Məhkəmə qərarları › İş №1(102)-314/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-314/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-314/2025 06.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunn vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra mətndə CM-in) 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(104)-205/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə İnqilab oğlu tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Məhkum xx.xx.1983-cü ildə Mingəçevir şəhərində ana dan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum xx.xx.2014-cü il tarixli aktla bağlanmış rəsmi nikah münasibətlərində olduğu və məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında nikah münasibətlərinə xitam verilmiş keçmiş arvadı X6 ilə dəfələrlə barışmağa cəhd etməsinə baxmayaraq sonuncunun bundan imtina etməsinə səbəb kimi başqa şəxslə münasibətinin olmasını güman edərək qısqanclıq səbəbindən ondan qisas almaq üçün öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı mənzilin mətbəx otağından götürdüyü zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən bıçağı üzərində daşıyaraq Züleyxa Şirinovanın satıcı işlədiyi Gəncə şəhəri, Məhsəti qəsəbəsi, M.Aslanov küçəsində yerləşən “OBA” marketə gəlmiş, həmin marketə daxil olaraq heç bir qarşılıqlı söhbət və mübahisə baş vermədən qısqanclıq zəminində qisas almaq məqsədi ilə, habelə sonuncunu xüsusi ağrılar verərək qəsdən öldürmək üçün, müstəsna qəddarlıq nümayiş etdirərək zərərçəkmiş şəxsi öldürmək məqsədilə bıçaqla sonuncunun ölümünə səbəb olan çoxsaylı zərbələr vuraraq döş qəfəsinin deşilmişkəsilmiş yaralarının nəticəsində, sol ağciyərin yuxarı payının, qaraciyərin və mədəaltı vəzin zədələnməsi ilə əmələ gələn kəskin daxili və xarici qanitirmə olmaqla həyat fəaliyyəti üçün vacib nahiyələrinə - 4 ədədi döş qəfəsinin sol yarısının ön səthində sol ağciyəri və qarının ön yan səthində yerləşən qaraciyəri və mədəaltı vəzi zədələyərək daxilə keçməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, 1 ədədi sağ saidin aşağı 1/3 hissəsinin zədələnməsi ilə müşayiət olunan və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən, 11 ədədi hər iki said, sağ bazu, sol bilək, sol əlin arxa səthi və sol əlin İİ və İİİ barmaqlarının əsas falanqalarının arxa səthində yerləşən hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən, ümumilikdə 16 ədəd bıçaq xəsarətləri yetirməklə Zül eyxa Şirinovanı qısqanclıq zəminində qisas almaq məqsədi ilə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X9 və X3 ibarət məhkəmə tərkibində) 26 yanvar 2024-cü il tarixli, 1(100)-126/2024 nömrəli hökmü ilə Məhkum CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 19 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmi şdir.

4. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət məhkəmə tərkibində) 30 iyul 2024-cü il tarixli, 1(104)205/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 120.2.4.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(100)-126/2024 nömrəli hökmünün təqsirləndirilən şəxsin mü dafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum əməlinin ittiham olunduğu CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi, Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddə ilə ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(104)-205/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş ş əxs və onun nümayəndəsi Nümayəndə İnqilab oğlu tərəfindən birgə qaydada kassasiya şikayəti verilmişdir. İİ. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara, xüsusi ilə də zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, hazırki iş üzrə işin faktiki hallarını nəzərə almayan məhkəmə CM-in 120.2.4cü maddəsinin tərkibinin yaranmasını zəruri edən Məhkum tərəfindən törədilən əməlin cinayət-hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, onun əməlini CM-in 120.1-ci maddəsinə tövsif etməklə əməlin tövsifınin hüquqi əhəmiyyətini itirməsinə səbəb olmuşdur. Ey ni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli qərarının tələblərini nəzərə almayan məhkəmə kollegiyası heç bir əsas olmadan, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri, məhkəmə tərəfindən təhlil olunaraq hüquqi qiymət verilmiş sübut əhəmiyyətli ifadələrini işin faktiki hallarına uyqun gəlməyən formada qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini CM-in 120.1-ci maddəsinin tərkibini yaradacaq əlamətlərə istiqamətləndirmişdir.

8. Bununla da, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(104)-205/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Həmçinin qərardan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə İnqilab oğlu tərəfindən birgə qaydada kassasiya şikayəti verilərək, şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi kollegiyası qeyd edilən halları nəzərə almamış, yalnız cinayət işi üzrə verilmiş ifadələri xüsusi amansızlıqla qəsdən adam öldürməni aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübut un qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xüsusatları qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamışdır.

10. Qeyd edilənləri CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan halları yaradan pozuntu kimi qeyd edərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(104)-205/2024 nömrəli qərarının ləğv edilməsini və məhkum barəsində CM-in 120.2.4-cü maddəsi ilə cəza təyin edilməsini xahiş etmişlər.

11. Qərardan məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir.

12. Kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə isə etiraz etməyərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fər qli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi isə kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, həmçinin zər ərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(104)-205/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət işinin materiallarına əsasən, Məhkum xx.xx.2014-cü il tarixli aktla bağlanmış rəsmi nikah münasibətlərində olduğu və məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında nikah münasibətlərinə xitam verilmiş keçmiş arvadı X6 ilə dəfələrlə barışmağa cəhd etməsinə baxmayaraq sonuncunun bundan imtina etməsinə səbəb kimi başqa şəxslə münasibətinin o lmasını güman edərək qısqanclıq səbəbindən ondan qisas almaq üçün öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı mənzilin mətbəx otağından götürdüyü zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən bıçağı üzərində daşıyaraq Züleyxa Şirinovanın satıcı işlədiyi Gəncə şəhəri, Məhsəti qəsəbəsi, M.Aslanov küçəsində yerləşən “OBA” marketə gəlmiş, həmin marketə daxil olaraq heç bir qarşılıqlı söhbət və mübahisə baş vermədən qısqanclıq zəminində qisas almaq məqsədi ilə, habelə sonuncunu xüsusi ağrılar verərək qəsdən öldürmək üçün, müstəsna qəddarlıq nümayiş etdirərək zərərçəkmiş şəxsi öldürmək məqsədilə bıçaqla sonuncunun ölümünə səbəb olan çoxsaylı zərbələr vuraraq döş qəfəsinin deşilmiş-kəsilmiş yaral arının nəticəsində, sol ağciyərin yuxarı payının, qaraciyərin və mədəaltı vəzin zədələnməsi ilə əmələ gələn kəskin daxili və xarici qanitirmə olmaqla həyat fəaliyyəti üçün vacib nahiyələrinə - 4 ədədi döş qəfəsinin sol yarısının ön səthində sol ağciyəri və qarının ön yan səthində yerləşən qaraciyəri və mədəaltı vəzi zədələyərək daxilə keçməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, 1 ədədi sağ saidin aşağı 1/3 hissəsinin zədələnməsi ilə müşayiət olunan və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən, 11 ədədi hər iki said, sağ bazu, sol bilək, sol əlin arxa səthi və sol əlin İİ və İİİ barmaqlarının əsas falanqalarının arxa səthində yerləşən hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağ lamlığa yüngül zərərvurmaya aid edilən, ümumilikdə 16 ədəd bıçaq xəsarətləri yetirməklə Züleyxa Şirinovanı qısqanclıq zəminində qisas almaq məqsədi ilə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, bununla da ona qarşı hazırkı ittiham irəli sürülmüşdür.

22. Məhkum verilmiş qeyd edilən ittiham üzrə cinayət işi materiallarında öz əksini tapan sübutları tədqiq edən apellyasiya instansiya məhkəməsi belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməli CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır.

23. Belə ki, ittiham aktından və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum qarşı ona görə xüsusi amansızlıqla adam öldürmə ittihamı irəli sürülmüşdür ki, o, nikah münasibətlərinə xitam verilmiş keçmiş arvadı X6 ilə dəfələrlə barışmağa cəhd etməs inə baxmayaraq sonuncunun bundan imtina etməsinə səbəb kimi başqa şəxslə münasibətinin olmasını güman edərək qısqanclıq səbəbindən ondan qisas almaq üçün öldürmək qərarına gəlmiş, zərərçəkmiş şəxsin satıcı işlədiyi marketə daxil olaraq heç bir qarşılıqlı söhbət və mübahisə baş vermədən qısqanclıq zəminində qisas almaq məqsədi ilə, habelə sonuncunu xüsusi ağrılar verərək qəsdən öldürmək üçün, müstəsna qəddarlıq nümayiş etdirərək zərərçəkmiş şəxsi öldürmək məqsədilə bıçaqla sonuncunun ölümünə səbəb olan çoxsaylı zərbələr vuraraq, döş qəfəsinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində, sol ağciyərin yuxarı payının, qaraciyərin və mədəaltı vəzin zədələnməsi ilə əmələ gələn kəskin daxili və xarici qanitirmə olmaqla həyat fəaliyyəti üçün vacib nahiyələrinə - 4 ədədi döş qəfəsinin sol yarısının ön səthində sol ağciyəri və qarının ön yan səthində yerləşən qaraciyəri və mədəaltı vəzi zədələyərək daxilə keçməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, 1 ədədi sağ saidin aşağı 1/3 hissəsinin zədələnməsi ilə müşayiət olunan və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən, 11 ədədi hər iki said, sağ bazu, sol bilək, sol əlin arxa səthi və sol əlin İİ və İİİ barmaqlarının əsas falanqalarının arxa səthində yerləşən hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən, ümumilikdə 16 ədəd bıçaq xəsarətləri yetirməklə zərərçəkmiş şəxsi qısqanclıq zəminində qisas almaq məqsədi ilə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir.

24. Göründüyü kimi, Məhku m hərəkətlərində xüsusi amansızlıqla adam öldürmə cinayətinin törədilməsinə dair tövsifedici əlamətlər yalnız onun zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlərin sayı olmuşdur. Zərərçəkmiş şəxsə təqsirkar şəxs tərəfindən yetirilmiş xəsarətlərin sayı ilə bağlı təqsirləndirilən şəxsə xüsusi amansızlıqla adam öldürmə cinayətinin törədilməsinə dair ittiham irəli sürülmüşdür.

25. Apellyasiya instansiya məhkəməsi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına, baş vermiş hadisənin video görüntülərini özündə əks etdirən diskə və cinayət işi materiallarında olan digər sübutlara əsasən qeyd etmişdir ki, heç də zərərçəkmiş şəxsə çoxsaylı bədən xəsarətlərin yetirilməsi istənilən halda əməlin xüsu si amansızlıqla törədilməsinə dəlalət edə bilməz. Bu zaman təqsirləndirilən şəxs məhz zərərçəkmiş şəxsə xüsusi olaraq əzab və işgəncə verdiyini dərk etməli və onun məqsədi zərərçəkmiş şəxsə məhz əzab və işgəncə verərək qəsdən həyatdan məhrum etmək olmalıdır. Lakin nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin belə bir niyyətinin olması təsdiq olunmamışdır. Eyni zamanda təqsirləndirilən şəxsin belə bir niyyəti olması ilə bağlı iş materiallarına hər hansı sübut əlavə edilməmiş, təqsirləndirilən şəxsin bu niyyəti istintaq orqanı tərəfindən mötəbər sübutlarla müəyyən edilməmişdir.

26. Apellyasiya instansiya məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq hesab etmişdir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə çoxsaylı xəsarətlər yetirməsi faktı sonun cuya xüsusi ağrı və iztirab vermək niyyətini, onun müstəsna dərəcədə qəddarlığını aşkarlayan xüsusat deyil, müstəsna olaraq zərərçəkmiş şəxsi həyatdan məhrum etmək niyyətində qətiyyətini, məqsədinə çatmaqda israrlı olmasını göstərən haldır.

27. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq, apellyasiya instansiya məhkəməsinin iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək ittiham tərəfindən dövlət ittihamçısının, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində qeyd edilənləri məhkumun əməlinin CM-in 120.2.4-cü maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi qənaətinə gəlməsi qanuni və əsaslı hesab edir.

28. Cinayət məsuliyyətinin əsa slarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

29. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

30. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsi nin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

32. Məhkəmə kollegiyası dövlət ittihamçısının, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

33. Apellyasiya instansiya məhkəməsinin sö zügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya müraciətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində və kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

34. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən i ttihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

35. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarş ı, № 919/15, § 92, 16 noyabr 2017).

36. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfində n Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

38. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(104)205/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təq sirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024cü il tarixli, 1(104)-205/2024 nömrəli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə İnqilab oğlu tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar