Məhkəmə qərarları › İş №1(102)-315/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-315/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-315/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Hüseynov Rəşid İnqilab oğlundan ibarət tərkibdə) xx xxxxxx 1961-ci ildə İsmayıllı rayonunun Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Ünvan1də qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum оğlu Azərbaycan Respublikası CM-nin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 188.1-ci maddəsi ilə 06 (altı ) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə, CMnin 237.2.3-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, qəti olaraq, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Hökmdən Məhkumun müdafiəçisi Abbasov Nəvaid Noruz oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə məhkumun müdaf iəçisi Abbasov Nəvaid Noruz oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkumun CMnin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ləğv edilmiş, ona qarşı CM-nin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilmiş və cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-nin 234.4.3-cü maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılmış, Məhkum CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən məhkum dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum məhkum edilmişdir, ona görə ki, 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş 2 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı toxumları özündə saxlamış, tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə 2019-cu ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazi sində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı rayonu Qalınçaq meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvartalına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində, 15 metr uzunluğunda olan 150 kvadrat metr hissəsini becərib əkin üçün yararlı vəziyyətə gətirməklə özbaşına tutmuş, tərkibində narkotik maddələr olan ümumilikdə 750 ədəd çətənə bitkisinin toxumlarını həmin yerə səpib qanunsuz olaraq külli miqdar təşkil edən 750 ədəd çətənə bitkisini əkərək, su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, bundan sonra çətənə bitkilərinin hissələrindən satış məqsədi ilə yığıb toplayaraq qanunsuz olaraq kus tar üsulla əldə etdiyi ümumi təmiz çəkisi 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) təşkil edən narkotik vasitə olan qurudulmayan marixuananı həmin yerdə sintetik kisənin içərisində saxlamış, xx xxxx 2019-cu il tarixdə, saat 08 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 775 kiloqram olan, külli miqdar təşkil edən 750 ədəd çətənə bitkiləri və həmin bitkilərdən satış məqsədi ilə qanunsuz olaraq toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və saxladığı 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN Çİ XİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestidə göstərmişdir ki, apellyasiya məhkəməsinin hökmü Məhkumun CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə mübahisə doğurmasa da, məhkəmənin Məhkumun CM-nin 188.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinə və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3cü maddəsi ilə əhatə olunmaqla ittihamdan çıxarılmasına dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından mübahisə doğurur. Belə ki, Məhkum qəsdən qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı rayonu Qalınçaq meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvartalına aid torpaq sahəsini özbaşına tutaraq, 2019-cu ilin may ayında qanunsuz olaraq tərkibində narkotik maddələr olan, külli miqdar hesab edilən 750 ədəd çətənə bitkisinin şitillərini həmin torpaq sahəsində əkərək aqrotexniki qaydada qulluq göstərib diblərini yumşaltmaqla və su verməklə yetişdirib kultivasiya etdiyindən onun əməlində CM-nin 237.2.3-cü maddəsi ilə yanaşı həm də, CM-nin 188.1-ci maddəsinin tərkib əlamətləri olmuşdur. CM-nin 188.1-ci maddəsində torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərməyə görə məsuliyyət müəyyən edilmişdir. Belə ki, Məhkum torpaq sahəsində onun mülkiyyətçisinin və ya baş qa qanuni sahibinin icazəsi və xəbəri olmadan bitkilər əkmişdir ki, bu da təhlil olunan maddə üzrə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə bəraətin əsası qismində isə göstərmişdir ki, CM-in 188-ci maddəsi ilə məsuliyyət o halda yaranır ki, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu bilir, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Yuxarıda qeyd olunduğu kimi, CM-in 188-ci maddəsi ilə məsuliyyət torpaq sahəsinin özgəyə məxsus olduğunu şəxs bildiyi və torpaq mülkiyyətçisinin və ya sahibinin icazəsi olmadan becərdiyi və s. halda ar tıq yaranmış olur. Belə ki, Məhkum torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi və xəbəri olmadan bitkilər əkmişdir ki, bu da təhlil olunan maddə üzrə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, Məhkumun əməlində CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olmuşdur. Bundan əlavə Məhkum məhkəmə istintaqı zamanı ifadəsində layiqli cəzadan yayınmaq üçün narkotik vasitə əkməkdə məqsədinin narkotik vasitə əldə edərək özü istifadə etmək olduğunu bildirmişdir. Hazırki cinayət işi üzrə Məhkum məhz satış məqsədilə 750 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi onun ilkin etiraf ifadəsi, hadisə yerinə baxış keçirilməsi zamanı çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini və aşkar olunmuş su çalas ından suvarma üçün istifadə etdiyini bildirməsi, müvafiq maddi məsrəf sərf etməklə müəyyən avadanlıqlar (vedrə, su qabları, bel və əlcək) əldə edərək meşə ərazisinə gedib çətənə kollarını əkmək üçün yer müəyyən etməsi, 2019-cu ilin may ayından iyul ayına kimi mütəmadi olaraq həmin əraziyə gedib çətənə kollarına qulluq etməsi, həmin kolların təxminən 1-2 m boy atmasına nail olması, orada sığınacaq yerinin aşkar olunması, Məhkumun həmin yerdən qarovul çəkmək üçün istifadə etməsi, yetişdirdiyi çətənə bitkilərinin hissələrindən yığaraq sintetik kisədə saxlaması kimi dəlillər və işin faktiki halları ilə də təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi də məhkumun cinayət əməlini "satış məqsədi ilə" törətməsini təkzib etməmiş, əksinə bu halı qəbul edərək hətta məhkum həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərməsini, onun hissələrini satış məqsədi ilə toplamasını bildirsə də, həmin əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan “toplama”' sözü “əkmə və yetişdirmə” həmcins xəbərləri ilə tabesizlik bağlayıcısının növü olan bölüşdürmə bağlayıcısı ilə əlaqələndirilmiş, eyni əşyaya aid əlamətin hüququ dərəcəsinə görə fərqlənən müstəqil əlaməti ehtiva edir. Yəni, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsində iştirak etməyən şəxs tərəfindən də (həmin maddələrin mənimsənilməsi və yiyələnməsinə yönələn hərəkətlər etmədən) toplanması (şəxs həmin bitkinin narkotik vasitə olmasını bilməsi şərti ilə) CM-nin 237.1-ci maddəsi ilə cinayət məs uliyyətinə cəlb edilməsi üçün əsas ola bilər. Məhkəmə hazırki iş üzrə “toplama" sözünə hərfi mənada yanaşmış, əkib-yetişdikdən sonra toplanma (yığılma), yəni “istehsal" prosesini ehtiva edən “toplama” sözü ilə hüquqi məna kəsb edən “toplama” və “əldə etmə" sözünü eyniləşdirmişdir. Azərbaycan dilinin izahlı lüğətində əldə etmək-tapmaq, nail olmaq, toplamaq-bir yerə yığmaq, cəm etmək kimi izah edilmişdir. Ümumi məlum olan faktdır ki, narkotik vasitə olan marixuana zavod və ya fabrikdə istehsal olunmur, əkilibyetişdirildikdən sonra toplanaraq əldə edilir. İstintaqın gəldiyi qənaətə görə Məhkumun əkdiyi 750 ədəd çətənə kollarından toplayaraq 4 kq 680 qram təşkil edən qurudulmayan marixuana əldə etmiş və həmin narkotik vasitəni sintetik kisələrə yığaraq həmin yerdə saxlamışdır. Apellyasiya inst ansiya məhkəməsi də istintaqın həmin mövqeyi ilə razılaşmış, Məhkumu qanunsuz olaraq 750 ədəd çətənə kolunu əkib-becərməyə və külli miqdarda narkotik vasitə əldə etmə və saxlamağa görə təqsirli bilmiş, lakin hökmdə Məhkumun əkdiyi çətənə kollarından toplamaqla narkotik vasitə əldə etməsinin CM-in 237-ci maddəsi ilə əhatə olunması göstərilməklə ona verilmiş ittihamdan CM-in 234.4.3-cü maddəsi çıxarılmışdır. Məhkəmə Məhkumun əməlinə qiymət verərkən ona yalnız “əldə etmə”yə görə deyil, həm də satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə “saxlamağa" görə ittiham verildiyini, özünün də hökmdə həmin ittihamla razılaşdığını nəzərə almamış, həmin hissədə Məhkumun əməlinə qiymət vermədən verilmiş ittihamdan əsassız olaraq CM-in 234.4.3-cü maddəsini çıxmaqla düzgün nəticəyə gəlmə mişdir. Hazırki cinayət işi üzrə Məhkumun törətdiyi cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu əkib-yetişdirdiyi andan başa çatmış, sonradan Məhkumun satış məqsədilə həmin bitkilərin hissələrindən yığıb toplamaqla qanunsuz olaraq kustar üsulla əldə etdiyi külli miqdar təşkil edən narkotik vasitəni həmin yerdə sintetik kisənin içərisində saxlamışdır. Beləliklə, məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun normalarının tələblərini pozaraq CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğu qənaətinə gələrək CM-nin 234.4.3-cü maddəsini təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan çıxarmaqla işin faktiki hallarına uyğun olmayana mövqe nümayiş etdirib səhvə yol vermişdi r. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkumun barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmünü ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestinin dəlillərinə uyğun çıxış edərək təmin olunmasını, apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin ka ssasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416- cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə əsaslar olmadığı halda Məhkum CM-nin 188.1-ci maddəsi ilə bəraət verilməsini və CM-nin 234.4.3-cü maddəsinin ona verilmiş ümumi ittihamdan çıxarılmasını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respubli kası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsif i törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların tələbləri baxımından apellyasiya məhkəməsinin Məhkuma CM-nin 188-ci maddəsi ilə bəraət verilməsinə dair gəldiyi nəticəyə və həmin nəticənin qanuniliyini mübahisələndirən dövlət ittihamçısının kassasiya protestindəki dəlillərinə qiymət verərkən məhkumun törədilən konkret cinayət əməlinin cəhətləri ilə CM-nin 188-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğun müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Özbaşına hasarlama dedikdə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan ərazinin ayrılmasını təmin edən hər hansı bir formada çəpər və ya hazarlama işlərinin aparılması nəzərdə tutulur. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Torpaq sahəsini başqa üsullarla özbaşına tutma dedikdə yuxarıda qeyd edilən əməllərdən (hasarlama, becərmə, dəyişmə) fərqli üsul və vasitəsi ilə (avtomobil və digər texniki qurğuların yerləşdirilməsi, tikinti materiallarının yığılması və s.) tutulması başa düşülür. Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən məhkuma verilmiş ittihama üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticədən isə müəyyən olunur ki, “Məhkum.....torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində, 15 metr uzunluğunda olan 150 kvadrat metr hissəsini becərib əkin üçün yararlı vəziyyətə gətirməklə özbaşına tutmuş,.........750 ədəd çətənə bitkisini əkərək, su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişdir...” Qeyd edilənlərdən aydın görünür ki, Məhkum işin faktiki hallarına uyğun olmayan ittiham verilmiş, birinci instansiya məhkəməsi də həmin ittiham üzrə hökm çıxarmışdır. Belə ki, xx xxxxxxxx 2015-ci il tarixdən etibarən CM-nin 188-ci maddəsinin dispozisiyası dəyişdirilərək, “torpaq sahəsini özbaşına tutma” əməli tamamilə fərqli yuxarıda göstərilən yeni redaksiyada verilmişdir. Belə olduğu təqdirdə yalnız torpaq sahəsini əkərək becərmiş şəxsə (əkin üçün yararlı vəziy yətə gətirmə becərmə əməlinə aiddir) heç bir əlavə hal müəyyən etmədən torpaq sahəsini özbaşına tutmasına dair ittiham verilməsi qüvvədə olan CM-nin 188-ci maddəsinin dispozisiyasına uyğun gəlmir. Kassasiyası məhkəmə kollegiyası ümumiyyətlə dövlət ittihamçısının kassasiya protestində CM-nin 188-ci maddəsinin şərhinə dair dəlillərini qüvvədən düşmüş (xx xxxxxxxx 2015-ci il tarixdək qüvvədə olmuş) cinayət qanunu normalarına istinadla əsaslandırmasını qeyri-qanuni və əsassız hesab edir. Bununla belə məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin (CM-nin 188-ci maddəsinə əsasən) tövsifinə, əməldə cinayət tərkibinin olması, həmçinin törədilmiş cinayətin subyektiv cəhətinə dair həm məhkəmənin gəldiyi nəticəyə, həm də bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Biz yuxarıda qeyd etmişdik ki, CM-nin 3-cü maddəsinə görə cinayət məsuliyyətinin əsası yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsidir. Cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir yoxdursa deməli cinayətin subyektiv cəhəti yoxdur, deməli cinayət tərkibi yoxdur. Dolayı qəsdən fərq li olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Yəni əməldə cinayət tərkibinin olması üçün təqsirkar tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasını dərk etməli, bu əməli törətməyi arzu etməli və ya çatmaq istədiyi əsas məqsəd olmalıdır. Lakin məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını cinayət əməlinin tərkib əlamətləri ilə uzlaşdırarkən müəyyən olunur ki, Məhkumun əməlində birbaşa qəsd olmamış, yəni meşə ərazisindəki müəyyən torpaq sahəsini zəbt etmək onun çatmaq istədiyi əsas məqsəd olmamış (zəbtə aid nəticələrə laqeyd yanaşmış), onun əsas məqsədi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək - əkmək və yetişdirmək olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində göstərdiyi məhkumun əməlində CM-nin 237.2.3-cü maddəsi ilə yanaşı həm də, CM-nin 188.1-ci maddəsinin tərkib əlamətləri olmasına dair dəlilləri ilə razılaşmayaraq hesab edir protest həmin hissədə təmin edilə bilməz, bu barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zama nda, kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində göstərdiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin Məhkuma verilmiş ümumi ittihamdan çıxarılmasının qeyri-qanuni və əsassız olmasına dair dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkumun əkdiyi 750 ədəd çətənə kollarından toplayaraq 4 kq 680 qram təşkil edən qurudulmayan marixuana əldə etmiş və həmin narkotik vasitəni sintetik kisələrə yığaraq həmin yerdə saxlamışdır. Apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarına dair məhkəmənin gəldiyi mövqeyi ilə razılaşmış, lakin hesab etmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunur, buna görə ona CM-in 234.4.3cü maddəsi ilə də ittiham verilməsi əsassızdır. Apellyasiya məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, konkret halda Məhkumun əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərmiş və həmin bitkilərdən ümumi təmiz çəkisi 4 kiloqram 680 qram təşkil edən narkotik vasitə olan qurudulmayan marixuananı həmin yerdə sintetik kisənin içərisində saxlamış, bununla da o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişlər. Yəni əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik t ərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, məhkum həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərməsini, onun hissələrini satış məqsədi ilə topladıqlarını bildirsə də, onun əməli yalnız CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dai r cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narko tik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərar ın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallar – yəni Məhkumun məhz satış məqsədilə 750 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi onun ilkin etiraf ifadəsi, hadisə yerinə baxış keçirilməsi zamanı çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirməsi, 2019-cu ilin may ayından iyul ayına kimi mtitəmadi olaraq həmin əraziyə gedib çətənə kollarına qulluq etməsi, həmin kolların təxminən 1-2 m boy atmasına nail olması, yetişdirdiyi çətənə bitkilərinin hissələrindən yığaraq sintetik kisədə saxlaması halları tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuşdur. CM-nin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddə lər olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Bundan əlavə CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhətinə aid olan əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və ya toplama anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması ə məlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Hazırki cinayət işi üzrə Məhkumun törətdiyi cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu əkib-yetişdirdiyi andan başa çatmış, sonradan Məhkum satış məqsədilə həmin bitkilərin hissələrindən yığıb toplamaqla qanunsuz olaraq kustar üsulla əldə etdiyi külli miqdar təşkil edən narkotik vasitəni həmin yerdə sintetik kisənin içərisində yığaraq saxlamışdır. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyasının “Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin Məhkuma verilmiş ümumi ittihamdan çıxarılmasına”, həmçinin işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət qanunvericiliklərinin qeyd edilən normalarına dair məhkəmə qərarlarının birmənalı, aydın, ardıcıl və başadüşülən olması vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdır. Əks hal hər kəsin hüquq və azadlıqlarının müdafiə olunmasını, hüquq tətbiq edənin hərəkətlərinin proqnozlaşdırıla bilən olmasını çətinləşdirə və şəxsin qabaqcadan öz hüquqazidd əməlinin nəticəsini bilməsini şübhə altına ala bilər. Belə hal şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə və ya əksinə təqsirli şəxsin törətdiyi əmələ görə cəzasız qalmasına gətirib çıxara bilər. Eyni zamanda, bu şəxsin bir hüquqazidd əmələ görə iki dəfə məsuliyyətə cəlb olunmasına şərait yarada bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15-ci (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın qismən ləğv edilməsini və apellyasiya baxışının həmin hissədə yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məh kəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü “Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin Məhkuma verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməli, kassasiya protesti qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məh kəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkumun barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü “Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin Məhkum verilmiş ittihamdan çıxarılması” hissəsində ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilsin. Kassasiya protesti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar