Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-315/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, zərərçəkmiş Zərərçəkmiş şəxs, onun nümayəndəsi- vəkil X3 və Məhkum iştirakları ilə, Masallı Rayon M əhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X14 oğlu) Məhkum-xx xxxxx 1976-cı il tarixdə Lerik rayonu, Vamazğon kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Masallı rayonu, Qızılavar kəndində yaşayan, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitəl ərini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının Məhkum cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. İş üzrə mülki iddia qismən təmin edilərək, cinayət nəticəsində “VAZ-2106” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2690 (iki min altı yüz doxsan) manat, sağlamlıqla bağlı müayinə və müalicə xərcinə görə 3000 (üç min) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat təqsirləndirilən şəxs Məhkum tutularaq Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 10 r adələrində, AE 440738 saylı “ABC” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E220 CDİ minik» markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ü1 yerləşən «Mətbəə»-nin qarşısında avtomobil yolu ilə Seybətin istiqamətində saatda 70 km/saat sürətlə hərəkətdə olaraq ötmə əməliyyat edib əks hərəkət zolağına çıxmaqla «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddənin 2-ci hissəisnin 1-bəndinin və həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndininin tələblərini pozaraq-yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətdə və hərəkətin təhlükəsizliyin təmin etmək üçün avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli, hərəkət hissəsini əks istiqamət li hərəkət zolaqlarına ayıran 1.3 üfuqi nişanlanma xəttini kəsib keçərək avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda buna riayət etməyib, idarə etdiyi «Mercedes Benz E220 CDİ minik» markalı avtomobili qabaq sağ hissəsi ilə əks istiqamətdə saatda 40 km/saat sürətlə hərəkətdə olan, AB 616606 saylı “ABC” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ 21065 minik» markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, ehtiyatsızlıqdan «VAZ 21065 minik» markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərnişin olan X6 ağ ciyər arteriyasının tramboemboliyası, sol bud sümüyünün aşağı 1/3nin açıq-qəlpəli sınığı, sağ bu d sümüyünün aşağə 1/3-nin qapalı sınığı, sol said sümüklərinin orta 1/3-nin qapalı sınığı, sol budun aşağı 1/3-nin əzilmiş yarası, sağ baldır nahiyəsinin sıyrıqları, hər iki göz yuvası nahiyəsinin, üzün sol yarısının və sol said nahiyəsinin qançırı kimi, uzun borulu sümüklərin qapalı və açıq qəlpəli yerini dəyişən sınıqları nəticəsində baş vermiş ağ ciyər arteriyalarının tronboemboliyasından törənən kəskin ağ ciyər-tənəffüs çatmamazlığı, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətləri ilə onun ölümünə, digər sərnişin X2 əlin V əldarağı sümüyünün sınığı, sağ qaş-yanaq nahiyəsinin sıyrığı, sağ və sol baldırın qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, sürücü Zərərç əkmiş şəxs sol sirkə kasasının damının yerdəyişən sınığı, qarnın küt travması, sol tərəfli diafraqmanın cırılması, orqanların döş boşluğuna dislokasiyası, dalağın partlaması, mədəaltı vəzinin quyruğunun əzilməsi ilə nəticələnən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsinə və M.Abdullyevə məxsus “VAZ 21065 minik” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə 2690 (iki min altı yüz doxsan) manat dəyərində zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CMin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkə məsinin Cinayət kollegiyası (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin edərək, Masallı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, cinayət nəticəsində “VAZ-2106” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2690 (iki min altı yüz doxsan) manat, sağlamlıqla bağlı müayinə və müalicə xərcinə görə 5000 (beş min) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat pulun təqsirləndirilən şəxs Məhkum tutularaq Zərərçəkmiş şəxs verilməsinə qərar verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək m əhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasını və mülki iddiasının tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Məhkum qarşı mülki iddia ilə müraciət edərək cinayət nəticəsində maddi ziyana görə 10.000 (on min) manat, VAZ-2106 markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2.690 (iki min altı yüz doxsan) manat, sağlamlıqla bağlı müayinə və müalicə xərcinə görə 20.000 (iyirmi min) manat və mənəvi ziyana görə 10.000 (on min) manat tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə yanaşı mülki iddiasını da əsassız olaraq qismən təmin etmişdir. Ona görə də məhkuma ən ağır cəza t əyin edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsini və mülki iddiasının tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə əlavə edilmiş CİTY HOSPİTAL şəhər xəstəxanası tərəfindən verildiyi göstərilmiş arayışın fotosurətində göstərilmişdir ki, xəstə Zərərçəkmiş şəxs “sol bud çanaq oynağının endoprotezləşdirilməsi” cərrahi əməliyyatı məsləhət görülür. Cərrahi əməliyyatın maliyyəsi 6000-7000 manat məbləğindədir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və nümayəndəsinin, kassasiya şikayətinin mülki iddiaya aid hissədə təmin edilməsi barədə dövlət ittihamçısının və kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun çıxışları nı dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmi ş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkəmə Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstər məsini Azərbaycan Respublikası CM-in 59.1.11cu maddəsinə, zərərçəkmiş Z.Qasımova və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, sonuncuların ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi b u Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsi ilə müəyyən edilmiş həddə uyğundur. Məhkum cinayət işi üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədiyindən və CM-nin 59.1.11 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edildiyindən maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növününazadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmayan həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Ona görə də cəzanın ağırlaşdırılması üçün kassasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilmədiyindən zərər çəkmiş şəxsin kassas iya şikayəti bu hissəsi təmin edilməməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin digər dəlili mülki iddianın tam təmin edilməməsi barədədir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum qarşı mülki iddia ilə müraciət edərək cinayət nəticəsində maddi ziyana görə 10.000 (on min) manat, VAZ-2106 markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2.690 (iki min altı yüz doxsan) manat, sağlamlıqla bağlı müayinə və müalicə xərcinə görə 20.000 (iyirmi min) manat və mənəvi ziyana görə 10.000 (on min) manat tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hökmdə mülki iddianı həll edərkən aşağıdakı əsalandırma aparmışdır: -Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə i craatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. -Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. -“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqelərə əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətləri ndən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. -“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. -Həmin qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəv i zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. -Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməs ini aydınlaşdırmağa borcludur. -Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində onun Zərərçəkmiş şəxs mənəvi, həmçinin səhhətinə və əmlakına maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia qismən təmin edilməklə “VAZ-2106” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2690 (iki min altı yüz doxsan) manat, sağlamlıqla bağlı müayinə və müalicə xərcinə görə 3000 (üç min) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat təqsirləndirilən şəxs Məhkum tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Apellyasiya instansiya məhkəməsi isə qərarında hər hansı sübuta istinad etmədən belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhk əməsi mülki iddianı qismən təmin edərkən Zərərçəkmiş şəxs sağlamlığı ilə bağlı müayinə və müalicə xərclərini düzgün hesablamamışdır. Zərərçəkmiş şəxsin sağlamlığına görə 3000 manatın alınması ilə bağlı mülki iddianı qismən təmin etməsi ilə sosial ədalət bərpa olunmadığından cəzanın məqsədinə xidmət etməmişdir. Bu əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsinin hökmünün mülki iddiaya aid hissəsini dəyişərək zərərçəkmiş şəxsin müayinə və müalicə xərclərinə görə təqsirləndirilən şəxsdən tutulacaq məbləği 30xx xxxxxxxx 5000 manata qaldırmış qalan hissələri dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış hər iki məhkəmə instansiyası mülki iddianın həllində səhvə yol vermişlər. Zərərçəkmiş şəxsin müayinə və müalic əsinə çəkilmiş və çəkiləcək xərcləri müəyyən edilməsi üçün bütün hallar araşdırılmamışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş CİTY HOSPİTAL şəhər xəstəxanası tərəfindən verildiyi göstərilmiş arayışın fotosurətində göstərilmiş, xəstə Zərərçəkmiş şəxs “sol bud çanaq oynağının endoprotezləşdirilməsi” cərrahi əməliyyatı məsləhət görülür və cərrahi əməliyyatın maliyyəsinin 6000-7000 manat məbləğində olması barədə məlumatın həqiqiliyi yoxlanılmamışdır. Bu halı müəyyən edilməsi üçün məhkəmə müvafiq məhkəmə-tibb ekspertizası təyin edib, daha mötəbər məlumat ala bilərdi, lakin apellyasiya instansiya məhkəməsi bu məsələni ətraflı araşdırıb tədqiq etməmişdir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edi r ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin edilərək, cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı mülki iddianın həllinə aid hissədə ləğv edilərək cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş çəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şi kayətinə münasibətdə mülki iddianın həllinə aid hissədə ləğv edilsin və həmin hissədə cinayət işi yeni apellyasiya baxışına təyin edilsin. Qalan hissədə qərar dəyişdirilməsin, qalan hissədə kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-315/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-315/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver