Məhkəmə qərarları › İş №1(102)-316/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-316/2020

25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-316/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədov Anar Ələsgər oğlunun iştirakları ilə Lerik Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Kiçibəyov Atabəy Qələbəy) xx xxxxx 1987-ci ildə Lerik rayonu, Lerik qəsəbəsində anadan olmuş, evli, məhkumluğu olmayan, gözətçi işləyən, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALL ARİ: Lerik Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, Məhkum 50000 (əlli min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Lerik rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(048)- 1363/2016 nömrəli qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 3(048)-190/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə, ona məsuliyyəti barədə 26.12.2017 -ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 29.05.2018-ci il tarixədək şəxsi maraqları naminə, cəmi 50000 (əlli min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) məbləğində borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Bəşirov Kamil Sücəddin oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 10 oktyabr 2019-cu il tarixli qərarı ilə Lerik rayon Mə hkəməsinin 10 oktyabr 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Məhkum CM-nin 306.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayətləri təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum daha ağır cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxs Məhkum ona elan edilən ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, həqiqətən də zərərçəkmiş ilə 2013-cü ildə tanış olmuş dur və onun “Porshe Cayenne” markalı avtomaşınını satmışdır. Aralarında müxtəlif fikir ayrılığı olsa da, son anda zərərçəkmiş ondan Lerik Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 50000 (əlli min) ABŞ dolları pul kəsdirmişdir və həmin pulu verə bilmir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs - Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs borc pulunu qəsdən qaytarmır. O, Lerik Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qərarına əsasən inzibati qaydada Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manatməbləğində cərimə edilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq bu günə kimi həmin borcdan heç nə ödənilməmişdir və ona görə də, o Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Göstər ilənləri şahid qismində məhkəmə iclasında dindirilmiş Lerik Rayonu İcra və Probasiya şöbəsində icra məmuru işləyən X1 da öz ifadəsində təsdiq etmişdir. Məhkəmənin isə onun haqqında yenidən yüngül cəza təyin edilməsi ilə əlaqədar gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Məhkəmə qərarında təqsirləndirilən şəxs - Məhkum ifadəsində göstərilir ki, guya o zərərçəkənlə razılıq əldə etmişdir. Məhkəmə isə yüngülləşdirici hallara istinad edərkən zərərçəkmişlə barışmağa cəhd göstərmişdir. Lakin borcun ödənilməsinə cəhddən isə söhbət getmir. Bundan əlavə məhkəmə tərəfindən borcun ödənilməsinə dair hansı tədbirlərin həyata keçirilməsi görünmür və məhkəmə dövründə borcun ödənilməsinə göstərildiyi kimi heç bir bir cəhd göstərilməmişdir. Həm də, vurulan ziyan Cinayət Məcəlləsinə edilən son dəyişikliyə ə sasən külli miqdar məbləği təşkil edir ki,bu da məhkəmənin təyin etdiyi cəza ilə uyğunlaşmır və işdə buna əsas olan hallar da yoxdur. Bundan əlavə məhkəmə tərəfindən təqsirkarın əməlində cinayəti ağırlaşdıran halın mövcud olmaması göstərilsə də, ancaq faktiki olaraq onlar arasında şifahi razılaşma müqaviləsi olmuşdur ki, bundan təqsirləndirilən Məhkum ona göstərilən etimaddan istifadə etmişdir. Bu isə iş üzrə ağırlaşdırıcı hal sayılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qərarı isə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Həmin şikayətdə təyin edilmiş cəzanın yüngül olması iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəsini qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “...Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin və müdafiəçisinin apelyasiya şikayəti nin və çıxışlarının dəlillərində məhkuma təyin edilmiş cəzanın işin faktiki hallarına uyğun olmaması, həddindən artıq yüngül olması, məhkumun zərərçəkmişə olan borcunun ödənilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün heç bir səy göstərməməsi, barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasına baxmayaraq onun zərərçəkmişə indiyə kimi heç nə ödəməməsi, qeyd edilənlərin nəzərə alaraq hökmün dəyişdirilməsi və məhkuma daha ağır, yəni, azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsinə dair məsələlər mübahisələndirildiyi üçün ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın hüquqi əsaslarının mövcud olub olmamasına, əməlin ictimai təhlükəliliyinin, təyin edilmiş cəzanın məhkumun şəxsiyyətini xarakterizə edən hallarla uzlaşıb-uzlaşmamasına və məhkəmənin yekun qərarının işin faktik hallarına uyğun olubolmamasına dair əsasların mövcud olmasına hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb dövlət ittihamçısının, zərərçəkmiş şəxsin müdafiəçisinin, məhkum edilmiş şəxs və müdafiəçinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxsin və onun müdafiəçisinin ayrı-ayrılıqda vermiş apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü məhkuma cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası məhkumun və müdafiəçinin vəsadətinin təmin edilməməsi barədə yekun rəyə gələrkən aşağıda qeyd edilənlərə əsaslanı r. İlk əvvəl qeyd etmək lazımdır ki, apelyasiya şikayətlərində məhkumun əməlinin hüquqi tövsifi məsələsi mübahisələdirilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla Məhkum CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinə və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, ona bəraət verilməsi üçün əsasların olmamasına görə, Məhkum həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair ədalətli, qanuni və əsaslı olan yekun nəticəyə gəlmişdir. İş materiall arı ilə müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu, onun özünün məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadələri, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ibtidai istintaq və məhkəmə iclas protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair dəlillərin birinci instansiya məhkəməsinin hökmündə geniş şəkildə təsvir və tədqiq olunduğunu nəzərə alaraq apelyasiya məhkəməsi həmin xüsusatları təkrar sadalamağı zəruri hesab etmir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respub likası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasım, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidi r. Həmin Məcəllənin 124.2.1 -ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Məhkum ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlinin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilməsi qanuni, ədalətli və əsaslı olmuşdur. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmi ş şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apelyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də işə baxan birinci instansiya məhkəməsi CPM-nin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Lerik Rayon Məhkəməsinin 20 iyun 2019-cu il, 1 (048)-10/2019 hökmü ilə Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91 -ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. CPM-nin 1 44-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplamış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmaldır. Yoxlama zaman sübutlar təhlil olunur və bir - biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsində birbaşa göstəriş vardır ki, hər bir sübut mənsubiyyəti, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. "Mahmudovun Rusiyaya qarşı" işi üzrə 26 iyul 2007ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmanti, nonnegantiincumbitprobation prinsipi rəhbər tutulur. Süb ut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması haqqında hüququ) 1-ci hissəsində göstərilir ki,hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olara q cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi məhkum edilmiuş şəxsə qayğı və diqqətin, mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996cı il tarixli 4 №-İi Qəra rının 13-cü bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, apelyasiya məhkəməsi bütün yuxarıda qeyd edilənləri cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri və şərtləri konteksində müzakirə edərək belə hesab edir ki, zərərçəkmiş şəxs və müdafiəçisi tərəfində n verilmiş apelyasiya şikayətləri təmin edilməli, Məhkum barəsində Lerik Rayon Məhkəməsinin 20 iyun 2019-cu il, 1 (048)-10/2019 saylı hökmü məhkuma cəza təyini hissəsində ona daha ağır olan azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Belə ki, apelyasiya şikayətlərində göstərilən hallar, yəni məhkuma təyin edilmiş cəzanın işin faktiki hallarına uyğun olmaması, həddindən artıq yungul olması, məhkumun zərərçəkmişə olan borcunun ödənilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün heç bir səy göstərməməsi,barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasına baxmayaraq onun zərərçəkmişə indiyə kimi heç nə ödəməməsi.qeyd edilənlərin nəzərə alaraq hökmün dəyişdirilməsi və məhkuma daha ağır, yəni azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsinə dair xüsusatlar apelyasiya instansiyasının məhkəmə baxışı zamanı təsdiqini tapmış oldu. Belə ki,iş materiallarının tədqiqi zamanı Məhkum tərəfindən 50000 (əlli min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Lerik rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(048)-1363/2016 nömrəli qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Apelyasiya instansiyası qeyd edilənləri müzakirə edərək belə hesab edir ki, birinci instansiya məhkəməsinin yekun qərarı işin faktik hallarına uyğun deyildir, müdafiə tərəfi özünün müdafiəsinin təmin edilməsi və məhkum barəsində olan hökmün dəyişdirilməməsi, qüvvədə saxlanması üçün obyektiv, əsaslı və qanuni d əlillər təqdim edə bilməmiş, özünün müdafiəsi üçün təqdim etdiyi dəlillər mötəbərliyi, mümkünlüyü əsaslı hesab oluna bilinməyən sübyektiv mülahizələrdən ibarətdir və rədd edilməlidir. Beləliklə, apelyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun müdafiəçisi Nümayəndə Teymur oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsi barədə Lerik Rayon Məhkəməsinin 20 iyun 2019-cu il, 1 (048)-10/2019 saylı hökmü apelyasiya şikayətlərinə əsasən məhkuma azadlıqdan məhrüm etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Apelyasiya məhkəməsi Azərbaycan Respublikası CPMnin 398.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi nin hökm və ya qərarının dəyişdirilməsi haqqında qərar qəbul edir. Apelyasiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 405.1.4-cü maddəsinə əsasən ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı hallarda məhkəmənin hökm və ya qərarının dəyişdirilməsi haqqında qərar qəbul edir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmasının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Qərarlarına, həmçinin İnsan Hüquqları Üzrə Avropa məhkəməsinin qərarına istinad edərək ətraflı şərh etmə klə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir. Belə nəticəyə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməs inin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmələr tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin izahlarla ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan ha llar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar