Məhkəmə qərarları › İş №1(102)-311/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-311/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-311/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Hüseynov (sədrlik edən və məruzəçi), Eldar İsmayılov və Samir Əliyev) 05 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müd dətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Əli Seyfəliyev (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Qədim Babayev) 09 aprel 2021-ci il tarixli 1(103)-302/2021 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli hökmü ləğv olunmuş, Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinməsi və ona həmin maddələrlə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. 06 iyun 2023-cü il tarixdə Məhkum Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli hökmündən kassasiya şikayətinin verilməsi üçün buraxıl mış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyev) 26 iyul 2023-cü il tarixli 1(103)-302/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü il tarixli 1(103)-302/2021 nömrəli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Əfqanıstan vətəndaşı olduğundan, Azərbaycan Respublikasının qanunlarından anlayışı olmam ışdır. Həmçinin uzun müddət dəri xəstəliyindən əziyyət çəkdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək üçün müddəti üzrlü səbəblərdən buraxmışdır. Məhkum 1-ci Qarabağ müharibəsi veteranı olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun və Müdafiəçi5 çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-302/2021 nömrəli 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apelyasiya instansiy ası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Cinayət işində olan sənədlərdən müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2021-ci il tarixli hökmü proses iştirakçılarının, o cümlədən məhkum, onun müdafiəçisinin və tərcüməçinin iştirakı ilə elan edilmiş, 07 may 2021-ci il tarixli məktubla qərar fars dilinə tərcümə edilməklə məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli hökmündən verilmiş kassasiya şikayəti Məhkum tərəfindən 10 iyun 2023-cü il tarixli müşayiət məktubu ilə 19 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Mə hkəməsinə daxil olmuşdur. Yəni məhkum, qərarın ona rəsmi qaydada təqdim olunduğu gündən 2 il 1 ay sonra kassasiya şikayəti vermiş, bununla da kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 1 il 1 aydan artıq bir müddət keçmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli hök mündən kassasiya şikayəti 10 iyun 2023-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi po zuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 12 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü il qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Bakı Apelyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 09 aprel 2021-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü tarixli 1(103)-302/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apelyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü il tarixli 1(103)-302/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar