Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-312/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs şikayətinin icra ata qəbul edilməsindən imtina edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zərərçəkmiş şəxs 22 iyun 2022-ci il tarixdə xüsusi ittiham qaydasında şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək X1 CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 iyun 2022 və 11 iyun 2022-ci il tarixlərdə saat 11:30 radələrində X2 mübahisəli torpaq sahəsində polis əməkdaşları və 10-dan çox vətəndaşın yanında onu təhqir etmiş, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan mə lumatlar səsləndirmişdir. Onu təhqir etmiş, həmçinin ona ağır ittiham olan “dələduz və maşennik” demiş, onun diplomunu saxta hazırladığını bildirmiş, bilə-bilə yalan olaraq ona böhtan atmış və nüfuzdan salmışdır. Həmçinin nalayiq sözlərlə təhqir etmişdir. Belə ki, o, atasına məxsus torpaq sahəsinə getdikdə dəfələrlə bu hərəkətlərə yol vermiş, onu təhqir etmiş və böhtan atmışdır. Həmçinin barəsində həqiqət olmayan, onu nüfuzdan salan məlumatları kənd sakinləri arasında qəsdən yaymışdır. Bu kimi təhqir xarakterli məlumatları yaymaqla, həmçinin böhtan atmaqla X1 onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi şəkildə yaymaqla onu ağır cinayətdə ittiham etməklə böhtan atmış və nəticədə ona mənəvi zərər vurulmuşdur. Qeyd olunanlara əsasən, barəsində şikayət etdiyi X1 əm əlində CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərinin tərkibinin olduğunu şikayətində qeyd etmişdir. X1un qeyd olunan cinayətləri törətməsi onda olan sübutlarla və şahidlərlə təsdiq olunur (video olan disk əlavə etmişdir). Xaçmaz Rayon Məhkəməsinin (sədrlik edən hakim Səmədzadə Sərxan Akif oğlu) 29 iyun 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1, 27 aprel 1970-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs xüsusi ittiham qaydası nda şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunması barədə həmin qərarın ləğv edilməsini və verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi üçün məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 15 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 CM-nin 147.2 və 1 48-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti isə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və şikayət ərizəsinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edər ək Azərbaycan Respublikası Konstitusiasının 46 və 71-cimaddələrinə, bəzi beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin bir sıra maddələrinə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarına istinad edən və CM-nin 147 və 148-ci maddələrinə təfsir verən Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X1un əməlində CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərinin tərkib əlamətləri var və onun bu cinayətləri törətməsi məhkəməyə təqdim etdiyi sübutlarla tam təsdiq olunur və bu sübutlarla m üəyyən edilir ki, X1 onun haqqında yanlış, qeyri- obyektiv və təhqir xarakterli fikirlər ifadə etmiş, bununla da onun işgüzar nüfuzunu, habelə, şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatları yaymışdır. Onun barəsində yayılan məlumatlar şikayət etdiyi şəxs X1 tərəfindən yayılan məlumatlardır və bu böhtanlar ona qanunsuz təsir etmək məqsədini güdür. Lakin, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirmədən, əsassız və qanunsuz olaraq hazırlıq iclasının qərarı ilə xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməyərək əsassız olaraq məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Halbuki, o, xüsusi ittiham qaydasında verdiyi həmin şikayətində X1un barəsində CPM-nin 293-ci maddəsində nəzərdə tutulmuş məlumatları – sonuncunun ittiham ol unduğu əməli törətməsini təsdiq edən sübutları, əməlin harada və nə vaxt törədilməsi haqda məlumatları və həmin şəxsin məsuliyyətə cəlb edilməsi barədə xahişini şikayətində göstərərək bütün bunları məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, o, xüsusi ittiham qaydasında şikayəti 13 iyun 2022-ci il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanasına versə də, məhkəmə prosessual pozuntuya yol verərək şikayətə 7 gün müddətində hazırlıq iclasında baxmalı olduğu halda, hazırlıq iclası alnız 16 gündən sonra keçirilmiş və həmin iclasda şikayətin icraata götürməkdən imtina olunmuş, qəbul edilmiş qərarda isə X1un kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirilən halda internet informasiya ehtiya tında onun, yəni Zərərçəkmiş şəxs şəxsiyyətini, şərəf və ləyaqətini qəsdən alçaltmasını, habelə ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmasını təsdiq edən sənədlərin və sübutların təqdim edilməməsinə əsaslanmışdır. Kassasiya şikkayətinin müəllifi isə müəllifi hesab edir ki, verdiyi şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab vermiş, şikayət əsaslı olmuş və X1un şikayətdə göstərilən əməlləri törətməsi əlavə edilmiş sübutlarla təsdiq olunur. Qeyd olunanlara əsaslanaraq Zərərçəkmiş şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayətin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması barədə qəra r qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Əvvəla məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya sı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq, onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya i nstansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsi nin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq və kassasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, C M-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. CM-nin 147.2-ci maddəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin “Təhq ir” adlanan 148-ci maddəsinin dispozisiyasına görə isə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və layaqətini nalayiq formada alçaltmada, subyektiv cəhətdən isə birbaşa başqa şəxsin şərəf və ləyaqətinin alçaldılması qəsdində ifadə olunur. xüsusi ittiham qaydasında ərizədə cinayət-prosessual qanunvericiliklə şikayətin məzmunu ilə bağlı müəyyən edilmiş tələblərə əsasən zəruri məlumatlar öz əksini tapmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 № li qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, k ütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet sa ytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndinin 2-ci abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bu izah və tövsiyələr CPM-nin 293.3, 299.3.3 və 302.1-ci madələrinin maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə görə xüsusi ittiham qaydasında məhkəməyə verilmiş ərizədə aşağıdakılar göstərilməlidir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. CPM-nin 299.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı həmçinin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə də baxılır. CPM-nin 302.1-ci maddəsində isə təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsu si ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Hazırki materiallar üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür, sonuncu 10 iyun 2022-ci il və 11 iyun 2022ci il tarixlərdə saat 11:30 radələrində X1un mübahisəli torpaq sahəsində polis əməkdaşları və on nəfərdən çox vətəndaşın yanında onu təhqir etdiyini, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar səsləndirdiyini, onu təhqir etdiyini idd ia etmiş, lakin sonuncunun qeyd olunan cinayət əməllərini törətməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, Zərərçəkmiş şəxs ərizəsində X1un onu polis əməkdaşlarının və on nəfər şəxsin yanında təhqir etdiyini, böhtan ataraq nüfuzdan saldığını göstərsə də, ərizəyə həmin cinayətlərin törədilmə hallarının konkret olaraq hansı şəxslərin (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) ifadələri ilə və ya sənədlərlə, habelə digər sübutlarla təsdiq edildiyini əsaslandırmamış, sonuncunun CM-nin 147.2 və 148-ci maddələrinin dispozisiyasında əks olunmuş cinayətlərin obyektiv cəhətini təşkil edən hərəkətləri törətməsini təsdiq edə biləcək hər hansı bir sübutu ərizədə göstərməmişdir. Halbuki, CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyy ətinə cəlb olunması və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Beləliklə, materiallardan göründüyü kimi, Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsinin qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində də o, öz şikayətinin göstərilən normalara uyğun olmasını hər hansı qaydada əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından birinci instansiya məhkəməsi hazırlıq iclasında qəbul etdiyi qərarla tam əsaslı olaraq həmin şikayəti icraata qəbul etməkdən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq 15 sentyabr 2022-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin hazırlıq iclasının 29 iyun 2022-ci il tarixli qərarını dəyişdirilmədən saxlamaqla tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Bundan başqa, kassasiya şikayətində xüsusi ittiham qaydasında şikayətin 13 iyun 2022-ci il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanasına verilməsinə baxmayaraq, məhkəmənin prosessual qanunvericiliklə nəzərdə tutulmuş 7 gün müddətində hazırlıq iclasına təyin etməli olduğu halda 16 gündən sonra hazırlıq iclasını keçirdiyini, bununla da prosessual hüquq normalarının pozulmasına yol verildiy iddia olunur. Kassasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyas ı xüsusi ittiham qaydasında şikayətə əsasən toplanmış materiallara müraciət edərək qeyd edir ki, həmin materiallardan göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət, kassasiya müraciətində göstərildiyi kimi, 13 iyun 2022-ci il tarixdə yox, 22 iyun 2022-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə də CPM-nin 298.2.2-ci maddəsinin tələblərinə əməl edərək həmin şikayətə yeddi gün müddətində məhkəmənin hazırlıq iclasında baxıb müvafiq qərar qəbul etmişdir. Odur ki, xüsusi ittiham qaydasında şikayətə birinci instansiya məhkəməsinin hazırlıq iclasında baxılması ilə bağlı hər hansı prosessual pozuntu aşkar edilmədiyindən kassasiya şikayətinin bu dəlili də qəbul edilməz sayılmalıdır. Buna görə, məhkəmə kollegiyası X1un CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul olunmasından imtina edilməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə - əsassız hesab edərək həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda vurğulayır ki, hazırki işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittiahmçı Zərərçəkmiş şəxs çıxışını dinləyərək o nəticəyə gəlir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi ver miş sonuncunun kassasiya şikayəti təmin edilməməli və X1 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan imtina edilməsinə dair materiallar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs şikayətinin icraata qəbul edilməs indən imtina edilməsinə dair materiallar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-312/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-312/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver