Məhkəmə qərarları › İş №1(102)-3135/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3135/2025

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3135/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs Bəraət almış şəxs və müdafiəçi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2025-ci il tarixli, 1(106)-404/2025 nömrəli hökmdən dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Xamməd Nuriyev) 18 fevral 2025-ci il tarixli 1(099)-25/2025 nömrəli hökmü ilə 08 aprel 1963-cü il tarixdə Neftçala rayonu Kurkosa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ev 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 1 (bir) il 1(bir) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 2 (iki) il 3 (üç) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İttihama əsasən Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 632,35 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, polietilen torbada 625 qram çəkidə olan hissəsini satış məqsədi olmadan Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ev 12 ünvanındakı yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidə, istismardan çıxarılmış soyuducunun aşağı gözündə saxlamış, qalan 7,35 qram qurudulmuş marixuananı isə satış məqsədi olmadan 5 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,02 qram, 1,20 qram, 2,95 qram, 1,55 qram, 0,63 qram olmaqla üzərində daşıyaraq saxlamış, 31 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri M.Ə.Sabir küçəsi ev 12 ünvanındakı yaşadığı fərdi yaşayış evinin həyət darvazasının qarşısında, küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı xeyli miqdarda - 5 ədəd kağız bükümdə ayrılıqda təmiz çəkiləri 1,02 qram, 1,20 qram, 2,95 qram, 1,55 qram, 0,63 qram olmaqla ümumi təmiz çəkisi 7,35 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikiliyə baxış keçirilərkən, orada olan istismardan çıxarılmış ağ rəngli soyuducunun aşağı gözündən polietilen torbada satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 625 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 632,35 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, məhkumun yaşadığı evin həyətyanı sahəsində 625 qram marixuananın aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyi şübhə doğurur və həmin sübutlar əsasında Bəraət almış şəxs Yəhya oğlunun ona istinad olunmuş 625 qram qurudulmuş marixuanaya dair ittiham üzrə təqsirli olması barədə mötəbər və qəti nəticəyə gəlmək mümkün deyildir. Bununla əlaqədar birinci instansiya məhkəməsi Z.Y. Əzimova verilmiş ittihamın 625 qram marixuana ilə bağlı hissəsini ittihamdan xaric etmiş, onu yalnız 7,35 qram miqdarda qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq əldə etmə və saxlamaqda təqsirli bilmiş, əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş və həmin maddə ilə barəsində ittiham hökmü çıxarmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Yaşar Həşimov (sədrlik edən və məruzəçi), Habil Bəhmənov və Pərviz Hacıyev) 10 sentyabr 2025-ci il tarixli, 1(106)-404/2025 nömrəli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 1(099)-25/2025 nömrəli hökmü ləğv edilmiş, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bəraət almış şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu kasasiya protesti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2025-ci il tarixli, 1(106)- 404/2025 nömrəli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Ramin Almazov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun hökm qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq əsassız yekun hökm qəbul edildiyindən, həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, ekspert tərəfindən təqsirləndirilən şəxs Bəraət almış şəxs üzərindən və onun yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş qurudulmuş marixuanaların eyni tərkibli olması müəyyən olunmuşdur ki, həmin hal iş üzrə neytral sübut qismində çıxış etməklə hər iki qurudulmuş marixuananın məhz Bəraət almış şəxs məxsusluğunu tamamilə sübut etdiyi halda məhkəmə öz hökmündə iş üzrə mövcud olan belə mötəbər sübut növünü heç bir digər sübutla təkzib edə bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitəni zibillikdən bir yerdə tapdığını tapdıqdan sonra bir hissəsini istifadə etmək məqsədilə ayırıb üzərində saxladığını, qalan hissəsini evin həyətyanı sahəsindəki istifadəsiz soyuducuda saxlamasını və saxlanıldıqdan sonra həm üzərindəki həm də evin həyətyanı sahəsindəki soyuducunun içərisindəki narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. İstintaq zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin tapdığı ümumi narkotik vasitədən ayırıb üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananın çəkisi 7,35 qram olmuşdur. Məhkəmə də məhkəmə istintaqı zamanı məhz həmin çəkidə narkotik vasitənin Bəraət almış şəxs məxsus olmasının sübut olunması qənaətinə gəlmişdir. Bu o deməkdir ki, məhkəmə həm də həmin çəkidə narkotik vasitənin məhz Bəraət almış şəxs tərəfindən zibillikdən aşkarlanma xüsusatını da qəbul etmişdir. Belə olan halda Bəraət almış şəxs tərəfindən eyni vaxtda əldə olunmuş narkotik vasitənin bir hissəsinin təqsirləndirilən şəxsə məxsus olması, digər hissəsinin isə ona aid olmaması qənatinə gəlinməsi əsassız olmuşdur. Bundan başqa, həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona hər hansı bir təzyiq və təsir olmadığını göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs istintaqın ilk günündən sonuna qədər, eləcə də məhkəmə istintaqı zamanı ona hər hansı psixi və fiziki təsir göstərilmədiyini, istintaq dövründə həm üzərindən həm də yaşadığı evinin həyətyanı sahəsindən aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini dəfələrlə göstərmiş, hətta bununla bağlı dindirmə protokollarına əlavələr vermiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora ərizə ilə müraciət etmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 57-ci bəndinin ikinci abzasında xüsusi vurğulanmışdır ki, bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Məhkəmələrin hazırkı işin faktiki hallarına əhəmiyyət verməyərək yalnız prosessual tərəfdən formal yanaşmaları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət çərçivəsində aparılan effektiv mübarizə tədbirlərinin səmərəliliyini aşağı salmaqla bərabər, bu cür cinayət əməlini törətməkdə ittiham olunan bir şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzasızlıq şəraitinə və eyni xarakterli cinayət əməlləri törətmiş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsinə yol açmışdır. Qeyd olunanlar məhkəmə kollegiyası tərəfindən sübutların düzgün qiymətləndirilməməklə, obyektiv həqiqəti müəyyən etməməklə əsassız yekun nəticəyə gəlməsinə dəlalət edən xüsusatlardır. İşin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, hökm çıxarılarkən cinayət qanunu və CPM-in normalarının düzgün tətbiq edilməməsi və sair hallardan aydın olur ki, məhkəmə işə formal yanaşmış, cinayət işinin faktiki hallarını deyil, öz şəxsi mülahizələrini əsas götürmüş, nəticədə kifayət qədər mübahisə doğuran yekun qərar qəbul etmişdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti qismən təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya məhkəməsinin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və qiymətləndirməməsi, nəticədə təqsirləndirilən şəxsə bəraət verilməsinin əsassız və qanunsuz olmasıdır. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Bəraət almış şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürmüş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. Bəraət almış şəxs elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün istintaq orqanı məhkəməyə onun özünün istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarışda və evin baxışında iştirak etmiş polis əməkdaşlarının ifadələrini, üzərində şəxsi axtarış keçirilməsi və evə baxış keçirilməsi haqqında 31 dekabr 2023-cü il tarixli protokolları, məhkəmə-bioloji ekspertizasının rəyini, maddi sübutları və digər sənədlər təqdim etmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanının və müdafiə tərəfinin təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, həmin sübutlarla Bəraət almış şəxs yaşadığı evin həyətyanı sahəsində 625 qram qurudulmuş marixuananı qanunsuz saxlaması faktı təsdiq olunmur. Bununla əlaqədar məhkəmə Bəraət almış şəxs əməlini Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif etmiş və barəsində həmin maddə ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə kassasiya protestinə və müdafiəçinin apellyasiya şikayətinə əsasən baxıb, cinayət işi üzrə sübutları yenidən araşdırıb kassasiya şikayətinin dəlillərinə əsasən nəticəyə gəlmişdir ki, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində də təqsiri mötəbər sübutlarla təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bəraət almış şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlar kobud prosessual pozuntularla əldə edilmiş, onların mötəbərliyi şübhə doğurur və Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsinə əsasən onların sübut kimi qəbul edilməsinə yol verilmir. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, məhkəmə tərəfindən sübutlar CPMin 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq araşdırılmamış, işin yuxarıda göstərilən halları tam, hərtərəfli və obyektiv araşdırılmadan sübutlara qiymət verilmişdir. Kassasiya protestində irəli sürülmüş dəlillərin əsaslığını müzakirə edərək məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən qanunların aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsindən görünür ki, cinayət mühakimə icraatın vəzifələrindən biri cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırmasıdır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası işin hallarını və cinayət-prosessual qanunun yuxarıda sadalanan normalarını təhlil edərək kassasiya protestinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutların tədqiq edilməsi, habelə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması barədə qanunun tələblərinə əməl etməmiş, sübutlar arasında mövcud olan ziddiyyətləri, eləcə də sübutların mötəbərliyinə şübhə yaradan və təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlməsinə əsas kimi hökmdə istinad edilən halları kifayət qədər araşdırmamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, Bəraət almış şəxs Yəhya oğluna qarşı irəli sürülmüş ittiham üzrə ona istinad edilən narkotik vasitələri hər hansı şəxsdən və ya mənbədən əldə etməsi, habelə həmin narkotik vasitələri hər hansı şəxsə satması və ya verməsi müəyyən edilməmişdir. İttiham yalnız maddi sübutlara, yəni onun üzərində 7,35 qram, yaşadığı evin həyətyanı sahəsində isə 625 qram qurudulmuş marixuananın aşkar edilməsi faktlarına əsaslanır. Həmin faktlar Bəraət almış şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı evə baxış keçirilməsi haqqında 31 dekabr 2023-cü il tarixli protokollarla müəyyən edilmişdir. Narkotik vasitələr aşkar edildikdən sonra istintaq orqanı iş üzrə digər sübutlar əldə etmiş, Bəraət almış şəxs, eləcə də şəxsi axtarış və evin baxışında iştirak etmiş polis əməkdaşlarını dindirmiş, aşkar edilmiş maddi sübutlarla bağlı məhkəmə-bioloji ekspertizası təyin etmişdir. Göründüyü kimi, Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını onun üzərində şəxsi axtarış aparılması və yaşadığı evə baxış keçirilməsi barədə 31 dekabr 2023-cü il tarixli protokollar təşkil edir. Cinayət işi üzrə toplanmış digər sübutlar isə həmin protokollarla Bəraət almış şəxs üzərində və yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin aşkar edilməsinin təsdiq olunduğu halda, onun təqsirinin konkret hallarını müəyyən edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıbalmadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bəraət almış şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş ittihamla əlaqədar ziddiyyətli ifadələr vermişdir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı Bəraət almış şəxs ittihamla bağlı özünü təqsirli bilərək narkotik vasitələrin ona məxsus olması, 31 dekabr 2023-cü il tarixdə onları tapılaraq 7,35 qram üzərində, qalan 625 qram isə yaşadığı evin həyətyanı sahəsində olan istismar olunmayan soyuducuda saxlanılması və şəxsi axtarış və evə baxış zamanı həmin narkotik vasitələrin polis əməkdaşları tərəfində aşkar edilməsini göstərmişdir. Həm birinci, həm apellyasiya məhkəmələrində verilmiş ifadəsində Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitələr üzərinə və evin həyətyanı sahəsinə polis əməkdaşları qoymuşlar. Belə ki, o 29 dekabr 2023cü il tarixdə saat 23-da Bakıdan rayona evinə gəlmişdir. Səhəri gün axşam saat 5-6 radələrində onu küçədən cavan oğlan çağırmış “əmi, əmi evdəsiz” soruşmuşdur. Sonra içəri polislər girmiş, ona əl-qol atmış evi axtarmışlar. Evdə pəncərənin qırağında dəvətnamənin içində beş-on qram özünə məxsus marixuana olmuşdur. Onu polislər götürmüşlər. Axşam hava qaralanda isə onu şöbəyə aparmışlar. Gecə onun səhhəti pisləşib, üstünə həkim gəlmişdir. Ona pul oxumuşlar. Lakin özü pulunun olmadığını demişdir. Səhəri gün polislər onun evində olan marixuananı 5 bükümə qablaşdırıb onun üzərində yerləşmiş və vəkilin iştirakı ilə üstünü yoxlayıb həmin marixuananı aşkar edilərək bunu videoya çəkmişlər. Sonra isə yaşadığı evə getmişlər. Narkotik vasitəni polislər aşağıya qoymuşlar. Bunu qız videoya çəkmişdir. Onu əvvəl yuxarı qaldırmış, daha sonra isə onu aşağıya düşürüb, qoyduqları yerdən narkotiki çıxarmışlar. Sonra isə yenidən şöbəyə aparmışlar. Müstəntiqə də ifadə verəndə özünə aid olmadığını demişdir. Müstəntiq onu incitməyib, təsir etməyib, doğrusunu danışmış, müstəntiq isə ona ifadəsini oxuyub, özü isə qol çəkmişdir. Müstəntiqə sərbəst ifadə vermiş, lakin nə dediyini bilmir. Özünü həmin beş-on qram marixuanaya görə təqsirli bilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq belə nəticəyə gəlmişlər ki, Bəraət almış şəxs, onun həyat yoldaşı şahid1 və qızı X6 ifadələri, habelə sonuncu tərəfindən evə baxış keçirilməsinin başlanğıcını telefon vasitəsilə lentə alınmış və müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntü əsasında müəyyən edilmiş hallar, xüsusilə də baxışın aparılmasında iştirak edən polis əməkdaşının heç bir prosessual zərurət olmadan baxışdan bilavasitə əvvəl Bəraət almış şəxs yaşadığı evin həyətinə təkbaşına daxil olub çıxması, məhz onun tərəfindən evdən həyətə düşən kimi orada yerləşən istifadəsiz soyuducunun içərisində 625 qram marixuananın aşkar edilməsi və bundan sonra həyətin qalan hissəsinə baxış keçirməməsi, Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən evə baxış keçirilməsi barədə 31 dekabr 2023-cü il tarixli protokolun mötəbərliyinə və həmin istintaq hərəkəti nəticəsində əldə edilmiş maddi sübutun – 625 qram marixuananın mənşəyinə dair əsaslı şübhələr yaradır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya məhkəməsinin Bəraət almış şəxsya qarşı irəli sürülmüş ittihamın 625 qram miqdarında qurudulmuş marixuanaya aid hissəsi ilə bağlı sübutların yoxlanılması və qiymətləndirilməsi CPM-in 144- 145-ci maddəsinin tələblərinə uyğun olmuş, ittihamın həmin epizodun əsasını təşkil edən evə baxış keçirilməsi barədə 31 dekabr 2023-cü il tarixli protokolun mötəbər sübut kimi qəbul edilməməsi və Bəraət almış şəxs ittihamın bu hissəsi üzrə təqsirinin sübuta yetirilməməsinə dair nəticəyə gəlməsi CPM-in 125, 351-ci və yuxarıda göstərilən digər maddələrin tələblərinə tam uyğun olmuşdur. Odur ki, məhkəmə kollegiyası Bəraət almış şəxsya qarşı irəli sürülmüş ittihamın 625 qram miqdarında qurudulmuş marixuanaya aid olan hissəsi ilə bağlı kassasiya protestinin dəlilləri əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Bəraət almış şəxs üzərində 7,35 qram marixuananın aşkar edilməsi də mötəbər sübutlarla təsdiq olunmadığına dair gəldiyi nəticəni aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, şəxsi axtarış və götürmə haqqında 31 dekabr 2023-cü il tarixli protokol, polis əməkdaşları şahid2 və M.Ə.Məcidovun şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının rəyi və işə əlavə edilmiş digər sənədlərlə müəyyən edilmişdir ki, Neftçala RPŞ-nə daxil olmuş əməliyyat məlumata əsasən Bəraət almış şəxs 31 dekabr saat 13:10-da Neftçala şəhəri M.Ə.Sabir küçəsində saxlanılmış və Neftçala RPŞ-nə gətirilmişdir. Üzərində keçirilmiş şəxsi axtarış zamanı Bəraət almış şəxs eynində olan şalvarın cibindən 5 bükümdə olan 7,35 qram olan qurudulmuş marixuana təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi Z.Y. Əzimovun 31 dekabr 2023-cü il tarixdə deyil, 30 dekabr 2023-cü il tarixdə saat 15-16 radələrində polis əməkdaşları tərəfindən tutulması barədə onun və şahid qismində dindirilmiş həyat yoldaşı şahid1 ifadələrinin doğruluğu qənaətinə gəlmişdir. Məhkəmə bu nəticəyə Bəraət almış şəxs istifadəsində olan mobil telefonun 30 dekabr 2023-cü il tarixdə saat 10-dan 31 dekabr 2023-cü il tarixdə saat 20:45-dək mobil operatorun Neftçala şəhəri, 20 Yanvar küçəsi, ev 2 ünvanında yerləşən “Xonça Gallery”nin arxasındakı antenasının əhatə dairəsində qeydiyyatda olması barədə məlumatlara əsaslanaraq gəlmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi Bəraət almış şəxs bir sutkadan artıq müddətdə polis şöbəsində saxlanıldıqdan sonra onun üzərində şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokolu da mötəbər sübut kimi qəbul etməmişdir. Həmin əsasla apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın 7,35 qram qurudulmuş marixuanaya da aid hissəsi üzrə onun təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair gəldiyi nəticəni aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Bəraət almış şəxs 7,35 qram marixuananı qanunsuz əldə etməsi və saxlaması ilə bağlı ittiham üzrə təqsirsiz olması barədə nəticəsini “NAR” Azerfon MMC tərəfindən təqdim edilmiş məlumatla əsaslandırmışdır. Həmin məlumata görə, Bəraət almış şəxs istifadəsində olan 070-557-35-39 nömrəsi 30 dekabr 2023-cü il saat 10:06-dan 31 dekabr 2023-cü il saat 20:45-dək Neftçala şəhəri, 20 Yanvar küçəsi, ev 2, Xonça Gallery-in arxasında yerləşən baza stansiyasının xidmət dairəsində qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi bu məlumatdan Bəraət almış şəxs həmin müddət ərzində Neftçala RPŞ-də saxlanıldığı nəticəsini çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin sübutu qiymətləndirərkən Azərbaycan Respublikası CPM-in 144-cü maddəsində nəzərdə tutulmuş sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması tələbinə əməl etməmişdir. Məhkəmə kollegiyası “NAR” Azerfon MMC-nin təqdim etdiyi məlumatı Bəraət almış şəxs və şahid1 ifadələri ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, həmin məlumat Bəraət almış şəxs 30 dekabr 2023-cü il saat 10:06-dan 31 dekabr 2023-cü il saat 20:45-dək fasiləsiz olaraq Neftçala RPŞ-də saxlanılması faktını təsdiq etmir. Belə ki, Bəraət almış şəxs məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, o, 30 dekabr 2023-cü il tarixdə saat 15-16 radələrində öz evində saxlanılmış və polis əməkdaşları onun evində axtarış etmişlər. Bundan sonra hava qaranlıqda onu Polis Şöbəsinə aparmışlar. Səhəri gün, yəni 31 dekabr 2023-cü il tarixdə onun üzərində Polis Şöbəsində şəxsi axtarış aparılmış, sonra isə polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getmişlər. şahid1 ifadəsindən görünür ki, 31 oktyabr 2023-cü il tarixdə evdə baxış keçirilən zaman o, evdə olmuş, baxışdan əvvəl Bəraət almış şəxs bir saata yaxın evin qabağında avtomaşında oturmuşdur. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “NAR” Azerfon MMC-in məlumatından isə görünür ki, Bəraət almış şəxs istifadəsində olan 070-557-35-39 nömrə Neftçala şəhəri, 20 Yanvar küçəsi, ev 2 Xonça Gallery-in arxasında yerləşən antenası dairəsində 30 dekabr 2023-cü il tarixdə saat 10:06-dan, yəni onun polis əməkdaşları tərəfində tutulmasından əvvəl olmuşdur. Bundan başqa həmin məlumatdan görünür ki, şahid şahid1 istifadəsində olan 70-867-60- 68 nömrəsi onların evinə baxış keçirilməsi zamanı Neftçala şəhəri, 20 Yanvar küçəsi, ev 2 Xonça Gallery-in arxasında yerləşən antenası dairəsində olmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, şahid şahid1 evə baxış keçirilməsi zamanı evdə olmasını bildirmişdir. “NAR” Azerfon MMC-in məlumatından da görünür ki, həm Bəraət almış şəxs, həm şahid1 istifadəsində olan mobil telefon nömrələrinin Neftçala şəhəri, 20 Yanvar küçəsi, ev 2 Xonça Gallery-in arxasında yerləşən antenası dairəsində olduğu zaman dəfələrlə qısa müddətdə həmin mobil telefonların operatorunun digər antenaları tərəfindən qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən xüsusatlar onu göstərir ki, Neftçala RPŞ-in inzibati binasının və Bəraət almış şəxs yaşadığı evin yanında olan mobil telefonların nömrələri həm eyni antena, həm digər antenaların dairəsində qeydiyyatda olması mümkün olur. Həmçinin təqdim edilmiş mobil rabitə məlumatlarından görünür ki, həm Bəraət almış şəxs, həm də şahid1 istifadəsində olan nömrələr onların dislokasiyasının dəyişməsini istisna edən qısa zaman intervalında müxtəlif baza stansiyaları arasında keçid etmiş, yəni həm yuxarıda qeyd olunan Neftçala şəhəri, 20 Yanvar küçəsi, ev 2 Xonça Gallery-in arxasında yerləşən baza stansiyasının, həm də digər yaxın baza stansiyalarının xidmət dairəsində qeydə alınmışdır. Bu xüsusatlar göstərir ki, Neftçala RPŞ-nin inzibati binası və Bəraət almış şəxs yaşadığı evin yerləşdiyi ərazi eyni və ya üst-üstə düşən baza stansiyalarının xidmət zonasına daxil ola bilər. Bu səbəbdən yalnız bir baza stansiyasının qeydiyyat məlumatına əsaslanaraq şəxsin konkret olaraq polis şöbəsində saxlanıldığını qəti şəkildə müəyyən etmək mümkün deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yalnız “NAR” Azerfon MMC-nin təqdim etdiyi texniki məlumata istinad etməklə Bəraət almış şəxs və şahid şahid1 ifadələrinin doğru, istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların isə qeyri mötəbər olması və Bəraət almış şəxs şəxsi axtarışdan əvvəl bir sutka ərzində Neftçala RPŞ-də saxlanıldığı barədə nəticəyə gəlməsi iş materiallarının məzmununa uyğun olan və kifayət qədər əsaslandırmış nəticə hesab edilə bilməz. Bundan başqa, Z.Y. Əzimovun ifadəsində 30 dekabr tarixindən 31 dekabr tarixinə keçən gecə polis şöbəsində saxlanılarkən səhhətinin pisləşməsi ilə əlaqədar polis şöbəsinə həkimlərin gəlməsi və ona tibbi yardım göstərilməsi barədə bildirdiyi xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin məktubundan görünür ki, 30 və 31 dekabr 2023-cü il tarixlərində Bəraət almış şəxs Yəhya oğlu ilə bağlı Təcili Tibbi Yardıma hər hansı çağırış daxil olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bəraət almış şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona istinad edilən 7,35 qram qurudulmuş marixuananın ona məxsus olması faktını təkzib etməmiş, yalnız həmin narkotik vasitənin onun üzərində aşkar edilməsini mübahisələndirərək, narkotik vasitənin polis əməkdaşları tərəfindən yaşadığı evdə aşkar edildiyini bildirmişdir. Bundan əlavə, Bəraət almış şəxs ibtidai istintaq zamanı polis əməkdaşlarının ona qarşı hər hansı zorakılıq və ya digər qanunsuz təsir üsullarından istifadə etmələrini inkar etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsinin istinad etdiyi sübutlar, yəni Bəraət almış şəxs ifadəsi ilə digər sübutlar bir-biri ilə ziddiyyət təşkil edir. İş üzrə sənədlərdən aydın olur ki, Bəraət almış şəxs üzərində narkotik vasitənin aşkar edilməsini inkar edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən ziddiyyətin yaranma səbəbləri araşdırılmadan şəxsi axtarışın nəticələrinin şübhə altına alınması əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası bununla əlaqədar vurğulayır ki, yuxarıda göstərilən cinayətprosessual qanunvericiliyin normalarına əsasən hökm qanuni və əsaslı olmalıdır. Hökmün əsaslılığı isə məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara əsaslanmasında ifadə olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi Bəraət almış şəxs 7,35 qram qurudulmuş marixuananı əldə etməsi və saxlamasında təqsirinin sübuta yetirilməməsi və onun təqsirli olmasının iş üzrə mövcud sübutlarla təkzib edilməsi barədə nəticəyə gələrkən, sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış, onların qiymətləndirilməsini Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun şəkildə aparmamışdır. Məhkəmənin Bəraət almış şəxs təqsirsizliyi ilə bağlı istinad etdiyi bir sıra hallar lazımi qaydada araşdırılmamış və cinayət işinin materiallarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittihamın və müdafiə tərəfinin sübutları və işin halları lazımi qaydada tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 143, 144 və 349-cü maddələrinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin Bəraət almış şəxs üzərində 7,35 qram miqdarında qurudulmuş marixuananın aşkar edilməsi ilə əlaqədar sübutların Azərbaycan Respublikası CPM-in 143- 144-cü maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün sübutların tədqiqindən əsassız imtina edilməsi hissəsində dəlilləri əsaslı olduğundan, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2025-ci il tarixli, 1(106)-404/2025 nömrəli hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirilməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Kassasiya protesti qismən təmin edilsin. Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2025-ci il tarixli, 1(106)-404/2025 nömrəli hökmü ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar