Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3122/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1, Məhkum – Məhkum, Məhkumun müdafiəçisi – müdafiəçi2 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.11 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli (sədrlik edən hakim N.Hüseynli, hakimlər N.Mirzəyev və E.Məmmədovdan ibarət tərkibdə) hökmü ilə ## ###### 1993-cü il tarixdə Imişli rayonu, Aranlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işsiz, Laçın rayonu, Minkənd ərazi dairəsi, Minkənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, ** nömrəli Yol Tikinti Idarəsi “Asfaltzavod” ərazisində yerləşən nömrəsiz fərdi evdə qeydiyyatsız yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müassisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 235.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaqla ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, # ### 2025-ci il tarixli qərarı ilə (hakimlər R.Əsgərova (sədrlik edən və məruzəçi), M.Hüseynov və R.Ağayevdən ibarət tərkibdə) məhkum edilmiş şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 235.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, # ### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Hüquqi məsələlər Kassasiya şikayətində məhkumun müdafiəçisi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Məhkum məhkəmə iclasından əvvəl, ## ##### 2026-cı il tarixdə ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun və dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkum Məhkum ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-3122/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3122/2025
23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver