdə köməksiz vəziyyətə gətirdikdən sonra qeyd edilən bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə xüsusi amansızlıqla qəsdən vurub ağır iztirablar verməklə Zərərçəkmiş şəxs1 ümumilikdə hemmoragik şokla müşayiət olunduğundan həyat üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən sol qaşüstü nahiyədə bir ədəd, sol əlin İ barmağında iki ədəd, sağ said, mil-bilək oynağı və sağ əlin İ barmağında yeddi ədəd, bel nahiyəsində sağda bir ədəd, sağ budda bir ədəd, hər iki sarğıda dörd ədəd deşilmiş-kəsilmiş yara, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol göz orbitasının xətti sınığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağl amlığa yüngül zərərvurmaya aid edilən sol gicgah-təpə nahiyəsində doqquz ədəd əzilmiş-çapılmış yara, hər iki göz ətrafında qançır, ağlı qişaya qansızma xəsarətləri yetirmiş, habelə "Qızıl Gül” adlanan kafenin ümumilikdə 125 manat dəyərində əmlakını məhv etmişdir. Bundan başqa, o, təkrar 13 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs6 idarə etdiyi avtomobilin maqnitofonuna yüksək səs verməsinə görə Zərərçəkmiş şəxs6 irad bildirməsinə görə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün getdikləri Göyçay-Ağdaş avtomobil yolunun üzərində yerləşən və ictimai yer hesab edilən "Aznar” adlanan otelin yaxınlığında qardaşı Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs6 sifət və boyun nahiyələrinə yumruq zərbələri ilə ardıcıl olaraq qəsdən bir neçə dəfə, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq niyyəti olmadan qərəzli şəkildə davaya qoşulan Zərərçəkmiş şəxs5 başının ənsə nahiyəsinə yerdən götürüb silah qismində istifadə etdiyi daş parçası ilə qəsdən bir dəfə vurub Zərərçəkmiş şəxs6 sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən başın sağ alın nahiyəsində sıyrıq izləri, sağ gicgah nahiyəsində və boynun sağ y an orta şöbəsində dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları, Zərərçəkmiş şəxs5 səhhətinin qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına yüngül zərərvurmaya aid edilən başının sol ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya məhkəmələri tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə o, əsasız olaraq Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4 maddələri ilə təqsirli bilinmişdir. Məhkum iddia edir ki, zərərçəkmişlə kafedə olan dava dalaş Cinayət Məcəlləsinin 221.1 və 221.2.1-ci maddələri tam əhatə olunur, onun CM-nin 126.2.1, 126.2.3 və 126.2.4 maddələri ilə təqsirli bili nməsi qərəzli xarakter daşımış, maddi və prosessual qanunvericiliyə zidd olmuşdur. Kassasiya şikayətinin digər dəlili isə odur ki, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə bəraət verilməsini, əməlinin CM-nin 221.2.1-ci maddəsinə tövsif olunmasını və qeyd olunan maddə ilə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq qərəzli aparılmış, əməli düzgün tövsif olunmamış, nəticədə törətmədiyi əm ələ görə Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Digər dəlili isə ondan ibarətdir ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ağır psixoloji durumu, az yaşlı olması və qardaşının Vətən müharibə iştirakçısının olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi R.A.Məhərrəmli kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayətprosessual qanunun tələbləri pozulmuş, Təqsirləndirilə n şəxs2 qarşı irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, cinayət tərkibinin əlamətlərini təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməsinə dair əsassız, qanunsuz və ədalətsiz ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi R.Məhərrəmlinin təqsirli bilinməsinə dair nəticə ilə razılaşmaqla eyni pozuntulara yol vermişdir. Müdafiəçi iddia edir ki, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri qeyri dəqiq və ziddiyyətli olmuş, işdə olan sənədlər saxtalaşdırılmış, ümumiyyətlə işin həqiqi halları düzgün araşdırılmamış, faktiki olaraq qanunsuz yollarla əldə edilmiş sübutlar əsasında (ekspertiza rəyi mübahisələndirilir) Təqsirləndirilən şəxs2 törətmədiyi cinay ətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmışdır. Faktiki olaraq müdafiəçi R.A.Məhərrəmli kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi m üəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhk əmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar Məhkum, Təqsirləndirilən şəxs3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi R.A.Məhərrəmli kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibinin əlamətlərini təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə, həmçinin cinayət təqibini istisna edən halların olmasına baxmayaraq Təqsirləndirilən şəxs2 əsassız olaraq Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Məhkum isə Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə təqsirli bilindiklərini iddia edərək, faktiki olaraq apellyasi ya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü, 416.1.6, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Həmçinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yüngül cəzanın təyin edilməsi, Təqsirləndirilən şəxs3 isə ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəza təyin olunması ilə bağlı tələb irəli sürərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qəra rının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumların və müdafiəçinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsiz liyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə d ə sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın hə lli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddə alar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmə klə adı çəkilən məhkumların hökmdə təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum onlara elan olunmuş ittiham üzrə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkumların ibtidai araşdırma zamanı təq sirləndirilən şəxs qismində verdikləri ifadələri, zərərçəkmişlərin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 71-75 nömrəli rəyləri, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 664-669 nömrəli rəyləri, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 559 nömrəli rəyi, komisyon məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T 219/2023 nömrəli rəyi, komisyon məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T218\2023 nömrəli rəyi, "Qızıl Gül” adlanan kafesindən götürülmüş videogörüntülərə baxış keçirilməsinə dair protokol, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə tam təsdiq edilir. Adı çəkilən və digər sübutlar məhkəmə aktlarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraf lı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 6.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə və bu maddələrdə göstərilən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən (kassasiya müraciətlərində nəzərə alınmadığı iddia olunsa da, şikayətlərdə əks olunan hər bir yüngülləşdici hal nəzərə alınmışdır) və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir edilənlərdən görünür ki, Təqs irləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3cü maddələri ilə təqsirli bilinmələri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəzalar isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum, məhkum Təqsirləndirilən şəxs3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlunun kassasiya şikayətlərinin təmin edilməsinə dair, verilm iş kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli 1(107)-287/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum, məhkum Təqsirləndirilən şəxs3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlunun ayrı ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Məhkum, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən ş əxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli 1(107)-287/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar