Məhkəmə qərarları › İş №1(102)-311/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-311/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-311/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim D.H.İmanov, hakimlər M.Ə.Bağırov və N.T.Əliyevdən ibarət tərkibdə) xx xxxxxxxx 1975-ci il tarixdə Xanlar (indiki Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Ünvan 1 qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.1-ci maddələri ilə təqsirli bilinib 234.1-ci maddəsi ilə 01 (bir) il 06 ( altı ) ay müddətə, CM-nin 237.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum 03 (üç) ay müddətində ev dustaqlığında olduğu müddət hazırki hökm ilə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılmışdır. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Ə.G.Abdullayev, hakimlər T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.1-ci maddələri ilə məhkum edilmə sinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş və iş üzrə yeni hökm çıxarılmışdır. Məhkuma CM-nin 237.2.1-ci maddəsi ilə bəraət verilmiş, o, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay müddət hazırki hökm ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum tanışı X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkib-becərilməsi qadağan edilmiş xeyli miqdarda 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2018-ci ilin may ayının istintaqa məlum olmayan bir günündən etibarən Kür çayının Samux rayonu Qədili kəndi ərazisindən keçən sahilindəki torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş və onların hissələrini toplayıb özünün idarə etdiyi “VAZ 21214” markalı **CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna yığmış, xx xxxxxxxx 2018-ci il tarixdə saat 14:30-da Samux rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-a xtarış tədbirləri zamanı Gəncə-Kür avtomobil yolunun Samux rayonu Qədili kəndi ərazisindən keçən hissəsində onun idarə etdiyi "VAZ 21214”markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 365 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana və xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən ünvanda yerləşən torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi - 1650 qram, 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarix li hökmü əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Belə ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum və şahidlər oxşar məzmunlu ifadələr vermiş, cinayət işi üzrə hər hansı ziddiyyət olmamışdır. Lakin, apelyasiya məhkəməsinin məhkəmə iclasında nədənsə Məhkum, digər təqsirləndirilən şəxs xxxxx və hal şahidləri fərqli məzmunda ifadələr vermişlər. Apelyasiya Məhkəməsinin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək qeyd etmişdir ki, baxış zamanı Məhkum xxxxxxx də narkotik vasitə istifadəçisi olduğunu, özləri istifadə etmələri üçün Kür çayının sahilində narkotik xassəli bitkilər əkib yetişdirdiklərini bildirmişlər. Bundan sonra, onlar Məhkum və xxxxxxxx in göstərdikləri y erə baxış keçirmək üçün getmişlər. Məhkum və X21 çayının sahilində meşəliyin arasında bitmiş narkotik xassəli çətənə bitkilərini göstərib, özlərinin istifadə etmələri üçün əkdiklərini bildirmişlər. Çətənə kolları çaydan təxminən 3-4 metr aralıda, kolluğun içərisində, ətrafları təmizlənmiş vəziyyətdə olmuşdur. Bitkilər yerləşməsindən və diblərinin yaş olmasından qulluq olunan bitkilərə oxşayırdılar. Bundan başqa, məhkəmə kollegiyası hökmdə xx xxxxxxxx 2018-ci il tarixli «Baxış və götürmə haqqında» protokolu mübahisələndirərək protokolda Məhkumda aşkar edilmiş kütlənin xx.xx.2018-ci il tarixdə tanışı X4 ilə Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində özlərinin əvvəlcədən əkdiyini və ona qulluq göstərdikdən sonra yığdığını qeyd edildiyini, lakin götürmənin video görüntüləri olan CD diskinə baxış zamanı təhqiqatçı Rəşad Məhərrəmov tərəfindən Məhkumun idarə etdiyi **-CX-*** dövlət qeydiyyat nişanlı «VAZ 2121» markalı avtomobilə baxış keçirilərkən sonuncunun yalnız avtomobildə aşkar olunmuş marixuananı X4lə birlikdə Kürün qırağından yığmalarını bildirməsi və ümumiyyətlə «özlərinin əvvəlcədən əkdiyi və onlara qulluq göstərdikdən sonra yığdıqları» ifadələri demədiyi müəyyən edilməsi məsələsini qabartmışdır. Halbuki, təhqiqatçı Rəşad Məmmədov Məhkumun idarə etdiyi «VAZ 21214» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sonuncunun marixuananı X4lə birlikdə özlərinin əvvəlcədən əkdiyi və onlara qulluq göstərdikdən sonra yığdıqlarını dediyini, ola bilsin video kadra düşmədiyini qeyd etmişdir. Həmçinin, digər polis əməkdaşlarının ifadələrinə də diq qət etdikdə, onların da baxış zamanı Məhkumun özlərinin əvvəlcədən əkdiyi yerdən həmin çətənə bitkisini yiğdıqlarını deməsi müəyyən olunur. Bundan başqa, o da qeyd edilməlidir ki, video çəkiliş zamanı Məhkum həmin narkotik vasitəni X4lə birlikdə Kürün qırağından yığmalarını bildirmiş, lakin, yabanı halda bitən narkotik vasitələrdən yığmasını bildirməmişdir. Həmçinin, məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən çətənə kollarının aşkar edildiyi yerə baxış keçirilməsi və Samux Rayon İcra Hakimiyyətinə həmin ərazidə əvvəllər və hal-hazırda yabanı halda bitən çətənə bitkilərinin olub-olmaması barədə sorğu verilməsi barədə vəsatətlər verilməsinə baxmayaraq, məhkəmə kollegiyası həmin vəsatətləri təmin etməmişdir. Halbuki, polis əməkdaşları həmin ərazidə yabanı halda çətənə bitkiləri olmadığın ı, yetişmədiyini, yalnız təqsirləndirilən şəxslərin göstərdikləri yerdə, kolluq və ağaclıq hissəsinin ortasında götürdükləri sayda çətənə bitkiləri olduğunu bildirdiklərini, təqsirləndirilən şəxslər isə həmin ərazinin hər yerində yabanı halda çətənə bitkilərinin olduğunu göstərmişdir. Məhkəmə kollegiyası isə bu ziddiyyəti hadisə yerinə baxış keçirməklə və ya sorğu verməklə araşdırmamaqla, tam, hərtərəfli və obyektiv araşdırmanı təmin etməmişdir. Məhkəmə Məhkum, digər təqsirləndirilən şəxs xx xxxx-nin, hal şahidlərinin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələr ilə apelyasiya məhkəməsində verdiyi ifadələr arasındakı kəskin ziddiyyətlər olmasına diqqət yetirməməklə onlara tənqidi yanaşmamış, həmin ziddiyyətlərin səbəbi araşdırılmamışdır. Odur ki, göstərilənləri nə zərə almaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünü ləğv etməklə cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək apellyasiya instansiyası məhkəməsinin əsassız olaraq Məhkum ittiham edilmiş Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə bəraət verdiyini, o nun törətdiyi əmələ görə məsuliyyətdən kənar qaldığını bildirib, kassasiya protestinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmünü ləğv edərək cinayət işininin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa təyin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestind ə apelyasiya məhkəməsinin sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinə əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarını pozmaqla əsassız olaraq Məhkuma Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımı ndan səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddə sinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsin ə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkuma verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetiril miş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bu ittiham üzrə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə əsassız olaraq bəraət ve rildiyi, bununla da məhkumun törətdiyi əmələ görə məsuliyyətdən kənar qaldığı iddia edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə birgə tədqiq edərək belə qənaətə gəlir ki, protestin dəlilləri ittiham tərəfinin iş üzrə mövqeyini heç cür əsaslandırmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tamamilə haqlı olaraq Məhkumun Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin qanunla müəyyən edilmiş qaydada nəzərdə tutulmuş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi Məhkumun Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə g ələrkən məhkumun özünün və iş üzrə digər təqsirləndirilən şəxs xxx xxxxx-nin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, şahidlər X5, X6, X7, X8, X9, X10nin ifadələrini, məhkəmə bioloji ekspertizasını, məhkəmə narkoloji ekspertizasını, mütəxəssis rəyini, baxış və götürmə protolollarını və digər sənədləri mötəbər sübutların məcmusu kimi dəyərləndirmişdir. Lakin, məhkəmə istintaqı aparılmaqla keçirilmiş apellyasiya məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsinin istinad etdiyi həmin sübutların (sübutlardakı məlumatların) Məhkum tanışı X4 ilə birlikdə narkotik xassəli bitkiləri kultivasiya etməsi ilə bağlı yekun nəticəyə gəlməyə imkan vermədiyi, Məhkumun həmin cinayət əməlini törətməsinin mötəbər sübutlarla öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Apelyasiya baxı şı zamanı araşdırma nəticəsində cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli «Baxış və götürmə» və xx.xx.2018-ci il tarixli «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokollarda əks olunmuş istintaq hərəkətlərinin qanunun tələblərini pozulmaqla həyata keçirildiyi müəyyən edilmiş və bununla bağlı protokollardakı məlumatların həqiqətə uyğun olmadığı əsaslı şübhələr doğurmuşdur. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli «Baxış və götürmə» protokolunun birinci səhifəsinin son abzasında Məhkumun idarə etdiyi nəqliyyat vasitəsi olan **-CX-*** dövlət qeydiyyat nişanlı «VAZ 2121» markalı avtomaşında olan dəmir vedrənin içərisində açıq vəziyyətdə olan yaşıl rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan «marixuana»ya oxşar kütləni dünə n, yəni xx.xx.2018- ci il tarixdə tanışı X4 ilə Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində özlərinin əvvəlcədən əkdiyini və ona qulluq göstərdikdən sonra yığdığını, və özü və X4nin istifadə etmək məqsədi ilə avtomaşında saxladığını bildirdiyi qeyd edilmişdir. Həmin protokola əlavə edilmiş video diskə kollegiyanın iclasında baxış keçirilən zaman isə avtomobilində narkotik vasitələr aşkar olunmuş Məhkum təhqiqatçının sualına cavab olaraq hər dəfə həmin narkotik vasitələri özlərinin istifadəsi üçün Kür çayının kənarından yığdıqlarını dediyi müəyyən edilmişdir. Məhkum həmin bitkiləri özlərinin əvvəlcədən əkdiyini və qulluq etdiyini deməsi video baxış zamanı müəyyən edilməmişdir. Həmin videogörüntü tədqiq edilərkən təhqiqatçı Rəşad Məmmədov qeyd edilən uyğunsuzluğu video görüntü disk ə köçürülərkən Məhkumun həmin xüsusatları bildirməsi ilə bağlı fraqmentlərin ola bilsin ki, diskdə əksini tapmaması ilə izah etsə də, baxış zamanı video çəkilişin fasiləsiz olaraq aparıldığı, bütün fraqmentlərin həmin görüntüdə tam əksini tapdığı, hər hansı bir fraqmentin videogörüntüdən çıxarılması halının mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, həmin protokolda xx xxxxxxxx 2018-ci il tarixdə müdafiəçilərin, mütəxəssis aqronom X7, hal şahidləri X2 və X1 iştirakları ilə hadisə yerinə baxış keçirildiyi, baxış zamanı şübhəli şəxslər X3 və Məhkum Kür çayının Samux rayonu ərazisindən keçən torpaq sahəsində qanunsuz olaraq əkib becərdikləri narkotik vasitə olan b itki kollarının yerini göstərərək əvvəllər Kür çayının sahilində narkotik tərkibli bitki kolları olan çətənə kollarından yığaraq qurudub şəxsi istifadələri üçün qabul etdikdən sonra hər ikisinin həmin narkotik tərkibli kolları kultivasiya edib, yetişdirib sonra qəbul etməyi qərarlaşdırdıqlarını, bunun üçün də yarpaq halında bitən narkotik təbiətli kolların toxumlarından bir qədər yığıb, 2018-ci ilin may-iyun aylarında Kür çayının sağ hissəsində münasib yer tapdıqlarından, həmin yerdə onların toxumlarını əkdiklərini, həmin vaxtdan etibarən X7in istifadəsində olan «Vaz 21214» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə narkotik tərkibli kolları əkdikləri yerə gedərək, həmin kollara qulluq etdiklərini, ətrafına su verib, dib hissələrini təmizlədiklərini, əkdikləri narkotik tərkibli kollardan istifadə etdiklərini dedikləri qeyd edilmişdir. Lakin, apellyasiya məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş mütəxəssis-aqronom X5 çayının sahilində baxış keçirilməsində xx.xx.2018-ci ildə yox, xx.xx.2018-ci il tarixdə, həm də saat 16-17 radələrində iştirak etdiyini, baxışda onunla yanaşı yalnız dörd nəfər polis əməkdaşının iştirak etdiyini, təqsirləndirilən şəxslərin, onların müdafiəçiləri və hal şahidlərinin iştirakı ilə hər hansı baxışın keçirilməsində iştirak etmədiyini, təqsirləndirilən şəxsləri yalnız polis şöbəsində gördüyünü, baxış protokoluna Polis Şöbəsində imza etdiyini, lakin protokolu oxumadığına görə nə yazıldığını bilmədiyini bildirərək baxış protokolunda ona münasibətdə yazılanları təkzib etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş baxış da mütəxəssis-aqranom X7 iştirak etməsi həmçinin hal şahidləri X2 və X1 məhkəmə kollegiyasının iclasında verdikləri ifadələri ilə də təkzib olunmuşdur. Belə ki, hal şahidləri aqranom Aləm Abdıyevi tanımadıqlarını və onu polis əməkdaşlarının onları dəvət etdikləri ərazidə görmədiklərini bildirmişlər. Göstərilənlərə əsasən, apelyasiya məhkəmə baxışı zamanı Məhkumun iştirakı ilə xx.xx.2018-ci il tarixdə hadisə yerinə baxış keçirilərək narkotik tərkibli bitki kollarının götürülməsində mütəxəssis-aqronomun ümumiyyətlə iştirak etmədiyi təsdiq olunmuşdur. Bundan başqa, apellyasiya məhkəmə baxışı zamanı ibtidai araşıdrma zamanı müxtəlif istintaq hərəkətlərinin qanunvericiliyin tələblərinin pozulması ilə aparılması halları müəyyən olunmuşdur. Bundan başqa, Məhkumun ibtidai istintaq və birinci insta nsiya məhkəməsi zamanı məhkəmə baxışında verdiyi ifadələrdən fərqli ifadə verib qeyd olunan cinayət əməlini törətməyi, cinayət işini aparan müstəntiq və digər polis əməkdaşlarının ona təzyiqi nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə ifadə verdiyini bildirdiyi demiş, qeyd olunan xüsusatları, həmçinin X16 sahilində yabanı halda bitmiş çətənə kollarını çıxartdıraraq başqa bir yerdə əkdirdiyini, dibini yumşaldığını, ətrafını təmizlətdiyini, aqronomun həmin baxışda iştirak etmədiyini, hal şahidlərinin isə daha sonra oraya dəvət olunduğunu şahid X7 ilə üzləşdirərkən bir daha bildirmişdir. Yuxarıda qeyd olunan halları və iş üzrə şahidlərin apellyasiya məhkəmə baxışı zamanı verdiyi ifadələrini, həmin ifadələrin ibtidai istintaq və birinci instansiya məhkəməsindəki if adələrlə olan ziddiyyətləri nəzərə alaraq apellyasiya məhkəmə kollegiyası Məhkum tərəfindən narkotik tərkibli bitkilərin kultivasiya edilməsi ilə bağlı məlumatların həqiqətə uyğunluğunu şübhə altına almışdır. Mübahisəsizdir ki, birinci instansiya məhkəməsinin öz hökmündə qeyd etdiyi sübutlar Məhkumun CM-nin 237.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. Həmçinin, apellyasiya məhkəmə kollegiyası hazırkı işdən ayrılmış digər təqsirləndirilən şəxs Azər Bağırzadənin barəsində CM-nin 234.1 və 237.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündə təqsirləndirilən şəxs Azər Bağırzadənin CM-in 237.2.1-ci maddəsi ilə elan edilmiş itt iham üzrə təqsirliliyinin mötəbər sübutlarla təkzib olunmasını və ona həmin maddə ilə bəraət verilməsini də nəzərə almışdır. Bundan əlavə Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən verilmiş kassasiya protesti də Azərbaycan Respublikası Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bunları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə cinayət törətməsinin təsdiq olunduğu barədə fikir söylənilə bilməz və ona apellyasiya məhkəməsi tərəfindən tamamilə haqlı olaraq həmin maddə ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 28.5, 145.3, 146.1, 351.2 və 42-ci maddələrinin tələblərinə əsaslanır. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəm ənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin iş üzrə mövqeyi iş materiallarına uyğun olmaqla qanunidir. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkuma Az ərbaycan Respublikası CMnin 237.2.1-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, m əhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdı r. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq m əhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar