Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-318/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs və mülki iddiaçı X4, Məhkum müdafiəçisi Quliyev Şəmistan İlham oğlunun və tər çüməçi Rzayeva Zeynəb Azad qızının iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarından zərər çəkmiş şəxs və mülki iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Nuriyev Elnur Aləm oğlu) Məhkum, xx xxxxxx 1955-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsnin və hökmün icrasının Bakı şəhəri Probasiya İdarəsinə həva lə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin isə məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin zərər çəkmiş şəxs X4 Məhkum qarşı vurulmuş maddi ziyan əvəzi olaraq 1.150 (min yüz əlli) manat, mənəvi ziyanın əvəzi qismində 5.000 (beş min) manat məbləğində pul vəsaitinin tutulmasına dair mülki iddiası baxılmamış saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 20 mart 2022-ci il tarixdə saat 23.00 dəqiqədə Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında yerlən 12 saylı şəhər poliklinikanın yanında küçədə heç bir əsaslı səbəb olmadan qardaşı arvadı Zərərçəkmiş şəxs söyüb təhqir edərək xuliqanlıq niyyəti ilə qəsdən kimyəvi maddəni sifət nahiyəsinə ataraq ona işıq duyğusu ilə müşaiyət olunan sol gözün buynuz qişasını n və konyuktivanın ll-lll dərəcəli kimyəvi yanığı, sifət nahiyəsinin kimyəvi yanıqları, sağ gözün iç bucağı nahiyəsinin qançırı və ağlı qişasının qansızması kimi zərərçəkmiş şəxs və mülki iddiaçıin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Hökmdən zərər çəkmiş şəxs və mülki iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 12 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayət i qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü mülki iddianın baxılmamış saxlanılmasına aid hissədə dəyişdirilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 mülki iddiası mənəvi ziyana aid hissədə qismən təmin edilmiş, Məhkum mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4a ödənilməsi qət edilmiş, hökm qalan hissələrdə, o cümlədən mülki iddiaya münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərər çəkmiş şəxs və mülki iddiaçı X4 kassasiya şikayəti verərək həmin qərarın və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmün ləğv edilərək mülki iddianın tam təmin edilməsi və Məhkum təqsirli bilindiyi CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bır sıra maddələrinə, həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edən zərər çəkmiş şəxs və mülki iddiaçı X4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun apellyasiya şikayətinin qismən təmin edilməsi barədə nəticəyə gələrkən Məhkum törətdiy i cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə düzgün qiymət verməmişdir. Məhkum ona qarşı törətdiyi cinayəti xüsusi amansızlıqla, eləcə də törətdiyi cinayətdən həzz almaq məqsədilə etmişdir. Belə ki, onun cinayəti törədən zaman kimyəvi turşudan istifadə etməsi, həmin turşunun gözünə, üzünə tökülməsi və bunun da nəticəsində onu dözülməz ağrılara məruz qoyması, eləcə də onu köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçması onun qəddar və ictimaiyyət üçün nə qədər təhlükəli olmasına əyani sübut olmaqla yanaşı, həm də cəzasını ağırlaşdıran haldır. Məhkəmə öz qərarında məhkuma kömək etmək məqsədilə guya onun törətdiyi əməldən peşman olmasını qeyd etmiş, əksinə Məhkum əməlindən peşman olmadığını, törətdiyi əməli qəsdən, ondan qisas almaq niyyəti ilə etdiyini bildirmişdir. Həmçinin m əhkəmə Məhkum əvvəllər törətdiyi oğurluq əməlinə görə iki il azadlıqdan məhrum etmə cəzasına məhkum olunması halını da araşdırmamış, bu faktı müəyyən etmək üçün müvafiq orqanlara sorğu verməmişdir. Şikayət müəllifi həmçinin bildirmişdir ki, Məhkum törətdiyi cinayət əməli nəticəsində sol gözü yanaraq tamam kor olmuş, sağ gözünün isə 25 % görür. Demək olar ki, görmə qabiliyyətimi tam olaraq itirmişdir. 2022-ci ilin mart ayının 20dən hal-hazıradək "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzin"-də ambulator müalicə alır, bu günədək müalicəsinə, dərmanlarına, yol xərcinə xeyli miqdarda xərci çıxmış, hələ də müalicəsı davam edir. Bundan başqa isə gözlərinin görməməsi səbəbindən o, ağır mənəvi zərər almışdır. Belə ki, o, ömrünün axırına qədər bir gözlə baxmağa məhkum edilmiş, oikinc i gözü isə ömürlük kor olmuşdur. Ona görə də təqsirləndirilən şəxsin ona vurduğu mənəvi zərərə görə ondan 5000 manat kompensasiya tələb etmiş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin məbləğ 2000 manat müəyyən etməklə qeyri-obyektiv nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası ona dəymiş maddi zərərlə bağlı da düzgün mövqe göstərməmişdir. Belə ki, müalicəsi hələ də davam edir və buna görə maddi vəsait xərcləməli olur, məhkum isə ona heç bir maddi köməklik göstərmir. Ona görə də apellyasiya şikayətində maddi zərərin də əvəzinin onun tərəfindən ödənilməsini tələb etməkdə haqlı olmuş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən onun bu tələbi təmin olunmamışdır. Həmçinin məhkəmələr Məhkum əməlini də düzgün tövsif etməmişlər. Belə ki, onun əməli əslində CM-nin 126.1-cı madd əsi ilə tövsüf edilməli idi. Odur ki, zərər çəkmiş şəxs və mülki iddiaçı X4 qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Zərər çəkmiş şəxs və mülki iddiaçı X4nın kassasiya şikayətinin məzmunundan göründüyü kimi, bu müraciətin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini və iş üzrə sübutlar düzgün araşdırılmadığından zərər çəkmiş şəxsin mülki iddiasının təmin edilməməsini əsassız sayaraq öz kassasiya tələblərini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxs və mülki iddiaçı X4nın kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya şikayəti kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə gör ə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apell yasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökmün və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya koll egiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin dəlillərinə və bu dəlillər üzərində qurulmuş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaında tam, hərtərəf li və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs və mülki iddiaçı X4nın, həmçinin şahidlər Şahid, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Suraxanı Rayon Şöbəsinin məhkəmə-tibb eksperti X2 ifadələrinə, məhkəmə-tibbi ekspertizasının 05 aprel 2022-ci il tarixl, 298 saylı və 15 mart 2023-cü il tarixli, T126/2023 saylı rəylərinə, müəyyən istintaq hərəkətlərinin aparılması haqqında protokollara əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlinin CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi haqda qənaətə gəlmişlər. Qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı tər əfindən də Məhkum qarşı məhz bu maddədə də nəzərdə tutulmuş cinayəti törətdiyinə ittiham irəli sürülmüş və birinci instansiyası məhkəməsi CPM-nin 318.1-ci maddəlsinin tələblərinə uyğun olaraq cinayət işinə məhz bu ittihamın hüdudlarında baxaraq sonuncunun həmin maddə ilə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarmışdır. Zərərçəkmiş X4 məhkəmə iclasında Məhkum əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi, yəni ona həmin maddə ilə daha ağır ittihamın elan olunması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırsa da, həmin iclasda təyin olunaraq keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 15 mart 2023-cü il tarixli T126/2023 saylı ona yetirilmiş xəsarətlər zərərçəkmişin sağlamlığına az ağır zərə rin vurulmasına səbəb olan xəsarətlər kimi müəyyən edildiyindən sonuncunun vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası da Məhkum əməlinin CM-nin 126.1-ci maddəsi ilə (sağlamlığa ağır zərər vurma cinayəti) tövsif edilməsi üçün heç bir əsas görmür və buna görə təhlil edilən məsələ ilə bağlı X4ün kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə sübutların tam və hərtərəfli araşdırılmadan Məhkum açıq-aşkar yüngül cəzaya məruz qalması ilə bağlı dəlilinə cavab verilməsi üçün ilk növbədə qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə Məhkum təqsirli bilindiyi CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, həmin maddədə göstərilən cinayət isə CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirlərin həddindən artıq yüngül olmasına dair kassasiya şikayətində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və məhkuma təyin olunmuş cəzanın – 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. B u nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələbl ərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.05-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliy yətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqs əd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya n cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələri ndə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzə rdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğ u barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin yuxarıda göstərilən tələblərinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Hazırki qərarda qeyd edildiyi kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349. 5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4- cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsi nin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilm işdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı y üngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəz a cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza bi rinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyy ətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsi ni tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinə görə isə cəza tə yin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusi yasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir kon kret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü madd əsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-c i maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədil miş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsi ndən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, yaşını, əvvəllər məhkum olunmamasını, zərər çəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə almış, törətdiyi əməli etiraf edərək səmimi peşman olma sını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmşdir (CPMnin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum cəza təyini ilə bağlı gəldikləri bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Kassasiya şikayətində göstərilən də lillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxs və mülki iddiaçı X4 bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cə zanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və Məhkum barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək həmin müraciətlərin göstərilən hissədə də təmin edilməsini mümkün bilmir. Kassasiya şikayətində Məhkum qarşı maddi və mənəvi zərər tələbinə dair mülki iddianın tam təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş CPM-nin tətbiqi ilə bağlı yaranmış məhkəmə təcrübəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi hər hansı qərarında birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayə tinin və ya apellyasiya protestinin dəlillərini şərh etməklə həmin dəlillərin iş materialları ilə toplanmış obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırılmış sübutlarla təkzib, yaxud da təsdiq edilməsini göstərməli və əsaslandırmalıdır. Bu zaman, məhkəmə tərəfindən CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza tədirinin seçilməsi, həm də iş üzr ə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Belə nəticə həmçinin cinayət mühakimə icraatının a parılması zamanı qanunvericilik prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin müddəlarından da irəli gəlir. Həmin maddəyə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Bu prinsipə uyğun olaraq, cinayətprosessual qanunvericiliyinin normaları ilə tənzimlənməyən məsələlər Konstiusiyanın, beynəlxalq müqavilələrin, digər qanunların tələbələrinə əsasən həll edilməlidir. Təsadüfi deyil ki, CPM-nin 179.2-ci maddəsində də müəyyən edilmişdir ki, mülkiprosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və m ülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyinin normalarının tətbiqinə yol verilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin dəlillərinə cavab vermə məsələsinə məhz belə kontekstdən yanaşmaq və işin müəyyən edilmiş halları ilə yanaşı Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllərinin və digər qanunvericilik aktlarının tələblərinə əsaslanmaq lazımdır. Göstərilən tələblərlə bağlı əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs və mülki iddiaçı X4nın təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsindən görünür ki, o, Məhkum törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 1150 (min yüz əlli) manat, mənəvi ziyana görə isə 5000 (beş min) manat, ümumilikdə 6150 (altı min yüz əlli) manat məbləğində pulun mülki cavabdeh Məhkum alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, mülki iddiaçı öz ərizəsində sol gözünün yanaraq kor olmasını, sağ gözünün isə 25 faiz görməsini, 2022-ci il ilin mart ayının 20-dən hal-hazıradək müalicə aldığını, müalicəsi ilə əlaqədar 1150 manat xərcinin çıxdığını, həmçinin gözlərinin görməməssi səbəbindən ona mənəvi zərərin də vurulduğunu, bunun üçün mənəvi ziyana görə isə 5000 manat məbləğində pulun ödənilməsi bardə tələb irəli sürmüş, həmçinin ona dəymiş maddi zərərlə əlaqədar müvafiq tibbi rəyləri, o cümlədən 20 mart 2022-ci il, 22 mart 2022-ci il və 13 aprel 2022-ci il tarixli tibbi reseptləri və arayışları həmin iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən, işə baxan birinci instansiya məhkəməsi zərərçəkmiş şəxs və mülki iddiaçı İrina Stepanovanın müalicəsinin aparılmasına və dərmanlarının alınmasına çəkdiyi xərcləri özündə əks etdirən qəbzlərin təqdim etmədiyindən vurulmuş maddi ziyanın məbləğinin müəyyən olunmasını mümkün hesab etməmiş və sonuncunun Məhkum qarşı maddi ziyana görə 1.150 manat, mənəvi ziyana görə isə 5.000 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiasını baxılmamış saxlamış, lakin işə baxan apellyasiya instansiya məhkəməsi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyini Publik Hüqu qi Şəxsin 05 aprel 2022-cı il tarixli 298 saylı rəyinə əsaslanaraq Məhkum zərər çəkmiş şəxs X4 görmə orqanına xəsarət yetirməklə, həm də ona mənəvi iztirab verməsi ilə qismən razılaşaraq X4nın mənəvi zərərlə bağlı iddia ərizəsinin qismən təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyini Publik Hüquqi Şəxsin 05 aprel 2022-cı il tarixli 298 saylı rəyindən görünür ki, müayinə zamanı X5 işıq duyğusu ilə müşaiyət olunan sol gözün buynuz qişasının və konyuktivanın ll-lll dərəcəli kimyəvi yanığı, sifət nahiyəsinin kimyəvi yanıqları, sağ gözün iç bucağı nahiyəsinin qançırı və ağlı qişasının qansızması kimi aşındırıcı maddəsinin (ola bilsin kimyəvi turşunun) təsirindən 20 mart 2022-ci il tarixdə yetirilməsinə xarakterik olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri aşkar edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası zərər çəkmiş şəxs və mülki iddiaçı X4nın mülki iddiasının tam təmin edilməsi barədə qərarın qəbul edilməsi üçün əsaslar görmür və bu hallarla bağlı da kassasya şikayətinin dəlillərini qəbuledilməz sayaraq öz qənaətini aşağıdakılara istinad etməklə əsaslandırılmasını zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, bu konstitusiyon tələb həmçinin cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların mülki iddia qaldırmaqla vurulmuş zərərə görə həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin ol unması üçün lazımi şərait və imkanlar yaradılmasını nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsində göstərilmişdir ki, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibini n başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir süb utun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunvericiliyin bu normalarının mənasına görə, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zərər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ya ona vurulmuş digər zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər v asitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzifəsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Belə təfsir həmçinin CPM-nin 179-cu və digər maddələrinin tələblərindən də irəli gəlir. Belə ki, CPM-nin CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1.1-181.1.2-ci maddələrinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2.1-181.2.4-cü maddələrinə müəyyən edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; - itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; - itirilmiş gəlirin ödənilməsini; - mən əvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. CPM-nin 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azər baycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövçud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mih i factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu digər Qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi hajların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquği münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edil məli olduğunu və iddianın təmin olunub-olunmadığıhı müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilən hüquq normasına geniş şərh verərək ölmüş zərər çəkmiş şəxsin ona vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ ilə bağlı nəticəyə gəlmişdr ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Ple numu öz nəticəsini və hüquqi mövqeyini mülki qanunvericiliyinin tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə - Avropa Məhkəməsi) presedent hüququna istinad etməklə də əsaslandırmışdır. Göstərilən Qərarda qeyd olunmuşdur ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (“Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il 9 noyabr tarixli, “Pelipenko Rusiyaya qarşı iş üzrə” 2014- cü il 16 yanvar tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə” 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə” 2009-cu il 18 sentyabr tarixli Qərarında mən əvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında “mənəvi zərər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əs aslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziy yəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. « Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sü büt kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AlHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli Qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. “Məhkəmə hökmü ha qqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 67-ci bəndində məhkəmələrə hökm çıxarılarkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etmələri tövsiyə edilmişdir. Qərarın 68-ci bəndində izah olunmuşdur ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarak teri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin Qərarın 71 və 72-ci bəndlərində isə qeyd olunmuşdur ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüq uqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər veri lmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mül ki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qanunvericiliyin tələblərinə və mənasına görə, cinayət işi üzrə verilmiş mülki iddianın əsaslı olub-olmaması barədə nəticəyə gəlmək və həmin iddia üzrə qanuni və obyektiv qərarın qəbul edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirzisiliyinə, onun əməlinin hüquqi tövsifinə və cinayət təqibi üzrə digər məsələlərlə yanaşı mülki iddia ilə də bağlı sübutlar cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən araşdırılmalı, həmin sübutlara qanuna müvafiq (CPM-nin 143-146cı maddələrində nəzərdə tutulmuş) qaydada qiymət verilməli və belə qiymətləndirmə əsasında mülki iddia üzrə düzgün qərar qəbul edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulayır ki, verilmiş mülki iddiaların düzgün həlli üçün ilk növbədə bu və ya digər cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın düzgün, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara əsasən müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki CPM-nin 139.0.6-cı maddəsiinin müddəalarına görə də, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübutlara əsasən müəyyən edilir. Əvvəla bu maddədə cinayət prosesi iştirakçısınını və ya cinayət prosesində iştirak edən digər şəxsin tələbi dedikdə, başqa tələblərlə yanaşı həmçinin zərər çəkmiş şəxsin mülki iddia üzrə irəli sürdüyü tələb də başa düşülür. Yəni bu normada da mülki iddia üzrə tələbə dair sübutların tədqiq edilməsi və bundan sonra onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməsi mütləq şərt kimi nəzərdə tutulur. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi zərər çəkmiş şəxs və mülki iddiaçı X4nın mülki iddiasının mənəvi ziyana aid hissədə qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş, bu iddianın tam təmin edilməsi üçün isə sonuncu tərəfindən təqdim olunmuş sübutlar müsbət nəticəyə gəlmək üçün kifayət etməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilmədiyindən kassasiya müraciətlərini dəlillərin əsassız dəlillər kimi qiymətləndirilməli və bu baxımdan bu müraciətlər təmin olunmamalıdır. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxs və mülki iddiaçı X4nın, kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum müdafiəçisi Ş.İ.Quliyevin, həmin şikayətin mülki iddiaya aid hissədə qismən təmin edilməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun, çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkumn CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarı zərər çəkmiş şəxs və mülki iddiaçı X4nın kassasiya ş
Məhkəmə qərarları › İş №1(102)-318/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-318/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver