Məhkəmə qərarları › İş №1(102)-315/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-315/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-315/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 iyul tarixli, 1(103)-1552/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 may tarixli, 1(101)-914/2024 nömrəli hökmü ilə (X4-Məmmədova (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Novruz Kərimovdan ibarət tərkibdə), xx xxxxx 1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Ağcabədi rayonu Meliorasiya və Suvarma idarəsində mühəndis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının çəkilməsi müddətinin başlanğıcı 2 oktyabr 2022-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermiş dir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Əfqan Ələkbərovdan ibarət tərkibdə) 2024-cü il 15 iyul tarixli, 1(103)1552/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 16 fevral 2023-cü il tarixdə saat 19:30-da qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs və sonuncunun azyaşlı övladları Şahid3 və Şahid2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən "AF Hotel” adlı mehmanxananın 6-cı mərtəbəsində yerləşən 1603 saylı otağında olarkən özünə aid mobil telefonda cizgi filmi qoşmaqla azyaşlı Şahid3 və Şahid2 hamam otağına qo yduğu stulların üzərində əyləşdirib qapısını örtərək Zərərçəkmiş şəxs ilə münasibətlərinə aydınlıq gətirmələri üçün söhbət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbələr vurduqdan sonra sonuncunu öldürmək niyyəti ilə pəncərədən çölə doğru atmaq üçün pəncərə istiqamətində itələməsinə baxmayaraq Zərərçəkmiş şəxs qapıya tərəf qaçdığını görüb, sonuncunu otağın pəncərəsinə tərəf gətirərək Zərərçəkmiş şəxs ayaqlarından tutub yuxarı qaldırmaqla pəncərədən çölə doğru itələyərək sonunucunun hündürlüyü təxminən 10.5 metr olan hotelin 3-cü mərtəbəsi səviyyəsində tikilinin dam örtüyünün üzərinə düşməsi nəticəsində sağ tərəfli pnevmotoraks və ağciyərlərin əzilməsi ilə müşayiət olunan döş qəfəsinin küt travması, burun sümüklərinin yerdəy işmiş sınığı və burun nahiyəsinin qançır- şişkinlik halında əzilməsi, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üzün sol yarısının iri ölçülü dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma, üst alt dodaqların və sol yanaq nahiyəsinin selikli qişasına qansızmalar və əzilmiş yaraları, alın, burun, almacıq, yanaq, burun-dodaq büküşü, üst və alt dodaqların haşiyələri, çənə, sol dirsək oynağı, sol said, hər iki mil-bilək oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsinin ön səthinin, sol saidin qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, lakin hadisənin şahidi olan şəxslərin köməkliyi ilə hadisə yerinə çağırılmış X5 Stansiyasının həkim briqadasının müşayiəti ilə Zərərçəkmiş şəxs Klin iki Tibbi Mərkəzə çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyindən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayıb Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, zərərçəkmiş Ş.İbrahimova məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Məhkum onu pəncərədən atmadığını, özünün onu qorxutmaq məqsədi ilə pəncərəyə çıxıb özünü ata biləcəyini bildirməsini, Məhkum ona yaxınlaşan zaman onu qorxutmaq məqsədilə əllərini pəncərədn çəkməsini və həmin vaxt ayağının sürüşməsi nəticəsində öz ehtiyatsızlığından yıxılıb xəsarət almasının göstərmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilən şəxslərin heç biri hadisənin birbaşa şahidi olmamışlar, hətta məhkəmə istintaqı zamanı ifadə vermiş şəxslərdən bəziləri, ümumiyyətlə, hadisə barədə məlumatlarının olmamasını bildirmişlər. Bundan başqa, ibtidai istintaq zamanı video çəkilişdə zərərçəkmiş Ş.İbrahimovanın azyaşlı qızının ifadəsi qəsdən təhrif edilmişdir. Belə ki video çəkilişin 11-ci dəqiqəsindən sonra Şahid3 hadisə şahidi olmadığı məlum olmuşdur. Məhkum daha sonra bildirmişdir ki, zərərçəkmişlə uzun müddətdir ki münasibətləri vardır, o, bir müddət sonra artıq ona bağlandığını hiss etmiş, həmçinin zərərçəkmişin psixoloji pozuntuları olduğunu görmüş, sonuncu görüşdə ondan ayrılmaq fikri olduğunu dedikdən sonra zərərçəkmiş qısqanclıq zəminində bu hadisəni törətmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən əməlinin CM-in 29,120.1-ci maddəsindən CM-in 125-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətin ə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edil məsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Cinayət işinin materiallarından da görünür ki, məhkum ibtidai istintaq zamanı təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Bundan başqa, zərərçəkmiş şəxs də ibtidai istintaq zamanı Məhkum onu öldürmək məqsədi i lə pəncədən atdığını bildirmiş, məhkumun və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələri bütün detalları ilə üst-üstə düşmüş və iş üzrə toplanmış digər sübutlarla tamamlanmışdır. Lakin məhkəmə istintaqı zamanı məhkumla zərərçəkmiş şəxs barışdığından ifadələrini məhkumun müdafiəsi istiqamətində dəyişmişlər. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhku ma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla CM-in 29 və 60-cı maddələrinin tələblərinə uyğun olaraq onun təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddindən də aşağı həddə ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tari xli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 may tarixli, 1(101)-914/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 iyul tarixli, 1(103)-1552/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar