Məhkəmə qərarları › İş №1(102)-317/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-317/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-317/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum2 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadə) 25 fevral 2022-ci il tarixli, 1(101)447/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü madd ələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq Məhkum2 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək, məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 məhkum edilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə Məhkum1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Araz” adlı ş əxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Araz” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçir dikləri külli miqdarda ümumi təmiz çəkisi 10623,566 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 1440 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 200 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 3360 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 200 ədəd narkotik vasitə metadonu istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Məhkum1 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən “Araz” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik va sitə heroinin külli miqdarda 58,830 qram çəkidə hissəsini Məhkum1 öz üzərində, külli miqdarda 74,736 qram çəkidə hissəsini Məhkum2 öz üzərində, qalan külli miqdarda 10490 qram heroini, külli miqdarda 1440 qram psixotrop maddə metamfetamini, külli miqdarda 200 qram narkotik vasitə tiryəki, külli miqdarda 200 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli dərman preparatlarını və külli miqdarda 3360 qram narkotik vasitə qurudulmuş marixuananı Məhkum1 idarə etdiyi “Hundai Sonata” markalı, 99- HV-038 qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsində Məhkum2 ilə birlikdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbi ri nəticəsində Məhkum2 və Məhkum1 26 avqust 2021-ci il tarixdə 10:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq sonuncunun idarə etdiyi “Hundai Sonata” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə BNMİ-yə gətirilmiş və orada Məhkum1 üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 58,830 qram, Məhkum2 üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli qısa şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 74,736 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 26 avqust 2021-ci il tarixdə saat 13:00dan etibarən Əİi Mirzəyevin və Məhkum1 öz könüllü razılıqları və birlikdə iştirakları il ə sonuncunun idarə etdiyi “Hundai Sonata” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin sağ arxa oturacağında olan üç ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1440 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, on ədəd bükümdə külli miqdarda təmiz çəkisi 10490 qram həm öz aralarında, həm də Məhkum2 və Məhkum1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 200 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan üzərində “Methado ne” markalanma göstəricisi olan 20 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd olmaqla ümumi 200 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən metadon tərkibli dərman preparatları və üç ədəd polietilen bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1180 qram, 800 qram və 1380 qram olmaqla ümumi çəkisi 3360 olan qram tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və Ruhiyyə Əsgərova) 02 iyun 2022-ci il tarixli, 1(105)-246/2022 nömrəli qərarı ilə Bakı Ağır C inayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum2 hökmə əsasən CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki qərara əsasən ona CM-in 32.5,206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla onun üzərində qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qis mən təmin edilmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarı ləğv edilməsi və ona CM-in 32.5,206.2-ci maddəsi üzrə bəraət verilməsi, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə sanksiyada nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Əli Mirzəvevə narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamla (qaçaqmalçılıqla bağlı) bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmiş və məhkəm ədə də belə hal müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Əli Mirzəvevə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külü miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və digər narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etməsi, saxlaması və daşıması nəticəsinə gəlsə də səlahiyyətli dövlət orqanı tərəfindən ona ümumvətəndaş pasportu verilib verilməməsi, verildiyi halda onu n Azərbaycan Respublikasının hüdudlarını tərk edib etməməsi, etdiyi halda onun səfər etdiyi ölkələr arasında İran İslam Respublikasının olub-olmamasını, habelə xarici ölkə və ya ölkələrə səfər etdiyi halda onun kiminlə hərəkət etməsini, bundan başqa hüquqlarını müdafiə etdiyim şəxsə qaçmalçılıq cinayətini törətməsi barədə ittiham verilsə də, ittihamda qeyd olunan narkotik vasitələri dövlət sərhədinin hansı hissəsindən nə vaxt və harada keçirməsi istintaq orqanı tərəfindən müəyyən edilməmiş, təbii ki, məhkəmə istintaqı zamanı da bu xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırmamış, beləliklə də onun bu cinayəti törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən hər bir cinayət işi üzrə cinayət əməlinin törədildiyi vaxt və yer dəqiq müəyyən edil məli və qeyd edilən məsələ sübutlar əsasında təsdiq edilməlidir. Bundan başqa, istintaq orqanı və məhkəmə Məhkum2 İran İslam Respublikasının vətəndaşı “Araz" adlı şəxslə və qeyrisi ilə qabaqcadan əlbir qrup şəxs halında hərəkət etməsi (cinayət törətməsi) nəticəsinə gəlsə də. “Araz” adlı şəxsin həqiqətdə mövcud olub- olmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olub-olmasını ümumiyyətlə araşdırmamış və bu hissədə yalnız təqsirləndirilən şəxsin ifadəsinə (qabaqcadan hazırlanıb imzaladılmış) əsaslanmışdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərdən aşkar olunaraq götürülmüş və maddi sübut hesab olunan narkotik vasitələrin əldə olunma mənbəyi dəqiq müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Məhkum2 istintaq zamanı verdiyi ifadəsindən isə görünür ki, o, özünü yalnız saxlanılarkən üzərindən aşkar olaraq götürülmüş narkotik vasitə ilə bağlı təqsirli bilmiş, digər narkotik vasitələrin haradan əldə olunması, saxlanılması ilə bağlı özünü təsirli bilməmişdir. İş materiallarında da hüquqlarını müdafiə etdiyim Məhkum2 narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində iştirakını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Göründüyü kimi hüquqlarını müdafiə etdiyim şəxs sadəcə olaraq narkotik vasitə istifadəçisi olmuşdur. Bundan başqa, iş üzrə məhkəmə iclasında ifadə vermiş şahidlər narkotik vasitənin İran İslam Respublikasından ölkə ərazisinə keçirilməsində Məhkum2 iştirak etdiyini bildirməmişlər. Ümumiyyətlə narkotik vasitənin xarici ölkədən gətirilməsinə dair heç b ir sübut mövcud deyil. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən tam ədalətsiz şəkildə Məhkum2 cəza təyin olunmuşdur. Hüquqlarını müdafiə etdiyim şəxsin himayəsində azayaşlı, xəstə övladının, Türkiyə Respublikasında keçirdiyi avtoqəzada sağ ayağından xəsarət alaraq sağ ayağının omba hissəsindən topuğa qədər mil olmasını, kəllə-beyin travması alması və himayəsində 3-cü qrup əlil bacısının olmasını nəzərə almayaraq cəza vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin dəlilləri Məhkum2 əməlində qaçaqmalçılıq əməlinin, yəni əməlində Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsinin tərkibinin olmaması, həmçinin təqsirli bilindiyi CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, məhk umun şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin edilməsi ilə əlaqədardır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum2 elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma ilə bağlı ittiham, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirmişdir. Həmin sübutların mötəbərliyini şübhə altına a lan hər hansı bir xüsusat müəyyən edilməmişdir. Kassasiya şikayətində məhkumun əməlinin CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməsi mübahisələndirilmir. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərdən keçirib həmin sübutlar əsasında müəyyən edilmiş işin hallarını nəzərə alaraq kassasiya şikayətinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yanaşı CM-in 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsinin əsassız olması barədə dəlili ilə aşağıda göstərilən əsaslara görə razılaşmır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə c inayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş s trateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malla rın və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci ma ddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxs in bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Yuxarıda qeyd edilən qanun normalarından və Ali Məhkəmənin Plenumunun qərarında verilmiş izahlardan görünür ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun digər şəxsə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin gətirilməsində köməklik göstərməsi müəyyən edilməli, onlar arasında bu barədə razılaşma (əlbirlik) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsindən əvvəl baş tutmalıdır. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadələrində həm Məhkum2, həm də cinayət işi üzrə d igər təqsirləndirilən şəxs Məhkum1 göstərmişlər ki, onlar pul qazanmaq üçün qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının Araz adlı vətəndaşı ilə razılığa gəlmişlər ki, sonuncu İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə narkotik vasitələri göndərəcək, onlar həmin narkotik vasitələri götürüb Arazın dediyi yerə qoyacaqlar. Bunun müqabilində Araz onlara pul verəcəkdir. 25 avqust 2021-c il tarixdə onlar Arazın göndərdiyi narkotik vasitələri götürüb Mehranın idarə etdiyi avtomaşında saxlamışlar. Arazın deyəcəyi yerə qoymaq üçün həmin narkotik vasitələrdən hərəsi bir büküm götürüb üzərində saxlamışlar. 26 avqust 2021-ci il tarixdə onlar Abşeron rayonu Xırdalan şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış və üzlərində və avtomobildə o lan narkotik vasitələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələr cinayət işi üzrə digər sübutlarla təsdiq olduğundan məhkəmələr əsaslı olaraq həmin ifadələri düzgün və həqiqətə uyğun kimi qiymətləndirmişdir. Beləliklə, cinayət işinin sübutları ilə müəyyən edilmişdir ki, Məhkum2 digər təqsirləndirilən şəxslə əlbir olub İİR-in vətəndaşı olan Araz adlı şəxslə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilənədək əlbir olmuş və sonuncuya satılması üçün qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş narkotik vasitələri qəbul edərək saxlamağı və daşımağı vəd etmiş və verilmiş vədlərə uyğun hərəkətlər etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, a pellyasiya instansiyası məhkəməsi Məhkum2 qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələri gətirən şəxsə vəd verib onları qəbul etməsi və verilmiş vədlərə uyğun hərəkətlərin edilməsi, yəni qaçaqmalçılıq əməlinin törədilməsinə köməklik göstərməsi təsdiq olunmuşdur. Məhkum2 əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı həmin Məcəllənin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmələr bu nəticəyə gələrək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında verilmiş tövsiyələrə əsasən cinayət işinin hallarını düzgün qiymətləndirmişlər. Məhkəmə kollegiyası Məhkum2 əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum2 əməli CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və məhkumun əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin faktiki hallarına uyğun olmuşdur. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət-prosessual normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.2ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Od ur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Müdafiəçi3 kassasiya şikayətinin daha bir digər dəlili məhkəmələr tərəfindən Məhkum2 təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Resp ublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, ha belə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında g östərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən onun əməlini səmimi etiraf etməsini və peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını və xəstəliyini nəzərə alaraq, ona CM-in 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkum2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qanunsuz əldə edilmiş və saxlanmış narkotik vasitələrin və psixotrop maddələrinin miqdarı baxımından Məhkum2 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin cəzanın açıq-aşkar ədalətsiz və sərt olması barədə dəlillə razılaşmaq olmur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 barəsind ə qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarı Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar