Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-312/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Şamilov Vüqar Oktay oğlunun iştirakları ilə, Bakı Ağır Cinay ətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şamilov Vüqar Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 1(101)-1284/2022 nömrəli (hakimlər: Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxx 1986-cı il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləm əyən, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 19 aprel 2022-ci tarixindən hesablanması və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Şamilov Vüqar Oktay oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli 1(103)-1871/2022 (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Abdul ov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Şamilov Vüqar Oktay oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədə n, naməlum vaxtda külli miqdarda ümumi təmiz çəkisi 16,025 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 7,579 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, narkotik vasitə heroini 13 ədəd, psixotrop maddə metamfetamini isə 7 ədəd xırda bağlamalara büküb, üstündə daşımaqla qanunsuz saxlamış, Məhkum qanunsuz hərəkətləri barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum 19 aprel 2022-ci il tarixdə saat 20:00 dəqiqədə, ünvan 1 ünvanının yaxınlığında saxlanılıb ünvan 2 yerləşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsin ə gətirilərək videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarının sağ yan cibindən külli miqdarda 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qr., 0,843 qr., 0,853 qr., 0,922 qr., 0,476 qr., 0,462 qr., 0,423 qr., 0,473 qr., 0,366 qr., 0,415 qr., 0,081 qr., 2,675 qr., 7,573 qr., ümumi təmiz çəkisi 16,025 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,824 qr., 0,365 qr., 0,373 qr., 0,452 qr., 0,383 qr., 1.112 qr., 4,070 qr.. ümumi təmiz çəkisi 7,579 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Belə ki, ibtidai istintaq zamanı, ittiham aktında, məhkəmə iclasında şahidlər ifadələrində, həmçinin dövlət ittihamçısının çıxışında Məhkum satış məqsədilə narkotik vasitəni əldə etdiyi bildirilsə də, bunu sübut edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkum mobil telefonu bütün istintaq müddəti ərzində müstəntiqdə olmuş, bu hal isə onu deməyə əsas verir ki, müstəntiq həmin mobil telefona daxil olmuş bütün zəng və sms-lərin siyahısını, həmçinin daxil olan sms-lərin mətnini nəzərdən keçirmiş, lakin təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsinə dair heç bir ya zışma aşkarlamamışdır. Həmçinin işə baxan məhkəmə təqsirləndirilən şəxsin həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etdiyini bildirməsini məsuliyyəti yüngülləşdirmək məqsədi güdməsi ilə əlaqələndirsədə bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234-1.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində ədalətli cəzanın təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Şamilov Vüqar Oktay oğlu çıxış edərək, məhkumun 2015-ci ildə avto qəza keçirdiyini, həmin vaxtdan sonra bədənində yaranan ağrılara görə narkotik vasitələrdən istifadə etdiyini, lakin heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirib, məhkumun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234-1.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblə rinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid o lan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zam an əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını mü əyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkə məsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-i n 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi Şamilov Vüqar Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayətində törədilmiş cinayət əməlinin məhkəmələr tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində n həmin Məcəllənin 234-1.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası həmin dəlillərə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir”. Həmin Qərarda göstərilmişdir ki, “təqsirkarın narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin, psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunanlara əsasən, kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi h ər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlər X2 və Şahid2 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2022-ci il tarixli 6/2256 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 7 may 2022ci il tarixli 2331 nömrəli rəyi, “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2022-ci il tarixli, “vide ogörüntülərə baxış keçirilməsi haqqında” 21 aprel 2022-ci il tarixli protokollar, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2022-ci il tarixli protokolun məzmunundan aydın olur ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Məhkum külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı sonuncu 19 aprel 2022-ci il tarixdə, saat 20:00 dəqiqədə, ünvan 1 ünvanının yaxı nlığında piyada hərəkət edən zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarının sağ yan cibindən 13 (on üç) ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 18,7 qram olan qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 7 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 8,9 qram olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. O cümlədən, cinayət işinin materiallarında olan Məhkum izahatından (cild 1, iş vərəqə 33) və şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirmə protokollarından (c ild 1, iş vərəqə 54, 65) görünür ki, o, narkotik vasitə istifadə edən tanışlarına da istifadə üçün narkotik vasitə verdiyini bildirmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli 5(011)-227/2022 nömrəli qərarından görünür ki, əməliyyataxtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X5 tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 19 aprel 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Kassasiya şikayətində təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmədiyi qeyd edilməsinə baxmayaraq, məhkəmələr haqlı olaraq şahidlər X2 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmə istintaq zamanı verdiyi ifadənin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum külli miqdar təşkil etməklə eyni vaxtda həm narkotik vasitənin 13 ədəd, həm də psixotrop maddənin 7 ədəd xırda bükümlərdə, satışa hazır vəziyyətdə üzərində saxlayaq daşımasını, onun həmin miqdarda narkotik vasitə və psi xotrop maddənin şəxsi istehlak məqsədi ilə əldə etməsi barədə ifadəsini həqiqətə uyğunluğunu qeyri-mümkün edir. Odur ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdar təşkil etməklə şəxsi istehlak miqdarından dəfələrlə çox olması, narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsinə dəlalət edən hallardandır. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən ed ilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi Şamilov Vüqar Oktay oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki azyaşlı övladının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ailədə yeganə qazanc gətirən şəxs olması, yaşayış yerindən müsbət xarakterizə olunması, anasının təqaüdçü və 3 qrup əlil olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən di gər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Şamilov Vüqar Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-312/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-312/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver