Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-312/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2018-ci i l tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Y.X.Həşimov) 04 iyun 2018-ci il tarixli hökmü ilə 16 iyun 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq təyin olunmuş cəzadan çıxılmış və üzərində aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 30 sentyabr 2017-ci il tarixdə saat 23 radələrində Gəncə şəhər Kəpəz rayon inzibati ərazisində yerləşən “xxxx” tarixiabidəkompleksindəkeçirilən “Aşura” mərasimi ilə əlaqədar kompleksin içərisində yerləşən “xxxx” tarixi abidəsinin həyətindəki su hovuzunun qarşısında Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, İmamzadə kompleksinin axundu X7 bir qədər əvvəl kompleksin giriş qapısının qarşısında xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərilməsi v ə ictimai qaydanın pozulması ilə nəticələnən hadisə ilə əlaqədar tanımadığı bir nəfər qadınla dayanıb sözlü mübahisə etməsini görüb ona aid olmayan mübahisəyə süni şəkildə qoşularaq özünün müstəsna şəxsiyyət və digər şəxslərdən üstün olduğunu göstərmək məqsədilə istintaqa məlum olmayan şəxslərlə birlikdə bir qrup şəxs halında ətrafda çoxsaylı insanların olmasına məhəl qoymadan sanki özlərindən başqa orada heç kim olmamış kimi uca səslə dini şüarlar səsləndirib ətrafdakı ziyarətçilərin dinciliyini pozub normal və sakit şəkildə ziyarət etmələrinə maneçilik törədib ictimai yer hesab edilən abidənin həyətində özü və ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb oraya toplaşmış şəxslərin onun yanında olmalarından bir qədər də cəsarətlənərək heç bir əsaslı səbəb olmadan X4ün sifət nahiyəsinə sillə ilə bir dəfə zərbə vurub, az bir vaxtdan sonra yenidən geri qayıdaraq qərəzli hərəkətlərini davam etdirib arxadan ona yaxınlaşaraq yumruqla zərbə endirmək istəmiş, daha sonra oradan uzaqlaşmaq istəyərkən müvazinətini itirərək yerə yıxılanX4ə bir dəfə də təpik zərbəsi vuraraq ona fiziki ağrı yetirmiş, bu zaman könüllü olaraq “Aşura” mərasimində iştirak edən X1 X4ə qarşı edilən qanunsuz hərəkətlərlə bağlı ictimai qaydanın pozulmasının qarşısını almaq istəyib orada olan qrupun içərisində aqressivliyi ilə seçilən kütləni sakitləşdirib X4ü hadisə yerindən uzaqlaşdırmaq istəyərkən heç bir əsaslı səbəb olmadan istintaqa məlum olmayan şəxslərlə birlikdə bir qrup şəxs halında X5in də üstünə hücum çəkib təpik zərbəs i vuraraq sonuncuya burun sümüyünün açıq sınığı, sol alt göz qapağının qançırı, sol qulaq seyvanının qançır və sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 12 oktyabr 2018-ci il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, dövlət ittihamçısı A.Abbasov tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Q.A.Rizvanov verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılsın. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Qalib Rizvanov onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və işin halları nəzərə alınmamış, CM-nin 8.1. 41.2. 58.3-ci maddələrinin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cii il tarixli 4 saylı qərarının tələbləri pozulmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum istintaqa məlum olmayan şəxslərlə birl ikdə bir qrup şəxs halında zərərçəkmiş şəxs X9a qarşı və ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı ictimai qaydanın pozulmasının qarşısını alan X5ə qarşı etdiyi xuliqanlıq cinayəti az ağır cinayətlər kateqoriyasına aid olmaqla qəsdən törədilmiş və təqsirləndirilən şəxs qrup halda həmin hərəkətləri zərərçəkmiş şəxslərlə mübahisə edib dalaşaraq onlara əl və ayaqla çoxsaylı zərbələr vurub fiziki zor tətbiq edib xəsarətlər yetirmişdir. Bu hərəkədən törətdikdən sonra o. nəinki, zərərçəkmiş şəxslər X11 və X8 ilə razılıq əldə etməmiş, hətta bu cür razılıq əldə etməyə belə cəhd göstərməmişdir. Bundan başqa, məhkəmə cəza təyini zamanı Məhkum əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini və məsuliyyətə cəlb olunmasım, əməlini etiraf etməklə əməlindən peşman olmasını, gəncliyini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alsa da. həmin halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsinin motivlərini əsaslandırmamışdır. Halbuki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Digər tərəfdən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cii il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların saylı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləş dirici hallar qismində nəzərə alma bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar qismində nəzərdə tutulmayan halları cəza təyini zamanı nəzərə aldığı halda həmin halların qəbul edilməsinin motivini göstərməmiş və gərəklinəticəni əsaslandırmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mü raciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinay ətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin ol unmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum əməllərindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in 221.2.1 və 221.2.2-ci maddələrin sanksiyası (iki ilədək müddətə islah işləri və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan qazancında n 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasını təyin etmişdir. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassa siya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-312/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-312/2019
05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver