Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-312/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum X1 və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 09 fevral 2024-cü il tarixli 1(106)-113/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Əli Əliyev) 31 oktyabr 2023-cü il tarixli, 1(099)-745/2023 nömrəli hökmü ilə xx xxxxxx 2003-ü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş dir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 08 iyun 2023-cü il tarixdə, saat 20 radələrində atası Şahid2 ilə birlikdə yaşadığı evdə olarkən atasının ofisiant kimi işə başladığı “Narva” adlı kafenin inzibatçısı Şahid5 ilə mobil telefonda danışarkən, sonuncunun atasını müştəridən əlavə pul almaqda ittiham edib, nalayiq ifadələrlə təhqir etməsinə aydınlıq gətirmək üçün həmin gün, saat 22 radələrində atası Şahid2lə birlikdə Lənkəran şəhəri Sahil küçəsində fəaliyyət göstərən “Narva” adlı kafeyə gedərək, orada olan Şahid5 ilə kafenin sahibi Şahid4 yanında söhbət edib, mobil telefonda dediklərinə görə Şahid5 onlarda n üzr istəməsindən sonra mübahisənin sülh yolu ilə həll etdiyini zənn edib kafedən getmək istəyərkən, bu vaxt Şahid4 qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi “Volswagen” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaxınlaşaraq, ondan israrla avtomobilə əyləşməsini tələb etdiyinə görə avtomobilin arxa sərnişin oturacağında oturduqdan sonra Zərərçəkmiş şəxs avtomobillə hərəkətə davam edərək oradan uzaqlaşıb, yaxınlıqdakı “Dəniz” oteli istiqamətində hərəkətdə olarkən, ona atası Şahid2 kafedə müştərilərdən artıq pul istədiyini kinayəli şəkildə bildirib, onun və atasının ünvanına təhqiramiz ifadələr işlətməsinə əsəbiləşərək, bu zəmində, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun və atası barədə dediyi sözlərə görə qisas almaq məqsədi i lə qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə Lənkəran şəhəri, Sahil küçəsində hərəkətdə olan “Volswagen” markalı avtomobilin salonunda əynindəki şalvarın arxa cibində gəzdirdiyi, açıq vəziyyətdə ümumi uzunluğu 210 mm olan, tiyəsinin uzunluğu 90 mm olan bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən qatlanan bıçaqla qəsdən Zərərçəkmiş şəxs mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə, yəni qarın və döş qəfəsi, habelə baş, sifət, qol və bel nahiyələrinə zərbələr vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısından döş boşluğuna nüfuz edən, sağ tərəfli hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsin bir ədəd kəsilmiş-deşilmiş yarası, sağlaml ığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gicgah, sol təpə, sol yanaq (ord), sol qulaqaltı, sağ bazu oynağı, döş qəfəsi, hər iki said və bel nahiyələrində kəsilmiş yaralardan ibarət xəsarətlər yetirib, niyyətini başa çatdırmaq üçün növbəti zərbəni vurarkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil digər avtomobilə dəyərək dayandıqdan sonra onu özünə tərəf çəkərək bıçağı əlindən alıb, hər ikisi birlikdə avtomobildən yerə düşərkən Zərərçəkmiş şəxs cəld onun üstünə uzanaraq qollarından tutmaqla ona aktiv müqavimət göstərdiyindən, bu vaxt avtomobildə olmuş Şahid3 mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verməklə çağırdığı Şahid4, Şahid2 və digərlərinin hadisənin gedişinə müdaxilə edib onları bir-birindən ayırdıqlarından və Zərərçəkm iş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardımlar göstərildiyindən, öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İsmayıl Əhmədov) 09 fevral 2024-cü il tarixli 1(106)-113/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(099)-745/2023 saylı hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum m üdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 1 (106)-113/2024 saylı 09 fevral 2024-cü il tarixli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan həmin qərarın dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və ona bu maddənin sanksiyasının aşağı həddində ədalətli cəza təyin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisənin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuş, onun nalayiq küçə söyüşləri Məhkum çox pis təsir etdiyi üçün, o da dözməyərək əsəbiləşmiş və Calalı öldürmək niyyəti ilə yox, dediyi nalayiq söyüşlərə görə qorxudub cəzalandırmaq niyyəti ilə şalvarının arxa yan cibində saxladığı məişət təyinatlı bıçağı çıxardıb bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurmuşdur. Münaqişə və dalaşmanın səbəbi Zərərçəkmiş şəxs özbaşınalıq cinayəti hesab edilən qanunsuz hərəkətləri olduğu və həmin hərəkətləri ilə təqsirləndirilən şəxs Məhkum bu əməli törətməyə vadar etdiyi halda, təqsirləndirilən şəxsin əməlinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsi yolverilməzdir. Buna baxmayaraq, istintaq orqanı maddi və prosessual hüquq normalarını pozaraq münaqişənin bir tərəfini cinayət məsuliyyətinə cəlb etmiş, digər tərəfini isə məsuliyyətdən kənarda saxlamışdır. Məhkəmədə araşdırılan sübutlar təqsirləndirilən şəxs Nahid Malızadənin barəsində Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə ittiham hökmü çıxarılması üçün kifayət olmamışdır. Məhkəmə Nahid Malızadənin əməllərini qismən öz ifadəsi, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işdə olan digər istintaq sənədləri ilə kifayət qədər sübut olunmuş hesab etmişdir. Həmçinin, məhkəmə Nahid Malızadənin ifadəsində fiziki cəhətdən ondan güclü olan Zərərçəkmiş şəxs da onun qollarından tutması, ikisi də maşından yerə yıxıldıqdan sonra üzü üstə yerə dəyməsi, yerdə Calalın onun üstündə oturub əllərini tutması, Calalın nalayiq söyüşlərlə onu, atasını, anasını söyüb təhqir etməsi, əsəbiləşdiyi üçün bıçağı Calalı qorxutmaq məqsədilə, ondan əl çəksin deyə çıxarıb ona zərbələr vurması, Calalı öldürmək niyyətinin olmaması barədə göstərdiklərini “istintaq zamanı toplanmış sübutlarla tam təkzib olunduğundan, özünü müdafiə üçün dəlillər kimi” qiymətləndirərək qəbul etməmişdir. Müdafiə tərəfi qeyd edir ki, bu, ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən də ibtidai istintaq orqanı kimi təqsirləndirilən şəxsə qarşı açıq-aşkar qərəz nümayiş etdirilməsidir, ona görə də məhkəmənin təqsirləndirilən şəxs Nahid Malızadənin ifadəsinə özünü müdafiə xarakteri daşıması kimi verdiyi qiymət obyektiv ola bilməz. Müdafiə tərəfi hesab edir ki, ittiham tərəfi verilmiş ittihamı sübut etmək üçün iş üzrə əsaslı, mötəbər və qanuna müvafiq əldə olunmuş, ittihamı təsdiq edə bilən kifayət qədər sübut təqdim edə bilməmişdir. Belə ki, hadisə vaxtı Məhkum də xəsarət alması iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası ilə təsdiq edilir. Məhkəmə baxışı zamanı birmənalı şəkildə sübut edilmişdir ki, Məhkum ilə Şahid4 və Şahid5 arasında aparılmı ş söhbətə heç bir aidiyyəti olmayan Zərərçəkmiş şəxs oraya gələrək mübahisənin təşəbbüskarı olmuş, Məhkum israrla maşınına əyləşməyi tələb etmiş, maşında onun Məhkum özünə və valideynlərinə qarşı dostu Fərid Ağayevin yanında işlətdiyi nalayiq küçə söyüşləri Məhkum çox pis təsir etdiyi üçün, o da dözməyərək əsəbiləşmiş və Calalı öldürmək niyyəti ilə yox, dediyi nalayiq söyüşlərə görə qorxudub cəzalandırmaq niyyəti ilə şalvarının arxa yan cibində saxladığı məişət təyinatlı bıçağı çıxardıb bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurmuşdur. Bunu Zərərçəkmiş şəxs da ifadələrində qismən etiraf etmişdir. Bunun əksini təsdiq edən sübut iş materiallarında yoxdur. Həmçinin Zərərçəkmiş şəxs Məhkum fiziki cəhətdən çox güclü olduğu üçün Məhkum asanlıqla zərərsizləşdirmişdir. Bu da onu sübut ed ir ki, Məhkum Zərərçəkmiş şəxs öldürməyi qərara almasını iddia etmək əsassızdır, çünki, Nihad sadəcə olaraq Calalı həmin sözlərə görə ondan əl çəksin deyə qorxutmaq istəmiş və ona ağır xəsarət yetirmişdir. Müdafiə tərəfi bir daha qeyd edir ki, Nihad qorxduğu üçün Calala bir neçə zərbə endirmiş, lakin onu öldürmək niyyəti olmamışdır. X3 öldürmək niyyəti olsaydı, vurduğu zərbələr daha sərt olardı, yerdə hərəkət edərək Calalın qarın, sinə nahiyələrinə dirsəklə vuraraq onu üzərindən atardı. Lakin o, həmin vaxt hərəkət etməyərək atasının və digərlərinin gəlməsini gözləmişdir. Həmin vaxt Calal hər iki əli ilə onun qollarından tutmuşdur. Hadisə vaxtı Nihadın atası Nicat, Cavid və Mirsaleh onlara yaxınlaşmış və onları bir-birilərlərindən ayırmışlar. Onları ayırdıqdan sonra Nihad yerdən bıçağı götü rmüşdür. Onun Calalın üzərinə yenidən hücum etmək imkanı olsa da, Calalı öldürmək niyyəti olmadığından, üzərinə hücum çəkməmişdir. Məhkum istintaqda və məhkəmədə verdiyi ifadələrində Zərərçəkmiş şəxs heç vaxt qəsdən öldürmək niyyətinin olmadığını, lakin dediyi sözlərə görə onu qorxutmaq istədiyini, münaqişənin məhz Zərərçəkmiş şəxs məlum hərəkətləri ilə başlaması, mübahisənin davaya Zərərçəkmiş şəxs onu və valideynlərini nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməsi ilə çevrildiyini bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxs Nahid Malızadəyə qarşı bu cür qərəzi və ədalətsizliyi təqsirləndirilən şəxslə yanaşı zərərçəkmiş şəxsin də mövqeyinə və mənafeyinə ziddir, çünki, Zərərçəkmiş şəxs məhkəmədən təqsirləndirilən şəxsə ağır cəzanın deyil, barışdıqlarına, ona dəym iş maddi ziyan tam ödənildiyinə görə yüngül cəza verilməsini xahiş edərək bu barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(099)745/2023 nömrəli hökmündən isə apellyasiya şikayəti verməmişdir Qeyd edildiyi kimi, iş üzrə Məhkum məsuliyyətini ağırlaşdıran heç bir hal müəyyən edilməmişdir. Əksinə, onun özünün də münaqişə zamanı xəsarət alması, baş vermiş hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri ilə əlaqədar olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ümumiyyətlə, hadisədən əvvəl mübahisə və dalaşmanın qarşı tərəfin təşəbbüsü ilə başlaması, münaqişənin zərərçəkmiş şəxsin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Məhkəmə kolleg iyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum əməli düzgün tövsif edilməmişdir. Onun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratdığı halda, məhkəmələr heç bir əsas olmadan bu əməli CM-in 29,120.1-ci maddələri ilə tövsif etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139- cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, məhkum zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə bu əməllər törətmiş və onun əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif etmişdir. Müdafiə tərəfi hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məh kəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməlinin tövsifi ilə razılaşmış və onun Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, Məhkum öz ifadəsində Zərərçəkmiş şəxs öldürmək istəməməyi qeyd etsə də, Zərərçəkmi ş şəxs, şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid1 və Şahid2 ifadələri və digər sübutlarla hadisənin başvermə mexanizmi aydın şəkildə müəyyən edilmişdir. İşin halları, yəni məhkum tərəfindən zərərçəkmiş şəxsə bıçaqla yetirilmiş xəsarətlərin sayı və onların insan həyatı üçün əhəmiyyətli nahiyələrdə yerləşməsi, məhkumun bıçaq zərbələri endirməsini yalnız zərərçəkmişin müqaviməti və digər şəxslərin müdaxiləsi nəticəsində dayandırması, eləcə də zərərçəkmiş şəxsin həyatının onun vaxtında xəstəxanaya çatdırılması sayəsində xilas olunması, Məhkum Cəlal Azadovu öldürmək niyyətində olduğunu təsdiq edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif etmiş və onu həm in maddə ilə təqsirli bilmişlər. İşin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldikləri nəticənin iş üzrə toplanmış sübutlara və işin hallarına u yğun olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassı z imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyindən görünür ki, Məhkum cinayət törədərkən anlaqlı olmuş, affekt vəziyyətdə olmamış, onu psixi və psixoloji vəziyyəti ilə əlaqədar onun cəzadan azad edilməsi və ya əməlinin digər maddəyə tövsif edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki ha llarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Göründüyü kimi, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası işə baxan məhk əmələrin Məhkum təyin etdiyi cəzanın həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59, 60.1 və 63.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2024-cü il tarixli 1(106)-113/2024 nömrəli qərarından Məhkum Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2024-cü il tarixli 1(106)-113/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-312/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-312/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver