Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-317/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306. 1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.Mirzəliyev) xx xxxxxx 1988-ci ildə Tərtər rayonu Bildirçinli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir, Yevlax rayonu Hürüşağı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il 6 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Məhkuma Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş yeni cəza ilə qismən birləşdirilərək üzərində qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum un xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Yevlax rayon MSY-da saxlandığı 2 gün və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı cəmi 29 gün CM-nin 68.1 və 69.3-cü maddəsinə əsasən 1 gün azadlıqdan məhrum etmə cəzası 2 gün azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulmaqla (1 ay 28 gün azadlığın məhdudlaşdırılması) ona təyin edilmiş 2 il azadlığın məhdudlaşlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 10 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkuma Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 il 8 ay 24 gün müddətində azadlıqdan məhrum etmə cəzası və CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş 2 il sınaq müddəti cəzası müstəqil icra edilməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Məhkumun 04.11.19-05.11.19 və 23.01.20-19.02.20-ci il tarixlərində həbsdə olduğu 29 gün müddət və xx.xx.2020-ci il tarixdən Mingəçevir ŞPŞ tərəfindən tutularaq bu günədək, yəni xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 16 gün müddət olmaqla ümumilikdə 45 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 1 (bir) il, 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 71.5-ci maddəsinə əsasən Məhkum barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmişdir. CM-in 67.1-ci maddəsinə əsasən Məhkuma Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyi n edilmiş və çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası, eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 4 (dörd) ay 5 (beş) gün CM-in 68.1.1-1-ci madəsinə əsasən 1 günə 2 gün hesablanmaqla 2 (iki) ay 2 (iki) gün müddət hazırki cəza ilə qismən birləşdirilmiş, üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmiş dir, ona görə ki, o, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş İbrahimin yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən etibarən hər ay 100 (bir yüz) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(039)3348/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019- cu il tarixədək şəxsi maraqları naminə cəmi 2100 (iki min bir yüz) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi tərəfindən ona təyin olunmuş cəza ilə razı deyildir. Belə ki, Zərərçəkmiş şəxsə olan 2100 manat borcun 1240 manatını ödəmişdir və bu barədə sənədlər iş materiallarına əlavə olunmuşdu r. Qalan borcu isə ödəməyə hazırdır. Törətdiyi əməldən peşiman olduğundan, onun əməli «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxx 2020-ci il tarixli Qanunun təsiri altına düşdüyündən, onun kassasiya şikayətinin təmin olunmasını barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən sax lanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qayda sında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020ci il tarixli qərarının qanunil iyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun kassas iya şikayətinin əməlinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxx 2020-ci il tarixli Qanunun təsiri altına düşdüyündən cinayət məsuliyyətindən azad edilməli olması ilə bağlı dəlili əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlili əsassızdır və təmin olunmamalır. xx xxxx 2020-ci ildə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxx 2020-ci il tarixli Qanunu ilə cinayət qanununa edilmiş dəyişikliyə əsasən CM-nin 306.1-ci maddəsinin Qeyd hissəsinə görə, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənə dək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkum xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş xxxxxx yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən etibarən hər ay 100 (bir yüz) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxsə ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxx 2018-ci il, xx x xxxxx 2019-cu il, xx xxxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsindəki hökm cəza hissəsində dəyişdirilmişdir. Barəsindəki Şəki Apellyasiya Məhkəməsinin qərarı elan oldunduğu andan, yəni xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CPM-nin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. İşə kassasiya məhkəməsində baxılanadək məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən Məhkum 1800 manat aliment pulun ödənilməsi barədə teleqram daxil olsa da, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsindəki qərar qəbul olunanadək onun Zərərçəkmiş şəxsə olan aliment borcunu tam ödəməsi ilə bağlı məhkəməyə məlumat daxil olmadığından apelyasiya məhkəməsi tamamilə haqlı olaraq onun cinayət məsuliyyətindən azad olunması barədə müvafiq qərar qəbul etməmişdir. Odur ki, Məhkum barəsindəki apellyasiya məhkəməsinin qərarı qanuni qüvvəsini aldığından, həmçinin aliment pulunun tamamilə ödənilməsi barədə məhkəməyə məlumat daxil olmadığından kassasiya şikayəti təmin edilməməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkuma təyin edilmiş cəza məsələsinə gəldikdə, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövc ud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum verilmiş kassasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 202 0-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı məhkum Əliyev Elmur Telman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-317/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-317/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver