Məhkəmə qərarları › İş №1(102)-317/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-317/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-317/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) 1(076)-5/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1972-ci ildə xxxx şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 28 aprel 2022-ci il tarixdən 28 iyul 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) ay, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2022-ci ilin aprel ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə xxxx şəhəri, xxxx küçəsindən bir bükümdə, 1,654 çəkidə narkotik vasitə olan heroini tapıb, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı evə daşımış, həmin narkotik vasitə olan heroindən 0,5 79 qramını 27 aprel 2022-ci il tarixdə, saat 23 radələrində xxxx rayonu xxxx küçəsində Təqsirləndirilən şəxs 30 manat məbləğində pulun qarşılığında satmış və həmin tarixdə, saat 02 radələrində xxxx rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəmkir şəhəri, xxxx prospektində saxlanaraq xxxx rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü falqaya bükülmüş tərkibinə və xassəsinə görə Təqsirləndirilən şəxs üzərindən baxış keçirilərək götürülmüş narkotik maddə olan heroinlə eyni olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış, təmiz çəkisi 1,075 qram çəkidə narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Nural Əliyev) 31 may 2023-cü il tarixli, 1(104)-223/2023 nömrəli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 24 yanvar 2023cü il tarixli, 1(076)-5/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini və ona Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdir ki, ona təyin olunmuş cəza həddi ədalətsiz və qanunsuzdur. Belə ki, ona təyin olunmuş cəza onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. O, həmçinin ibtidai istintaq zamanı onun şərəf və ləyaqətinin alcaldılması və işgəncələrə məruz qaldığını bildirir. O, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi və barəsində CM-in 70-ci maddənin tətbiq edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və təyin olunmuş cəzanın ona şərti olaraq tətbiq edilməsi ilə bağlıdır. Ci nayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarak terini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməli dir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi zərurət olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən yuxarıda göstərilən qa nun normalarının tələblərini, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenum qərarlarının tövsiyələrini nəzərə almış və məhkuma ədalətli və cəza məqsədlərinə cavab verən cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar