Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-318/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, Məhkum iştirakları ilə, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Resp ublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 20019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.İ. Qarayev ) Məhkum- xx.xx.1991-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ü1 yaşayan və orada qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və cəzasını çəkməmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə ə sasən Məhkum Qax rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmünə əsasən CM-nin 185.2.1-ci maddəsi ilə üzərində qəti olaraq saxlanılmış 02(iki) il 01(bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə ləğv edilmiş CM-nin 67.1-ci maddəsinə əsasən ona Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən təyin edilmiş və onun tərəfindən çəkilməmiş 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin xx.xx.2018-ci il tarixdən hesa blanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, tanışı X2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib Qax şəhər sakini Zərərçəkmiş şəxs məxsus ü2-da yerləşən həyət evinə qanunsuz daxil olaraq evin yataq otağındakı sandığın içərisindən 3000 manat pul, 1 ədəd 585 əyyarlı 5 qramlıq dəyəri 300 manat olan qızıl medalyon, iki ədəd hər biri 25 manat olmaqla ümum dəyəri 50 manat olan uzunqol kişi köynəyi, bir ədəd 30 manat dəyərində suvenir xəncər, 1 cüt ümumi dəyəri 20 manat olan boks əlcəyi, bir ədəd 50 manat dəyərində “İJ-58” markalı tir tapancası və bir ədəd 30 manat dəyərində üzərində “Disha” yazıları olan tibbi təy ziq aparatını gizli yolla talayaraq sonuncuya ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər:A.M.Eyvazov (sədrlik edən və məruzəçi), İ.H.Şükürov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxxx 20019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 20019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini, əməlinin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsa slandırmışdır ki, onların Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları əşyaların dəyəri cəmi 95 manat olduğu halda elan edilmiş ittihamda 3480 manat göstərilmişdir. Ona görə də onun əməli CM-nin 177.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqin in düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxl ayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları əşyaların dəyərinin cəmi 95 manat olduğu halda elan edilmiş ittihamda 3480 manat göstərildiyindən onun cinayət əməlinin CM-nin 177.1-ci maddəsinə tövsif edilməli olmasını göstərmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum həm ibtidai istintaqda və həm də məhkəmə iclasında elan edilmiş ittihamla özünü tam təqsirli bilsə də zərərçəkmiş şəxsin mənzilindən 3000 manat pul oğurlamadıqlarını göstəmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasındakı ifadəsində Məhkum göstərmişdir ki, evdən oğurladıqları əşyaları bölüşdürərkən köhnə qəpik və kağız pullar, 1 ədəd medal və təzyiq ölçən aparat onun özündə, tir tapancası, suvenir xəncər, bir cüt bo ks əlcəyi isə İmedada qalmışdır. Ancaq evdən 3000 manat pul tapmamış və həmin məbləğdə pulu oğurlamamışlar. xx.xx.2018-ci il tarixdə evdə olan zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, şöbədə törətdiyi cinayət əməlini etiraf etmişdir. Lakin, onunla birlikdə cinayət törətmiş və məhkum edilmiş X4 məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, evin ikinci mərtəbəsindəki otaqları, həmçinin yük yerlərini, sandığı, yataqların üstündəki yorğan-döşəyi axtarmış, otaqların birində olan iki ədəd uzunqol kişi köynəyi, yataq otağındakı şifonerdən isə tir tapancası, təzyiq ölçən aparat və balaca tumbanın gözlüyündən köhnə qəpik və 3000 manat pulu, 1 ədəd qızıl medalyonu, həmin otaqdakı şifonerin üstündəki suvenir xəncəri oğurlamışlar. Bundan sonra hər ikisi həyətə düşmüş, evin altındakı s tolun üstündən bir cüt boks əlcəyini götürüb yenidən nərdivanla evə qalxaraq pəncərədən, Səbuhi isə həyətdən küçəyə çıxaraq evi tərk etmişlər. Bundan sonra oğurladıqları əşyaları bölüşdürmüş, köhnə qəpik və kağız pullar, 1 ədəd medal və təzyiq ölçən aparat Səbuhidə, tir tapancası, suvenir xəncər, bir cüt boks əlcəyi isə onda qalmışdır. 3000 manat pulu da aralarında bölmüşlər. Göstərilən ifadələrlə, zərərçəkmiş şəxsin ifadəsi ilə və cinayət işinin materiallarında Azərbaycan Respublikası CPM-nin 143-156-cı maddələrinə müvaviq toplanıb tədqiq edilmiş digər sübutların məcmusu ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri tam sübut olunmuş və düzgün tövsif edilmişdir. Birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən Məhku m cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilməli olması barədə dəlilləri tam, hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmişdir. Ona görə də məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 20019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərba ycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 20019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-318/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-318/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver