Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-311/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə b axaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən Cavid Hüseyn) 1(011)290/2020 nömrəli 17 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1995-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun 31 may 2020-ci il tarixdən 17 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 17 (on yeddi) gün müddət, bir günə iki gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay 4 (dörd) gün müddətinə bərabər tutulmaqla, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə xalası oğlu Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib “İnstaqram” sosial şəbəkə vasitəsi ilə Zərərçəkmiş şəxs2 ilə tanış olaraq, 30 aprel 2020-ci il tarixdə saat 17:30 radələrində sonuncuya məxsus 01 ədəd 650 manat qiymətində «Sony playstation - 4 pro» markalı oyun aparatını, 01 ədəd 750 manat qiymətində 108 sm diaqonallı «LG» markalı televizoru və 04 ədəd hər biri 100 manat olmaqla, cəmi 400 manat qiymətində «Sony playstation - 4 pr o» markalı oyun aparatının pultlarını üç günlük müddətə 80 manat ödəmək şərti ilə icarəyə götürmək adı ilə kirayəyə yaşadığı ünvan 2 ünvanında ələ keçirərək, həmin əşyaları 30 aprel 2020-ci il tarixdə internet vasitəsi ilə başqa şəxslərə satmaqla, zərərçəkmiş şəxsə cəmi 1800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, 02 may 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Suraxanı rayonu “V” yaşayış massivində yerləşən 16 saylı binanın qarşısında “Tap.Az” internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 01 ədəd 700 manat qiymətində «Sony Playstation - 3» markalı oyun aparatını və 02 ədəd hər biri 65 manat qiymətində həmin oyun aparatının pu ltlarını bir günlük müddətə 20 manat ödəyərək icarəyə götürmək şərti ilə ələ keçirib, sonradan həmin əşyaları sataraq zərərçəkmiş şəxsə cəmi 830 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, xalası oğlu Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, tanışı Zərərçəkmiş şəxs1 Müşviq oğlundan 03 may 2020-ci il tarixdə saat 14:30-da 01 ədəd 950 manat qiymətində «Sony playstation - 4» markalı oyun aparatını, 01 ədəd 109 sm diaqonallı 650 manat qiymətində “Şivaki” markalı televizoru və 03 ədəd hər biri 110 manat olmaqla, cəmi 330 manat qiymətində «Sony Playstation - 4 » markalı oyun aparatının pultlarını bir günlük müddətə 35 manat ödəmək şərti ilə icarəyə götürmək adı ilə kirayəyə yaşadığı Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi ev 25-də ələ keçirib, həmin əşyaları 03 may 2020-ci il tarixdə internet vasitəsi ilə başqa şəxslərə sataraq, zərərçəkmiş şəxsə 1930 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə xalası oğlu Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, “İnstaqram” sosial şəbəkə vasitəsi ilə Zərərçəkmiş şəxs4 ilə tanış olaraq, 17 aprel 2020-ci il tarixdə saat 20:00 radələrində sonuncuya məxsus 01 ədəd 500 manat qiymətində «Sony Playstation - 3» markalı oyun aparatını və 02 ədəd hər biri 50 manat olmaqla, cəmi 100 manat qiymətində «Sony Playstation - 3» mar kalı oyun aparatının pultlarını bir günlük müddətə 14 manat ödəmək şərti ilə icarəyə götürmək adı ilə ünvan 3 ünvanda yerləşən “Həzi Aslanov” metro stansiyasının qarşısında ələ keçirərək, həmin əşyaları 17 may 2020-ci il tarixdə saat 23 radələrində internet vasitəsi ilə başqa şəxsə ünvan 4 ünvanın qarşısında satmaq istəyərkən yaxalanaraq Xətai RPİ-nin 36-cı polis bölməsinə təhfil verilmiş, nəticədə zərərçəkimş şəxs Zərərçəkmiş şəxs4 cəmi 600 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Habil Məmmədovdan ibarət tərkibdə) 1(103)-376/2021 nömrəli 22 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, onun 31 may 2020-ci il tarixdən 17 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 17 (on yeddi) gün müddət təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2021-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilmişdir. Məhkum kassas iya şikayəti verərək xahiş etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı cəzanın sərtliyinə görə dəyişdirilməklə ona azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ona təyin olunmuş cəza ağır olduğundan dəyişdirilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası öz sərtliyinə görə onun törətdiyi cinayətə və şəxsiyyətinə uyğun olmadığından ona azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsini n tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edil məsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında üç cəza növü, yəni 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 il dən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən onun törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum cəza təyin edərkən, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrar dələduzluq cinayəti törətməsinə, əvvəllər də cinayət məsuliyyətinə cəlb edilməsinə, yəni onun cinayətə meylli və cəmiyyət üçün təhlükəli olmasına baxmayaraq, onun şəxsiyyətini kifayət qədər nəz ərə almadan, işin faktiki hallarına və cəza məqsədlərinə uyğun olmayan ədalətsiz cəza təyin etməsi qənaətinə gəlmiş, məhkuma maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə (2 il müddətə azadlıqdan məhrum etmə cəzası) azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs3 dəymiş 1030 manat məbləğin 10 gün müddətində qaytarılması barədə vəd versə də, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sadəcə 100 (yüz) manat miqdarında vurduğu ziyandan ödəniş etmiş, bununla da zərərçəkmiş şəxslə barışığın şərtini faktiki olaraq icra etməmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza məhk umun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Belə cəzanı heç də ağır hesab etmək olmaz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədlər i cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyab r 2021-ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-311/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-311/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver