Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3117/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum müdafiəçisi Ağazadə Səbinə Əjdər qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 182.4 və 302.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi A.X.Rüstəmzadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə) Məhkum, # ###### 1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “ML DENT” klinikasında həkim-stomatoloqun köməkçisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 182.4 və 302.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 182.4-cü maddəsi ilə 12 (on iki) il 9 (doqquz) ay müddətə, CM-in 302.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə, CM-in 66.3cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 182.4 və 302.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər olduqları halda belə tədbirlər keçirib qəsdən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə şəxsi həyat sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamış, şəxsin hüquq və qanunla qorunan mənafelərini əhəmiyyətli dərəcədə pozmuş, habelə qəsdən zərərçəkmiş şəxsin haqqında həmin rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin xüsusilə külli miqdarda əmlakını tələb edərək ələ keçirmişdir. Belə ki, Məhkum tanışları Təqsirləndirilən şəxs və digər şəxslə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar əldə edib yayma hədəsi ilə sonuncudan pul tələb etmək qərarına gəlmiş, bu məqsədlə qrup üzvləri arasında qabaqcadan əldə olunmuş razılığa uyğun olaraq Təqsirləndirilən şəxs və Məhkum 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs istifadəsində olan “Land Rover Defender” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək adı altında sonuncunun sürücüsü şahid4 Camal oğlu vasitəsilə Yasamal rayonu, Yeni Yasamal, 2-ci Alatava küçəsində yerləşən “Ekvator” adlı avtomobil təmiri məntəqəsinə gətirdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən avtomobilin sürücüsü çay içmək bəhanəsi ilə oradan uzaqlaşdırılmış, Məhkum isə X3 adına rəsmiləşdirilmiş, lakin Zərərçəkmiş şəxs faktiki sahibliyində olan ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin avtomobildə saxlanılan açarını gizli qaydada götürərək surətini çıxarmışlar. 2021-ci ilin oktyabr ayının əvvəllərində Məhkum Təqsirləndirilən şəxs ilə birlikdə qeyd olunan mənzilə əldə etdikləri açarın surətindən istifadə etməklə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan və mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs şəxsi sirri olan məlumatları qanunsuz yolla toplamaq məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadıqları halda sonuncunun hüquq və qanunla qorunan mənafelərini əhəmiyyətli pozaraq yataq otağında yerləşən televizorun alt hissəsinə gizli qaydada videokamera yerləşdirib onu işlək vəziyyətə gətirmiş, 2021-ci ilin oktyabr ayı ərzində Zərərçəkmiş şəxs mənzildə olmadığı müddətdə təkrarən bir neçə dəfə həmin mənzilə qanunsuz daxil olub kameranın işlək olmasını yoxlamış, oktyabr ayının sonunda kameranı 2021-ci ilin 10, 14 və 19 oktyabr tarixlərində Zərərçəkmiş şəxs şəxsi həyatının sirrinə aid olan videogörüntülərin əks olunduğu yaddaş kartı ilə birgə götürdükdən sonra ümumi cinayətkar niyyətə uyğun olaraq qrup üzvü digər şəxs Rusiya Federasiyasının mobil operatoruna məxsus +*********** saylı telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqi üzərindən qanunsuz olaraq əldə etdikləri videogörüntülərin qısa fraqmentlərini Zərərçəkmiş şəxs göndərməklə qeyd olunan rüsvayedici məlumatları yayma hədəsi ilə sonuncudan 2021-ci ilin noyabr ayında xüsusilə külli miqdar təşkil edən 3.000.000 ABŞ dolları məbləğində pul vəsaitini tələb edib həmin tarixdən 2022-ci ilin dekabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda vahid qəsdlə ümumilikdə 1.428.000 manat ekvivalentində 840.000 ABŞ dolları məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə Bakı şəhərində və Rusiya Federasiyasının Moskva şəhərində müxtəlif şəxslərdən qəbul edərək ələ keçirmişlər. Hökmdən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Mirzəbəyov Zaur Əzizağa oğlu, məhkum Məhkum müdafiəçiləri Ibadov Zaur Fəzail oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə, sonuncu və məhkum Məhkum digər müdafiəçisi A.X.Rüstəmzadə tərəfindən apellyasiya şikayətlərinə edilmiş əlavələrə, habelə zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Zəfər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət tərkibdə) ## ####### 2025-ci il tarixli qərarı ilə Məhkum müdafiəçiləri Z.F.Ibadov və A.X.Rüstəmzadə tərəfindən apellyasiya şikayətinə verdikləri əlavələr təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Z.Ə.Mirzəbəyov, məhkum Məhkum müdafiəçisi Z.F.Ibadov və zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü məhkumlar Məhkum və Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, hökmlə onların hər birisinə CM-in 182.4 və 302.2-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti barələrində CM-in 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) ilədək endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda yol verilmiş anlaşılmazlığın aradan qaldırılması haqqında apellyasiya instansiyası məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ilə isə həmin məhkəmənin ## ####### 2025-ci il tarixli qərarının nəticəvi hissəsinin 4-cü abzasında “Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 1 (***)-***/**** nömrəli hökmü ilə CM-in 182.4 və 302.2-ci maddələri ilə hər birinə ayrı-ayrılıqda təyin olunmuş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nine 62-ci maddəsi tətbiq edilməklə azaldılsın, onlara 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin”xxxx“Məhkum və Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 1 (***)-***/**** nömrəli hökmü ilə CM-nin 182.4-cü maddəsi ilə təyin edilmiş 12 (on iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin, həmin cəza hökmlə onlara CM-nin 302.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CMnin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarından rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin”xxxxilə əvəz edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi A.X.Rüstəmzadə kassasiya şikayəti verərək həmin qərarın cinayət yolu ilə əldə olunmuş pul vəsaiti hesabına alındığı iddia edilərək xüsusi müsadirə olunmuş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M. Xiyabani küçəsi, ** saylı binanın yaxınlığında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının “B” blokunda, 9-cu mərtəbədə (yaşayışın 8-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 146.45 kv.m olan, 3 otaqdan ibarət “1” saylı mənzilin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə Idarəsinə təhvil verilmiş, Məhkum məxsus 1.067 (bir min altmış yeddi) manat məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməklə dövlət nəfinə alınması hissəsində ləğv edilməsini, həmin əmlakların müsadirə predmetindən çıxarılmaqla sahiblərinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin xüsusi müsadirə ilə bağlı hüquqi mövqeyinə və həmin Məhkəmənin bəzi Qərarlarına, ‘Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarına istinad edən müdafiəçi A.X.Rüstəmzadə həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsə məxsus olan və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə xüsusi müsadirə edilmiş əmlakın cinayət yolu ilə alınması faktı məhkəmələr tərəfindən sübuta yetirilməmiş, onun tərəfindən cinayət yolu ilə əldə edilmiş vəsait isə tam olaraq zərər çəkmiş şəxsə qaytarılmışdır. Bununla yanaşı ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən mübahisələndirilən əmlakın özgəninkiləşdirilməsinə heç bir qadağa qoyulmamışdır. Müdafiə tərəfi olaraq məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, Məhkum əldə etdiyi mənzil sonradan X8 satılmış, sonuncu ilə “xxxx” MTK arasında # ###### 2023-cü il tarixdə *** nömrəli yaşayış sahəsinə dair pay alqı-satqısı müqaviləsi bağlanmış, həmin tarixli maliyyə arayışına əsasən, bu müqavilə üzrə öhdəlik tam şəkildə yerinə yetirilmiş, yəni ödəniş tam aparılmış və X8 hər hansı tikinti şirkətinə heç bir borcu qalmamışdır. Göründüyü kimi, Məhkum əldə etmiş olduğu daşınmaz əmlak artıq üçüncü şəxsin mülkiyyətindədir və bu baxımdan həmin əmlak xüsusi müsadirə edilə bilməzdi. O, ki qaldı Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə Idarəsinin depozitində saxlanılan pul vəsaitinə, əvvəla həmin pulun da cinayət yolu ilə əldə edilməsinə dair heç bir sübut iş materiallarından mövcud deyil, digər tərəfdən isə Məhkum zərər çəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyindən həmin pul vəsaitinin xüsusi müsadirə edilməsi üçün əsaslar yaranmamışdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi A.X.Rüstəmzadə onun kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, məhkumun digər müdafiəçisi A.X.Rüstəmzadə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Məhkum, onun müdafiəçisi A.X.Rüstəmzadənin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə əsasən işə ## ### 2026-cı il tarixdə kassasiya instansiyası məhkəməsində baxılmazdan əvvəl məhkum Məhkum və onun müdafiəçisi A.X.Rüstəmzadə ## ##### 2026-cı il tarixli birgə imzalanmış ərizə ilə Ali Məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişlər. Məhkum Məhkum müdafiəçisi A.X.Rüstəmzadə ilə birgə verdikləri ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Məhkum və onun müdafiəçisi A.X.Rüstəmzadə tərəfindən birgə verilərək imzalanmış ərizəni nəzərdən keçirib həmin ərizənin təmin edilərək kassasiya şikayətinin geri qaytarılması barədə məhkumun digər müdafiəçisi S.Ə.Ağazadənin və dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, qeyd olunan ərizə təmin edilməklə CM-in 182.4 və 302.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi A.X.Rüstəmzadə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi A.X.Rüstəmzadə ilə birgə verdikləri ərizə təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4 və 302.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi A.X.Rüstəmzadə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-3117/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3117/2025
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver