Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-314/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, bəraət almış şəxs X14 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Rasim Sadıxovdan ibarət tərkibdə) 1(101)-239/2020 saylı, 21 fevral 2020-ci il tarixli hökmü ilə 08 mart 1972-ci ildə Masallı rayonu, Məmmədoba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, sahibkarlıq fəaliy yəti ilə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 105, mənzil 83də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 98A, mənzil 54-də faktiki yaşayan; X18 Azərbaycan Respublikası CM-in 149.2.3, 149.2.5, 149.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsində cinayət hadisəsi olmadığı üçün, yəni, Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsində göstərilən əsaslarla, Azərbaycan Respublikası CM-in 162-1.1 və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyi üçün, yəni Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsində göstərilən əsaslarla bəraət verilmiş və cinayət işinin icraatına xitam edilmişdir. İşin halları: İttihama əsasən X27 Azərbaycan Respublikası CM-in 149.2.3, 149.2.5, 149.3.3, 162-1.1 və 21 3.1-ci maddələri ilə təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 2003-cü ildən başlayaraq 01 sentyabr 2004-cü il tarixədək müddətdə, ibtidai istintaqla dəqiq müəyyən edilməsi mümkün olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 98A, mənzil 54-də, qardaşı X19 ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 2, mənzil 20 və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 2942A, mərtəbə 3, mənzil 70-də onun üçün aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi, qardaşı Alim Ağayevin xx xxxxxxxx 1990-cı il tarixdə anadan olmuş qızı Ağayeva (hazırda Ələkbərova) Əminə Alim qızının baş verənləri başa düşməməsi və mahiyətini dərk etməməsindən, yəni köməksiz vəziyyətindən istifadə e tməklə onunla dəfələrlə təbii yolla cinsi əlaqədə olmuş, yəni onun üçün aşkar surətdə on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs1 təkrarən zorlamaqda; - 01 sentyabr 2004-cü il tarixdən 18 noyabr 2007-ci il tarixədək müddətdə, ibtidai istintaqla dəqiq müəyyən edilməsi mümkün olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 98A, mənzil 54-də və qardaşı Alim Ağayevin ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 2942A, mərtəbə 3, mənzil 70-də onun üçün aşkar surətdə yetkinlik yaşına çatmadığını bildiyi, qardaşı Alim Ağayevin xx xxxxxxxx 1990-cı il tarixdə anadan olmuş qızı Ağayeva (hazırda Ələkbərova) Əminə Alim qızının əvvəlki illərdə ailə üzvlərindən xəbərsiz dəfələrlə onunla cinsi əlaqədə olmaqla özün dən asılı vəziyyətə salaraq ona müqavimət göstərmək imkanından məhrum olmasından, eləcə də baş verənləri başa düşməməsi və mahiyətini dərk etməməsindən, yəni köməksiz vəziyyətindən istifadə etməklə onunla dəfələrlə təbii yolla cinsi əlaqədə olmuş, yəni onun üçün aşkar surətdə yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1 təkrarən zorlamaqda; 29 mart 2012-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X26 Qeydiyyatı İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla hüquqi ünvanı ünvan 1liyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi və direktoru (qanuni təmsilçisi) olmaqla, eləcə də 23 iyun 2010-cu il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi hüquqi ünvanı ünvan 2 və əsas fəaliyyə t növü yükdaşıma kimi göstərilməklə vergi ödəyicisi qismində həmin Nazirlikdə qeydiyyata alınmaqla (VÖEN: **********) 04 fevral 2014-cü il tarixdən 23 dekabr 2018-ci il tarixədək olan müddətdə «Mayak» və «Dəniz» karqoları adı altında Çin Xalq Respublikasından və Türkiyə Respublikasından Azərbaycan Respublikasına yüklərin daşınması üzrə həyata keçirilən fəaliyyətə Azərbaycan Respublikasında faktiki rəhbərliyi həyata keçirərkən əmək müqaviləsi (kontraktı) bağlanılmadan və belə müqavilələr hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən «Sədərək» ticarət mərkəzindəki «xxxx» adlı ofisində Zərərçəkmiş şəxs19 2014-cü ilin fevral ayından işçilər üzərində ümumi nəzarəti həyata keçirən kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 700 manat, Zərərçə kmiş şəxs15 2014-cü ilin fevral ayından xəzinədar kimi işə cəlb edərək ona qeyri- rəsmi hər ay 700 manat, Zərərçəkmiş şəxs14 2017-ci ilin oktyabr ayından anbardar kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 700 manat, Zərərçəkmiş şəxs11 2018-ci ilin oktyabr ayından qəbul otağındakı işləri yerinə yetirən kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 500 manat, Zərərçəkmiş şəxs3 2014-cü ilin fevral ayından, Zərərçəkmiş şəxs2 Sücayət oğlunu 2016-cı ilin may ayından, Zərərçəkmiş şəxs4 isə 2018-ci ilin mart ayından kompüter-mütəxəssisi kimi işə cəlb edərək hər birinə qeyri-rəsmi ayda 500 manat, Zərərçəkmiş şəxs13 2018-ci ilin fevral ayından gətirilmiş malların adlarını tərcümə edən və sahibləri ilə əlaqə saxlayan kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 500 manat, Zərərçəkmiş şəxs9 2018-ci ili n yanvar ayından, Zərərçəkmiş şəxs10 isə 2018-ci ilin oktyabr ayından gətirilən malların sahibləri ilə əlaqə saxlayan, yüklərinin ölçülərinə nəzarət edən kimi işə cəlb edərək onların hər birinə qeyri-rəsmi ayda 500 manat, Zərərçəkmiş şəxs17 2014-cü ilin fevral ayından sürücü kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 600 manat, Zərərçəkmiş şəxs12 2015-ci ilin iyun ayından xadiməçi və aşpaz kimi işə cəlb edərək ona qeyri- rəsmi hər ay 500 manat, Zərərçəkmiş şəxs5 2014-cü ilin fevral ayından gömrük orqanlarında təmsilçisi kimi işə cəlb edərək ona qeyri-rəsmi ayda 700 manat, Zərərçəkmiş şəxs6 2014-cü ilin fevral ayından «Mayak» karqo adı ilə Çin Xalq Respublikasından Azərbaycan Respublikasın gətirilən yüklərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Bakı Baş Gömrük İdarəsinin «İpək Yolu» Terminalında rəsmiləşdirilməsində və yüklərə baxışların keçirilməsində nəzarətçisi kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 700 manat, Zərərçəkmiş şəxs7 2016-cı ilin iyun ayından «Mayak» karqo adı ilə Çin Xalq Respublikasından Azərbaycan Respublikasına gətirilən yüklərin «İpək Yolu» Terminalında baxışların keçirilməsində nəzarətçisi kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 700 manat, Zərərçəkmiş şəxs8 2018-ci ilin iyun ayından «Dəniz» karqo adı ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilən yüklərə «İpək Yolu» Terminalında baxışların keçirilməsində nəzarətçisi kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 700 manat əmək haqqı, Zərərçəkmiş şəxs18 2014-cü ilin fevral ayından «Sədərək» ticarət mərkəzinin «Şirniyyat» bölməsindəki 7-ci sırada yerləşən mağazada satıcı kimi işə cəlb edərək ona qeyri- rəsmi hər ay 700 manat, Zərərçəkmiş şəxs16 isə 2014-cü ilin fevral ayından həmin mağazada fəhlə kimi işə cəlb edərək ona qeyri-rəsmi hər ay 300 manat məbləğində əmək haqqı verməklə və bununla bağlı 01 fevral 2014-cü il tarixdən 23 dekabr 2018-ci il tarixədək olan müddət ərzində dövlət büdcəsinə ödənilməli muzdla işləyən həmin 18 nəfər fiziki şəxsin gəlirlərindən cəmi 25.898,35 (iyirmi beş min səkkiz yüz doxsan səkkiz manat otuz beş qəpik) Azərbaycan manatı məbləğində gəlir vergisini və cəmi 56.256,65 (əlli altı min iki yüz əlli altı manat altmış beş qəpik) Azərbaycan manatı məbləğində məcburi dövlət sosial sığorta haqlarını qəsdən ödəməməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanılmad an və belə müqavilələr hüquqi qüvvəyə minmədən xeyli sayda işçiləri müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etmiş, həmçinin ümumilikdə 82.155 (səksən iki min yüz əlli beş) manat məbləğində xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmaqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), F.Qasımov və K.Əkbərovdan ibarət tərkibdə) 1(103)-629/2020 saylı, 30 iyul 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, bəraət verilmiş şəxs X27 və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiy a şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi verdiyi kassasiya şikayətində və Dövlət ittihamçısı3 verdiyi kassasiya protestində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2020-ci il tarixli qərarı ləğv edilsin və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onunla əsaslandırır ki, məhkəmələrin gəldikləri nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmündə qeyd edilənləri təkrarlamaqla kifayətlənmiş, apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə X13 “xxxx”, “Dəniz Karqo” və “B 929” adlı hüquqi şəxslərin adından fəaliyyət göstərməsini təsdiq edən sübutların müəyyən olunmamasına dair gəlinmiş nəticə ilə bağlı bildiririk ki, məhkəmə şahid X20 ibtidai istintaq zamanı verdiyi ifadəsinə istinad etmişdir ki, həmin ifadə də S.Ağayevin təqsirliliyini müəyyən edir. İş üzrə zərərçəkmiş şəxslərin ifadələrinə əsasən onların nə vaxt, hansı qaydada işə götürülmələri və ya xidmətə cəlb edildikləri, onların vəzifəsinin nədən ibarət olması, onların həqiqətən işlədiklərini təsdiq edən sübutları n müəyyən edilməməsi, onların başqa hüquqi şəxslərin işçiləri olması, “Mayak Kargo” adlı şirkətin mövcudluğundan xəbərsiz olmaları, ibtidai istintaqdan S.Ağayevin xeyrinə olacağını düşündükləri üçün fərqli ifadə verdikləri ilə bağlı qərarda qeyd edilənlərlə bağlı bildiririk ki, ittihamın əsasını təşkil edən 09.09.2019-cu il tarixli 13409 nömrəli ekspert rəyində 18 nəfər zərərçəkmiş şəxsin hər birinin işlədiyi yer və vəzifəsi, nə vaxtdan işləmələri, aldıqları əmək haqqı dəqiq göstərilmişdir. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən X18 elan edilmiş ittiham Azərbaycan Respublikası CM-in 162-1.1-ci və 213.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində işin faktiki halları ətraflı şəkildə araşdırılmamış, şikayətin dəlillərinə münasibət bildirilməmişdir. Kassasiya protesti nin dəlillərini Dövlət ittihamçısı3 onunla əsaslandırır ki, məhkəmə kollegiyası 30.07.2020-ci il tarixli qərarı qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasım yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq X18 Azərbaycan Respublikası CM-in 149.2.3, 149.2.5, 149.3.3, 162-1.1 və 213.1-ci maddələri ilə verilmiş bəraətin əsaslı olması qənaətinə gəlindiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Belə ki, məhkəməl ər CM-in 162-1.1 və 213.1-ci maddələri üzrə bəraətin dəlili qismində göstərilmişlər ki, zərərçəkmiş şəxslərin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri bir- biriləri ilə ziddiyyətli olduğu, bu ziddiyyətlərin aradan qaldırılmasının mümkün olmadığı qənaətinə gəlinir, çünki məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin istər istintaq zamanı, istərsə də məhkəmədə verdikləri ifadələrini təsdiq edən sübutlar müəyyən olunmadı... həmin zərərçəkmiş şəxslərdən on bir nəfərinin bilavasitə S.Ağayevlə qohum olmaları müəyyən olundu... Məhkəmələr, həmin şəxslərin başqa hüquqi şəxsin işçiləri olduğunu, digər zərərçəkmiş şəxslərin də istintaq zamanı və məhkəmədəki ifadələrini müqayisəli təhlil edib zərərçəkmiş şəxslərin istintaq zamanı verdikləri ifadələrini əsaslı şübhələrlə müşahidə olunduğu qəna ətinə gəlirlər. Məhkəmələrin bu qənaəti CPM-in 125.8-ci maddəsinin kobud pozuntusunu təşkil edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Nəzərə alınmalı dır ki, şəxin istinad etdiyi pozuntu həqiqətən baş vermişdirsə bu pozuntu nə qədər ciddidirsə onu təsdiq edən dəlil bir o qədər çox olmalıdır. Məsələn, şəxs işgəncəyə istinad edirsə onun bədənində işgəncənin obyektiv əlamətləri olacaqdır. Əksinə, şəxs ərizəni oxumadan imza etdiyini göstərirsə bunu təsdiq edə biləcək dəlillər minimum səviyyədədir. Bu baxımdan şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən şəxslərdən heç biri bunu təsdiq £ edən ağlabatan dəlil gətirə bilməmiş, məhkəmə isə CPM-in 125.8-ci maddəsinin tələblərini kobud surətdə pozaraq, subyektiv mülahizələr əsasında hökm çıxarmışdır. Məhkəmələrin bu qənaəti aşağıdakı maddi sübut və sənədlərlə tamamil ə təkzib edilmişdir. Belə ki, 23.12.2018-ci il tarixdə “xxxx” şirkətinin ofisinə keçirilmiş axtarış zamanı ofisin dəhliz və dəhliz boyu otaqlardan ibarət olması, dəhlizin başında S.Ağayevə məxsus otağın, onun girişindən sağda kassa otağının və digər otaqların olması müəyyən edilmiş və oradan 2 ədəd video qeydiyyat aparatı və 4 ədəd qeydiyyat kitabı götürülmüşdür. 11.01.2019-cu il tarixdə “xxxx” şirkətinin ofisinə keçirilmiş axtarış zamanı isə 10 ədəd kompüterin sistem bloku, 1 ədəd “Toshiba” və 2 ədəd “HP” markalı noutbuk, 10 ədəd kitabça və qaimələr götürülmüşdür. Buna baxmayaraq məhkəmə tərəfindən həmin protokol və sübutlar ümumiyyətlə tələb edilib tədqiq edilməmiş, p CPM-in 400.2.1-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Həmin maddənin tələbinə görə, işin düzgün həll edilmə si üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması hesab olunaraq məhkəmə hökmünün ləğv edilməsi üçün əsasdır. Eləcə də, 04.11.2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan göründüyü kimi cinayət işinə əlavə edilmiş rəsmi sənədlər maddi sübut kimi tanınmışdır. Buna baxmayaraq həmin sənədlər, o cümlədən “xxxx”nun inzibati binasından götürülmüş kitabçalar, qəbzlər, kompüter hissələri və noutbuk məhkəmələr tərəfindən tədqiq edilməmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş sənədlərin elan edilməsinə dair məhkəmələrin iclas protokollarında da “xxxx” şirkətinin ofisinə keçirilmiş axta rışın nəticələrinə dair 23.12.2018 və 11.01.2019-cu il tarixli protokollar elan edilməmiş və tədqiq olunmamışdır. Halbuki, CPM-in 335-ci maddəsinə görə, məhkəməyədək icraatın materiallarına əlavə edilmiş, cinayət prosesi tərəflərinin məhkəməyə təqdim etdikləri və ya məhkəmənin təşəbbüsü ilə tələb edilmiş sənədlərdə elan edilmiş ittihamın məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan hallar əks və ya təsdiq edildikdə, həmin sənədlər məhkəmə iclasında elan edilir. Bəraət qənaətinə gələn məhkəmələr qeyd edilən sübutları tələb edib tədqiq etməli idi, çünki onlar ibtidai istintaqın gəldiyi qənaətdən fərqli nəticəyə gələrkən bunu subyektiv mülahizə və ehtimalla deyil, obyektiv dəlillərlə əsaslandırmalı idilər. Lakin məhkəmələr həmin sübutların götürülməs inə dair müvafiq protokolları elan və tədqiq etməmişdir. Bununla bağlı tərəfimdən verilmiş vəsatət də apelyasiya instansiyası məhkəməsz tərəfindən təmin olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin AH hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. CPM-in 28.-2- ci maddəsinə görə, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti fr yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə, mütləq həqiqə: - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. İnternet informasiya ehtiyatından istifadə etməklə “xxxx” şirkətinin “www.mayakcargo.com” internet səhifəsinə daxil olduqda şirkət barədə ümumi məlumatlar qeyd edilmiş, 20 il etibarlı və təhlükəsiz yükdaşıma fəaliyyətinin həyata keçirildiyi göstərilmişdir. Səhifə “Ana səhifə”, “Xidmətlər”, “Haqqımızda”, “Əlaqə” və “Qeydiyyat” bölmələrindən ibarətdir. “Haqqımızda” bölməs ində “xxxx”nun X15 Şirkəti olaraq Çin Xalq Respublikasından Azərbaycana, Rusiya Federasiyasına, İran İslam Respublikasına, İraqa malların daşınması ilə məşğul olduğu, 20 illik təcrübənin olması, JAVANEH CARGO bar, X33 LTD, X21 Lines Co LTD, Hyundai Shipping LTD, U.F.E Shiping LTD, Maersk Line LTD, MSC, Evergreen LTD, X6 S.A., Hapag-Lloyd,X32 və s. kimi şirkətlərlə əməkdaşlıq etməsi göstərilmişdir. Bundan başqa həmin bölmədə “Müştərinin istəyi ilə şirkətimizin işçiləri bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir”xxxx“Şirkətimizin işçiləri” söz birləşməsi də şirkətdə çoxsaylı işçilərin olduğunu nəzərdə tutmaqla ibtidai istintaq sübutlarının həqiqiliyini təsdiqləyir, məhkəmənin əsasız bəraət qənaətini isə tam təkzib edir (Əlavə №1). “Əlaqə” bölməsində isə şirkətin Azərbaycan (B akı), Türkiyə (İstanbul), Gürcüstan (Poti), İran (Tehran, Bəndər Abbas), İraq (Ərbil ı. Çin (Yivu), Rusiya (Moskva) ofislərinin ünvan və əlaqə nömrələri qeyd edilmişdir. “Qeydiyyat” bölməsində isə sifarişin elektron qaydada verilməsinə imkan verən proqram təminatına giriş nəzərdə tutulmuşdur. Buna baxmayaraq, 11.01.2019-cu il tarixdə keçirilmiş axtarış zamanı götürülmüş kompüter və noutbuklar məhkəmələr tərəfindən tədqiq olunmamışdır. “Facebook.com” sosial şəbəkəsində “X12” səhifəsinə daxil olduqda görünür ki, 19.12.2014-cü il tarixdə edilmiş paylaşımda “xxxx” şirkətinə məxsus yeni suvenir mağazasının açıldığı bildirilmişdir. S.Ağayevə məxsus suvenir dükanlarının olması Zərərçəkmiş şəxs18, X23, X4 ibtidai istintaq ifadələri ilə də təsdiq edilir (İİİ cild, i.v. 68-71, 160-170). Eləcə də, “Dəniz Karqo” şirkətinə məxsus ofisin şəkili 04.11.2016-cı il tarixdə, “xxxx” şirkəti əməkdaşlarından ibarət futbol klubunun şəkli 07.03.2017-ci il və 20.08.2017ci il tarixlərdə (Şükran Rəhimov adlı istifadəçi də həmin paylaşımda qeyd edilmişdir) paylaşılmışdır (Əlavə JVe 2). Məhkəmə öz hökmünü absurd dəllilərlə əsaslanırdısa da, həmin əşyalar barədə məhkəmə-xətşünaslıq, məhkəmə-kompüter-texniki ekspertizaları təyin edilməli, yazıların icraçıları müəyyən olunmalı, kompüterlərin yaddaşmdakı məlumatların xarakteri müəyyənləşdirilməli idi. Lakin məhkəmə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayaraq CPM-in 399.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Hökmə görə, məhkəmədə zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr təhlil olunarkən həmin ifadələrdə zərərç əkmiş şəxslərin nə vaxt, hansı qaydada işə götürülmələrini və ya xidmətə cəlb edildiklərini, onların vəzifəsinin nədən ibarət olması, işin və xidmətin mövsümü daimi və ya müvəqqəti olmasını, onların həqiqətən işlədiklərini, iş yerini göstərən halları təsdiq edən sübutlar müəyyən olunmadı. Bu səbəbdən də zərərçəkmiş şəxslərin ifadələrində yaranmış şübhələri aradan qaldırmaq mümkün olmadı (Hökm, 75-76). Əgər məhkəmə tərəfindən yuxarıda sadalanan sübutlar tələb edilib tədqiq edilsəydi onun tərəfindən yaradılmış süni “ziddiyyət” aydmlanacaq, qeyd edilən həmin suallara cavab aşkar görünəcəkdir. Məhkəmələrin qənaətinə görə, istinad edilən sübutlarda “xxxx” və “Dəniz Karqo” hüquqi şəxslər kimi xaricdən Azərbaycan Respublikasına yük daşımaqla məşğul olduğu iddia olunsa da, X13 bu hüquqi şəxslərin Azərbaycanda təmsilçisinin olmasını və onların Azərbaycan Respublikasında fəaliyyət göstərməsi müəyyən olunmadı (Hökm, 76). 23.12.2018-ci il və 11.01.2019-cu il tarixlərdə “xxxx” şirkətinin Sədərək Ticarət Mərkəzində yerləşən ofisinə keçirilmiş axtarışların nəticələrinə dair protokolları və oradan götürülmüş əşyaları tədqiq etmədən və onlara qiymət vermədən məhkəmənin bu kimi absurd nəticəyə gəlməsi tələsik bəraət qənaətinin çılpaq və miskin təzahürüdür. Eləcə də, ümumi təkzib olunmaz fakt qismində çıxış edən internet və sosial şəbəkə səhifələrində əks edilmiş məlumatlar da məhkəmənin gəldiyi nəticəni tamamilə təkzib edir. Bununla da, məhkəmə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədiyindən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik ol an ziddiyyətli sübutlar olmuşdur (CPM-in 401.2.3-cü maddəsi). Sübutların tədqiqində birinci instansiya məhkəməsi tərəfindən S.Ağayevin ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv halları ilə ziddiyyət təşkil etdiyi halda həmin xüsusatlara tənqidi yanaşılmamış, onların qəbul edilib digər obyektiv sübutlar isə rədd edilməsi əsaslandırılmamışdır. Halbuki, CPM-in 353.3.3-cü maddəsinə görə, məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivləri göstərilməlidir. Belə ki, S.Ağayev məhkəmə baxışındakı ifadəsində müstəntiqlə razılaşaraq “ona başqa bir maddələri (nəsə yüngül bir maddə) verməklə onu tez bir zamanda buraxmaqları” müqabilində tanışlarına müstəntiqin yanma gəlib onlardan istənilə n ifadəni müstəntiqə vermələrini xahiş etdiyini göstərmişdir. İstintaq materiallarından görünür ki, S.Ağayevlə istintaq arasında heç bir sövdələşmə olmamış, S.Ağayevə elan edilmiş ittihamlarda CM-in 149-cu maddəsinə münasibətdə heç bir yüngülləşmə müşahidə edilməmişdir. S.Ağayev ibtidai istintaqla əməkdaşlıqdan imtina edərək 24.12.2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə ilə bağlı, 07.02.2019-cu il tarixdə ekspertizanın təyin edilməsi ilə bağlı qərar və rəyləri tanış etmə ilə bağlı sənədləri, 15.02.2019-cu il tarixdə müdafiəçisi Müdafiəçi1 iştirakı ilə keçirilmiş dindirmə zamanı suallara cavab verməkdən imtina edərək ifadəni, 07.03.2019-cu il tarixdə tədqiqat üçün səs nümunəsini verməkdən imtina edərək, 11.03.2019-cu il tarixdə ekspertizanın təyin edilməsi ilə bağlı qə rar və rəyləri tanış etmə ilə bağlı sənədləri imzalamaqdan, 05.04.2019,10.05.2019,17.05.2019, 04.07.2019,19.09.2019-cu il tarixlərdə ekspertiza təyini qərarı və rəyi ilə tanış olma protokollarını, 05.11.2019-cu il tarixdə isə yeni məzmunda ittihamın elan edilməsi ilə bağlı müvafiq protokolları imzalamaqdan və suallara cavab verməkdən imtina etmişdir (İ cild, i.v. 205-208; İİİ cild, i.v. 104-113, 131-135; İV cild, i.v. 90-92, 114; Vİ cild, i.v. 95, 278-290). Göründüyü kimi istintaqda təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarixdən (24.12.2018-ci il) istintaqın sonunadək S.Ağayev istintaq sənədlərini imzalamaqdan imtina edərək istintaqla əməkdaşlıqdan kəskin şəkildə imtina etmişdir. Bu halda onun ifadəsində göstərdiyi tanışlarına müstəntiqin yanma gəlib onlardan istənilən ifadəni müstə ntiqə vermələrini xahiş etməsi xüsusatı həqiqətə və işin hallarına tam ziddir. Bundan başqa, S.Ağayev məhkəmə baxışında verdiyi ifadəsində prokurorluğun həmçinin ona borclu olan adamı onun üzünə qoyduğunu göstərmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, X30 barəsində ********* nömrəli cinayət işi hazırkı cinayət işindən təxminən 5 il əvvəl, 19.02.2013-cü il tarixdə başlamışdır. Məhkəmələr bəraətin CM-in 149-cu maddəsinə dair hissəsini əsaslandırmağa çalışaraq göstərmişlər ki, şahid X7 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs1 qızmm əlyazması ilə ifadələr arasında yaranmış ziddiyyətlər ifadənin özündə aradan qaldırılmamışdır... Zərərçəkmiş şəxs1 həmin ifadəsində özünün toyundan iki gün əvvəl S.Ağayev tərəfindən zorlandığım göstərmişdir. Məhkəmələr göstərilən halları nəzərə alıb Zərərçəkmiş şəxs1 qızmm ibtidai istintaqın ilkin mərhələsində 22 noyabr 2007-ci il tarixdə ərə getdiyini, o ərə getməmişdən iki gün qabaq X27 ilə cinsi əlaqədə olması, bundan sonra toy qabağı onu Bayıl qəsəbəsində yerləşən qadın məsləhətxanasına göndərib orada tanımadığı həkimin vasitəsi ilə onun qızlıq pərdəsini bərpa etdirdiyi barəsindəki ifadələrinin təsdiqini tapmadığı qənaətinə gəlmişlər. Çünki həmin dövrdə X27 Azərbaycan Respublikasında olmamışdır. Lakin Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi təhrif olunaraq onun məzmunundakı “təxminən iki gün əvvəl” ifadəsi “iki gün əvvəl” ifadəsi ilə əvəz edilərək süni ziddiyyətin yaradılmasına müvəffəq olunmuşdur. İfadə açıq surətdə təhrif edildiyindən məhkəmələrin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş və bununla da CPM-in 401.2.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuni hesab olunmuş hökmdə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 ifadəsi tərəflər arasındakı münasibətələrə uyğun olmamışdır. Məhkəmə məhkəmə-psixoloji ekspertizasının 06 may 2019-cu il tarixli 7217 saylı rəyini əsas götürərək göstərir ki, Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə ekstavertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxın olub onda fərdi- psixi xüsusiyyətlərində arxayınlıq və dəyişkənlik kimi əlamətlər müşahidə olunduğunu, onun 22 noyabr 2007-ci il tarixdə yetkinlik yaşma çatmadan faktiki olaraq ailə münasibətlərinə daxil olmaqla emansipasiya olunub tam fəaliyyət qabiliyyəti əldə etmiş və ona qarşı keçmişdə edil məsi iddia olunan hüquqa zidd hərəkətlər barəsində səlahiyyətli orqanlara müraciət etmək imkanına malik olduğu, onun bunu etmədən, iddia olunan hərəkətləri səbəbsiz başqa şəxsə bildirməsi məhkəmənin qənaətinə görə könüllülüyü istisna edən hal kimi qiymətləndirilmişdir. Məhkəmə-fonoskopik ekspertizasının 24.06.2019-cu il tarixli 3559 Ne-li rəyində isə həmin danışıqlarda əvvəlcədən hazırlanma əlamətlərinin müəyyən olunmadığı, yəni danışıqların spontan olması qeyd edilmişdir (İV cild, i.v. 233-240). Göründüyü kimi, məhkəmə heç bir obyektiv dəlillə təsdiq edilməyən subyektiv qənaətə gələrək Zərərçəkmiş şəxs1 Fariz Vahabova şəxsi həyatı barədə verdiyi məlumatları “könüllülüyü istisna edən hal kimi” qiymətləndirmişdir. Məhkəmələr S.Ağayevin Azərbaycan Respublikasında olmaması əsasına görə, Zərər çəkmiş şəxs1 ərə getməmişdən təxminən iki gün qabaq S.Ağayev ilə cinsi əlaqədə olması, bundan sonra toy qabağı onu Bayıl qəsəbəsində yerləşən qadın məsləhətxanasına göndərib orada tanımadığı həkimin vasitəsi ilə onun qızlıq pərdəsini bərpa etdirdiyi barəsindəki ifadələrinin təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Eləcə də, şahidlər X24 və X1 Ələkbərlinin bəkarətinin 22 noyabr 2007-ci il tarixdə əri Camal tərəfindən pozulduğuna dan- ifadələri də Zərərçəkmiş şəxs1 əvvəlki ifadəsini təsdiq edir. Belə ki, o da həmin xüsusan təsdiq edərək qızlıq pərdəsinin toydan əvvəl bərpa edildiyini göstərmişdir. Bu baxımdan, bəraətin əsası qismində çıxış edən bu ifadələr ibtidai istintaqın gəldiyi nəticələri təkzib deyi, təsdiq edir. Məhkəmələr S.Ağayevin 18 noyabr 2007-ci il tarixdən 22 noyabr 2007-ci i l tarixdək Azərbaycan Respublikasında olmadığı səbəbindən Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin toydan əvvəl bəkarətinin bərpa edilə bilməsini də istisna etmişdir. Halbuki, Zərərçəkmiş şəxs1 hələ şahid qismində verdiyi ifadəsində toydan təxminən iki gün əvvəl S. Ağay evlə cinsi əlaqədə olduğunu, toydan qabaq əmisinin göstərişi ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində olan hazırda xatırlamadığı yerdəki həkimə yaxınlaşmış və orada onun bəkarətinin bərpa edildiyini göstərmişdir. Yuxarıda da göstərildiyi kimi, əvvəla Zərərçəkmiş şəxs1 ifadəsində “təxminən 2 gün əvvəl” söz birləşməsindən istifadə etmiş, müddəti təxmini göstərmiş, 2 gündən bir qədər artıq müddəti də nəzərdə tutumuşdur. Eləcə də, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd edilən qərarında göstərildiyi kimi hadisədən uzu n müddət keçdiyindən onun dəqiqliklə günləri xatırlaya bilməməsi istisna edilmir. Zərərçəkmiş şəxs1 ifadəsi verilən ittihamın məzmunu ilə də uzlaşır. Belə ki, o istintaqın ilkin dövründəki ifadəsində bəkarətinin S.Ağayevin iştirakı ilə deyil, məhz onun göstərişi ilə bərpa edildiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsini verdiyi dövrdə iş materiallarında S.Ağayevin ölkəyə giriş və çıxışını təsdiq edən heç bir sənəd də mövcud deyildi. Bu halda, yəni S.Ağayevin ölkəyə giriş-çıxışına dair heç bir məlumat olmadığı halda şahidin S.Ağayvin iştirakı ilə deyil, onun göstərişi ilə bəkarətini bərpa etdirməsi barədə ifadəsi verilən ifadənin səmimiliyini, ibtidai istintaqın isə obyektivliyini tam təsdiq edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhlil olunan ifadələrində X13 xarici cinsiyyət orqanında y umru formada bərk əşyanın olduğunu göstərməsi və bu ifadənin X27 barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2019-cu il tarixli 206/MEŞ rəyi ilə öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Məhkəmənin gəldiyi nəticəyə görə, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs X13 xarici cinsiyyət orqanında kənar yad cismi görməsi müəyyən olunmamışdır. Belə ki, S.Ağayev evlənəndən sonra bir müddət uşağı olmamış, yaxın qohumları bunun səbəbini onun cinsiyyət orqanında kənar əşyanın olması ilə əlaqələndirib ona həmin əşyanı əməliyyat edib çıxarmağı demişlər, o isə bunu etməmiş, bu səbəbdən də onun bədənində kənar əşyanın olmasını qohumları bilmiş, ola bilsin ki, Zərərçəkmiş şəxs1 də bu söhbətləri eşidib, lakin bunu yazmasının səbəbini bilmir (Hökm, 32). Göründüyü kimi, bəraətin ən vacib dəlil i iş üzrə obyektiv sübutlara deyil, məhkəmənin “ola bilsin ki” kimi subyektiv gümanlarına əsaslanmışdır. Halbuki, nə birinci instansiya məhkəməsində məhkəmə istintaqında, nə də ibtidai istintaq zamanı dindirlmiş şəxslərdən heç biri həmin xüsusatı təsdiq etməmişlər. Əksinə, ibtidai istintaqda verdikləri ifadələrində şahidlər X24 (S.Ağayevin bacısı). X11 (S.Ağayevin qardaşı arvadı), X31 (S.Ağayevin qardaşı), X30 (S.Ağayevin qardaşı oğlu) Salehin cinsiyyət orqanında yumru kənar əşya olması barədə heç vaxt eşitmədiklərini və bu barədə məlumatı olmadıqlarını göstərmişlər (İİİ cild, i.v. 201-207; İV cild, i.v. 157-173; Vİ cild, i.v. 155-160). Buna baxmayaraq, məhkəmədə həmin xüsusatlar araşdırılmamış, şahidlərdən ibtidai istintaqda bu barədə verdikləri ifadə dəqiqləşdirilməmişdir. Bununla da, mə hkəmə özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları (S.Ağayevin qohumu olan şahidlərin ifadələrini) nəzərə almamış (CPM-in 401.2.2-ci maddəsi), S.Ağayevin işin faktiki halları (onun qohumlarının ifadəsi) ilə təkzib edilən ifadəsini qəbul edərək digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, bununla da məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olmuşdur (CPM-in 401.2.3-cü maddəsi). Eləcə də, məhkəmənin gəldiyi bu nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (S.Ağayevin qohumu olan şahidlərin ifadələrini) təsdiq edilməmişdir (CPM-in 401.2.1-ci maddəsi). Eləcə də, Zərərçəkmiş şəxs1 şahid qismində verdiyi ifadəsinin qəbul edilməzliyinin əsaslandırılması bunu mübahisələndirən subyektin (müdafiə tərəfi və hökmdə məhkəmə) üzərinə düşdüyü halda həmin subyektlər bunu əsaslandıra bilməmişlər. Bununla da, məhkmə özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış (CPM-in 401.2.2-ci maddəsi), bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməyib gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olmuşdur (CPM-in 401.2.3-cü maddəsi). Göründüyü kimi, cinayət işinin materiallarında və apelyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apelyasiya instansiyası məhkəməsi həmin dəlillərin təhlil və qiymətləndirilməsindən yan keçərək protestin əsassız olmasını sübutlara istinadən təhlil aparmadan ümumi və mücərrəd ifadəl ərlə qeyd etmişdir. Bundan əlavə, məhkəmələr ibtidai istintaq zamanı toplanmış sübutları qeyriobyektiv qiymətləndirməklə (məhkəmə vaxtı təqsirləndirilən şəxsin onlara təsir imkanlarını və s. nəzərə almadan), cinayət prosesi tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışlar. Məhkəmə kollegiyasının apellyasiya protestində qeyd olunan dəlilləri nəzərə almadan hüquqi izahı olmayan, ümumi sözlərlə ifadə olunmuş mövqeyi cinayət və cinayətprosessual qanunun tətbiqi baxımından qeyri müəyyənlik yaratmışdır. Bu isə qərarın qənunsuz və əsassız olduğunu təsdiq edən digər əsaslı faktdır. Laki n məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd olunan əsas prinsip və şərtlərinin tələblərinə əməl etməyərək ibtidai istintaq zamanı əldə olunmuş mötəbər sübutların məcmuyunu əsassız olaraq qəbul etməmiş, bununla da Saleh Ağayevin təqsirliliyini sübut edən protestdə qeyd olunan digər sübutları əsassız olaraq sübutların məcmuyundan ayırmışdır. Bu da öz növbəsində məhkəmələrin iş üzrə gəldiyi nəticənin düzgün olmamasına, onların ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxaraq müdafiə tərəfinin mövqeyinə keçməsinə dəlalət etmişdir. Beləlklə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən qərar çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyekt iv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, işdəki sübutlar CPM- nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş və Saleh Ağayevin təqsirsizliyi barədə məhkəmə qərarlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələl ər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin və mülki iddiaçı VN-in Bakı Lokal Gəlirlər İdarəsinin kassasiya şikayətinin başlıca dəlilləri məhkəmələr tərəfindən X18 ittiham üzrə Azərbaycan Respublikası CM-in 149.2.3, 149.2.5, 149.3.3, 162-1.1 və 213.1-ci maddələri ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassatorların dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onu n təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Saleh Ağayevə Azərbaycan Respublikası CM-in 149.2.3, 149.2.5 və 149.3.3-cü maddələri ilə ittiham verilmiş və cinayət işi qeyd olunan əməllər üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs1 şahid qismində verdiyi ifadələrində göstərdiyi X27 tərəfindən zorlanması və bunun baş verməsi halları barəsindəki ifadələrindən imtinası məhkəmədə təkzib olunmad ığından qəbul edilməsini əsaslı saymış, X13 2007-ci il 22 noyabr tarixə qədər Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olması özünün və şahidlərin ifadələri ilə təkzib olunmuş, məhkəmə, həmin təkzibedici sübutları nəzərə alıb X27 tərəfindən Zərərçəkmiş şəxs1 zorlanması hadisəsinin olmadığı qənaətinə gəlmiş, ittihamın bu hissəsi barəsində Zərərçəkmiş şəxs1 ifadələrini yalan, təqsirləndirilən şəxs X13 Zərərçəkmiş şəxs1 ilə cinsi münasibətdə olmaması barəsindəki ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirmiş, araşdırılan sübutlara qiymət verib hesab etmişdir ki, Zərərçəkmiş şəxs1 X18 elan edilmiş ittihamda nəzərdə tutulan zorlama hadisəsi müəyyən olunmamışdır. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Saleh Ağayevə Azərbaycan Respublikası CM-in 162-1.1 və 213.1-ci maddələri ilə ittiham verilmiş və cinayət işi qeyd olunan əməllər üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Sücayət oğlu, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrini müqayisəli tədqiq edib, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin istər istintaq zamanı, istərsə də məhkəmədə verdikləri ifadələrini təsdiq edən sübutlar müəyyən olunmadığından, həmin ifadələrin bir-birilər i ilə ziddiyyətli olduğu, bu ziddiyyətlərin aradan qaldırılmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Məhkəmədə araşıdılan sübutlardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Sücayət oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 müxtəlif yerlərdə işlədiklərini göstərmişlər. Bu şəxslərin X27 ilə hansı əmək münasibətlərində olmasını təsdiq edən sübutları araşdırarkən səkkiz nəfər zərərçəkmiş şəxsin, o cümlədən də Zərərçəkmiş şəxs5 06 okytabr 2017-ci il tarixli müqavilə, Zərərçəkmiş şəxs11 16 i yul 2018-ci il tarixli müqavilə, Zərərçəkmiş şəxs3 Rafael oğlunun 01 fevral 2013-cü il tarixli müqavilə, Zərərçəkmiş şəxs4 16 fevral 2015-ci il tarixli müqavilə, Zərərçəkmiş şəxs10 04 may 2016-cı il tarixli müqavilə, Zərərçəkmiş şəxs9 11 iyul 2018-ci il tarixli müqavilə, Zərərçəkmiş şəxs17 20 iyul 2012-ci il tarixli müqavilə, Zərərçəkmiş şəxs18 barədə 02 avqust 2018-ci il tarixli müqavilə əsasında başqa şəxslərlə işlədikləri müəyyən olunmuşdur. Məhkəmədə, bu şəxslərin X27 ilə şəxsi münasibətləri araşdırılarkən həmin zərərçəkmiş şəxslərdən on bir nəfərinin o, cümlədən Zərərçəkmiş şəxs2 Sücayət oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs 19 bilavasitə Saleh Ağayevlə qohum olmaları müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə, həmin şəxslərin başqa hüquqi şəxsin işçiləri olduğunu, digər zərərçəkmiş şəxslərin də istintaq zamanı və məhkəmədəki ifadələrini müqayisəli təhlil edib zərərçəkmiş şəxslərin istintaq zamanı verdikləri ifadələrini əsaslı şübhələrlə müşahidə olunduğu qənaətinə gəlmiş, məhkəmədə zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr təhlil olunarkən həmin ifadələrdə zərərçəkmiş şəxslərin nə vaxt, hansı qaydada işə götürülmələrini və ya xidmətə cəlb edildiklərini, onların vəzifəsinin nədən ibarət olması, işin və xidmətin mövsümü, daimi və ya müvəqqəti olmasını, onların həqiqətən işlədiklərini, iş yerini göstərən halları təsdiq edən sübutlar müəyyən olunmamış, bu səbəbdən də zərərçəkmiş şəxslərin ifadələrində yaranmış şübhələri aradan qaldırmaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən X18 ittihamın Azərbaycan Respublikası CMnin 149.2.3, 149.2.5, 149.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə cinayət hadisəsi olmadığı üçün, yəni, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsində göstərilən əsaslarla, onun Azərbaycan Respublikası CM-nin 162-1.1-ci və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyi üçün, yəni Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində göstərilən əsaslarla bəraət verilmiş və cinayət işi xitam edilmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yeti rmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırıb X5 verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi, bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələr kən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya protesti üzrə işə baxaraq birinci instansiyası məhkəməsinin bəraət hökmünü qüvvədə saxlamaqda haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əs aslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 42.1 və 42.1.4-ci maddələrinin tələblərinə görə əməldə cinayət tərkibinin olmaması məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması hallarından biridir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli dir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə əməldə cinayət tərkibinin olmamasını düzgün qiymətləndirmiş, X13 əməlinin sübuta yerilməməsi əsası ilə bəraət verməsini isə kifayət qədər əsaslandırmışlar. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki h üquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 1 43-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində və mülki iddiaçının kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X27 haqqındakı 30 iyul 2020-ci il tarixli qərarının isə d əyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2020-ci il tarixli X27 haqqındakı qərarı kassasiya protestinə və mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin. Mülki iddiaçının kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-314/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-314/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver