Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-314/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu, Müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili İsmayılov Tahir Abdulkərim oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.4.3-cü maddələri təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Əzizov, hakimlər F.N.Mahmudov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törət məkdə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 01 il 06 ay şərti hesab edilmiş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, xxx ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 228.1, 229. 1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətə, CM-nin 229.1-ci maddəsi ilə 01 il 06 ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.20 14-cü il tarixli hökmü ilə təyin edilmiş barəsində olan şərti məhkum etmənin ləğv edilməsi və CM-nin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş və çəkilməmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, məhkəmənin hökmü ilə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 05 il 06 ay müddətə endirilmiş, məhkəmənin hökmü ilə ona CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 229.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.3-cü maddəsinə əsasən bu qərarla təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 67-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəzaya Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş və çəkilməmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə Məhkum üzərində qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, odlu silahı qanunsuz olaraq əldə edib saxlamış, daşımış, gəzdirmiş, odlu silahı qanunsuz olaraq hazırlamış, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, mərhum atası X3dən qalmış 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli “xxxx” nömrəli, “İJ 27” modelli hamaryivsiz qoşa lüləli ov tüfənginin lülələrini və qundağını 2015-ci ildə günü istintaqa məlum olmayan tarixdə kustar üsulla kəsməklə konstruktiv dəyişikliklərə məruz qoyub ilkin təyinatını dəyişərək qanunsuz olaraq hazırladıqdan sonra həmin odlu silahı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında olan çarpayının yan tərəfində yerə qoyulmuş yataq dəstinin altında gizlədib qanunsuz olaraq saxlamış, xx.xx.2018-ci il tarixdə saat 22 radələrində lülələri və qundağı kəsilmiş həmin ov tüfəngini şəxsiyyəti istintaqa məlum olmayan şəxsin VAZ-21015 markalı avtomobilində qanunsuz olaraq daşıyaraq üzərində gəzdirib Göygöl rayonunun Qızılca qəsəbəsi ərazisində havay a 2 dəfə atəş açdıqdan sonra yaşadığı evində saxlamış, xx.xx.2018-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində evin otağında olan çarpayının yanından həmin lülələri və qundağı kəsilərək qanunsuz hazırlanmış 16 kalibrli “xxxx” nömrəli, “İJ 27” modelli tüfəng, həmçinin istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq evin yataq otağındakı divanın yanında bir ədəd sellofan bükülüdə saxladığı külli miqdarda, yəni təmiz çəkisi 945 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində məhk əmə baxışı zamanı ittiham aktında qeyd olunmuş narkotik vasitənin ona heç bir aidiyyəti olmadığını, iş materiallarında olan video çəkilişə diqqətlə baxıldığında onun təqsirsizliyini aşkar etməyin mümkün olduğunu qeyd etmişdir. Lakin məhkəmə kollegiyası onu narkotik maddəni satması və mənfəət əldə etməsi ilə bağlı yalnız polis idarəsinin məlumatına əsasən onu CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş odlu silahı qanunsuz olaraq əldə edib saxlama, daşıma, gəzdirmə, odlu silahı qanunsuz olaraq hazırlama, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 228.1, 229.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cina yətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkum kassasiya şikayətində göstərilən narkotik maddə ilə bağlı ittihamın onunla heç bir əlaqəsinin olmaması, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələ rinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillər və əməlin tövsifi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Müdafiə tərəfi apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmünün qanunsuz və əsassız olduğunu qeyd etmiş, təqsirləndirilən şəxsə CMnin 234.4.3-cü maddəsi üzrə verilmiş ittiham iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından həmin maddə üzrə bəraət verilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən halların heç biri Məhkum hərəkətlərində müşahidə edilməmişdir. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, maddi sübutlar və digər sübutlarla tamamilə təkzib edilmişdir. Belə ki, həmin sübutlarla Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması faktı tamamilə sübuta yetirilmişdir. Belə ki, Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmə si “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2018-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillər, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı, baxış zamanı video çəkilişin qeydə alındığı bir ədəd DVD disk, şahidlər X1 və X2 ifadələri, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu və məhkəmə istintaqında tədqiq olunmuş ifadələri, materialların məhkəmə ekspertizasının xx.xx.2018-ci il tarixli 18 nömrəli rəyi, məhkəmənarkoloji ekspertizasının xx.xx.2018-ci il tarixli 56 nömrəli rəyi, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2018-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillər, Məhkum barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 11 0 nömrəli rəyi və digər mötəbər sübutlarla təsdiq olunur. Bundan başqa, istər ibtidai istintaqı zamanı, istərsə də, məhkəmə istintaqında dindirilmiş şahidlər keçirilmiş əməliyyat istintaq hərəkətinin nəticəsi olaraq Məhkum yaşadığı evdən aşkar edilmiş narkotik vasitə barədə təfərrüatı ilə məlumat vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadələr iş materiallarında olan sübutlarla ilə üst üstə düşdüyündən narkotik vasitənin ona məxsus olmamasına dair göstərilən dəlillər yalnız özünü müdafiə xarakterli olmaqla məhz cinayət əməlindən yaxa qurtarmaq məqsədi daşıyır və ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə kollegiyası həmin dəlillərə tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə də CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Məhkum tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Məhkum təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143- 146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istif adə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Odur ki, Məhkum həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən dəlillər tam əsassız və özünü müdafiə xarakteri daşıdığından qəbul edilməməlidir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu hissədəki dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmas ını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum və onun müdafiəçisi bəraət verilməsi mümkün olmayacağı təqdirdə Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin bu hissədəki dəlilləri ilə razılaşan məhkəmə kollegiyası işdə olan yüngülləşdirici halların nəzərə alınması fonunda birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının bir qədər sərt olması qənaətinə gəlir. Beləliklə kollegiya yuxarıda sadalanan qanunvericiliyin tələblərini nəzərə alaraq Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(088)-197/2018 saylı hökmünü törədilmiş cinayətin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifı hissəsində əsaslı hesab edərək, eyni zamanda ona təyin edilmiş cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması qənaətinə gələrək apellyasiya şikayətinin qismən təmin edilməsini, hökmün dəyişdirilərək təyin edilmiş cəzanın aşağı endirilməsini məqsədəmüvafiq sayır.…”. Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb müəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ət raflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirinin (ittihamının) təsdiq edilmədiyini göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutl arın kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində göstərilən məhkumun əməlində CM-nin 234.4.3-cü maddəsinin cinayət tərkibinin əlamətləri olmaması ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd e dir ki, kassasiya şikayətinin həmin dəlili əsassız olduğundan təmin edilməməlidir. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayəti n törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlardan, ekspert rəylərindən görünür ki, Məhkum ona qarşı ittiham olunan cinayət əməllərini törətmişdir. Ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin bütün dəlilləri əsassızdır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə t əsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üz rə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.4.3-cü maddələri təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayəti
Məhkəmə qərarları › İş №1(102)-314/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-314/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver