Məhkəmə qərarları › İş №1(102)-314/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-314/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-314/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum1 müdafiəçisi İbrahimov Ramiz Hilal oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 25 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu və Məhkum1 müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anad an olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, ünvan 2-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış və Məhkum2, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, ünvan 3-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, yeni yaşayış massivi döngə 11-də olan fərdi yaşayış evində yaşamış, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ayrı-ayrılıqda 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 206.3.2-ci maddəsi onlara elan edilmiş ittihamdan xaric edilmişdir. İşin hallar ı: Məhkəmənin hökmünə əsasən, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışlar. Belə ki, Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum2 ilə əvvəlcədən razılaşaraq cinayət əlaqəsinə girməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, istintaqa məlum olmayan vaxtda külli miqdarda 1248,53 qram çəkidə narkotik vasitə heroini, külli miqdar 443.274 qram çəkidə psixotrop maddə metamfetamini, 52,733 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək və 5,699 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən satış məqsədi ilə qanunsuz əldə edib psix otrop maddə metamfetaminin külli miqdarda 5,214 qram hissəsini 2 ədəd bükümdə ayıraraq qanunsuz olaraq üzərində, narkotik vasitə 52,733 qram çəkidə tiryəki 01 ədəd bükümdə, narkotik vasitə heroinin 583,530 qram hissəsini 15 ədəd bükümdə və psixotrop maddə metamfetaminin 146,478 qram hissəsini 15 ədəd bükümdə ayıraraq idarə etdiyi "Mercedes Benz” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində saxlamaqla ünvan 4 ünvanının qarşısına daşımış, narkotik vasitə heroinin 665 qram hissəsini 01 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 288,688 qram hissəsini 04 ədəd bükümdə ayırıb yaşadığı ünvan 3 ünvanına daşımaqla saxlamış, psixotrop maddə metamfetaminin 2,894 qram hissəsini və narkotik vasitə 5.699 qram çəkidə qurudulmuş marixuananı satıb əldə olunacaq pulu aralarında bölmək mə qsədilə qrupun digər üzvü Məhkum2 vermiş, sonuncu qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri idarə etdiyi "Hundai Elantra” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomobildə saxlamaqla ünvan 4 ünvanın qarşısına daşımışdır. Məhkum1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 20 iyun 2020-ci ildə saat 16:45-də, ünvan 5 ünvanın qarşısında idarə etdiyi “Mersedes Benz” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən, saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, orada saat 18:00-dan onun üzərinə keçirilən şəxs i axtarış və götürmə zamanı əynindəki tünd yaşıl rəngli şalvarın sol orta yan cibindən satış məqsədilə qanunsuz əldə edib saxladığı 02 ədəd bükümdə təmiz çəkiləri 4,982 qram və 0,232 qram, ümumi çəkisi 5,214 qram psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Keçirilən əməliyyat-axtarış tədbirinin davamı olaraq, həmin tarixdə saat 19:00-dan etibarən Məhkum1 idarə etdiyi "Mercedes Benz” markalı **-OE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 15 ədəd bükümdə, təmiz çəkiləri 95,236 qram, 2,029 qram, 0,939 qram, 0,973 qram, 0,445 qram, 1,962 qram, 4,880 qram, 5,048 qram, 5,027 qram, 5,036 qram, 4,935 qram, 4,985 qram, 5,005 qram, 4,838 qram və 5,140 qram olan, cəmi 146,478 qram çəkidə psixotro p maddə metamfetamin, 15 ədəd bükümdə təmiz çəkiləri 144,728 qram, 2,586 qram, 4,780 qram, 10,060 qram, 10,126 qram, 9,005 qram, 19,234 qram, 14,929 qram, 22,280 qram, 18,186 qram, 49,702 qram, 40,081 qram, 50,020 qram, 35,003 qram və 152,810 qram, ümümilikdə 583,530 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə xalis çəkisi 52,733 qram narkotik vasitə tiryək, üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü qaşıq və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Keçirilən əməliyyat-axtarış tədbirinin davamı olaraq, həmin tarixdə saat 21:00-dan etibarən Məhkum1 yaşadığı ünvan 1 saylı ünvana özünün razılığı və iştirakı ilə baxış keçirilərkən, yataq otağında olan dolabın içindən satış məqsədilə qanunsuz əldə edib saxladığı bir ədəd ağ rəngli polietilen torbanın içində 04 ədəd bükümdə təmiz çəkiləri 9,510 qram, 6,505 qram, 39,463 qram və 233,210 qram, ümumi təmiz çəkisi 288,688 qram psixotrop maddə metamfetamin, bir ədəd ağ rəngli polietilen torbanın içindəki sellofanda 665 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan sonra, Məhkum1 məlumatı əsasında əməliyyat axtarış tədbirinin davamı kimi Məhkum2 21 iyun 2020-ci il tarixdə saat 01:00-da, ünvan 7 ünvanının qarşısında idarə etdiyi "Hundai Elantra” markalı 10-XƏ-330 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, saxlanılaraq Baş idarənin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 02:40-dan onun idarə etdiyi "Hundai Elantra” markalı həmin avtomobilə baxış keçirilərkən, avtomobilin sürətlər qutusunun qarşısından satış məqsədilə qanunsuz olaraq əldə edib saxl adığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 5,192 qram olan narkotik vasitə qurudulmuş marixuana, avtomobilin eynək qoyulması üçün nəzərdə tutulan yerdən siqaret qutusunun içində olan 03 ədəd papiroslarda, tütün və təmiz çəkiləri 0,221 qram, 0,172 qram və 0,114 qram olmaqla, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, sürətlər qutusunun arxa hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi 2,894 qram psixotrop maddə metamfetamin, avtomobilin arxa oturacağından üzərində psixotrop maddə metamfetaminin izləri olan 02 ədəd şüşə borucuq aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum1 müdafiəçisi Yusubov Orxan Hümbət oğlu, Məhkum2 və onun müdafiəçisi Nəsibov Kamandar Rəfi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi P.M.Məhərrəmov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsə təqsirli bilindiyi maddə əsasında həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini, Məhkum1 müdafiəçisi R.H.İbrahimov isə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə aid hisədə cinayət işinin i craatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi P.M.Məhərrəmov hazırki işin faktiki hallarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin, sübutların toplanmasına, araşdırılmasına və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin bir sıra normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına istinad edərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulan pozuntuya yol vermiş, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən bir sıra hallar ı nəzərə almamışdır. İş üzrə toplanmış sübutlara əsasən, Məhkum2 əvvəllər məhkum olunmamış, evli olmaqla himayəsində azyaşlı uşağı var, yaşadığı yer üzrə müsbət xarakterizə edilir və həbs olunana qədər fərdi əməklə məşğul olmuşdur, ondan aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni o, öz istifadəsi üçün əldə etmişdir. Müdafiəçinin qənaətinə görə, məhkəmələr bütün bu halları nəzərlərindən qaçıraraq Məhkum2 çox sərt cəza təyin edilməsini məqsədə müvafiq hesab etmişlər. Qeyd olunanlara əsaslanaraq müdafiəçi P.M.Məhərrəmov Məhkum2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. İş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir sıra sübutlara, məhkəmələr tərəfindən qəbul edilm iş yekun məhkəmə aktlarına, sübutların toplanmasına, araşdırılmasına və qiymətləndirilməsinə dair CPM-nin bir çox maddələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi R.H.İbrahimov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 barəsindəki Məhkum1 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinə dəlalət edən cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmiş, işə baxan məhkəmələr əlavə sübut əldə etməmiş, iş üzrə toplanmış sübutları isə CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və nəticədə Məhkum1 barəsində qanunsuz məhkəmə aktları qəbul olunmuşdur. Belə ki, Məhkum1 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və ifadəsində polis əməkdaşlarının təsiri və fizi ki təzyiqi nəticəsində məcbur otaraq etirafedici ifadələr vermişdir. Cinayət işində olan sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmış, X4 evində axtarış aparılarkən onun razılığı alınmamış, belə istinaq hərəkətinin aparılmasına o, icazə verməmiş, ondan icazəsi soruşulmamış və həmin axtarış zamanı sanitar qovşağında saxlanılaraq evində nə baş verdiyini, o cümlədən, narkotik vasitələrin aşkar olunduğunu görməmiş, axtarışın nəticələri barədə ona heç bir sənədə imza etdirilməmiş, Şahid1 isə axtarış zamanı X8nın evdə olmadığı barədə məhkəmədə yalan ifadə vermişdir. Müdafiəçi həmçinin bildirir ki, iş üzrə dindirilmiş başqa şahidlər də yalan və ziddiyyətli ifadələr vermiş, lakin məhkəmələr digər sübutlarla yanaşı bu ifadələrə də qanuna müvafiq qaydada qiymət verməmişlər. Qeyd olunanlara əsaslanaraq müdafiəçi R.H.İbrahimov apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin icraatına Məhkum1 aid olan hissədə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Məhkum1 və Məhkum2 məhkəmə iclasında iştirak etmək istəmələrini bildirməmiş və bu barədə ərizələrlə Ali Məhkəməyə müraciət etməmiş, Məhkum2 müdafiəçisi P.M.Məhərrəmov isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinlə yib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Məhkum1, Məhkum2 və sonuncunun müdafiəçisi P.M.Məhərrəmovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi R.H.İbrahimovun kassasiya şikayətinin məzmunundan görünür ki, həmin müraciətin müəllifi iş üzrə toplan mış sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etdiyini, bunların da nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz və əsassız olaraq məhkum olunmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum1 barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində müəyyən edilmiş hallarla əlaqələndirmişdir. Müdafiəçi P.M.Məhərrəmov isə öz kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi Məhkum2 cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək həmin cəzanın yüngülləşdirilməsi barədə qərarın qəb ul edilməli olması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə alma dan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər R.H.İbrahimovun və P.M.Məhərrəmovun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiya sı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmə sində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onları n dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) ol duqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyin yux arıda təsvir edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb həmçinin hər bir insannın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsini, cinayət törətmiş şəxslərin isə hər hansı cinayətin törədilməsində təqsirlilikləri sübuta yetirildiyi hallarda cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, habelə cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüqu qi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əs aslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmi yyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyət inin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaql a Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasın a, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi n əticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü m addəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndir irlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasın da (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxla nılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar topl anır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübut lara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüy ü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair n ormalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunve riciliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışıdır. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırman ın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəs ində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsi n təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələr in tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yo l verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəy yən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər o şərt lə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkə məsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki iş üzrə istər birinci instansiya məhkəməsinin hökmündən, istərsə də həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmələr həm Məhkum1, həm də Məhkum2 onlara qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri barədə nəticəyə gələrkən onların ibtidai araşdırma zamanı heç bir təsir və təziyq göstərilmədən, müdafiəçilərinin iştirakları ilə verdikləri etirafedici ifadələrinə (məhkum olunmuş şəxslər birinci instansiya məhkəməsinin məhkəmə iclasında ümumiyyətlə ifadə verməkdən imtina etmiş, apellyasiya icraatı zamanı isə özlərini təqsirli bilindikləri ittiham üzrə cinayət əməllərini törətməmələrini göstərmişlər), şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələrinə, habelə iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla (CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən) toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tədqiq edilmiş digər sübutlara – məhkəmə ekspertizalarının rəylərinə, şəxsi axtarışın aparılması, nəqliyyat vasitələrinə, habelə Məhkum1 yaşadığı mənzilə baxışın keçirilməsi haqqında protokollara, telefon danışıqlarının və yazışmalarının aparılması barədə əldə edilmiş məlumatlara, məhkəmə ekspertizalarının rəylərinə və iş materiallarında olan sübut əhəmiyyətli sənədlərə əsaslanaraq onları ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirmiş, qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını isə qanunsuz yolla əldə edilmiş deyil, məhz həmin mötəbər sübutlar təşkil etmişdir. Məhkum1 və Məhkum2 narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdikləri cinayətlərin halları (işin müəyyən edilmiş faktiki halları) hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissələrind ə, habelə hazırki qərarın “İşin halları” hissəsində ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların təkrarən təsvirinə ehtiyac görmür və qeyd edir ki, bu halların arxasında duran mötəbər sübutların da hər birisinin ətraflı təsviri həmin yekun məhkəmə aktlarında əksini tapmışdır. Buna görə məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv araşdırılmış bu sübutların da təsvirini hazırki qərarda təkrarlamağa zərurət görmür və bununla belə qeyd etməyi lazım bilir ki, öyrənilmiş cinayət işinin materialları ilə həmin sübutların qanun pozuntusuna yol verilməklə əldə olunması müəyyən edilmir. Bununla yanaşı, iş materiallarından görünür ki, Məhkum1 və Məhkum2 müvafiq olaraq 20 və 21 iyun 2020-ci il tarixlərdə onların barəsində polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıl dıqdan dərhal sonra ilkin araşdırma zamanı əvvəlcə şübhəli, ibtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilərkən onların üzərlərindən, idarə etdikləri avtomaşınlardan və Məhkum1 yaşadığı mənzildən aşkar edilərək götürülmüş külli miqdarlarda narkotik vasitələri və psixotrop maddəni həm şəxsi istifadələri, həm də satış məqsədi ilə İran İslam Respublikasının vətəndaşı kimi tanıdıqları “Sadiq” adlı şəxsdən əldə etdiklərini etiraf etmişlər. Onların həmin ifadələrində göstərdikləri xüsusatları təkcə əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş polis əməkdaşları deyil, həm də Məhkum2 dəfələrlə pul müqabilində psixotrop maddə - metamfetamin alan və sonuncu ilə birlikdə müxtəlif vaxtlarda və yerlərdə həmin maddəni istifadə edən Şahid4 da ibtidai araşdırma zamanı şahid qismind ə dindirilərkən təsdiq etmişdir. Ən əsası isə, Məhkum1 və Məhkum2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları obyektiv olaraq onların bununla bağlı çoxlu sayda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə telefon danaşıqlarının və yazışmaların aparılması haqqında “Azərsell” və "xxxx" MMC-dən əldə edilmiş məlumatlarla təsdiq edilmişdir. Məhz bu sübutların məcmusu məhkum olunmuş şəxslərin etirafedici ifadələri ilə birgə birinci və apellyasiya instansiyası məhkəmələrinə belə nəticəyə gəlmək üçün əsas vermişdir ki, Məhkum1 və Məhkum2 onların təqsirli bilindikləri ittihamda göstərilən külli miqdarda və müxtəlif növ narkotik vasitələr və psixotrop metamfetamini təkcə öz istifadələri üçün deyil, həmçinin satış məqsədilə əldə edərək daşımış və saxlamışlar. Kassa siya şikayətlərində işin müəyyən olunmuş bu faktiki halların arxasında duran sübutların toplanması zamanı təhqiqat və ibtidai araşdırma orqanlarının qanun pozuntularına yol vermələri iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı həmin müraciətlərin dəlilləri ilə razılaşmır və qeyd edir ki, həm Məhkum1 və Məhkum2 barələrindəki əməliyyat-axtarış tədbirləri, həm də ilkin istintaq hərəkətləri, o cümlədən onların üzərlərində şəxsi axtarış, avtomaşınlarına baxış və Məhkum1 yaşadığı mənzilə baxış müvafiq olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun və CPM-nin tələblərinə uyğun şəkildə aparılmış, bu zaman məhkumların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına yol verilməmiş və məhkəmələr, xüsusən də apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri yekun məhkəmə aktlarında göstərilən qanunların müvafiq normalarına istinad etməklə müdafiə tərəfinin həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də hökmdən verilmiş apellyasiya şikayətlərində əksini tapmış iddialarına əsaslandırılmış və inandırıcı cavablar vermişlər. Qeyd olunmalıdır ki, məhkumların başqa müdafiəçiləri tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinin məzmunu müdafiəçilər R.H.İbrahimovun və P.M.Məhərrəmovun kassasiya şikayətlərinin məzmunu ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətlərin bütün dəlillərinə əsaslandırılmış cavab verdiyindən, məhkəmə kollegiyası bir daha həmin cavablandırmaya aid müddəaları hazırki qərarda təkrarlamağa ehtiyac gö rmür. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş X8 onun yaşadığı mənzildə baxışın keçirilməsindən əvvəl onun razılığının alınmamasına, bununla da bu istintaq hərəkətinin qanunsuz aparılmasına dair müdafiəçi R.H.İbrahimovun kassasiya şikayətində göstərdiyi dəlilə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin istintaq hərəkəti aparılmış ünvan 1-də X8 ilə yanaşı həmçinin qeydiyyatsız olsa da həm də Məhkum1 da yaşamış və bu hal həm onun, həm X8nın ifadələri ilə, habelə Məhkum1 üzərində şəxsi axtarış aparılarkən onun üzərində digər əşyalarla yanaşı həmçinin onun yaşadığı mənzilin açarları da aşkar edilərək götürülmüş, lakin sonradan həmin açarlar onun özünə qaytarılmışdır. Bundan sonra Məhkum1 adı çəkilən, yəni özünün də yaşadığı mənzildə baxış keçirilməsinə razılıq ver məsi barədə 20 iyun 2020-ci il tarixli ərizə ilə təhqiqat orqanına müraciət etmiş və həmin ərizə nəzərə alınaraq onun özünün və müdafiəçisinin iştirakları ilə videoçəkiliş aparılmaqla təhlil edilən istintaq hərəkəti aparılmış və bu zaman Məhkum1 özü mənzildə saxladığı külli miqdarda narkotik vasitələri və psixotrop maddəni təhqiqatçıya təqdim etmişdir. Göründüyü kimi, göstərilən istintaq hərəkəti qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış və mənzilə baxışın keçirilməsi üçün Məhkum1la yanaşı X8nın da razılığının alınmasına ehtiyac olmamış, bunu qanunvericiliyinin müddəaları da tələb etmir. Belə ki, CPM-nin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. CPM-nin 177.3.1-ci maddəsində isə yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da vurğulayır ki, X8 birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında dindirilərkən onun yaşadığı mənzildə baxış keçirilməzdən əvvəl həmin mənzilin qapısını özü açması, bundan sonra isə sanitar qovşağında saxlanılaraq mənzildə nə baş verməsini bilmədiyini, habelə orada narkotik vasitələrin və psixotrop maddənin saxlanılması haqda məlumatı olmamasını göstərsə də, onun göstərdikləri mənzilə baxışın keçirilməsində iştirak etmiş şəxslərin ifadələri ilə təkzib edilmiş və buna görə məhkəmələr haqlı olaraq adı çəkilən şahidin ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri Məhkum1 müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirib onları sübut kimi qəbul etməkdən imtina etmiş, bununla bağlı gəldikləri nəticəni isə qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər inandırıcı şəkildə əsaslandırmışlar. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən sübutlar CPM-nin 143-146- cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına və nə üçün üstünlük verilməsi isə həmin məhkəmə tərəfindən çıxarılmış qərarda kifayət qədər əsaslandırılmış, bu qərarın əsasını yolverilməz sübutlar təşkil etməmiş, məh kumlar Məhkum1 və Məhkum2, hər birisinin törətdiyi əməllər isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bütün şərh edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müdafiəçilərin təhlil edilən məsələlərlə bağlı kassasiya şikayətlərində irəli sürülmüş dəlillər və tələblər tamamilə əsassız olmaqla baxılan işdə istər Məhkum1, istərsə də Məhkum2 münasibətdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumların təqsirliliklərinin sübuta yetirilməməsi kimi hal) və ya onların əməllərinin başqa cür tövsif edilməsi üçün əsaslar mövcud olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin icraatına xitam verilməsi barədə qərarın qəbul edilməsi mümkün deyil. Belə o lan halda məhkəmə kollegiyası adı çəkilən məhkumların təqsirlilikləri və əməllərinin hüquqi tövsifi ilə bağlı müdafiəçilər R.H.İbrahimovun və P.M.Məhərrəmovun kassasiya şikayətlərində irəli sürdükləri dəlillərlə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır, bu dəlilləri Məhkum1 və Məhkum2 məsuliyyətdən yayındırılmalarına yönəlmiş dəlillər kimi qiymətləndirir, eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini mümkün bilmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məh kəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuşdur. Məhkum2 təyin edilmiş cəzanın açıq-aşkar ağır olması barədə müdafiəçi P.M.Məhərrəmovun kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apelly asiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəx sin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallar ına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxs lər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərind ə nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin yuxarıda göstərilən tələblərinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Hazırki qərarda qeyd edildiyi kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM -nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4- cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti var dır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə e dilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CP M-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təsvir edilmiş qanunvericilik normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum2 təqsirli bilinərək məhkum olunduğu CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları müəyyən edilmiş və CM-nin 15.4-cü maddəsinə əsasən həmin maddələrdə nəzərdə tutulmuş cinayətlər ağır cinayət hesab olunur. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Bakı Ağı r Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum2 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, müdafiəçi P.M.Məhərrəmovun da kassasiya şikayətində istinad etdiyi kimi, CM-nin 59.2-ci maddəsinin tələbinə müvafiq olaraq onun ilk dəfə məhkum olunmasını, törətdiyi əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, habelə iş üzrə CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna əsasən onun bilindiyi maddələrin sanksiyası həddində - 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. O, ki qaldı mə hkəmələr tərəfindən təhlil edilən məsələni həll edərkən Məhkum2 himayəsində azyaşlı uşağının olması kimi halın nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilinə məhkəmə kollegiyası bununla bağlı yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, həmin materiallara əlavə edilmiş və Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyindən verilmiş 16 aprel 2019-cu il tarixli arayışda X3 məxsus olan Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, 65 saylı evdə onunla birlikdə digər şəxslərlə yanaşı onun nəvəsi Məhkum2 və nəticəsi X5 pasport qeydiyyatında olmaları göstərilmiş, lakin bu arayışdan Məhkum2 ehtimal olunan oğlunun hansı yaşda olması göstərilən arayışdan müəyyən edilmir, sonuncunun həqiqətən də azyaşlı olmasını təsdiq edən başqa sübutlar isə həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən əldə edilməmiş, müdafiəçi P.M.Məhərrəmov da belə sübutlara istinad etməyərək onları kassasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası müdafiəçi P.M.Məhərrəmovun kassasiya şikayətində istinad etdiyi halın, yəni Məhkum2 himayəsində azyaşlı uşağın olmasının cəza təyini məsələsini həll edən məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamasında heç bir pozuntu görmür, çünki bu hal, CPM-nin 139.0.5-ci maddəsinin tələb etdiyi kimi, müvafiq sübutlar vasitəsilə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, kassasiya icraatı mərhələsində məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdə keçirilən bilər ki, birinci və y a apellyasiya instansiyası məhkəmələri bu məsələni həll edərkən iş üzrə müvafiq sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzərə almamış olsunlar, yaxud da CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmamış hər hansı halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək belə halı nəzərə alsınlar. Həm cinayət işinin materiallarından, həm də müdafiəçi P.M.Məhərrəmovun kassasiya şikayətindən məhkəmələrin bu kimi nöqsana yol vermələri görünmür. Belə olan halda halda, məhkəmə kollegiyası Məhkum2 təyin edilmiş cəzanın açıq-aşkar sərt cəza kimi dəyərləndirilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol verilməməsini hesab edərək təhlil edilən məsələ ilə bağlı müdafiəçi P.M.M əhərrəmovun kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayıb həmin şikayətin bu hissədə də təmin edilməməsi barədə qənaətə gəlir. Təsvir edilənlərdən çıxış edib kassasiya şikayətlərinin bütün dəlillərini qəbul edilməz sayan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21 maddələrinin tələblərinin pozulmasına yol verilməməsini müəyyən edərək və həmin şikayətlərin təmin edilməsi barədə müdafiəçi R.H.İbrahimovun, kassasiya şikayətlərinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə, müdafiəçilər R.H.İbrahimovun və P.M.Məhərrəmovun kassasiya şikayətləri təmin edilməməli, Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 234.4.1 və 234.4.3- cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar