Məhkəmə qərarları › İş №1(102)-3108/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3108/2025

21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3108/2025 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.1 və 182.2.2-ci maddələri ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci il tarixli hökmü ilə isə CM-in 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Vəliyev Murad Ismayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə (hakimlər Muxtarov Kamran Nüsrət oğlu (sədrlik edən və məruzəçi) Nuriyev Elnur Aləm oğlu və Tağıyev Azər Heydər oğlundan ibarət tərkibdə) Məhkum, ## ######## 1979-cu il tarixdə Zəngilan rayonunun Həkəri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər Yasamal Rayon Məhkəməsinin ## ### 2007-ci il tarixli hökmü ilə CM-in 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ”Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli *** nömrəli Əfv Fərmanı ilə cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Zəngilan rayonunun Həkəri qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, CM-in 178.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-in 178.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 182.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyul ayının ortalarında işlədiyi ünvan 3 ünvanında yerləşən ofisdə bir müddət əvvəl tanışı zərərçəkmiş şəxs4 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmalarının intim videogörüntülərini ofisdə öncədən quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb həmin görüntünü sonradan zərərçəkmiş şəxs4 “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərməklə rüsvayedici xarakter daşıyan həmin videogörüntünü pul müqabilində siləcəyini bildirməklə ondan hədə-qorxu ilə 2.000 manat pul tələb etmiş, 2024-cü ilin yanvar ayında isə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 məxsus 500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin mart ayının əvvəllərində işlədiyi ünvan 3 ünvanında yerləşən ofisdə bir müddət əvvəl tanışı zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmalarının intim videogörüntülərini ofisdə öncədən quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb həmin görüntüləri sonradan zərərçəkmiş şəxs1 şəxsən elə həmin ofisdə göstərməklə rüsvayedici xarakter daşıyan həmin videogörüntüləri pul müqabilində siləcəyini bildirməklə ondan hədə-qorxu ilə 500 manat pul tələb etmiş, bir neçə gün sonra isə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 100 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə təkrar ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün ona vəkillik xidmətinin göstərilməsi ilə əlaqədar müştəri qismində müraciət etmiş zərərçəkmiş şəxs2 bankda kredit girovunda olan avtomobili ilə bağlı mübahisəli məsələsinin 5.000 manat qarşılığında onun xeyrinə həll edilməsində köməklik edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunmuş qəsdlə 2024-cü ilin mart ayının ortalarında 3.000 manat və ## ##### 2024-cü il tarixdə eyni ünvanda olmaqla əlavə olaraq 2.000 manat məbləğində pulu alaraq verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Həsənəliyev Babaxan Ramazan oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum Məhkum müdafiəçisi Nurməmmədov Araz Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və X12 ibarət tərkibdə) ## ### 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, iş üzrə çıxarılmış yeni hökmlə Məhkum CM-in 178.2.2 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 182.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci i tarixli hökmündən dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində sübutetmə və sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) bir sıra normalarına, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarına, Məhkum qarşı irəli sürülmüş ittihama və bu ittihamla bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrə, habelə iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış zərərçəkmiş şəxs3 və şahid şahid1 ibtidai araşdırma zamanı verdikləri ifadələrinə və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarına istinad edərək Məhkum barəsindəki işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası toplanmış və araşdırılmış sübutları CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq müqayisəli şəkildə tədqiq etməmiş və qiymətləndirməmiş, məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və əsassız olaraq zərərçəkmiş şəxs3 qarşı törədilmiş dələduzluq epizodunu, bu epizodla da bağlı CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin Məhkum qarşı irəli sürülmüş ittihamdan xaric edilməsi barədə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Halbuki zərərçəkmiş şəxs3 ibtidai araşdırma zamanı verdiyi ifadələrində Məhkum ona qarşı xeyli miqdarda – 20.000 manat məbləğində ziyan vurmaqla dələduzluq cinayətini törətməsi barədə ifadələr verib bu ifadələrini sonuncu ilə üzləşdirmə zamanı da təsdiq edərək onu ifşa etmiş, Məhkum isə həmin əməli "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən vəzifəli şəxs kimi qulluq mövqeyindən sui-istifadə etməklə törətmişdir. Dövlət ittihamçısı M.İ.Vəliyevin qənaətinə görə, məhkəmənin göstərilən epizodla bağlı nəticələri həm cinayət qanunvericiliyinin tələblərinə, həm də “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə zidd olduğundan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılsalar da, məhkum Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.Imranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkum Məhkum, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı M.İ.Vəliyev həmin protestdə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməyərək düzgün qiymətləndirilməməsini, Məhkum əməlinin tövsifində isə səhvə yol verildiyini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış ## ### 2025-ci il tarixli hökmün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Ilk növbədə məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verilməsi nəzərdə tutulmuşdur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərindən görünür ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin, həmçinin toplanmış və araşdırılmış sübutlara əsasən şəxsin ictimai təhlükəliliyinə görə az ağır cinayət törətməsinə baxmayaraq onun bundan ağır cinayətə görə təqsirli bilinməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, ümumilikdə isə - cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, digər tərəfdən - hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin də qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində müəyyən edilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, və ya təqsirkara qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi, yaxud da cinayətin tövsifedici əlaməti xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə CPM-in 28.5, 33, 124, 139 və 144-146-cı maddələrinin tələblərinə də əməl etməlidir. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 318.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən suiistifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanıb kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, həmin protestin məzmununa görə, onun müəllifi Məhkum zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs1 qarşı hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxs2 qarşı isə dələduzluq cinayəti törətməsinin sübuta yetirilibyetirilməməsini və onun bu üç epizod üzrə cinayət əməllərinin hüquqi tövsifini mübahisələndirmədiyindən məhkəmə kollegiyası da həmin epizodlar üzrə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların təftiş edilməsinə, eləcə də göstərilən əməllərə münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılmasına ehtiyac görmür. Bununla belə məhkəmə kollegiyası ona diqqət yetirməyi lazım bilir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini qulluq mövqeyindən istifadə etməklə törətməsinə görə ona qarşı ittiham irəli sürülərək onun bu əməli CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif edilsə də işə mahiyyəti üzrə baxan məhkəmələr bununla da razılaşmayaraq və ittihamdan məhkum olunmuş şəxsin dələduzluq cinayətini törədərkən qulluq mövqeyindən istifadə etməsinə dair tövsifedici əlaməti xaric etmiş və belə qənaətə gəlmişlər ki, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün ona vəkillik xidmətinin göstərilməsi ilə əlaqədar müştəri qismində müraciət etmiş zərərçəkmiş şəxs2 bankda kredit girovunda olan avtomobili ilə bağlı mübahisəli məsələsinin 5.000 manat qarşılığında onun xeyrinə həll edilməsində köməklik edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunmuş qəsdlə 2024-cü ilin mart ayının ortalarında 3.000 manat və ## ##### 2024-cü il tarixdə eyni ünvanda olmaqla əlavə olaraq 2.000 manat məbləğində pulu alaraq verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Buna baxmayaraq, yuxarıda qeyd olunduğu kimi, kassasiya protestində bu epizod üzrə məhkəmələrin gəldikləri nəticələr dövlət ittihamçısı M.İ.Vəliyev tərəfindən mübahisələndirilməmiş və sonuncu faktiki olaraq həmin epizodla bağlı dələduzluq cinayətini qulluq mövqeyindən istifadə etməklə deyil, yalnız təkrarən törətməsi və onun bu əməlinin CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmışdır. Məhkum zərərçəkmiş şəxs3 qarşı qulluq mövqeyindən istifadə etməklə və ona xeyli miqdarda – 20.000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq cinayəti törətməsinin sübuta yetirilməsi və onun əməlinin ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi barədə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bir sıra sübutlara müraciət etməyi zəruri sayır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında ümumiyyətlə özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə heç vaxt təqsirli bilməmiş və iş üzrə zərər çəkmiş şəxslər qismində tanınmış zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 qarşı həmin ittihamda təsvir edilmiş cinayətləri törətməməsini bildirmişdir. Məhkum elan olunmuş ittihamdan və cinayət işinin materiallarından görünür ki, onun zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayətini törətməsi barədə ibtidai araşdırma orqanının gəldiyi nəticə müstəsna olaraq kassasiya protestində də istinad olunan sonuncunun və şahid şahid1 məhkəməyədək icraat zamanı verdikləri ifadələrinə əsaslanmışdır. Belə ki, həmin mərhələdə zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, X adlı tanışının vasitəsilə Məhkum ilə tanış olduqdan sonra başqa şəxslərin ona külli miqdarda borclu olduqları pulun qaytarılmasında ona köməklik göstərilməsi üçün ona bir hüquqşünas kimi müraciət etməyi qərara almış və bu məqsədlə sonuncunun Bakı şəhərinin Yasamal rayonu ərazisində, Mətbuat prospektində yerləşən ofisinə gedib onunla görüşüb öz problemi barədə söhbət edərək ondan kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Məhkum isə onun bu sualına müsbət cavab verərək lazımi tədbirlərin görülməsi, yəni ona borclu olan şəxslərin məsuliyyət məsələsinin həll edilməsi üçün 20.000 manat məbləğində pul vermək lazım olduğunu bildirmişdir. O, əvvəlcədən bu təkliflə razılaşmamış, lakin Məhkum təkidlə bu işin uzanmaması, yəni onun pulunun tez bir vaxtda qaytarılması üçün ona borclu olan şəxslər barəsində cinayət işinin başlanması və onların həbs edilməsi üçün müvafiq orqanlara dediyi məbləğdə pul vermək lazım oduğunu bildirmiş və bununla da məsələni həll edəcəyini vəd edərək onu buna inandırmışdır. Belə olan halda o, Məhkum təklifi ilə razılaşaraq bu söhəbətdən təxminən 3 gün sonra, mart ayının 17 və ya 18-də ona ilk olaraq 10.000 manat məbləğində pul vermiş, sonuncu pulun tam həcmdə verilməsinə israrlı olaraq həmin pulun qalan hissəsinin nə vaxt verəcəyi barədə soruşmuş, o, da Novruz Bayramından sonra pulun qalan hissəsini də verəcəyinə söz vermiş, bundan sonra təxminən martın 26 və ya 27-si Yaşarla onun ofisində görüşərək ona əlavə 5.000 manat məbləğində pul vermiş və qalan pulu da tez bir vaxtda çatdıracağını vəd etmişdir. Lakin bundan sonra o, Məhkum ilə “Watsapp” tətbiqi vasitəsilə telefonla əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşduqda sonuncu onu borclu şəxslərlə barışdıracağını bildirdiyinədən ondan şübhələnməyə başlamış, lakin bununla belə aprelin 5-də yenə də onun ofisində görüşərək ona qalan 5.000 manat məbləğində pul vermişdir. Həmin vaxt o, Məhkum fəaliyyət göstərdiyi ofisə taksi fəaliyyəti ilə məşğul olan və ona tez-tez xidmət göstərən şahid1lə birlikdə getmiş, yolda ona baş verənlər barədə məlumat vermiş, lakin ofisə çatdıqda Məhkum şahid1in ofisə daxil olmasına icazə vermədiyindən o, Məhkumla təklikdə görüşüb 5.000 manat məbləində pulu ona vermiş, Məhkum isə onun xeyrinə heç bir iş görməmiş və hər dəfə müxtəlif bəhanələrlə aldığı pulları qaytarmaqdan yayınmışdır. Buna görə o, Məhkum barədə bir neçə nəfərdən soraqlaşmağa başlayanda ona məlum olmuşdur ki, Məhkum əvvəllər də dələduzluq cinayətini törətdiyinə görə məhkum olunmuşdur. Bütün bunlardan sonra o, Məhkum onu aldatdığını başa düşüb # ##### 2024-cü il tarixdə onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə müraciət etmişdir. Ibtidai araşdırmanın aparılmasına dair iş materiallarından görünür ki, eyni məzmunda ifadələri zərərçəkmiş şəxs3 həmçinin Məhkum ilə üzləşdirilərkən də vermişdir. Şahid şahid1 ibtidai araşdırma zamanı göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və zərərçəkmiş şəxs3 təxminən yeddi il müddətində tanıdığı üçün bəzən sonuncunun xahişi ilə ona da xidmət göstərmişdir. 2024-cü il aprel ayının əvvəllərində zərərçəkmiş şəxs3 onu Yasamal rayonunun ərazisində yerləşən ofisdə bir vəkillə görüşməli olduğunu bildirərək onu həmin ofisə aparmağı xahiş etmiş o, bu da bu xahişi yerinə yetirməyə razılıq vermişdir. Yolda zərərçəkmiş şəxs3 pul məsələsi ilə bağlı ona köməklik göstərilməsi üçün görüşəcəyi vəkilə 15.000 manat məbləğində pul verdiyini və hal-hazırda da ona çatışmayan 5.000 manat da apardığını bildirmiş, ofisə çatdıqda zərərçəkmiş şəxs3 qarşılayan şəxs onu ofisə buraxmamış, buna görə zərərçəkmiş şəxs3 həmin şəxslə təklikdə görüşmüş, sonradan isə ona 5.000 manat məbləğində pul verdiyini demişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, 2024-cü il aprel ayının əvvəllərində barəsində şikayət edildiyinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırılmış və orada həmin şikayətlə bağlı cinayət işinin icraatına xitam verilməsi müqabilində tanımadığı polis əməkdaşları onu Məhkum yanına göndərərək onun üzünə durmağı və sonuncunun guya ondan 20.000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirilməsi barədə ifadələr verməyi təklif etmiş, o, da bu təkliflə razılaşmışdır. Bundan sonra o, Məhkum fəaliyyət göstərdiyi ofisə getmiş və guya hansısa şəxslərin ona külli miqdarda borclu olduqları pulun qaytarılması üçün köməklik göstərilməsi barədə onunla söhbət aparmış, hətta həmin vaxt ona bu işin görülməsi üçün 10.000 manat məbləğində pul da təklif etmiş, lakin Yaşar həmin pulu götürməmiş, ümumiyyətlə ondan hər hansı məbləğdə pul istəməmiş və ona qarşı heç bir dələduzluq əməli törətməmişdir. Şahid şahid1 məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, Məhkum ümumiyyətlə tanımır və onu heç vaxt görməmişdir. 2024-cü il aprel ayının əvvəllərində o, taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanışı zərərçəkmiş şəxs3 onun xahişi ilə bir dəfə Məhkum ofisinin yanına aparmış, zərərçəkmiş şəxs3 maşından düşəndə sonuncuya “lazımdırsa mən də gəlim” desə də sonuncu buna ehtiyac olmadığını bildirib özü tək ofisə daxil olmuş və 5-10 dəqiqədən sonra oradan çıxmışdır. O, zərərçəkmiş şəxs3 nə məsələ olduğunu soruşmuş, zərərçəkmiş şəxs3 də ona “pul məsələsi var, vermişəm işim düzələcək” demişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq isə şahid şahid1 göstərmişdir ki, zərərçəkmiş şəxs3 danışdıqlarından o, “20 faiz” ifadəsini xatırlayır, həmçinin yadında o, da almışdır ki, zərərçəkmiş şəxs3 Məhkum yanına gedəndə özü ilə 10.000 manat məbləğində pul apardığını bildirmiş, lakin o, yəni şahid1 özü bu pulun Məhkum verilməsini görməmişdir. Iş materiallarında olan ## ##### 2024-cü il tarixli arayışdan görünür ki, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs3 Məhkum ilə onun arasında olan telefon danışıqlarını skrinşot formasında olan görüntülərin telefonundan silinməsi səbəbindən həmin danışıqları ibtidai araşdırma orqanına təqdim edə bilməyəcəyini bildirmişdir. Təsvir edilən sübutların və cinayət işinin digər materiallarının təhlili göstərir ki, Məhkum zərərçəkmiş şəxs3 20.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə görə elan olunmuş ittiham yalnız sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadələrə əsaslanmış və istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən bu ittihamı təsdiq edən başqa sübutlar əldə edilməmiş və araşdırılmamış, məhkəmə iclaslarında dövlət ittihamını müdafiə etmiş prokurorlar da, o cümlədən kassasiya protestinin müəllifi belə mötəbər sübutları məhkəmələrə təqdim etməmişlər. Burada məhkəmə kollegiyasının diqqət yetirdiyi bir məqam da ondan ibarətdir ki, istər Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin BMCMI-nə ünvanladığı # ##### 2024-cü il tarixli ərizəsində, istərsə də sonradan zərər çəkmiş şəxs qismində tanınaraq bu qisimdə verdiyi ifadələrində zərərçəkmiş şəxs3 Məhkum ona qarşı dələduzluq əməli törədərək onun 20.000 manat məbləğində pulunu ələ keçirməsini iddia edərək həmin pul vəsaitinin ona ödənilməsini xahiş etsə də və sonuncuya CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələri, o cümlədən mülki iddia ərizəsi verməklə ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etmək hüququ izah olunsa da, o, nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında belə ərizə ilə məhkəmələrə müraciət etməmişdir. Bu hal da məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Məhkum təhlil edilən epizod üzrə dələduzluq cinayətini törətməsinin sübuta yetirilməməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə qanuni və əsaslıdır və belə olan halda məhkum olunmuş şəxsin bu əməli qulluq mövqeyindən istifadə etməklə törədib-törətməməsinə qiymət verilməsinə ehtiyac da qalmır, çünki, yuxarıda qeyd olunduğu kimi, məhkum olunmuş şəxsin zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini bu tövsifedici əlamətlə törətməsinə dair istintaq orqanı tərəfindən ona elan olunmuş ittihamla məhkəmələr razılaşmamışlar, dövlət ittihamçısı M.İ.Vəliyev isə kassasiya protestində bu nəticəni müzbahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum qarşı irəli sürülmüş ittihamdan onun zərərçəkmiş şəxs3 xeyli miqdarda – 20.000 manat məbləğində ziyan vurmaqla və qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsinə dair epizodun, həmçinin CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin xaric edilməsini qanuni və əsaslı hesab edərək qeyd edir ki, bu haqda nəticəyə gələrkən məhkəmələr bütün sübutları tədqiq edib onlara qanunda nəzərdə tutulmuş qaydada, yəni həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi, eləcə də kifayətliliyi üzrə qiymətləndirmiş, son olaraq isə apellyasiya instansiyası məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə məhkumun əməlləri CM-nin 178.2.2 və 182.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və bu baxımdan da həmin məhkəmə tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, məhkəmələrin yuxarıda göstərilənlər barədə gəldikləri nəticə dələduzluq cinayətinin əsas tərkib əlamətləri təsbit edilmiş CM-in 178.1-ci maddəsinin tələbləri ilə yanaşı (həmin maddəyə görə, şəxsin dələduzluq cinayətini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə edilməsi mötəbər sübutlarla müəyyən edilməlidir) kassasiya protestində də istinad olunan “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında, eləcə də “Məhkəmə hökmü haqqında” Plenumun ## ###### 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrlə, habelə təqsirsizlik prezumpsiyasına dair Konstitusiyanın, beynəlxalq müqavilələrin, prosessual qanunvericiliyin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeləri ilə də tam uzlaşır. Bütün təsvir olunanlardan çıxış edən və yalnız ehtimallar üzərində qurulmuş kassasiya protestinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.Imranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci il tarixli hökmü isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar