Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-318/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Sirius” Vəkil Bürosunun vəkili Əliyev Sübhan Fərmayıl oğlunun iştirakları ilə 13 avqust 1981-ci ildə Qusar rayonunun Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, Qusar rayonunun Yasab kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 222.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum və onun müdafiəçisi, “Sirius” Vəkil Bürosunun vəkili Əliyev Sübhan Fərmayıl oğlu ilə birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə (hakim S.A.Səmədzadə) Məhkum - Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri, habelə dövlət tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və V.C.Cəfərov) apellyasiya şikayətləri və apelyasiya protesti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökm ü dəyişdirilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2022ci il tarixli hökmü ilə Məhkum CM-in 222.3-cü maddəsi ilə təyin edilmiş əsas cəza, yəni 5 (beş) il 1 (bir) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) ayadək endirilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: Hökmə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi dövr ərzində həmin müəssisənin fəaliyyətinə rəhbərlik etməklə Xaçmaz şəhəri, H.Əliyev prospekti, 1c ünvanında ye rləşən Xaçmaz Yaşayış Kompleksinin tikinti meydançasında “Potain” markalı qülləli kranın quraşdırılması üçün layihə və texniki şərtlər tərtib etməməklə, kranın quraşdırma işlərinin düzgün və təhlükəsiz aparılmasına nəzarəti həyata keçirməməklə, həmin kranın quraşdırılmasını müvafiq peşə hazırlığı və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə attestasiyadan keçməyən fəhlə X4 tapşırmaqla “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 2.81.1-ci bəndinə əsasən binalarda, açıq meydançalarda və digər istehsalat sahələrində kran layihəyə, bu Qaydalara və müvafiq normativ sənədlərə uyğun qurulmalı, 3.2.2-ci bəndinə əsasən kranın yenidən qurulması və təmiri, istehsalçı müəssisə və ya ixtisaslaşdırılmış təşkilat tərəfindən hazırlanmış layihə və texniki şərtlər əsası nda yerinə yetirilməli, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29-cu bəndinə əsasən tikinti-quraşdırma (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarının texnoloji ardıcıllığı üzrə əvvəlki əməliyyat, sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı istehsalat təhlükəsi mənbəyi olmasını nəzərdə tutmalı,2.26-cı bəndinə əsasən 1.3 metrdən artıq hündürlükdə və hündürlük dəyişkəni sərhəddindən 2 metrdən az məsafədə yerləşən iş yerləri və onlara gedən keçid yolları çəpərlənməli, çəpərlənmək mümkün olmadığı halda bu hündürlükdə görülən işlər 12.4.059-78 DÜST-nin tələblərinə cavab verən qoruyucu kəmərdən istifadə olunması ilə yerinə yetirilməli, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci b əndinin a) bəndinə əsasən hər bir fəhlənin təyin olunmuş ixtisas və dərəcəsi üzrə öz iş yerində və ona təhkim olunmuş maşın, avadanlıqda işləməsini təşkil etməli, b) bəndinə əsasən təşkilat, idarə, müəssisə rəhbərliyi tərəfindən iş yerində sağlam və təhlükəsizlik şərait yaradılmalı,maşın və avadanlıqların texniki saz vəziyyəti təmin edilməli, d) bəndinə əsasən əmək və istehsalat intizamını möhkəmləndirməli, k) bəndinə əsasən işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili, “Ümumi tələblər” 12.0.00479 saylı DÜST-nin 1.3-cü bəndinə əsasən müəssisə rəhbəri bütün müəssisə üzrə təlimin ümumi təşkili və rəhbərliyini həyata keçirməli, 2.5-ci bəndinə əsasən təlim alanın əməyin mü hafizəsi üzrə bilikləri təyin olunmuş qaydada ixtisas komissiyası tərəfindən imtahan keçirilməklə yoxlanılmalı, 3.10-cu bəndinə əsasən bütün fəhlələr iş yerində ilkin təlimatlandırmadan və biliyinin yoxlanılmasından sonra, işin xarakterindən asılı olaraq, bir neçə növbə işləri usta və ya briqadirin nəzarəti altında yerinə yetirməli, yalnız bundan sonra onların müstəqil işə buraxılması qanuniləşdirilməli olduğu halda qeyd olunan qaydalara riayət etməyib Kamran Cəfərovun 19 iyun 2021-ci il tarixdə saat 13 radələrində “Potain” markalı qülləli kranın seksiyalarının quraşdırılması işi ilə məşğul olarkən krandan beton səthin üzərinə yıxılıb “baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə əsası sümüyünün sınığı, sol bud sümüyünün açıq sınığı” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, “alt çənə sümüyünün, sağ tərəf İV qabırğanın, sağ saidin, sol dirsək və mil-bilək oynaqlarının sınıqları” kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, “sol qaş, alt çənə, döş qəfəsi, sol said, sol bud nahiyələrinin əzilmiş yaraları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və “sol diz nahiyəsinin sıyrığı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər alaraq ehtiyatsızlıqdan ölməsinə, yəni tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və ya bu obyektdə sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan Kamran Cəfərovun ölümünə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Protestdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı yüngülləşdirərkən törədilən cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə səbəbi və şəraitini, cinayətin nəticələrini nəzərə almamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və onun müdafiəçisi ilə birgə verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin a pelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, apellyasiya instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verilmiş və Şahid1 əməlini CM-in “Əmək mühafizəsi qaydalarının pozulması”na görə məsuliyyət nəzərdə tutan 162-ci maddəsi ilə tövsif etməli olduğu halda, CM-in “Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma”ya görə məsuliyyət nəzərdə tutan 222-ci maddəsi ilə tövsif etmişdir. Şikayətdə həmçinin qeyd olunur ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum barəsində cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Əksinə müəyyən olunur ki, o, ailəlidir, iki azyaşlı övladı vardır, zərərçəkən şəxsin hüquqi v arisi ilə barışmış və ona dəyən ziyanı tam ödəmiş, zərərçəkən şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur, əvvəllər hər hansı qanun pozuntusuna yol verməmiş, məhkum olunmamışdır. Bütün bunlar məhkəmə tərəfindən yüngülləşdirici hallar kimi qiymətləndirilsə də, ona cəza təyin edərkən, məhkum barədə qeyd olunan yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır. Şikayət müəllifləri hesab edirlər ki, həmin yüngülləşdirici hallar Məhkum CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsinə əsas verir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş protest inin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi S.Əliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən verilmiş kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predm etini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması mübahisələndirilir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə məhkumun əməlinin tövsifi, həmçinin cəzanın ağır olması mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətin in dəlillərini təhlil edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini v ə onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhk um əməlini Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilsə də, özünün ibtidai araşdırma zamanı verdiyi ifadələr və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin Zərərçəkmiş şəxs ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid5, Şahid4 və X2 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 4 nömrəli rəyi, məhkəmə-texniki təhlükəsizlik ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/2912 nömrəli rəyi, təkrar məhkəmə-texniki təhlükəsizlik ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/3852 nömrəli rəyi, təhqiqat aktı, müqavilələr, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Şahid1 əməlində Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Şahid1 əməlini Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Odur ki, onun əməlinin Azərbaycan Respublikası CM-in 162-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 222.1-ci maddəsində “ Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda” cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 222.3-cü maddəsinə görə “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Şahid1 cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzаkirə еdə rək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edil məsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şə xsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquq larını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edi r. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkar ın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yü ngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Şahid1 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasımını, ona qarşı şikayət və tələbin olmamasını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Şahid1 CM-in 22 2.3-cü maddəsi ilə qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası maddənin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə, cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları ona təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsi rləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha ağır və ya daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin, məhkəmə kollegiyası məhkum Şahid1 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab ve rməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Odur ki, məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq, apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestində və kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin protestin və şikayətin təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərar a alır: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-318/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-318/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver