Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-317/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Məhkumlar Məhkum2 və Məhkum1, Məhkum1 müdafiəçisi – “Mərkəz” Vəkil Bürosunun vəkili Abbasov Mehman Mais oğlunun işt irakları ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 Dursunəli oğlu barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.Məmmədov, hakimlər X.Səmədov və R.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1985-ci ildə Ağsu rayonunun Nüydü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ağsu rayonunun Nüydü kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib 09 il müddətə, CM-in 149.2.4 və 149.2.5-ci maddələri ilə təqsirli bilinib 07 il müddətə və CM-in 150.2.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 1980-cı ildə Ağsu rayonunun Nüydü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən,Ağsu rayonunun Nüydü kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X12 və X4 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər M.M.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü Məhkum2 və Məhkum1 münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum2 və Məhkum1 apellyasiya şikayətləri təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə onlara bəraət verilməsini xahiş etmişlər. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum2 və Məhkum1 təqsirli bilinib məhkum edilmişlər, ona görə ki, Məhkum2 xx xxxx 1994-cü il təvəllüdlü Ağsu rayonunun Nuran kənd tam orta məktəbində müəllimə işləyən Zərərçəkmiş şəxs evlənmək üçün oğurlamaq barədə özü və qardaşı Məhkum1 tərəfindən adam oğurluğunun icrasına cəlb edilmiş X4 və X12 ilə razılaşıb, yəni bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 2016-cı ilin aprel ayının 19-na keçən gecə qrupun üzvləri ilə Ağsu rayonunun Nüydü kəndində Məhkum1 evində toplaşıb, o rada səhər saatlarında Zərərçəkmiş şəxs işlədiyi məktəbin yaxınlığında iradəsi ziddinə oğurlanmasını müzakirə edib, əvvəlcən əldə etdikləri razılığa əsasən xx xxxxx 2016-cı il tarixdə, səhər saatlarında Məhkum1 idarə etdiyi Niva Chevrolet markalı, özü isə X4 idarə etdiyi VAZ-2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nüydü kəndinin ərazisində yenidən görüşərək planlaşdırdıqları adam oğurluğu zamanı qrup üzvlərinin hər birinin etməli olduqları hərəkətləri bir daha dəqiqləşdirərək, əvvəlcədən müəyyən etdikləri plana müvafiq olaraq Məhkum1 idarə etdiyi Niva Chevrolet markalı avtomaşınla, qrupun digər üzvləri isə X4 idarə etdiyi avtomaşınla Nuran kəndində Şabran rayonunda olduğunu, qızın valideynlərinin şikayət edəcəyi təqdirdə Zərərçəkmişi ailəsinə təhvil verməyəcəyini demişd ir. Sonradan Məhkum1 onların yanında Zərərçəkmiş valideynləri ilə danışmış və telefon danışığında Zərərçəkmişin artıq gəlinləri olduğunu və sonuncunun ailəsinin Məhkumlardan şikayətinin olacağı təqdirdə Zərərçəkmişin başını kəsib paketləyib ailəsinə göndərəcəyini bildirmişdir. Zərərçəkmişin qaçırılmasından sonra onların əsas məqsədi sonuncunu sağ-salamat tapıb ailəsinə təhvil vermək olmuşdur. Buna görə də, onlar Məhkumlara Zərərçəkmişi sağ-salamat təhvil vermələri üçün Məhkum2 ilə Zərərçəkmişin toyunu bəhanə edərək valideynlərinin şikayətinin olmayacağını bildirmişlər. Bundan sonra Məhkum1 onlarla razılaşmış və xx xxxxx 2016-cı il tarixdə polis şöbəsinə zəng vurub Zərərçəkmişi İsmayıllıya gətirdiklərini bildirmişdir. Bundan dərhal sonra Ağsu RPŞ-nın əməliyyat üzrə rəis müavini Zərərçəkmişi təhvil almaqdan ötrü İsmayıllı rayonuna getmiş və Məhkumların dayısı X27 evindən Zərərçəkmişi sağ-salamat götürüb ailəsinə təhvil vermişdir. Lakin Məhkum1 və Məhkum2 orada olmamış, qaçıb gizlənmişlər. Zərərçəkmişi ailəsinə təhvil verdikdən sonra onlara məlum olmuşdur ki, Məhkum2 getmiş, orada Məhkum1 müəyyən olunmuş plana görə qrupun digər üzvlərindən ayrılaraq adam oğurluğunun həyata keçirilməsi nəzərdə tutulan yerdə Nuran kənd tam orta məktəb binasının yaxınlığında avtomaşını saxlayıb, öz hərəkətlərini qrupun digər üzvlərinin hərəkətləri ilə uzlaşdırmaqla Zərərçəkmiş şəxs oğurlanması nəzərdə tutulan ərazidə müşahidə aparıb qrup üzvləri ilə birgə yaranmış şəraitin əlverişli olduğu nəticəsinə gəlinərək, ərazinin qardaşı Məhkum1 tam nəzarətində olması, hər hansı bir maneə yaranacağı təqd irdə qarşısının alınması üçün vaxtında məlumatlandırılacaqlarını və bunun qarşısını birgə alacaqlarını bilən qrupun digər üzvləri bundan istifadə edərək, X4 də öz növbəsində idarə etdiyi avtomaşını kənd məktəbinə yaxın ərazidə saxlayıb sükan arxasında gözləmiş, o, X12 birgə saat 11 radələrində avtomaşından düşüb yolun kənarı ilə məktəbə işə gedən Zərərçəkmiş şəxsna qarşı fiziki zor tətbiq etməklə əllərindən və ağzından tutub müqavimətini qıraraq Eldəniz İsgəndərovun idarə etdiyi VAZ-2106 markalı avtomaşının arxa oturacağına əyləşdirdikdən sonra, İsmayıllı rayonunun Bizlan kəndində yaşayan bibisi oğlu X13 məxsus, daha sonra sonuncunun anası Dürdanə Gözəlovaya məxsus evə gətirib bir müddət orada, həmin gün axşam saat 18 radələrində isə qardaşı Məhkum1la birgə Qəbələ rayonununda yaşayan valid eynlərinə təhvil vermək adı ilə Sarışını aldadaraq, iradəsinə zidd olaraq taksi kimi fəaliyyət göstərən Elvin Hümbətova məxsus Mercedes markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabirabad rayonunun Axıska kəndində yerləşən qardaşı Məhkum1 qayınatası Elman Əzimovun evinə aparıb bir gün orada, xx xxxxx 2016-cı il tarixdə axşam saatlarında zərərçəkmişi qardaşı Məhkum1la birgə oradan X16 Əzimzadənin idarə etdiyi QAZ-2910 markalı avtomaşınla həmin kənddə yaşayan Elman Əzimovun qohumu Ağaqardaş Xəlilovun evinə aparıb səhərədək, xx xxxxx 2016-cı il tarixdə, saat 11 radələrində istintaqa məlum olmayan VAZ-21011 markalı açıq rəngli avtomobillə Kürdəmir rayonunun Mehtili kəndinə apararaq iki gün müddətində Məhkum1 qohumu Laçın Məmmədovun ata evində və sonda xx xxxxx 2016-cı il tarixdə a xşam saatlarında istintaqa məlum olmayan avtomaşınla İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayan qohumu Telman Həşimovun evinə aparıb orada səhərədək məcburi saxlamaqla, qabaqcadan əlbir olan bir qrup şəxslə adam oğurlamışdır. Bundan başqa, o, adam oğurlamaq üçün əlbir olduğu qrup üzvləri ilə razılaşdırılmış ümumi niyyətdən kənara çıxıb xx xxxxx 2016-cı il tarixdə İsmayıllı rayonunun Bizlan kəndində yaşayan bibisi X3 evində Zərərçəkmiş şəxs ilə təbii və qeyri-cinsi əlaqədə olmaq üçün sonuncunu saat 15 radələrində həmin evin yataq otağına aparıb orada bu məqsədlə zərərçəkmişə yaxınlaşdıqda onun niyyətini başa düşən Zərərçəkmişin aktiv fiziki müqaviməti ilə rastlaşmasına baxmayaraq, daha da aqressivləşib Zərərçəkmiş şəxs əlindən düşərək sınmış şüşə qırıntısının sonuncunun ayağını kəsərək sağ ayağın beşinci barmağının bir ədəd kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət alaraq axmasına, yalvarışlarına məhəl qoymadan əynindəki paltarlarını, yəni qara rəngli yubkanı, pencəyi, köynəyi, “kapron kalqotqa”nı, maykanı, buskalteri və alt tumanını fiziki zor tətbiq edərək əynindən dartıb çıxarmış, qəsdən bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə ilə vurmaqla fiziki ağrılar yetirib cinsi orqanını əvvəl uşaqlıq yoluna, sonra arxa keçəcəyinə daxil edərək sonuncuya qızlıq pərdəsi tamlığının pozulması, arxa keçəcəyinin selikli qişasında qançır əmələ gəlməsi kimi xəsarətlər yetirib Zərərçəkmiş şəxsna qarşı zor tətbiq etməklə onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub xüsusi amansızlıqla zorlamış və Zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla seksu al xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, xx xxxxx 2016-cı il tarixdə Sabirabad rayonunun Axıska kəndində qardaşı Məhkum1 qayınatası X14 evində olarkən saat 14 radələrində iradəsinə zidd olaraq oğurladıqları Zərərçəkmiş şəxs zor tətbiq etməklə həmin evin yataq otağına salıb yuxarıda qeyd olunan əynindəki paltarları fiziki zor tətbiq etməklə soyunduraraq yalvarışlarına məhəl qoymadan müqavimətini qırıb bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə ilə vurub fiziki ağrılar yetirib sonuncu ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə xüsusi amansızlıqla təkrar zorlamış və zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə xüsusi amansızlıqla təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkum1 qardaşı Məhkum2 evlənmək üçün xx xxxx 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs oğurlamaq barədə özü və qardaşı Məhkum2 tərəfindən adam oğurluğunun icrasına cəlb edilmiş X4 və X12 ilə razılaşıb, yəni bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx xxxxx 2016-cı il tarixə keçən gecə qrup üzvləri ilə Ağsu rayonunun Nüydü kəndindəki evində toplaşıb, orada səhər saatlarında Zərərçəkmiş şəxs işlədiyi məktəbin yaxınlığında iradəsi ziddinə oğurlanmasını müzakirə edib, əvvəlcədən əldə etdikləri razılığa əsasən xx xxxxx 2016-cı il tarixdə səhər saatlarında özü idarə etdiyi Niva Chevrolet markalı, qardaşı Məhkum2, X12 və X4 isə sonuncunun idarə etdiyi VAZ-2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nüydü kəndinin ərazisində yenidən görüşərək planlaşdırdıqları adam oğurluğu z amanı qrup üzvlərinin hər birinin etməli olduqları hərəkətləri bir daha dəqiqləşdirərək, əvvəlcədən müəyyən etdikləri plana müvafiq olaraq o, idarə etdiyi Niva Chevrolet markalı avtomaşınla, qrupun digər üzvləri - Məhkum2, X12 və X4 isə sonuncunun idarə etdiyi avtomaşınla Nuran kəndinə getmiş, orada o, müəyyən olunmuş plana görə qrupun digər üzvlərindən ayrılaraq adam oğurluğunun həyata keçirilməsi nəzərdə tutulan yerdə, yəni Nuran kənd tam orta məktəb binasının yaxınlığında avtomaşını saxlayıb, öz hərəkətlərini qrupun digər üzvlərinin hərəkətləri ilə uzlaşdırmaqla, Zərərçəkmiş şəxs oğurlanması nəzərdə tutulan ərazidə müşahidə aparıb qrup üzvləri ilə birgə yaranmış şəraitin əlverişli olması nəticəsinə gələrək, ərazinin onun tam nəzarətində olduğunu, hər hansı bir maneə yaranacağı təqdirdə qarşısının alınması üçün vaxtında məlumatlandırılacaqlarını və bunun qarşısını birgə alacaqlarını bilən qrupun digər üzvləri bundan istifadə edərək, X4 da öz növbəsində idarə etdiyi avtomaşını kənd məktəbinə yaxın ərazidə saxlayıb sükan arxasında gözləmiş, Məhkum2 X12 birgə saat 11 radələrində avtomaşından düşüb yolun kənarı ilə məktəbə işə gedən Zərərçəkmiş şəxsna qarşı fiziki zor tətbiq etməklə əllərindən və ağzından tutub müqavimətini qıraraq onu X4 idarə etdiyi VAZ-2106 markalı avtomaşının arxa oturacağına əyləşdirdikdən sonra İsmayıllı rayonunun Bizlan kəndində yaşayan bibisi oğlu X13 məxsus evə, sonra isə sonuncunun elə həmin kənddə yaşayan anası X3ə məxsus evə aparıb bir müddət orada, həmin gün axşam saat 18 radələrində isə qardaşı Məhkum2la birgə Qəbələ rayonununda yaşayan valideyn lərinə təhvil vermək adı ilə Zərərçəkmişi aldadaraq, iradəsinə zidd olaraq onu taksi kimi fəaliyyət göstərən X25ə məxsus Mercedes markalı **VZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabirabad rayonunun Axıska kəndində yaşayan qaynatası X14 evinə aparıb 1 gün orada, xx xxxxx 2016-cı il tarixdə, axşam saatlarında Zərərçəkmişi qardaşı Məhkum2la birgə oradan X14 idarə etdiyi QAZ-2910 markalı avtomaşınla həmin kənddə yaşayan X14 qohumu X24 evinə aparıb səhərədək, xx xxxxx 2016-cı il tarixdə, saat 11 radələrində istintaqa məlum olmayan VAZ-21011 markalı açıq rəngli avtomobillə Kürdəmir rayonunun Mehtili kəndinə aparıb 2 gün ərzində qohumu X30un ata evində və sonda xx xxxxx 2016-cı il tarixdə axşam saatlarında istintaqa məlum olmayan avtomaşınla İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayan qo humu X28 evinə aparıb orada səhərədək məcburi saxlamaqla, qabaqcadan əlbir olan bir qrup şəxslə adam oğurlamışdır. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən qanunun aliliyi prinsipi pozulmuş, onlar, məhkəmələr tərəfindən sübutların mümkünlüyü, mənsubiyyəti və mötəbərliyinə məcmu halda qiymət verilmədən əsassız və qanunsuz olaraq məhkum edilmişlər. Məhkəmələr cinayət prosessual qanunvericiliyin tələblərini pozmuş, onun məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verdiyi şəxlərin dindirilməsindən əsassız olaraq imtina etmişlər. Bu şahidlər – X32, X33 və X34 zərərçəkmiş şəxsə qarşı onun tərəfindən zorakı hərəkətlər edilib-edilməməsini müəyyən etmə k məqsədilə dindirilməli olan şəxslərdir. Daha sonra ibtidai istintaq zamanı maddi sübutlar düzgün araşdırılmamış, düzgün müayinə edilməmişdir. Maddi sübutlarda olan alt paltarları ona məxsus deyildir, istintaq orqanı ona məxsus olmayan həmin alt paltarlarını Zərərçəkmiş paltarlarına sürtməklə belə bir rəy almışdır. Həmçinin, istintaq orqanı onun müxtəlif evlərdə olmuş guya Zərərçəkmiş ilə cinsi əlaqədə olmasını göstərmişdir. Halbuki, həmin yataq dəsti istintaq orqanı tərəfindən müayinə edilərək götürülməmişdir. Bu isə onu göstərir ki, istintaq orqanının bu işdə marağı olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2018-ci il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum1 k assasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş ittiham qondarma və uydurmadır. Belə ki, ibtidai istintaq orqanı və məhkəmələr tərəfindən sübutlara düzgün qiymət verilməmiş, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. İstintaq hərəkətlərinin aparılması zamanı kobud qanun pozuntularına yol verilmiş, ona və qardaşına qarşı müxtəlif fiziki və psixi zorakılıq tətbiq olunmaqla istintaq hərəkətləri aparılmışdır. Birinci instansiya məhkəməsinin hökmü iş üzrə vacib olan şahidlərin ifadələri əsasında deyil, ittiham aktında göstərilmiş halların köçürülməsi ilə çıxarılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2018-ci il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələb lərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumlar və Məhkum1 Dursunəli oğlunun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qər arından görünür ki, məhkumlar Məhkum2 və Məhkum1 verilmiş ittihamlar birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum2 və Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 həmin əməlləri Azərbaycan Respublikası CM-nin 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələri, Məhkum1 əməli isə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, b u cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərində göstərilən ittihamların onlarla heç bir əlaqəsinin olmaması, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq məhkum olunduqları, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, buna görə də, onlara bəraət verilməli olduğu iddia edilir. Məhkum2 və Məhkum1 onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətmələri kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillər və əməlin tövsifi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlay an mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Məhkum2 CM-in 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələri, Məhkum1 isə CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai araşdırma zamanı, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Bi rinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər Məhkum2 CMin 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələri, Məhkum1 isə CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməli düzgün tövsif olunmuş və onlar törətdiyi cinayətə görə cəza almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Məhkum2 və Məhkum1 qeyd olunan cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1, habelə onların müdafiəçiləri təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətmələrini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması). 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblər inə əməl edilərək, təqsirləndirilən şəxs Məhkum2 CM-in 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələri, Məhkum1 CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxslər Məhkum2 əməli CM-in 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələri, Məhkum1 əməli isə CM-in 144.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Onların cinayət məsuliyyətindən azad edilmələri, Məhkum2 və Məhkum1 bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası Məhkum2 zərərçəkmiş ş əxsi zorlamadığını bildirməsini vəziyyətinin yüngülləşdirilməsinə yönəlmiş inandırıcı və ağlabatan olmayan müdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirilir və mötəbər sübutlar kimi qəbul etmir. Təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisinin iş materiallarında Zərərçəkmiş şəxs könüllü qoşulub gəlməsinə dair yetərincə sübutların mövcud olması, Məhkum2 əməlində CM-in 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin olmaması, ona bu maddələrlə bəraət verilməli olması barədə apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci və apelyasiya instansiyası məhkəmələrində təqsirləndirilən şəxslər Bəhruz və Məhkum1lar törətdikləri cinayət əməllərini etiraf etməsələr də, ibtidai istintaq zama nı verdikləri ifadələr işdə olan digər sübutlarla qarşılıqlı əlaqədə təhlil edilərək qiymətləndirildikdə Məhkum2 ona qarşı irəli sürülən CM-in 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə heç bir şübhə qalmır. Məhkum2 və Məhkum1 məhkəmə istintaq zamanı Zərərçəkmişin öz istəyi ilə gəlməsi Məhkum2 ilə evlənmək istədiyini, ancaq Məhkum2 zərərçəkmiş şəxsin telefonunda intim yazışmalarını və video görüntülərini aşkar etdiyi üçün onunla evlənməkdən imtina etməsi və qohumlarına qaytarması barədə ifadələrinə gəlincə, məhkəmə kollegiyası bununla da razılaşa bilmir. Belə ki ibdidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum2 verdiyi ifadəsində göstərmişdir ki …mən isə qardaşım Məhkum1 qayınatasıgilə getdim. Daha sonra Məhkum1 ilə birl ikdə İsmayıllı rayonuna, oradan isə Ağsu rayonuna gəldim. xx xxxxx 2016-cı il tarixdə eşitdim ki, Zərərçəkmiş mənim barəmdə polisə şikayət edib. Ondan sonra mən qorxduğum üçün qaçıb gizlənməyə başladım. Mən öz qohum-əqrəbamı Zərərçəkmişgilə göndərib barışmağa və onunla ailə qurmağa çalışsam da Zərərçəkmiş mənimlə evlənməyəcəyini bildirirdi. Lakin xx xxx 2016-cı il tarixdə mən yenidən öz qohumlarımı Zərərçəkmiş göndərdim. Həmin vaxt Zərərçəkmiş mənimlə görüşmək istədiyini bildirdiyindən mən onlara getdim. Mən onlara çatanda Ağsu RPŞ-nin əməkdaşları məni tutdular. İbdidai istintaq zamanı, yəni, xx xxx 2016-cı il tarixdə təqsirləndirilən şəxs Məhkum2 anası X34 isə ifadəsində göstərmişdir ki…Mən sadalanan yerlərə Zərərçəkmiş və Məhkum2 ilə getmişəm ki, peşmançılıq olmasın, onları barışdırıb to ylarını edim. Ona görə də çalışırdım ki, Zərərçəkmişi razı salım ki, Məhkumlardan şikayət etməsin və onlar ailə qurub xoşbəxt yaşasınlar Bundan başqa şahid X10 ifadəsində demişdir ki...Ertəsi gün polis əməkdaşları gəlib qızı təhvil almış bundan sonra sonuncunun Məhkum2 və iki nəfər dostu tərəfindən zorla qaçırıldığı və Məhkum2 tərəfindən zorlandığı barədə ərizə yazdığını eşitmişdir. Daha sonra X34 onunla dəfələrlə danışmışdır ki, Zərərçəkmiş və ailəsi ilə danışsın ki, məsələni yoluna qoysun. X34 ona demişdir ki, gedib Zərərçəkmişin ailəsi ilə danışsın ki, elçi gedib qızlarını alsınlar. Lakin o, nə qədər cəhd etsə də, Zərərçəkmiş buna razı olmamış və Məhkum2 sonuncunu öz razılığı olmadan qaçırtdığını, eyni zamanda zorla cinsi əlaqədə olduğunu bildirmişdir. Məhkum2 dı qorxduğu üçün bir neçə gün qaçıb gizlənmiş, lakin sonradan polis əməkdaşları tərəfindən tutulmuşdur.. Göründüyü kimi, Zərərçəkmiş həm oğurlanan zaman, həm də qohumlarının yanına qaytarıldıqdan sonra Məhkum2 və onun ailəsi zərərçəkmiş şəxslə barışmaq, onu Məhkum2ə almaq üçün real addımlar atmış, valideynlərinin evinə qohum-əqraba göndərmiş, lakin o, təqsirləndirilən şəxs Məhkum2la ailə qurmaqdan qətiyyətlə imtina etmişdir. Belə olan halda, Məhkumların məhkəmə kollegiyasının iclasında göstərdiyi xüsusatların tamamilə əsassız və yalan olması müəyyən edilir. Bu həm də onunla inkar olunur ki, Məhkum2 zərərçəkmiş şəxsi “əxlaqsız hərəkətlərinə görə qaytarmışdırsa, onda nə üçün onlara qohum-əqraba göndərib onunla evlənmək istədiyini təkidlə israr etmişdir, işin bu halı bir daha onu təsdiq edir ki, zərərçəkmiş şəxs Zə rərçəkmişə məxsus mobil telefonda heç bir əxlaqsız video görüntü və ya yazı olmamışdır. Təqsirləndirilən şəxslərin bu ifadələri zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs Məhkum2la ailə qurmaqdan qətiyyətlə imtina etməsindən sonra Məhkumlar tərəfindən ona qarşı düşünülmüş əsassız iddialardır. Göründüyü kimi, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1lar ittiham olunduqları maddələrlə özlərini təqsirli bilməsələr də, onların və digər təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisənin hazırlanması, həyata keçirilməsi və s. halların ardıcıllıqla üst-üstə düşüb bir-birini tamamlaması, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrin qeyri-obyektiv və həqiqəti əks etdirməyən ifadə lər olması qənaətinə gəlməyə heç bir əsasın olmaması, sübutlar arasında heç bir ziddiyyət və uyğunsuzluğun yaranmaması onu göstərir ki, həmin sübutların mənbəyinin mötəbərliyinə və doğruluğuna heç bir şübhə yoxdur. Təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1lara bəraət verilməsi ilə bağlı apelyasiya şikayətlərində göstərilən xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmamışdır. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum2 əməlində CM-in 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələrinin, Məhkum1 isə əməlində CM-in 144.2.3-cü maddəsinin tərkibi vardır, apelyasiya şikayətlərinin təmin edilib onlara bəraət verilməsi üçün heç bir əsas yoxdur...” Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb m üəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum2 və Məhkum1 təqsirinin (ittihamının) təsdiq edilmədiyini və onlara bəraət verilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 və Məhkum1 təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (h əmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum2 və Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində göstərilən məhkumların əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onlara bəraət verilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin həmin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcə llənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövoud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlardan bir daha görünür ki, Məhkum2 və Məhkum1 Dursunəli oğlu yuxarıda qey d olunan cinayət əməllərini törətmişlər. Məhkum2 ittiham olunduğu CM-in 144.2.3, 149.2.4, 149.2.5, 150.2.4 və 150.2.5-ci maddələri ilə, Məhkum1 Dursunəli oğlunun ittiham olunduğu 144.2.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Məhkəmə kollegiyası digər təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisinin apelyasiya şikayətinin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında araşdırmanın qeyri-obyektiv aparılması, şahidlərin əksər hissəsinin, yəni X32, X33, X34 və digər şahidlərin dindirilməməsi barədə dəlillərini də əsaslı hesab etmir. Belə ki, X34 xx xxx 2016-cı ildə verdiyi ifadəsində göstərmişdir ki,...Bundan sonra mən Bizlana getdim. Orada gördüm ki, evdə X13, baldızım, Məhkum2, Məhkum1 və Zərərçəkmiş v ar. Mən Zərərçəkmişlə söhbət edən zaman razılığının olub-olmadığını soruşdum. Zərərçəkmiş mənə bildirdi ki. “Məhkum2 məni zorla qaçırıb, öz razılığım yoxdur".. Bundan başqa, Zərərçəkmiş şəxs, şahidlər X7, X13, X3, X14, X15, X10, X20 və X24 ifadələrindən də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs Məhkum2la öz razılığı ilə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs Məhkum2la könüllü getməsi müəyyən edilməmişdir. Məhkum2 kassasiya şikayətində göstərilmiş ibtidai araşdırma zamanı onlara işgəncələr verilməsi, təyin olunmuş müdafiəçilərin onların xeyrinə heç bir hərəkət etməmələri barədə göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarının İ cildinin 140-141-ci vərəqələrində olan müdafiəçinin təyin edilməsi barədə xx xxx 2016-cı il tarixli qərardan görünür ki, CM- in 144.2.3, 149.2.4 və 150.2.4-cü maddələri ilə haqqında şübhəli şəxsin tutulması qərar çıxarılmış şübhəli şəxs Məhkum2 hüquqlarını müdafiə etmək üçün fərdi fəaliyyət göstərən vəkil Abdulayev Əlisa Ələsən oğlu cinayət işi üzrə ona müdafiəçi təyin edilmiş və istintaqın sonrakı mərhələlərində də o, müdafiəçiyə malik olmuşdur. Bundan başqa Məhkum2 şübhəli şəxs qismində tutularkən və təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Ağsu rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə xx xxxxxxxx 2016-cı il tarixi şikayət ərizəsi əsasında göstərilən xüsusatların həqiqiliyinin yoxlanılması məqsədi ilə xx xxxxxx 2016-cı il tarixdə Ağsu rayon prokurorluğunun müstəntiqi X tərəfindən araşdırma aparıl mış və xx xxxxxx 2016-cı il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında (İV cild, i v 149-152) qərarla Məhkum2 şikayəti əsasında toplanmış 76C-16 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa kassasiya şikayətinin məhkəmə baxışı məhkəmə kollegiyası tərəfindən Məhkum2 dövlət hesabına müdafiəçi təyin edilməsi təklif edilmiş, lakin o bu hüququndan imtina etmişdir. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərini özünümüdafiə xarakterli, məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş dəlillər hesab edir. Şikayətlərdə cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxslər ə təyin olunmuş cəza məsələsinə də qiymət verərək qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum2 və Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, (cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir) habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum2 və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq h esab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum2 və Məhkum1 münasibətdə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum2 və Məhkum1 kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 və Məhkum1 kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərinə əsasən onlara münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-317/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-317/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver