Məhkəmə qərarları › İş №1(102)-3138/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3138/2025

15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3138/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X5 və məhkum Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: ## ###### 1977-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, M.Ibrahimov küçəsi, ev 292-də qeydiyyatda olmaqla Biləsuvar şəhəri N.Xəzri küçəsində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 2025-ci il ## #### tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi3, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X4 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi3, Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm təqsirləndirilən şəxs1 və Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, məhkum təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 2 (iki) il həddində müəyyən edilmiş, məhkum Məhkum CM-in 221.2.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 2 (iki) il həddində müəyyən edilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə görə, Məhkum 2024-cü il ## ###### tarixdə saat 14:40 radələrində ictimai yer hesab olunan Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində tanışları təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə birləşib bir qrup şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik edərək həmin restoranda ofisiant işləyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onlara qənaətbəxş xidmət göstərməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə edərək insanların çox olduğu yerdə təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək baş və sifət nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq “sol gicgah-çənə oynağı və sağ gözaltı nahiyədə hematoma” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid xəsarətlər yetirmiş, təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək yumruqla alın və sifət nahiyəsinə bir neçə dəfə vuraraq “alının sağ yarısında və sağ almacıq nahiyəsində sıyrıq” ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, o isə Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq sözlər deyib üzərində zor tətbiq edərək ağız nahiyəsindən tutub sinəsindən vuraraq “döş qəfəsinin sağ yarısının ön səthində qançır” ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı və məhkəmələr cinayət işi üzrə araşdırmanı tam və hərtərəfli, obyektiv şəkildə aparmamışlar. Məhkum bildirmişdir ki, polis əməkdaşları onu aldadaraq bütün sənədlərə imza etdirmişlər. Videodan da göründüyü kimi o, dava-dalaşda iştirak etməmiş, əksinə tərəfləri sakitləşdirmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsif edilməsini, ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış və qiymətləndirilmiş və məhkum tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkum Məhkum qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətmələri iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı, onun cinayət əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar