Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-312/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxs X3 qanuni nümyəndəsi XX44nın, zərərçəkmiş şəxsin nümayəndəsi – X80nun vəkili X7, məhkumlar Məhkum2 və Məhkum1 m üdafiəçisi – X79nun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi, habelə zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44 tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Abdullayev, hakimlər M.V.Məmmədov və İ.Q.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum3 (xx xxxxx 1985-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan3-da qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 və 149.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 144.3cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 149.2.3 və 149.2.5-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 iyun 2018-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum4 (xx xxxx 1985-ci ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan5nd ə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 30 iyun 2018-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum2 (xx xxxxx 1976-cı il tarixdə ünvan6ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan7-də qeydiyyatda olmaqla, ünvan8ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 c əzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 12 iyun 2019-cu il tarixdən hesablanması qərara alınmışdır; Məhkum1 (xx xxx xxxx 1974-cü ildə ünvan9ndə anadan olmuş, evli, orta təhsilli, fərdi əmklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan10ində qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsindəCinayət Məcəlləsinin 62cimaddəsitətbiqolunmaqla 4 (dord) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 12 iyun 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qərarı il ə (sədrlik edən və məruzəçi hakim K.S.Bəşirov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum3 müdafiəçisi X10, məhkumlar Məhkum4 və Məhkum2 müdafiəçisi X8, Məhkum1 müdafiəçisi X1, hadelə zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi, habelə zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44 tərəfindən kassasiya şikayətləri vermişdir. İşin halları: Hökmə əsasən Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsi oğurlamış, ona qarşı zor t ətbiq etməklə onunla cinsi əlaqədə olub təkrarən zorlamışdır. Belə ki, o, ünvan8 sakini 08 oktyabr 2001-ci il təvəllüdlü, XXX33in 10-cu sinif şagirdi, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatmamasını zahiri görünüşü və orta məktəbdə oxuması haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar sürətdə və etibarlı şəkildə bildiyi X5 XXX333un yaxınlığında görərək onu bir neçə dəfə izləyib oğurlamaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcə təxminən 4-5 iyun 2018-ci il tarixlərdə əmisi Məhkum2 və əmisi arvadı Məhkum1 yaşadıqları ünvan9ndə yerləşən hazırda fəaliyyət göstərməyən köhnə 1600 başlıq XXXX60nın ərazisində olan fərdi yaşayış evinə gələrək Məhkum2 və Məhkum1 qız qaçırıb onların yaşadıqları evlərinə gətirəcəyini deyib XXXXX75nin saxlanılmasında birgə iştirak etmələri üçün onlarla qab aqcadan əlbir olmuş, daha sonra isə təxminən 09 iyun 2018-ci il tarixdə XXX333un yaxınlığında yerləşən XXX555” çayxanasında dayısı oğlu Məhkum4 ilə “VAZ 2107” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə XXXXX75nin tutulması və faktiki olduğu yerdən başqa yerə aparılmasında birgə iştirak etməsi üçün onunla da qabaqcadan razılığa gəlmiş, bununla qabaqcadan əlbir olan bir qrup təşkil etdikdən sonra o, tutduğu niyyətini həyata keçirmək məqsədilə 11 iyun 2018-cı il tarixdə istifadəsində olan ********** saylı mobil nömrədən Məhkum2 istifadəsində olan ********** saylı mobil nömrəyə telefon zəngi edərək XXXXX75nin saxlanılması üçün zəruri şərait yaradılmasını bir daha tapşırmış, həmin gün saat 17 radələrində dayısı oğlu Məhkum4 ilə birlikdə sonuncunun etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan10nə gəlmiş, Məhkum4 avtomobili XXX222 və şəhid ailələri üçün inşa edilmiş binanın qarşısında saxlamasını tapşırıb avtomobildən düşərək, bir müddət XXXXX75nin hazırlıq məşğələlərinə getdiyi ünvanın həndəvərində dolanmaqla əlverişli şəraitin yaranmasını gözləmiş, həmin vaxt hazırlıq məşğələlərinə gedən ünvan10 ilə piyada hərəkət edən X6 yaxınlaşıb, ona tanış olmaq niyyətini bildirmiş, XXXXX75 onun təklifinə etiraz etdikdə, ətrafda kənar şəxslərin olmamasını görüb Məhkum4la gəldikləri razılığa əsasən XXXXX75ni oğurlamaq niyyətini həyata keçirmək məqsədi ilə Məhkum4 əli ilə işarə edib avtomobili idarə edərək onlara tərəf hərəkət etməsini göstərmiş, Məhkum4 avtomobili idarə edərək onlara tərəf yaxınlaşdıqda, onların niyyətini başa düşüb geri dönərək qaçan XXXXX75nin ardınca təqib edib ona fiziki zor tətbiq edərək arxadan onun qollarını bədəninə sıxaraq qucaqlayıb, ayaqlarını yerdən üzərək hərəkət imkanını məhdudlaşdırmaqla sonuncunu iradəsi ziddinə məcburi qaydada avtomobilə tərəf aparmış, XXXXX75nin ayaqlarını onun ayaqlarına vuraraq ucadan qışqırıb kömək istəməsinə məhəl qoymayaraq, həmin vaxt avtomobilin içərisindən arxa sol qapını açan Məhkum4 köməkliyi ilə XXXXX75nin fəal müqavimətini qıraraq avtomobilə salmış, Məhkum4 onun və XXXXX75nin içərisində olduğu avtomobili sonuncunun faktiki olduğu yerdən idarə edərək sürmüş, XXXXX75ni qanunsuz olaraq əvvəlcədən razılaşıb oğurlayaraq gətirəcəkləri yerə, yəni Məhkum2 və Məhkum1 birlikdə yaşadıqları ünvan11ndə yerləşən hazırda fəaliyyət göstərməyən köhnə 1600 başlıq XXX44nın ərazisində yerləşən fərdi yaşayış evinə aparmış, həmin evə yaxın məsafədə avtomobillə gəldikləri vaxt o, öz istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrədən Məhkum2 istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrəyə telefon zəngi edərək əlaqə saxlamış, sonuncunun arvadı Məhkum1 ilə birlikdə evdə olduğunu öyrəndikdən və cinayətkar niyyətini həyata keçirmək üçün zəruri şərait yaradılmasını tapşırdıqdan sonra XXXXX75ni həmin evə gətirmiş, XXXXX75 orada qaçırılaraq oğurlandığını deyərək həmin şəxslərdən aman diləyib köməklik istəməsinə baxmayaraq həmin şəxslərin köməkliyi ilə XXXXX75ni həmin evdə otağın qapısını içəridən açarla kilidləməklə qanunsuz olaraq saxlayaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında yetkinlik yaşına çatmayan XXXXX75ni oğurlamışdır. Bun dan başqa o, 11 iyun 2018-ci il tarixdə saat 18 radələrində əmisi Məhkum2 məxsus ünvan12ndə yerləşən hazırda fəaliyyət göstərməyən köhnə 1600 başlıq XXXX60nın ərazisində olan fərdi yaşayış evində XXXXX75ni qanunsuz olaraq oğurlayıb saxladığı otağın qapısını içəridən açarla kilidləyərək, cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin etmək məqsədi ilə yetkinlik yaşına, yəni on səkkiz yaşına çatmamasını zahiri görünüşü və orta məktəbdə oxuması haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar sürətdə və etibarlı şəkildə bildiyi XXXXX75yə yaxınlaşmış, sonuncunun cinayətkar niyyətini başa düşən XXXXX75nin, yalvararaq, aman diləməsinə məhəl qoymayaraq, onu qucaqlayıb arxası üstə otaqdakı döşəməyə sərilmiş xalçanın üzərindəki yorğana yıxıb müqavimətini qıraraq XXXXX75nin ona artıq müqavimə t göstərməsinə fiziki qüvvəsi kifayət etməməsindən istifadə edərək sol əli ilə sonuncunun qollarını cütləşdirib başının üstündə tutmuş, sağ əli ilə XXXXX75nin əynindəki geyimini və alt paltarını çıxarmış, sonra öz əynindəki paltarlarını soyunub, ayaqlarını bir birinə sıxaraq ona müqavimət göstərən XXXXX75nin fəal müqavimətini qırmaq üçün öz ayaqlarını sonuncunun ayaqları arasına salaraq, cinsiyyət orqanını fiziki zor tətbiq etməklə XXXXX75nin uşaqlıq yoluna zorla yeridib qızlıq pərdəsinin tamlığını pozaraq, sonuncunu onun iradəsi əleyhinə təbii yolla cinsi əlaqədə olub zorlamış, zərər çəkmiş şəxs üzərində öz zorakı hərəkətlərini dayandırdıqdan bir saat sonra o, təkrarən öz cinsi ehtirasını təmin etmək məqsədilə XXXXX75ni zorlamaq qərarına gəlib, sonuncunun iradəsi və istəyinə zidd olaraq o na qarşı müqavimətini fiziki zor tətbiq etməklə qırıb yerdə döşəmənin üstündəki örtüyün üstünə arxası üstə yıxmış, öz cinsiyyət orqanını fiziki zor tətbiq etməklə XXXXX75nin uşaqlıq yoluna zorla yeridib XXXXX75nin döş qəfəsində dərisinin qansızma sahələri, hər iki yuxarı (bazu said nahiyyələrində) və aşağı ətraflarında (hər iki bud nahiyyələrində) qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə zorla təbii yolla cinsi əlaqədə olmaqla yetkinlik yaşına çatmayan şəxsi təkrarən zorlamışdır. Həmçinin hökmə əsasən Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsi oğurlamışdır. Belə ki, o, 09 iyun 2018-ci il tarixdə XXX333un yaxınlığında yerləşən XXX64 çayxanasında bibisi oğlu Məhkum3 ilə etibarn amə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 tutulması və faktiki olduğu yerdən başqa yerə aparılmasında birgə iştirak etməsi üçün Məhkum3la qabaqcadan razılığa gəlmiş, bundan sonra Məhkum3la əlbir olub onunla birlikdə cinayətkar niyyəti həyata keçirmək məqsədi ilə 11 iyun 2018-cı il tarixdə saat 17 radələrində özünün idarə etdiyi avtomobillə ünvan14nə gəlmiş, həmin yerdə Məhkum3 tapşırığı əsasında avtomobilini XXXXX89 və şəhid ailələri üçün inşa edilmiş binanın qarşısında saxlamış, bir müddət XXXXX75nin hazırlıq məşğələlərinə getdiyi ünvanın həndəvərində əlverişli şəraitin yaranmasını gözləmiş, Məhkum3 həmin vaxt hazırlıq məşğələlərinə gedən ünvan14 ilə piyada hərəkət edən XXXXX75yə yaxınlaşıb, sonuncunu onun içərisində gözlədiyi avtomob ilə yaxınlaşdırmaq məqsədilə onunla tanış olmaq niyyətini bildirmiş, XXXXX75 həmin təklifə etiraz etdikdə ətrafda kənar şəxslərin olmamasını görüb Məhkum3la əvvəlcədən gəldikləri razılığa əsasən XXXXX75ni oğurlamaq niyyətlərini həyata keçirmək məqsədi ilə avtomobilini idarə edərək Məhkum3 göstərdiyi istiqamətdə hərəkət edib Məhkum3 və XXXXX75yə yaxınlaşmış, həmin vaxt Məhkum3 onların niyyətini başa düşüb geri dönərək qaçan XXXXX75nin ardınca gedib sonuncunu təqib edərək fiziki zor tətbiq etməklə arxadan qollarını bədəninə sıxaraq qucaqlayıb, ayaqlarını yerdən üzərək hərəkət imkanını məhdudlaşdırmaqla XXXXX75ni iradəsi ziddinə məcburi qaydada avtomobilə tərəf gətirmiş, XXXXX75nin ayaqlarını Məhkum3 ayaqlarına vuraraq ucadan qışqırıb kömək istəməsinə məhəl qoymayaraq, qabaqcadan gəlinmiş r azılaşmaya əsasən XXXXX75nin oğurlanmasını təmin etmək üçün Məhkum3 kömək etmək məqsədilə həmin vaxt avtomobilinin içərisindən arxa sol qapısını açmış, onun köməkliyi ilə Məhkum3 XXXXX75nin fəal müqavimətini qıraraq avtomobilə salmış, bundan sonra XXXXX75nin də içərisində olduğu avtomobili sonuncunun faktiki olduğu yerdən sürərək XXXXX75ni əvvəlcədən razılaşıb oğurlayaraq gətirəcəkləri yerə, yəni Məhkum2 Məhkum1 Baba qızı ilə birlikdə yaşadığı ünvan12ndə yerləşən hazırda fəaliyyət göstərməyən köhnə 1600 başlıq XXXX60nın ərazisində yerləşən fərdi yaşayış evinə aparmağa başlamış, həmin evə yaxın məsafədə avtomobillə gəldikləri vaxt Məhkum3 istifadəsində olan xxx xxx-xx-x saylı mobil nömrədən Məhkum2 istifadəsində olan xxx xx-xx-xx saylı mobil nömrəyə dəqiqləşdirmə aparmaq məqsədilə telefon z əngi edərək əlaqə saxlamış, Məhkum3 Məhkum2 və Məhkum1 birlikdə evdə olduğunu öyrəndikdən və qabaqcan əlbir olduqları cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə zəruri şərait yaradılmasını tapşırdıqdan sonra XXXXX75ni həmin evə gətirmiş, XXXXX75 orada qaçırılaraq oğurlandığını deyərək həmin şəxslərdən aman diləyib köməklik istəməsinə baxmayaraq həmin şəxslərin köməkliyi ilə XXXXX75ni həmin evdə otağın qapısını içəridən açarla kilidləməklə qanunsuz olaraq saxlanmasını təmin etməklə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında yetkinlik yaşına çatmayan XXXXX75ni oğurlamışdır. Həmçinin hökmə əsasən Məhkum2, qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsi oğurlamışdır. Belə ki, o, arvadı Məhkum1 ilə təxminən 4-5 iyun 2018-ci il tarixlərdə ünvan12ndə yerləşən hazırda fəaliyyət göstərməyən köhnə 1600 başlıq XXXX60nın ərazisində olan yaşadıqları fərdi yaşayış evində olan zaman evlərinə gəlmiş qardaşı oğlu Məhkum3 ilə sonuncunun qız qaçırıb onların yaşadıqları evlərinə gətirməsi və XXXXX75nin saxlanılmasında arvadı Məhkum1 da iştirakı ilə birgə iştirak etmələri barədə razılığa gəlib qabaqcadan əlbir olmuş, həmin məqsədlərinin həyata keçirilməsindən ötrü 11 iyun 2018-cı il tarixdə Məhkum3 istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrədən onun istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrəyə telefon zəngi edərək XXXXX75nin saxlanılması üçün zəruri şərait yaradılmasını bir daha tapşırıb bundan sonra bibisi oğlu Məhkum4 ilə birlikdə sonuncunun etibarnamə ilə istifadəsində olan “VAZ 2107” markalı, **xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomob illə yetkinlik yaşına çatmayan 08 oktyabr 2001-ci il təvəllüdlü X5 faktiki olduğu ünvan14ndə yerləşən XXXXX89 üçün inşa edilmiş binanın qarşısından oğurlamış, əvvəlcədən razılaşıb oğurlayaraq gətirəcəkləri yerə, yəni onun arvadı Məhkum1 ilə birlikdə yaşadığı evə yaxın məsafədə avtomobillə gəldikləri vaxt Məhkum3 istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrədən onun istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrəyə zəng edərək telefon əlaqəsi saxlamış, o, Məhkum3 arvadı Məhkum1 ilə birlikdə evdə olduğunu və XXXXX75nin qanunsuz olaraq saxlanılmasına zəruri şərait yaradacaqlarını bildirdikdən sonra Məhkum3 bibisi oğlu Məhkum4 etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilində XXXXX75ni evlərinə gətirmiş, XXXXX75nin qaçırılaraq oğur landığını deyərək həmin şəxslərdən aman diləyib köməklik istəməsinə baxmayaraq XXXX96nin həmin evdə otağın qapısı açarla kilidlənməklə qanunsuz olaraq saxlanılmasını təmin etməklə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında yetkinlik yaşına çatmayan XXXXX75ni oğurlamışlar. Həmçinin hökmə əsasən Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsi oğurlamışdır. Belə ki, o, əri Məhkum2 ilə təxminən 4-5 iyun 2018-ci il tarixlərində yaşadıqları ünvan12ndə yerləşən hazırda fəaliyyət göstərməyən köhnə 1600 başlıq XXXX60nın ərazisində olan yaşadıqları fərdi yaşayış evində olan zaman evlərinə gəlmiş ərinin qardaşı oğlu Məhkum3 ilə sonuncunun qız qaçırıb onların yaşadıqları evlərinə gətirməsi və XXXXX75nin qanunsuz olaraq saxlanılmasında əri Məhkum2 da iştirakı ilə b irgə iştirak etmələri barədə razılığa gəlib qabaqcadan əlbir olmuş, həmin məqsədlərinin həyata keçirilməsindən ötrü 11 iyun 2018-ci il tarixdə Məhkum3 istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrədən əri Məhkum2 istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrəyə telefon zəngi edərək XXXXX75nin saxlanılması üçün zəruri şərait yaradılmasını bir daha onlara tapşırmış, bundan sonra Məhkum3 bibisi oğlu Məhkum4 ilə birlikdə sonuncunun etibarnamə ilə istifadəsində olan “VAZ 2107” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə yetkinlik yaşına çatmayan 08.10.2001-ci il təvəllüdlü X5 faktiki olduğu ünvan14ndə yerləşən XXXXX89 üçün inşa edilmiş binanın qarşısından oğurlamış, XXXXX75ni əvvəlcədən razılaşıb oğurlayaraq gətirəcəkləri yerə, yəni onun əri Məhkum2 ilə birlikdə yaşadı ğı evə yaxın məsafədə gəldikləri vaxt Məhkum3 istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrədən Məhkum2 istifadəsində olan xxx xxx-xx-xx saylı mobil nömrəyə zəng edərək telefon əlaqəsi saxlamış, Məhkum2 onunla birlikdə evdə olduğunu və XXXXX75nin qanunsuz olaraq saxlanmasına zəruri şərait yaradacaqlarını bildirdikdən sonra Məhkum3 bibisi oğlu Məhkum4 etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobildə XXXXX75ni evlərinə gətirmiş, XXXXX75 qaçırılaraq oğurlandığını deyərək həmin şəxslərdən aman diləyib köməklik istəməsinə baxmayaraq XXXX96nin həmin evdə otağın qapısı açarla kilidlənməklə qanunsuz olaraq saxlanmasını təmin etməklə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında yetkinlik yaşına çatmayan XXXXX75ni oğurlamışdır. Kassasiya şikayə tlərinin dəlilləri: Zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər Məhkum3, Məhkum4, Məhkum2, Məhkum1 cəza təyin edilərkən bir sıra hallar Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmadığı halda əsassız olaraq təqsirkarların cəzalarını yüngülləşdirən hallar, Məhkum1 münasibətdə isə - Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini şərtləndirən müstəsna hallar kimi qiymətləndirilmiş, zərərçəkmiş şəxslə barışığın əldə olunmaması, onun şikayətçi olması isə əsassız olaraq nəzərə alınmamış, nəticədə Məhkum3, Məhkum4, Məhkum2, Məhkum1 onların şəxsiyyətlərinə, törətdikləri cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzalar təyin edilmiş və həmin cəzalar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığı üçün apellyasiya məhkəməsi də eyni pozuntulara yol vermişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi nümayəndə44 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, məhkumlara daha ağır cəzaların təyin edilməsini xahiş edir. Məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi isə hər bir məhkum haqqında ayrı-ayrılıqda verdiyi kassasiya şikayətlərini eyni dəlillərlə əsaslandıraraq, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum2 və Məhkum1 təqsirlilikləri sübuta yetirilmədiyi, əməllərində cinayət tərkibi olmadığı halda - əsass ız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilindiklərini və ağır cəzaya məhkum olunduqlarını iddia etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1, 416.0.2, 416.0.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Lakin, kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək məhkumlar Məhkum1 və Məhkum2 müvafiq olaraq 10 fevral və 11 fevral 2020-ci il tarixli ərizələrlə məhkəməyə müraciət edərək hər birin in müdafiəsini həyata keçirən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər (ərizələr müvafiq olaraq XXXX34nin 10 fevral 2020-ci il tarixli 17/19-256 saylı və XXXX67nin 12 fevral 2020ci il tarixli 17/27-359 saylı müşayiətedici məktubları ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına göndərilmişdir). Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum3, Məhkum4, Məhkum2 və Məhkum1 şəxsiyyətlərinə, təqsirli bilindikləri cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəzaların təyin olunduğunu və bu cəzaların apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq məhkumlara daha ağır cəzaların təyin edilməsini təmin edən qərarın qəbul edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla (təqsirkarıların məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların düzgün nəzərə alınmaması ilə) əlaqələndirmişdir. Məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi isə mübahisələndirilən qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1 - 416.0.3-cü maddələri, habelə kassasiya şikayətlərinin məzmununa görə 416.0.6 və 416.0.11-ci maddələrində nəzərə tutulmuş hallarla əsaslandırmışdır. Lakin, kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək məhkumlar Məhkum1 və Məhkum2 müvafiq olaraq 10 fevral və 11 fevral 2020-ci il tarixli ərizələrlə məhkəmə kollegiyasına müraciət edərək hər birinin müdafiəsini həyata keçirən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər (ərizələr müvafiq olaraq XXXX32nin 10 fevral 2020-ci il tarixli 17/19-256 saylı və 12 saylı Cəzaçəkmə Müəssisəsinin 12 fevral 202 0-ci il tarixli 17/27-359 saylı müşayiətedici məktubları ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Odur ki, kollegiya məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinin geri qaytarılmasını mümkün bilir, eyni zamanda zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44nın kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 17 oktyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə gör ə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunan cinayət - hüquqi normaların işığında zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi hesab edir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmayan halların təqsirkarların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilib nəzərə alınması qanunsuzdur. Lakin, məhkumlar Məhkum4 və Məhkum3 münasibətdə cinayət-prosessual qanunun 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş hal – hər birinin himayəsində azyaşlı uşaqların olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində birbaşa nəzərdə tutulmuş və bu səbəbdən mütləq şəkildə məhkəmələr tərəfindən bu qisimdə qiymətləndirilməli və Cinayət Məcəlləsinin 58.3cü maddəsi nin tələbinə əsasən cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan haldır. Onlara, eləcə də məhkumlar Məhkum2 və Məhkum1 münasibətdə cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmiş Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən digər hallara (Məhkum3 yaşayış yerindən müsbət xarakterizə olunması, ilk dəfə məhkum olunması; Məhkum4əməlini qismən etiraf etməsi, əməlindən peşman olması, ilk dəfə məhkum olunması, yaşayış yerindən müsbət xarakterizə olunması; Məhkum2 və Məhkum1 ilk dəfə məhkum olunmaları, yaşayış yerindən müsbət xarakterizə olunmaları, himayələrində yetkinlik yaşına çatmayan uşağın olması, uşağın xəstə olması kimi xususatlara) gəldikdə, bu halların mövcudluğu və onların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü CPM-in 143-146-cı maddələrinə mü vafiq surətdə tədqiq olunmuş sübutlara və Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən əsaslar qismində nəzərə alınmasına yol verən cinayət qanununun 59.2-ci maddəsinə əsaslandığından, qanun pozuntusu kimi şərh edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsi cəzanı yüngülləşdirən həm ayrı-ayrı halların, həm də bu cür halların məcmusunun təqsirkara cəzanın Cinayət Məcəlləsinin 62-ci maddələrinin qaydaları əsasında təyin edilməsini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsinə yol verdiyindən, məhkəmə kollegiyası Məhkum1 barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halların (onun şəxsiyyətini, ailə vəziyyətini, cinayətin törədilməsində rolunu əks etdirən məlumatlarla birlikdə götürülməklə) müsəsna hallar kimi qiymətləndirilməsində və Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az (dörd il müddətə) cəzanın təyin edilməsində qanun pozuntusu görmür. Məhkumlara daha ağır cəzaların təyin edilməsini tələb edən əsas kimi zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin zərərçəkmiş tərəflə barışığın əldə olunmamasına, onların şikayətçi olmalarına istinad etməsi də əsaslı mövqe kimi qiymətləndirilə bilməz. Çünki, şikayətin müəllifinin istinad etdiyi həmin hallar Cinayət Məcəlləsinin 61.1.161.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, Cinayət Məcəlləsinin 61.2-ci maddəsi isə, artıq yuxarıda qeyd olunduğu kimi bu cür ha lların cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmasına yol vermir. Hazırki işdə (məhkumların hər birinə münasibətdə) hər hansı başqa bir hal da cəzanı ağırlaşdıran hal qismində müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya məhkəməsi isə apellyasiya müraciətlərinə, o cümlədən zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayətinə baxarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı Məhkum3, Məhkum4, Məhkum2, Məhkum1 törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, təyin olunan cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum3 cinayətlərin məcmusu üzrə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Məhkum4 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Məhkum2 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Məhkum1 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını tətbiq etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar həmin cəzaların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), ədalət prinsipinə (CM, maddə 8) cavab verməyən açıq-aşkar yüngül cəzalar kimi, müvafiq olaraq da zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayətinin əsaslı müraciət kimi qiymətləndirilməsini istisna edir. Şərh edilənlər məhkəmələr tərəfindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikay əti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni bu müraciətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası zərərçəkmiş şəxs X3 qanuni nümyəndəsi XX44nın kassasiya şikayətinin təmin edilməsinə, məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinin geri qaytarılmasına dair qanuni nümyəndə nümayəndə44nın, zərərçəkmiş şəxsin nümayəndəsi nümayəndə55un və dövlət ittihamçısının, habelə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsinə, müdafiəçi müdafiəçi33in kassasiya şikayətlərinin geri qaytarılmasına dair müda fiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri geri qaytarılmalı, zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44nın kassasiya şikayəti təmin edilməməli, zərəçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayətinə münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum3, Məhkum4, Məhkum2 və Məhkum1 barəsində olan 17 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414.5, 419.10.1ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarısın. Zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44 nın kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum3, Məhkum4, Məhkum2 və Məhkum1 barəsində olan 17 oktyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi XX44nın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-312/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-312/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver