Məhkəmə qərarları › İş №1(102)-3126/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3126/2025

13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3126/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkumun müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 iştirakları ilə, Məhkum Şahhüseyn oğlu barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərardan məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: # ##### 1994-cü il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatda olan, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Şahhüseyn oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10, 185.2.1 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.2.1 maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 245-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində ömürlük azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcının 2021-ci il ## ##### tarixdən hesablanması və təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasını həbsxanada çəkməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin rəqəm ifadəsinin elan olunmuş ittihamdan xaric edilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum Şahhüseyn oğlu və müdafiəçisi müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X3 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarından məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ### tarixli iclasına təyin edilmişdir. Işə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Məhkum Şahhüseyn oğlu məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə məhkum Məhkum Şahhüseyn oğlunun ərizəsini nəzərə alaraq, müdafiəçinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarından məhkum Məhkum Şahhüseyn oğlunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar