Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-315/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxsin hüquqi varisi Zeynalov Yaşar Şəmsəddin oğlunun və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-42 5/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1967-ci il tarixdə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, "xxxx" ASC-nin X1 kənd 1 sahəsi üzrə usta işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Ocaqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 2. 29 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittih am elan edilmişdir. 3. 12 may 2022-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə səhlənkarlıq edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri ilə bağladığı 30 aprel 2015-ci il tarixli əmək müqaviləsi üzrə həmin Cəmiyyətin Cənub X9 və Satışı İdarəsinin Cəlilabad X2 şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işlə yərkən, yerinə yetirdiyi təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla "xxxx" ASC-nin “X9 və Satışı İdarəsinin Rayon X3 Şəbəkə Sahəsinin ustası”nın vəzifə təlimatının 18-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2019-cu il tarixli 520 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar qaydası”nın 1.2.3.11, 1.2.3.12 və 1.2.3.13-cü bəndlərinə əsasən xidməti ərazisində elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmn etməli, qurğulara keçirilən texniki baxış zamanı izolyatorlarda sınıqlar, yanıqlar, çatlar, çirklənmələr, emalında zədələnmələr, oxlu izolyatorları oxa və ya qarmağa səhv taxmalar, mühafizə buynuzlarında zədələnmələr olmamasını, asma izolyator zəncirlərinin oxda n yolverilməz meyillənməsi olmamasını, qaykalar və ya şplintlərin yerində olmasını, dayaqlarda və yerdə torpaqlayıcı naqillərdə zədələnmə və ya qərəlmalar, trosun ildırımdan mühafizəsi və ya dayağın gövdəsi ilə bolt birləşmələri kontaktlarında pozulmalar, korroziya ilə torpaqlayıcı qurğuların elementlərində dağılmalar olmamasını yoxlamalı, hava xətlərində və cərəyan naqillərində profilaktiki yoxlamaları və tədbirləri elektrik avadanlıqlarının sınağı üzrə normalarla (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun) nəzərdə tutulmuş həcm və müddətlərdə yerinə yetirməli, HX və cərəyan naqillərinə baxış zamanı və profilaktik yoxlama və tədbirlər prosesində aşkarlanan nasazlıq istismar sənədlərində (jurnalda və ya qüsurlar siyahısında) qeyd etməli və onların xarakterindən asılı olaraq istehlakçının elektrik təsərrüfatına görə məsul şəxsinin tapşırığı ilə qısa müddətdə aradan qaldırılmalı olduğu halda 07 fevral 2022-ci il tarixdə saat 09 radələrində iş bölgüsü zamanı 28 nömrəli “Naryad-buraxılış” adlı sənədə əsasən 10/35/10 kV-luq Cəlilabad yarımstansiyasından çıxan 9 saylı 10 kV-luq Ocaqlı hava xəttinin Ocaqlı kəndi ərazisində yerləşən yararsız dayaqların dəyişdirilməsindən ibarət təmir-bərpa işlərinin aparılması ilə əlaqədar özü, iş icraçısı X4 hava və kabel üzrə elektrik montyoru Şahid6 Adışiri oğlu və briqada üzvləri X11, X4 yarımstansiya üzrə montyoru X5 və X8 naryad üzvləri təyin olunub, yerinə yetirməli olduqları həmin işlə bağlıə şəbəkənin aparıcı mühəndisi Şahid7 cari təlimat aldıqdan sonra işçi heyəti ilə birlikdə Cəlilabad rayonu Ocaqlı kəndinə ge dərək saat 10 radələrində 9 saylı 10 kV-luq Ocaqlı hava xəttinin Ocaqlı kəndi ərazisində yerləşən bir neçə yararsız dayağını dəyişdikdən sonra xidməti ərazisinə daxil olan Cəlilabad rayon Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin həyətində olan ayırıcının texniki cəhətdən nasaz vəziyyətdə olan dayağını yeniləmək üçün orada yeni beton dirək basdırmış, lakin ayırıcının texniki cəhətdən nasaz vəziyyətdə olduğunu bilməsinə baxmayaraq məktəbin həyətində dirək basdırarkən işinə vicdansız və laqeyd münasibət göstərməklə, təlimatla üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək, vəzifə təlimatının 18-ci bəndinin və “Elektrik və istilik qurğularının texniki istismar qaydası”nın 1.2.3.11, 1.2.3.12 və 1.2.3.13-cü bəndlərinin tələblərini pozmaqla, müvafiq ba xış keçirmədiyi üçün Cəlilabad rayon Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin ərazisində yerləşən və həmin məktəbə gedən elektrik enerjisini tənzimləyən ******* inventar nömrəli 100 kVA-lıq transformatorun ayırıcısının üzərində olan B fazasının izolyatorunda və həmin ayırıcının torpaqlama xəttində qüsurları aşkar etməmiş, nəticədə Cəlilabad rayon Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Zərərçəkmiş şəxs 08 fevral 2022-ci il tarixdə saat 13 radələrində məktəbin həyətində oynayarkən orada yerləşən, elektrik dirəyində olan “B” fazasının bağlandığı izolyatorun yerindən çıxaraq ayırıcının yuxarı hissəsində olan və sonluğu torpağa basdırılmamış torpaqlama xətti üçün nəzərdə tutulmuş metal hissənin üzərinə düşməsi nəticəsində gərginlik yaranmış torpaqlama xəttinə toxunması sə bəbindən yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik başın sağ təpə nahiyəsinin 1-2-ci dərəcəli, hər iki bazu nahiyəsində, sol əlin ovuc səthində və sol əl barmaqlarında, sol mil-bilək oynağı nahiyəsində və sağ ayağın 1-ci barmağında 3-4-cü dərəcəli elektrik yanığı yaralarından ibarət xəsarətlər alıb, yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəbindən hadisə yerində ölmüş, Məhkum qeyd olunan hərəkətləri ilə öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə səhlənkarlıq edərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur.
5. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-108/2022 nömr əli, 16 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, iş üzrə mülki iddianın qismən təmin edilməsi, mülki cavabdehlər “Azərişıq” Aşıq Səhmdar Cəmiyyətindən və Məhkum mənəvi zərərin əvəzi olaraq 7.000 (yeddi min) manat pul və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 (doxsan) manatı tutularaq mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğluna ödənilməsi, iddia tələbinin q alan hissədə təmin edilməməsi hökm edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-726/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-108/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş ş əxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilmişdir.
9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)585/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-726/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-425/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu tərəfindən veri lmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-108/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli hökmü dəyişdirilərək Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisələrində qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu tərəfindən verilmiş mülk i iddianın maddi zərərə aid hissəsi baxılmamış saxlanılması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu tərəfindən kassasiya şikayətləri vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu kassasiya şikayətində Məhkum təyin edilən cəzanın yüngül olduğunu, eləcə də Cəlilabad rayon Şamil Nəzərov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şahid3 və həmin məktəbin direktoru Şahid2 həmçinin cinayətin törədilməsində təqsirli olduqlarına baxmayaraq məhkəmələrin əsassız olaraq qeyd edilən şəxslər barəsində cinayət işinin başla nılmasına dair qərar verməkdən boyun qaçırdığını qeyd edib, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-425/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, işin təkrar apellyasiya baxışına təyin edilməsini xahiş edir.
13. Kassasiya şikayətinə qarşı etirazlar daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, y eni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bild irir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Zərərçəkmiş şəxsin hüquqi varisi Zeynalov Yaşar Şəmsəddin oğlu kassasiya şikayətində Məhkum yüngül cəza təyin edildiyini, eləcə də hazırki cinayət təqibinin subyektləri olmayan Şahid3 və Şahid2 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmədiklərini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarı nın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-425/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. İlk öncə məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlunun Cəlilabad rayon Şamil Nəzərov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şahid3 və həmin məktəbin direktoru Şahid2 barəsində ci nayət işinin başlanılması zəruri olduğu halda, məhkəmələrin müvafiq qərarı verməməklə qanun pozuntusuna yol verdikləri barədə dəlillərinə münasibətinin bildirilməsini zəruri hesab edir.
21. Belə ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1 və 318.2-ci maddələrinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat material larının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.
22. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət təqibi orqanı tərəfindən yalnız Məhkum qarşı konkret olaraq Azərbaycan Respublikası CM-nin 314.2ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı dövründə zərərçəkmiş şəxsin hüquqi varis i və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu vəsatət verib, Cəlilabad rayonu 1 nömrəli Ocaqlı kənd tam orta məktəbin direktoru, tədris işləri üzrə direktor müavini və fiziki tərbiyə müəlliminin əməllərində cinayət tərkibinin olduğundan, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinə əsasən cinayət işinin ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinə istinad edərək Məhkum yox, digər şəxslərin əməllərində cinayət tərkibinin olması ilə bağlı cinayət işinin cinayət işinin ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokuror a göndərilməsini xahiş etdiyindən, vəsatətin təmin edilməsi mümkünsüzdür. Sədrlik edən digər proses iştirakçılarının fikirlərini dinləyib, yerində müşavirə edərək vəsatətin rədd edilməsini qərara almış, qeyd edilənlər protokola daxil edilmiş, məhkəmə bununla da üzərinə düşən vəzifəni icra etmişdir (cild 2, səh.230).
23. Nəticə etibarilə, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlunun irəli sürdüyü, Cəlilabad rayon Şamil Nəzərov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şahid3 və həmin məktəbin direktoru Şahid2 barəsində cinayət işinin başlanılması zəruri olduğu halda, məhkəmələrin müvafiq qərarı verməməklə qanun pozuntusuna yol verdikləri barədə dəlilləribi əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfin dən yalnız Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürüldüyündən, məhkəmələr nəinki kənar şəxslər, hətta məhkumun özünə qarşı irəli sürülməyən ittihama baxa bilməzədirlər.
24. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə təsvir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qəra r qəbul edə bilməz. Cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (“Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
25. Kassasiya şikayətinin Məhkum təyin edilən cəza ilə bağlı hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət M əcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
26. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
27. Baxılan cinayət işinin materialları yuxarıda istinad edilən maddi cinayət-hüquqi normaların tələbləri və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla təhlil edildikdə müəyyən edilir ki, əvvəlki məhk əmə araşdırmasının nəticəsi olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiya məhkəməsinin ilk dəfə qəbul etdiyi qərarından verilmiş kassasiya protesti tam, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti isə qismən təmin edilmişdir məhz ona görə ki, Məhkum təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası törədilən cinayətin nəticələrinə, məhkumun şəxsiyyətini səciyyələndirən və onun cəzasına təsir edən halların məcmusuna mütənasib hesab edilməmişdir.
28. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)585/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarından sonra işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məhkumun barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək hesab etmişdir ki, məhkumun zərərçəkmiş şəxslə barışığının əldə etməməsi və barışığa cəhd belə etməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ona təqsirli bilindiyi maddədə müəyyən edilmiş ən yüngül cəza növünün tətbiq edilməsi Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə ziddir. Məhkumun əməlindən səmimi peşman olması barədə gətirdiyi dəlili isə onun apellyasiya baxışında özünün təqsirli hesab etməməsi və ona bəraət verilməsi barədə qaldırdığı xahişi ilə uzlaşmır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmü dəyişdirib Məhkum təyin edilmiş cəzanı ağırlaşdırsa da, nəticədə ona 1 il 6 ay müddət ə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
30. Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
31. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hazırda mübahisələndirilən qərarının təhlilindən görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırki qərarın 28-ci paraqrafınd a qeyd edilən hallara əsaslanıb birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın növünü dəyişdirsə də, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının müddətini orta həddən aşağı müddətdə müəyyən etməklə, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından Məhkum törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törədilmə hallarını, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrini kifayət qədər araşdırıb nəzərə almamışdır.
32. Təsvir olunanlar onu göstərir ki, kassasiya şikayəti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələlərin araşdırılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verilmişdir.
33. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zeynalov Yaşar Şəmsəddin oğlunun kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-425/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Re spublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi Zeynalov Yaşar Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)-425/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.