Məhkəmə qərarları › İş №1(102)-317/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-317/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-317/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 17 8.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 1(107)-402/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1979-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla tutulana qədər həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X7 cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, X1 Müşfi q Məmməd oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs3 ilə tanış olduqdan sonra sonuncuya direktor olduğu "xxxx" MMC-yə X10 İcraiyyə Komitəsinin balansına verilmiş və hazırda balıqçılıq təsərrüfatı yaradılmış 10,61 ha torpaq sahəsinə istifadə hüququnu təsdiq edən çıxarış verilməsi öhdəliyinin DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını və bu yolla da həmin torpaq sahəsinə istifadə hüququnu təsdiq edən çıxarış alacağını Zərərçəkmiş şə xs3 vəd verib onu aldatmaqla, 2018-ci ilin yay aylarında istintaqla müəyyən edilməmiş vaxtda Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Şahid3 işlətdiyi “Saphir” adlanan qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında ilkin olaraq 2500 manat, sonradan isə həmin ərəfədə qısa fasilələrlə Mingəçevir şəhərində müxtəlif ünvanlarda 2000 manat, 500 manat və 2019-cu ilin fevral ayında 1500 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus 6500 manat məbləğdə pulunu alıb ələ keçirərək, ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 istifadəsində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 4 sot torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmə öhdəliyinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını və bu yolla da həmin torpaq sahəsinə çıxarış alacağını Zərərçəkmiş şəxs2 vəd verib onu aldadaraq, 2020-ci ilin sentyabr ayında Şəki şəhəri, Kiş yolunda yerləşən “Soyuqbulaq” kafesində 15000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

4. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs inə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilərək əlilliyin etibarsız hesab edildiyi tarixdən yenidən təyin edilməsi və əlilliyin etibarsız hesab edildiyi vaxtdan hazırki vaxtadək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını vəd edib onu aldadaraq, 2022-ci ilin yanvar ayının əvvəllərində Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 5000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

5. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilərək, həmin tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olacağını vəd edib onu aldadaraq, Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdmanŞahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 2022-ci ilin yanvar ayı ərzində 1500 manat, 1000 manat və 1500 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4000 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

6. Bundan başqa, Məhkum özgənin ə mlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 “Müharibə veteranı” adı və vəsiqəsini düzəltdirəcəyini vəd edib aldadaraq, bu məqsədlə 2022-ci ilin fevral ayının ortalarında özünün təqdim etdiyi bankomat katına göndərilmiş 2500 manat pulu, 2022-ci ilin iyul ayının ortalarında isə ünvan 3 ünvanında yerləşən Şəki Məhkəmə Kompleksinin qarşısında 1500 manat pulu, yəni cəmi 4000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

7. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Qəbələ rayonunda yerləşən Əmirvan kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib onu aldadaraq, 18 avqust 2022-ci il tarixdə Şəki şəhəri, Sülh küçəsi ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində yerləşən ofisində 6000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

8. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 mülki iddiası əsasında Şəki Apellyasiya Məhkəməsində baxılan iş üzrə JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin öz təsir imkanlarından istifadə edərək etibarsız hesab edilməsi barədə qətnamə çıxardacağını vəd edib aldadaraq, bu məqsədlə 2022-ci ilin aprel ayının axırlarında Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdmanŞahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 3000 manat, 2022-ci ilin sentyabr ayının əvvəllərində Şəki şəhərində yerləşən “Qafqaz” kafesində 1000 manat və öz adına olan “Rabitəbank”-a məxsus karta göndərilmiş 500 manat pulu alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 4500 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

9. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 övladı Emin Rəfizadə üçün İİ qrup əlillik düzəldəcəyini vəd edib aldadaraq, 09 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Şəki Məhkəmə Kompleksinin inzi bati binasında 7000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

10. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 mülki iddiası əsasında Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, 2(107)799/2022 saylı qətnamənin öz təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Ali Məhkəməsində qüvvədə saxlatdıracağını vəd edib aldadaraq 2022-ci ilin noyabr ayında Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdmanŞahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 3200 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

11. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə iddiaçı Zərərçəkmiş şəxs12 cavabdeh X6 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış üzrə qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Şəki Rayon Məhkəməsində baxılan iş üzrə iddiaçının xeyrinə qətnamənin çıxarılmasına nail olacağını Zərərçəkmiş şəxs12 vəd edib onu aldadaraq 2023-cü ilin mart ayının əvvəllərində Şəki şəhərində yerləşən köhnə “Qax” dayanacağının yaxınlığında avtomobil təmiri sexində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

12. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmi ş şəxs11 övladı Zaur İsmayılov ilə X9 arasında olan mülki mübahisə əsasında Şəki Apellyasiya Məhkəməsində baxılan iş üzrə Zaur İsmayılovun lehinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib aldadaraq 11 aprel 2023-cü il tarixdə saat 1622 radələrində öz adına olan **********370107 nömrəli “Rabitəbank”-a məxsus karta ünvan 6 ünvanında yerləşən “5+1” adlı marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərilmiş 3000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

13. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Yevlax şəhəri, Nizami prospekti 2A ünvanında yerləşən 7,0 ha torpaq sahəsində inşa olunmuş Toxum zavoduna məxsus tikililərin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və iddiaçı “X21” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Balakən şəhəri, Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem zavoduna məxsus tikililərin və torpağın üzərində torpağın və üzərindəki tikililərin ölçülərinin əks olunduğu müvafiq lahiyə və eskiz sənədlərdə göstərilən ölçülərə uyğun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi əsasında Şəki İnzibati Məhkəməsində baxılan işlər üzrə iddiaçıların xeyrinə qətnamələrin çıxarılmasına nail olacağını Zərərçəkmiş şəxs10 vəd edib onu aldadaraq 17 aprel 2023-cü il tarixdə saat 1430 radələrində 409809xxxxxx7796 nömrəli “Leobank”a məxsus bankomat kartına göndərilmiş 500 manat pulu, öz adına olan **********370107 nömrəli “Rabitəbank”-a məxsus karta ünvan 9 ünvanında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə həmin tarixdə saat 1817 -də göndərilmiş 5000 manat pulu və saat 1821 -də göndərilmiş 1500 manat pulu alı b, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi, 7000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

14. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 mülki iddiası əsasında Şəki Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023- cü il tarixli e-2(075)-254/2023 nömrəli qətnamədən apellyasiya şikayəti verəcəyini və Şəki Apellyasiya Məhkəməsində sonuncunun xeyrinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib onu aldadaraq 2023-cü ilin may ayının əvvəllərində Şəki şəhərində yerləşən köhnə “Qax” dayanacağının yaxınlığında avtomobil təmiri sexində 6000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq e tmişdir.

15. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan iş üzrə JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin öz təsir imkanlarından istifadə edərək etibarsız hesab edilməsi barədə qətnamə çıxardacağını vəd edib aldadaraq, 3 iyun 2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs1 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

16. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 əlilliyin verilməsi, birdəfəlik kompensasiyanın və sığortanın alınması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edəcəyini və sonuncunun lehinə qətnamənin çıxarılmasına nail olacağını vəd edib aldadaraq 5 iyul 2023-cü il tarixdə Şəki şəhərində yerləşən Şəki avtovağzalının qarşısında 3400 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir.

17. Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim: X15) 06 avqust 2024-cü il tarixli, 1(075)-49/2024 nömrəli hökmü ilə Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum şübhəli şəxs kimi tutulub həbsdə saxlandığı 3 günün cəza çəkmə müddətinə hesablanmaqla təyin edilmiş cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəza çəkməsinin başlanğıcının 28 oktyabr 2023-cü ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

18. Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim: X15) 06 avqust 2024-cü il tarixli, 1(075)-49/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə olan cinayət işi üzrə 2022-ci ilin yanvar ayının əvvə llərində Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər UşaqGənclər İdman-Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 5000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 maddi ziyan vuraraq dələduzluq etməsi, 2022-ci ilin yanvar ayı ərzində Şəki şəhəri, Calğalı bulaq küçəsindəki Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binasının yerləşdiyi ofisdə 1500 manat, 1000 manat və 1500 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4000 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq dələduzluq etməsi, 2022-ci ilin fevral ayının ortalarında təqdim etdiyi bankomat katına göndərilmiş 2500 manat pulu, 2022-ci ilin iyul ayının ortalarında isə ünvan 3 ünvanında yerləşən binanın qarşısında 1500 manat pulu, yəni cəmi 4000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq dələduzluq etməsi epizodları ilə bağlı cinayət təqibinə CM-in 75.1-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.

19. Həmin hökmdən məhkum olunmuş Məhkum və onun müdafiəçisi apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 1(075)-49/2024 nömrəli hökmünün dəyişdirilməsini və məhkum barəsində daha az cəzanın təyin edilməsini xahiş etmişdir.

20. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət məhkəmə tərkibində) 19 sentyabr 2024-cü il tarixli, 1(107)402/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum C M-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 1(075)-49/2024 nömrəli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 1(107)-402/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin dəlilləri və etirazlar:

22. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində məhkumun barəsində olan müvafiq hallar (himayəsində bir azyaşlı övladının olması, övladının birinin tələbə olması, ailəsinin yeganə qazanc gətirəni olması, zərərçəkmiş şəxslər in onun barəsində daha yüngül cəza təyin edilməsinə etirazının olmaması və.s) sadalanaraq, məhkəmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 1(107)-402/2024 nömrəli qərarını dəyişdirərək, barəsində daha yüngül cəza, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz verilməmişdir.

24. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

25. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyas ından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

26. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

27. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

28. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını is ə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

29. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

30. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sent yabr 2024-cü il tarixli, 1(107)-402/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

31. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

32. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edil ir.

33. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

34. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

35. Cəzanı ağırlaşdıran halların tam siyahısı C M-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

36. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

37. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranış ı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

38. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir g östərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

39. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edili r.

40. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Şəki Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 1(075)-49/2024 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

41. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərb aycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (dəymiş zərəri qismən ödəməsi, himayəsində azyaşlı uşağının olması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməs inin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

42. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

43. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətind ə gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiy ası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

45. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəsinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

46. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 1(107)-402/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 1(107)-402/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar