Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-316/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum 1 və Məhkum2nin barələrində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Rəşid İnqilab oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) xx xxxx 1987-ci ildə Balakən rayonu, Mahamalar kəndində anadan olmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, orta təhsilli, evli, əvvəllər məhkum оlunmаmış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, himayəsində iki azyaşlı uşağı olan, Ünvan1 qeydiyyаtdа оlmaqla, Ünvan2də yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan çıxarılmış, o, Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 188.1-ci mаddəsi ilə 6 (altı) ay müddətə аzаdlıqdаn məhrumetmə cəzаsı, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzаsı təyin edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət həmin cəzaya hesablanmış, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx xxxxxx 1987-ci ildə Balakən rayonu, Mahamalar kəndində anadan olmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, оrtа təhsilli, evli, kommersiya fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, himayəsində iki аzyаşlı uşаğ ı оlаn, Ünvan1də qeydiyyаtdа оlmaqla, Ünvan2də yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan çıxarılmış, o, Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 188.1-ci mаddəsi ilə 6 (altı) ay müddətə аzаdlıqdаn məhrumetmə cəzаsı, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzаsı təyin edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət həmin cəzaya hesablanmış, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protest i və Məhkum1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.M.Hüseynov, hakimlər E.Ş.Hüseynov və G.Q.Abbasovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum1 və Məhkum2in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü onların CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinmələri və bu maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni hökm çıxarılmışdır. Məhkum1 və Məhkum2ə qarşı Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onların əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından hər birinə CM-in 188.1-ci maddəsi ilə bəraət verilmişdir. Bununla əlaqədar Məhkum1 və Məhkum2 hər birinin üzərində onlara təqsirli bilindikləri CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum1 və Məhkum2 məhkum edilmişlər, ona görə ki, onlar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaş ına tutub həmin torpaq sahəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda narkotik tərkibli bitkiləri əkib yetişdirməklə kultivasiya etmişlər. Belə ki, Məhkum1 və Məhkum2 2019-cu ilin yazında qanunsuz olaraq torpaq sahəsini zəbt edərək çətənə bitkisi əkib yetişdirməklə bağlı əvvəlcədən razılaşaraq bir qrup şəxs halında, bu məqsədlə həmin ilin may ayında Zaqatala rayonu Lahıc bələdiyyəsinin mülkiyyətində olan, Zaqatala rayonu Lahıc kəndindəki “Gər yanı” adlanan ərazidə yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına zəbt etmişlər. Qabaqcadan əlbir olan bir qrup şəxs halında orada bir-birinə yaxın yerləşən üç ayrı-ayrı ərazini ağac və kollardan təmizləyib əkin üçün hazı rladıqdan sonra, təxminən 5-6 il əvvəl Balakən rayonunun Qasbinə kəndi ərazisində yerləşən meşədən taparaq əldə etdikləri çətənə bitkisinin toxumlarını qanunsuz olaraq həmin ərazilərdə əkərək aqrotexniki qaydada qulluq göstərib alaq otlarından təmizləməklə, o cümlədən diblərini yumşaltmaqla və su verməklə külli miqdarda, yəni ümumilikdə 121 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya etmişlər. xx xxxxxx 2019-cu ildə, saat 09 radələrində qanunsuz olaraq kultivasiya etdikləri çətənə bitkilərinin yarpaqlarını sahəsi 10x5 metr olan ərazidən 1265 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana toplamaqla qara rəngli sellofan torbaya yığmışlar. Sonra sahəsi 9x7 metr olan əraziyə keçərək qurutmaq məqsədilə həmin sahədə olan çətənə bitkilərin in bir hissəsini kökündən çıxartmış, qalanını isə dibindən qopararaq torpağın üzərinə atmışlar. Saat 10 radələrində isə sahəsi 9x5 metr olan 3-cü əraziyə keçərkən polis əməkdaşları tərəfindən həmin ərazidə saxlanılmışlar və əraziyə baxış zamanı kollardan təmizlənərək əkinə yararlı hala salınmış, sahəsi 9x5 metr olan ərazidə yaş halda 63 ədəd köküstə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 21 ədəd isə kökündən çıxarılmış halda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), 01 ədəd qara rəngli sellofan torbanın içərisində, yaş halda təmiz çəkisi 1265 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana, sahəsi 9x7 metr olan ərazidə yaş halda 16 ədəd, bir hissəsi kökündən çıxarılmış, bir hissəsi isə gövdəsindən qırılmış vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd isə kökündən çıxarılmış, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), sahəsi 10x5 metr olan ərazidə isə yaş halda, 15 ədəd kökündən çıxarılmış, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiya sının xx xxxx 2020-ci il tarixli hökmü əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum1 və Məhkum2 CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Məhkum1 və Məhkum2 məhkəmədə onlara qarşı irəli sürülən ittihamda özlərini qismən təqsirli bilərək ifadələrində bildirmişlər ki, həqiqətən də, Zaqatala rayonu Lahıc bələdiyyəsinin mülkiyyətində olan, Zaqatala rayonu Lahıc kəndindəki “Gər yanı” adlanan ərazidə narkotik tərkibli çətənə bitkiləri əkmişlər, narkotik vasitəni əkməkdə məqsədləri narkotik vasitəyə olan şəxsi tələbatlarını ödəmək olmuşdur. Məhkum1 və Məhkum2in təqsirli bilindikləri cinayət əməli üzrə kifayət qədər sübutlar olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi göstərilən sübutları qarşılıqlı tədqiq etmədən əsassız olaraq təqsirləndirilən şəxslərin əməlində CM-nin 188.1ci maddəsinin tərkib əlamətlərinin olmaması kimi əsassız qənaətə gəlmişdir. Məhkum1 və Məhkum2 əməlində CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olmuşdur. Belə ki, Məhkum1 və Məhkum2 torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi və xəbəri olmadan bitkilər əkib becərmişlər ki, bu da təhlil olunan maddə üzrə cinayət məsuliyyətinə səbəb olur. Məhkum1 və Məhkum2 qəsdən qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zaqatala rayonu Lahıc bələdiyyəsinin mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndindəki "Gər yanı“ adlanan ərazidə torpaq sahəsini özbaşına tutaraq, 2019-cu ilin may ayında qanunsuz olaraq tərkibində narkotik maddələr olan, külli miqdar hesab edilən 121 ədəd çətənə bitkisinin şitillərini həmin torpaq sahəsində əkərək aqrotexniki qaydada qulluq göstərib diblərini yumşaltmaqla və su verməklə yetişdirib kultivasiya etdiyindən onun əməlində CM-nin 237.2.3-cü maddəsi ilə yanaşı həm də CM-nin 188.1-ci maddəsinin tərkib əlamətləri olmuşdur. Lakin, məhkəmə bəraət verilməsi üçün əsas ola biləcək halları müəyyən etməməsinə baxmayaraq, Məhkum1 və Məhkum2in təqsirsiz olması ilə bağlı heç bir əhəmiyyət kəsb etməyən halları əsas kimi götürmüşdür ki, bu da məhkəmənin qeyd edilən əməl üzrə bəraət verməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəmə sinin CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın hər iki məhkuma verilmiş ümumi ittihamdan çıxarılmasına gəldikdə isə, ümumiyyətlə hökmdə məhkumların cinayət əməlini ‘‘satış məqsədi ilə" törətmələri təkzib edilməmiş, verilmiş ittihamda qeyd edilən “satış məqsədi" tövsifedici əlamətinə hüquqi qiymət verilməmiş (hökmdə “işin halları” hissədə qeyd edilməmiş), əksinə hökmdə cinayətin tamah məqsədi ilə törədilməsinin cəza təyini zamanı ağırlaşdırıcı hal kimi nəzərə alınmalı olması göstərilməklə məhkəmənin şərh etdiyi hallarla müəyyən etdiyi hallar uyğunluq təşkil etməmiş, məhkəmənin gəldiyi nəticə arasında əhəmiyyətli ziddiyyət yaranmışdır. Yəni, məhkəmə özü də Məhkum2 və Məhkum1in çətənə kollarını tamah niyyəti ilə əkmələri fikrindən uzaqlaşa bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərin cinayət əməlini “satış məqsədi ilə” törətmələrini təkzib etməmiş, hətta təqsirləndirilən şəxslər həmin narkotik tərkibli çətənə bitkilərini satış məqsədi ilə əkib becərmələrini, onun hissələrini satış məqsədi ilə toplamalarını bildirsələr də, əməllərinin CM-in 237-ci maddəsi ilə tövsif edilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin dispozisiyasında (hazırki iş üzrə qabaqcadan əlbir olan bir qrup şəxs) satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuş, CM-nin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsu z olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama, həmin maddənin 2-ci hissəsində isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar və külli miqdarda törədilmə kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi hər iki maddədə cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olan halda CM-nin 234.4.1-ci maddəsinin CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə əhatə olunması hüquq düşüncəsi ilə uyğunluq təşkil edə bilməz. Hazırki cinayət işi üzrə Məhkum2 və Məhkum1 törətdikləri cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu özləri əkib-yetişdirdikləri andan başa çatm ış, təsərrüfat məqsədi ilə əkmədikləri və özlərinin nəzarətində olduğu üçün mühafizə olunmasına ehtiyac olmayan ərazidən həmin bitkilərin yarpaqlarını xırdalayaraq torbaya yığmaqla narkotik vasitəyə yiyələnməklə onu əldə etməyə nail olmuş, lakin polis əməkdaşları tərəfindən vaxtında ifşa edilərək tutulmuşlar. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmünü ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğ lu çıxış edərək kassasiya protestinin təmin olunmasını, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, Məhkum1 və Məhkum2ə CM-nin 188.1-ci maddəsi ilə bəraət verilməsini və birinci instansiya məhkəməsi tərəfindən CM-nin 234.4.1-ci maddəsinin onlara verilmiş ümumi ittihamdan çıxarılmasına dair gəldiyi nəticə ilə razılaşmasını qeyri-qanuni və əsassız hesab edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağ ıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların tələbləri baxımından apellyasiya məhkəməsinin məhkumlar Məhkum1 və Məhkum2ə CM-nin 188-ci maddəsi ilə bəraət verilməsin ə dair gəldiyi nəticəyə və həmin nəticənin qanuniliyini mübahisələndirən dövlət ittihamçısının kassasiya protestindəki dəlillərinə qiymət verərkən məhkumların törədilən konkret cinayət əməlinin cəhətləri ilə CM-nin 188-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğun müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Özbaşına hasarlama dedikdə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan ərazinin ayrılmasını təmin edən hər hansı bir formada çəpər və ya hazarlama işlərinin aparılması nəzərdə tutulur. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Torpaq sahəsini başqa üsullarla özbaşına tutma dedikdə yuxarıda qeyd edilən əməllə rdən (hasarlama, becərmə, dəyişmə) fərqli üsul və vasitəsi ilə (avtotexnika və digər texniki vasitələrin yerləşdirilməsi və s.) tutulması başa düşülür. Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən məhkuma verilmiş ittiham üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticədən isə müəyyən olunur ki, “Məhkum1 Cərullah oğlu və Məhkum2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutub həmin torpaq sahəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda narkotik tərkibli bitkiləri əkib yetişdirməklə kultivasiya etmişlər...” Qeyd edilənlərdən aydın görünür ki, Məhkum1 və Məhkum2 işin faktiki halları ilə maddi hüquq normasına uyğun olmayan ittiham verilmiş, birinci instansiya məhkəməsi də həmin ittiham üzrə hökm çıxarmışdır. Belə ki, xx xxxxxxxx 2015-ci il tarixdən etibarən CM-nin 188-ci maddəsinin dispozisiyası dəyişdirilərək, “torpaq sahəsini özbaşına tutma” əməli tamamilə fərqli yuxarıda göstərilən yeni redaksiyada verilmişdir. Belə olduğu təqdirdə yalnız torpaq sahəsini əkərək becərmiş şəxsə (əkin üçün yararlı vəziyyətə gətirmə becərmə əməlinə aiddir) heç bir əlavə hal müəyyən etmədən torpaq sahəsini özbaşına tutmasına dair ittiham verilməsi qüvvədə olan CM-nin 188-ci maddəsinin dispozisiyasına uyğun gəlmir. Kassasiyası məhkəmə kollegiyası ümumiyyətlə dövlət ittihamçısının kassasiya protestində CM-nin 188-ci maddəsinin şərhinə dair dəlillərini qüvvədən düşmüş (xx xxxxxxxx 2015-ci il tarixdək qüvvədə olmuş) cinayət qanunu normalarına istinadla əsaslandırmasını qeyri-q anuni və əsassız hesab edir. Bununla belə məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin (CM-nin 188-ci maddəsinə əsasən) tövsifinə, əməldə cinayət tərkibinin olması, həmçinin törədilmiş cinayətin subyektiv cəhətinə dair həm məhkəmənin gəldiyi nəticəyə, həm də bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Biz yuxarıda qeyd etmişdik ki, CM-nin 3-cü maddəsinə görə cinayət məsuliyyətinin əsası yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsidir. Cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir yoxdursa deməli cinayətin subyektiv cəhəti yoxdur, deməli cinayət tərkibi yoxdur. Dolayı qəsdən fərqli olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. Cinayət Məcəlləsinin 188-ci maddəsind ə nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Yəni əməldə cinayət tərkibinin olması üçün təqsirkar tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasını dərk etməli, bu əməli törətməyi arzu etməli və ya çatmaq istədiyi əsas məqsəd olmalıdır. Lakin məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını cinayət əməlinin tərkib əlamətləri ilə uzlaşdırarkən müəyyən olunur ki, Məhkum1 və Məhkum2in əməlində birbaşa qəsd olmamış, yəni Zaqatala rayonu Lahıc kəndindəki “Gər yanı” adlanan ərazidə yerləşən müəyyən torpaq sahəsini zəbt etmək onların çatmaq istədiyi əsas məqsəd olmamış (zəbtə aid nəticələrə laqeyd yanaşmış), onların əsas məqsədi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək - əkmək və yetişdirmək ol muşdur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumların bu əməllərində Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcud olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində göstərdiyi məhkumların əməlində CM-nin 237.2.1 və 237.2.3-cü maddələr ilə yanaşı həm də, CM-nin 188.1-ci maddəsinin tərkib əlamətləri olmasına dair dəlilləri ilə razılaşmayaraq hesab edir protest həmin hissədə təmin edilə bilməz, bu barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda, kassasiya məhkəmə kollegiyası kassasiya protestində göstərilən məhkəmələrin “CM-nin 234.4.1-ci maddəsinin Məhkum1 və Məhkum2ə verilmiş ümumi ittihamdan çıxarılmasına” dair gəldiyi nəticənin qeyri-qanuni və əsassız olmasına dair dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi və apellyasiya məhkəməsinin razılaşdığı nəticəyə görə “Məhkum1 və Məhkum2.......ümumilikdə 121 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya etmişlər. xx xxxxxx 2019-cu ildə, saat 09 radələrində qanunsuz olaraq kultivasiya etdikləri çətənə bitkilərinin yarpaqlarını, sahəsi 10x5 metr olan ərazidən 1265 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana toplamaqla qara rəngli sellofan torbaya yığmışlar. Sonra sahəsi 9x7 metr olan əraziyə keçərək qurutmaq məqsədilə həmin sahədə olan çətənə bitkilərinin bir hissəsini kökündən çıxartmış, qalanını isə dibindən qopararaq torpağın üz ərinə atmışlar......” Məhkəmələr hesab etmişdir ki, bu əmələ görə CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə əhatə olunur, buna görə də, onlara CM-nin 234.4.1-ci maddəsi ilə də ittiham verilməsi əsassızdır. Məhkəmələr gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkum1 və Məhkum2 əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərmiş və həmin bitkilərdən yaş halda təmiz çəkisi 1265 qram olan hissələrini (yarpaqlarını) toplamışlar ki, bununla da onlar bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişlər. Yəni əkilmiş narkotik tərkibli çətənə bitki lərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarının toplanmaqla bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, məhkumlar həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərməsini, onun hissələrini ilkin olaraq satış məqsədi ilə topladıqlarını bildirsə də, onların əməli yalnız CM-in 237-ci maddəsinin müvafiq bəndləri ilə tövsif edilməlidir. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitəl ər olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olun mayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallar – yəni Məhkum2 və Məhkum1 məhz satış məqsədilə 121 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkmələri …… mütəmadi alaraq avtomobillə həmin əraziyə gedib çətənə kollarına qulluq etmələri, həmin kolların təxminən 2-3 m boy atmasına nail olmaları, yetişdirdikləri çətənə bitkilərinin bir hissəsinin yarpaqlarını xırdalamaqla qara rəngli torbaya yığmaları, bir hissəsini isə qurumaları üçün kökündən və gövdəsindən çıxararaq yerə sərmələri, tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirdikləri tam təsdiqini tapmışdır. İbtidai istintaq zamanı Məhkum1 müdafiəçisinin iştirakı ilə izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki.... maddi vəziyyəti çətin olduğundan Məhkum2ə həmin toxumları səpib qulluq edərək yetişdirib çətənə bitkisi əldə etməyi təklif etmişdir. Düşünmüşdür ki. həmin narkotik vasitə əldə edərək satıb pul qazana bilər. İstintaqın sonrakı mərhələsində və məhkəmədə Məhkum1 özünü CM-nin 234.4.1ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki.... Məhkum 2ə həmin toxumları səpib qulluq edərək yetişdirib çətənə bitkisi əldə etməyi təklif etmişdir. Razılaşmışlar. Narkotik vasitə əldə edərək özləri istifadə etmək qərarına gəlmişlər. Eyni ilə ibtidai istintaq zamanı Məhkum2 müdafiəçisinin iştirakı ilə izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki,... maddi vəziyyəti çətin olduğundan Məhkum 1 həmin toxumları səpib qulluq edərək yetişdirib çətənə bitkisi əldə etməyi, satıb pul qazanmağı təklif etmişdir. Sonradan Məhkum1 və Məhkum2 sonradan ifadələrini dəyişərək göstərmişlər ki, narkotik vasitə əldə edərək özləri istifadə etmək qərarına gəldiklərini bildirmişlər. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəl əri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, CM-nin 234.4.1-ci maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuşdur. CM-nin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəz ərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Bundan əlavə CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhətinə aid olan əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və ya toplama anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Hazırki cinayət işi üzrə Məhkum1 və Məhkum2 CM-in 237-ci maddəsi ilə törətdiyi cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə t oxumunu əkib-yetişdirdiyi andan başa çatır və kollegiya hesab edir ki, sonradan onların yetişdirdikləri çətənə bitkilərinin bir hissəsinin yarpaqlarını xırdalamaqla qara rəngli torbaya yığmaları, bir hissəsini isə qurumaları üçün kökündən və gövdəsindən çıxararaq yerə sərmələri əməli məqsəddən (satış məqsədi olmadan və ya satış məqsədi ilə) asılı olaraq müvafiq maddəyə uyğun tövsif edilməlidir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin “Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin Məhkum1 və Məhkum2ə verilmiş ümumi ittihamdan çıxarılmasına”, həmçinin işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət qan unvericiliyinin qeyd edilən normalarına dair məhkəmə qərarlarının birmənalı, aydın, ardıcıl və başadüşülən olması vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdır. Əks hal hər kəsin hüquq və azadlıqlarının müdafiə olunmasını, hüquq tətbiq edənin hərəkətlərinin proqnozlaşdırıla bilən olmasını çətinləşdirə və şəxsin qabaqcadan öz hüquqazidd əməlinin nəticəsini bilməsini şübhə altına ala bilər. Belə hal şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə və ya əksinə təqsirli şəxsin törətdiyi əmələ görə cəzasız qalmasına gətirib çıxara bilər. Eyni zamanda, bu şəxsin bir hüquqazidd əmələ görə iki dəfə məsuliyyətə cəlb olunmasına şərait yarada bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci (sübut lar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15-ci (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən hökmün qismən ləğv edilməsini və apellyasiya baxışının həmin hissədə yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət i ttihamçısının çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2nun barələrində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü “Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsinin Məhkum1 və Məhkum2ə verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməli, kassasiya protesti qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2nun barələrində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü “Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin Məhkum1 və Məhkum2ə verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilsin. Kassasiya protesti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-316/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-316/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver