Məhkəmə qərarları › İş №1(102)-313/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-313/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-313/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Məhkum - Məhkum iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından məhkum və müdafiəçisi Tağıyev Rəşad Pərviz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 1(012)-479/2021 saylı, 23 noyabr 2021-ci il tarixli (hakim S.Quliyeva) hökmü ilə xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2020-xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi və həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq üzərində 03 (üç) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Məhkum tutulduğu 16 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum və müdafiəçisi Nəsirov Tarif İbad oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən Əsgərova Ruhiyyə Oru cəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 27 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından məhkum və müdafiəçisi Tağıyev Rəşad Pərviz oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmünə əsasən, Məhkum, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs Mingəçevir şəhərində olan m ənzilinin satılmasından əldə etdiyi pulun çantasında olduğunu bilib həmin pulu oğurlamaq qərarına gəlmiş, 19 sentyabr 2018ci il tarixdə birlikdə kirayə yaşadıqları Abşeron rayonu Xırdalan şəhəri, Kristal-Abşeron 1 yaşayış kompleksi, bina 8, 177-də mənzildə tək olan zaman Zərərçəkmiş şəxs əl çantasının içərisindən 26500 (iyirmi altı min beş yüz ) manat pulu gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi tərəfindən verilmiş eyni məzmunlu kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 28-ci, 125-ci, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları t am, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib mötəbərliyi müəyyənləşdirib qiymətləndirilmədiyindən hökmdə ittihamın əsasına qoyulmuş sübutlar mötəbər sübut hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 özünü Azərbaycan Respublikası CM-177.2.4-cü maddəsi ilə təqsirli bilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli mübahisələndirilən qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, cinayət hadisəsi ilə əlaqəsi olmadığını, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsind ə Zərərçəkmiş şəxs çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1 -ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qa nuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluqla, yəni özgənin əmlakını gizli olaraq talamaqla bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əmə l Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfininin kassasiya şikayətlərində məhkum tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi, sübutlara düzgün hüquqi qiymət verilmədiyi və apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Belə ki, Məhkum Kərim oğlu zərərçəkmiş şəxsin 26500 manat məbləğində gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurması ilə ittiham olunur. Məhkum ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək, heç bir oğurluq hadisəsi baş vermədiyini mübahisələndirmişdir. Lakin iş üzrə şahid qismində dind irilmiş, Şahid1 ifadəsi ilə yanaşı, oğurluq hadisəsindən dərhal sonra Zərərçəkmiş şəxs guya xalasının ölməsı barədə yalan məlumat verməsi, oğurluq etdikdən dərhal sonra ölkə ərazisini tərk etməsi Məhkum tərəfindən ittiham olunduğu əməli törətməsi qənaətini qaçılmaz edir. Müdafiə tərəfi Şahid1 birinci instansiya məhkəməsində dindirilməməsini, ifadəsinin elan olunmasını mübahisələndirməsi ilə əlaqədar apellyasiya icraatı zamanı onun iştirakının təmin edilməsinə cəhdlər (məhkəmə baxış iclasının təxirə salınması, şahidin məcburi gətirilməsi barədə qərar qəbul edilməsi) edilməsinə baxmayaraq, Mingəçevir şəhər Polis Şöbəsi xx.xx.2022-ci il tarixli məktubda ünvan 2 ünvanında yaşamadığını, xx.xx.2022-ci il tarixli məktubda isə Şahid1 ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda h əmin ünvanda yaşamadığı müəyyən olunmadığını, həmçinin bununla yanaşı Şahid1 mülki hüquq öhdəliyindən yayındığı üçün ölkə ərazisində barəsində tərəflərindən axtarış elan olunduğunu bildirmişdir. Belə olan halda, Məhkum barəsində qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən oğurluqda ittiham olunduğu andan dərhal sonra Rusiya Federasiyasına getməsi, həmçinin pulun sellofan bağlamada gəzdirildiyi və həmin pulun oğurlandığı halda, məhkumun birgə yaşadıqları evdə “şifonerin” üzərindən 1000 manat pulu taparaq zərərçəkmiş şəxsə verməsi məhkumun ifadəsində göstərdiklərinin özünü müdafiə kimi dəyərləndirilməli olmasını, ittihamın əsaslılığını ehtiva edir. Çünki pulun hamısının bir yerdə gəzdirildiyi və oğurlandığı halda, həmin pul məbləğindən 1000 manatın “şifonerin” üzərindən məhkum tərəfindən tapılaraq zərərçəkmiş şəxsə verilməsi inandırıcı deyildir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir dah a təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şər h olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi za manı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçinin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cüml ədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində bir azyaşlı uşağının olması) və ağırlaşdıran halların olması (cinayətlərin residivinin olması), habelə təyin olunmuş cəzan ın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən s axlanılmalı, məhkum və müdafiəçisi Tağıyev Rəşad Pərviz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Tağıyev Rəşad Pərviz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar