Məhkəmə qərarları › İş №1(102)-319/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-319/2019

29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-319/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)319-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Məhkum iştirakları ilə, Goranboy rayon Məhkəməsinin 06 fevral 201 7-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və qeyrisinin təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Goranboy rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X19) Məhkum – xx xxxx 1992-ci il tarixdə*********** rayonunun ********** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Goranboy rayonu, Tatarlı kəndində yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tu tulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X26 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum və X26 özgənin əmlakını gizli yolla talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 13 dekabr 2015-ci il tarixdə, saat 11 radələrində X4 Şəki rayonu,************** kəndində yerləşən yaşadığı evə qanunsuz daxil olaraq sonuncuya məxsus 100 manat pul və dəyəri ümumilikdə təxminən 6000 manat olan 01 ədəd brilyant qaşlı qızıl boyunbağı, 01 ədəd sadə qızıl boyunbağı, 01 ədəd brilyant qaşlı qızıl qol saatı, 01 ədəd qızıl bilərzik, 02 ədəd brilyant qaşlı qızıl üzük və 01 ədəd sac ə qızıl üzüyü gizli yolla talayaraq zərərçəkmiş Nərgiz Babayevaya cəmi 6100 (altı min yüz) manat, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum və E6 təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 30 dekabr 2015-ci il tarixdə, saat 11 radələrində X1 Şəki rayonu, ********** kəndində yerləşən yaşadığı evə qanunsuz daxil olaraq sonuncuya məxsus qiyməti 300 manat olan 01 ədəd qızıl kişi üzüyünü, qiyməti 350 manat olan 01 ədəd qızıl qadın üzüyünü, qiyməti 400 manat olan 01 ədəd qızıl qadın üzüyünü, qiyməti 150 manat olan üzərində qızılın özündən "Allah" sözü yazılmış 01 ədəd klonu, qiyməti 400 manat olan 01 ədəd qızıl "Kardinal" boyunbağını, qiyməti 250 manat olan 01 ədə d qızıl "Kardinal" qolbağını, qiyməti 200 manat olan 01 ədəd qızıl nazik zəncirvari toxunuşlu boyunbağını, qiyməti 150 manat olan uşaq üçün 01 cüt qızıl sırğa dəstini, qiyməti 100 manat olan nazik 01 ədəd boyunbağını və qiyməti 100 manat olan 01 ədəd "Canon" markalı rəqəmsal fotoaparatı gizli yolla talayaraq zərərçəkmiş M8 cəmi 2400 (iki min dörd yüz) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan əlavə, Məhkum və E6 təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 31 dekabr 2015-ci il tarixdə, saat 18 radələrində X14 Şəki rayonu, *********** kəndində yerləşən yaşadığı evə qanunsuz daxil olaraq sonuncuya məxsus 150 manat qiymətində 01 ədəd brilyant qaşlı qızıl üzüyü, 400 manat qiymətində 03 ədəd sadə qaşlı qızıl üzüyü, 140 manat qiymətində 01 cüt sadə qaşlı qızıl sırğanı və 33 manat pulu gizli yolla talayaraq zərərçəkmiş X6 cəmi 723 (yeddi yüz iyirmi üç) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Həmçinin, Məhkum və E6 təkrarən, özgənin əmlakını gizli yolla talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 31 dekabr 2015-ci il tarixdə, saat 18:30 radələrində X15 Şəki rayonu ************ kəndində yerləşən yaşadığı evə qanunsuz daxil olaraq sonuncuya məxsus 130 manat qiymətində 01 ədəd sadə qaşlı qızıl üzüyü, 400 manat qiymətində 01 ədəd qızıl boyunbağını, 100 manat qiymətində 01 ədəd brilyant qaşlı qızıl üzüyü, 230 manat qiymətində 01 cüt qızıl sırğanı və 120 manat qiymətində 01 ədəd sadə qaşlı qızıl üzüyü gizli yolla talayaraq z ərərçəkmiş A6 cəmi 980 (doqquz yüz səksən) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Eləcədə, Məhkum və E6 təkrarən, özgənin əmlakını gizli yolla talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 29 yanvar 2016-cı il tarixdə, saat 01 radələrində X10 Şəki şəhəri, ******************* yerləşən yaşadığı evə qanunsuz daxil olaraq sonuncuya məxsus 140 manat qiymətində 02 qutu qab-qaşıq və bıçaq dəstini, 6 manat qiymətində 01 ədəd dəri əlcəyi, hər birinin qiyməti 6 manat olmaqla, ümumi qiyməti 12 manat olan 02 ədəd konyakı və 4 manat qiymətində 01 ədəd arağı gizli yolla talayaraq zərərçəkmiş N6 cəmi 162 (yüz altmış iki) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum və E6 təkrarən, özgənin əmlakını gizli yolla talama məqsə dilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 07 fevral 2016-cı il tarixdə, saat 06 radələrində X5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz keçərək yaşayış evinin pəncərəsinin plastiki çıxarmaq yolu ilə pəncərəni açmaqla evə qanunsuz daxil olub evin yataq otağındakı şkafdan və qonaq otağındakı tumbadan hər biri 80 manat qiymətində 02 ədəd qızıl sırğanı, 90 manat qiymətində 01 cüt qızıl sırğanı, hər biri 100 manat qiymətində 03 ədəd qızıl boyunbağını, 200 manat qiymətində 01 ədəd qızıl bilərziyi və hər biri 20 manat qiymətində 04 ədəd qızıl lom hissələrini gizli yolla talayaraq zərərçəkmiş N8 cəmi 830 (səkkiz yüz otuz) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan əlavə, Məhkum və E6, təkrarən, özgənin əmlakın ı gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 12 fevral 2016-cı i! tarixdə, günorta saatlarında Goranboy rayonu, *********** kəndində yaşayan X6 yaşadığı evin birinci və ikinci mərtəbələrinin pəncərələrinin şüşələrini sındırıb içəriyə qanunsuz daxil olub birinci mərtəbədə yataq otağında çarpayının altından 150 manat 50 qəpik nəğd pulu, divar mebelində şüşə qabın içərisində olan 200 manat qiymətində 01 ədəd qolbağını, 600 manat qiymətində 01 ədəd qızıl sepi, ikinci mərtəbədə yataq otağında divar mebelində şüşə qabın içərisində olan 230 manat qiymətində 01 cüt qızıl sırğanı, 110 manat qiymətində 01 ədəd qızıl qadın üzüyünü gizli yolla talayaraq zərərçəkmiş S6 cəmi 1290 (min iki yüz doxsan) manat 50 (əlli) qəpik miqdarda ziya n vurmaqla oğurluq etmişlər. Eyni zamanda, Məhkum və E6, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 12 fevral 2016-cı il tarixdə, günorta saatlarında Goranboy rayonu, *********** kəndində yaşayan X16 yaşadığı evə qanunsuz daxil olub 01 ədəd tək qızıl sırğanı və 01 ədəd qızıl qadın üzüyünü gizli yolla talayaraq zərərçəkmiş Y6 ümumilikdə 300 (üç yüz) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Həmçinin, Məhkum və E6, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 12 fevral 2016-cı il tarixdə, günorta saatlarında Goranboy rayonu, *********** kəndində yaşayan X11 yaşadığı evə qanunsuz daxil olub oradan 11 0 manat qiymətində 02 ədəd qızıl dişləri, 200 manat qiymətində 01 ədəd qızıl kişi üzüyünü, 200 manat qiymətində 01 ədəd qızıl qadın üzüyünü, 200 manat qiymətində 01 ədəd nazik qızıl sepi medalı ilə birlikdə və 300 manat qiymətində 01 ədəd qızıl tros sepi gizli yolla talayaraq zərərçəkmiş Arzu Kərimova ümumilikdə 1010 (min on) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan əlavə, Məhkum və E6, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 14 fevral 2016-cı il tarixdə, günorta saatlarında Goranboy rayonu, *********** kəndində yaşayan X12 yaşadığı evin pəncərəsinin şüşəsini sındırıb içəriyə qanunsuz daxil olaraq 110 manat qiymətində 01 ədəd mirvari qadın sepini, 60 manat qiymətində 01 cüt qızı ! qadın sırğasını və 60 manat nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş İbrahim Həsənova 230 (iki yüz otuz) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum və E6, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 17 fevral 2016-cı il tarixdə, saat 11 radələrində Goranboy rayonu, ************ kəndində yerləşən, X13 yaşadığı evin pəncərəsinin şüşəsini sındırıb içəriyə qanunsuz daxil olaraq oradan cəmi 8000 manat qiymətində moruq formalı 51 qram çəkidə 01 ədəd qızıl boyunbağını, 01 cüt qızıl sırğanı, 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl nişan üzüyünü, 01 ədəd sarı rəngli muncuqlardan ibarət təsbehini, bundan başqa 40 manat və 45 ABŞ dolları məbləğində nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş R6 ümumilikdə 8040 (səkkiz min qırx) manat və 45 (qırx beş) ABŞ dolları miqdarda, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan əlavə, Məhkum və E6, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 17 fevral 2016-cı il tarixdə, axşam saatlarında Goranboy rayonu, *********** kəndində yaşayan X20 yaşadığı evin pəncərəsindən içəriyə qanunsuz daxil olaraq oradan 50 manat nəğd pulu və 500 manat dəyərində olan 01 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü gizli yolla talayaraq zərərçəkmiş Z6 ümumilikdə 550 (beş yüz əlli) manat miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X25 və X3 ibarət tərkibdə) 24 may 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Xətai rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim X17) Məhkum barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Goranboy rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 24 may 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işin bütün hallarını məhkəmə istintaqı zamanı hərtərəfli və keyfiyyətli araşdırmamış, bütün şahidlərin ifadələrini keyfiyyətli analiz etmədən, istintaq zamanı müstəntiq tərəfindən buraxılmış CPM-nin tələblərinin kobudca pozulmasına, onun konstitusion hüquqlarının pozulmasına heç bir əhəmiyyət verməmiş, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə almamışdır. Məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almayaraq ona sərtliyinə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Qeyd olunanlara əsasən kassasiya ş ikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, Məhkum barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilməsi barədə Bakı şəhər Xətai rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qərarını da nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxara q, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində heç bir dəlil göstərmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarının dəyişdirilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iclasında Məhkum ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək bütün oğurluq epizodları üzrə cinayət işinin faktiki hallarına uyğun ifadələr vermiş və onun etiraf ifadələri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, is tintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri ilə bütövlükdə birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş sübutların məcmusu ilə uyğunluq təşkil etmişdir. İbtidai istintaq zamanı, birinci instansiya və apellyasiya baxışı mərhələlərində sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələri ilə müəyyən edilmiş qayda və prosedurlardan kənarlaşmalar, cinayət və cinayət-prosessual qanunların pozulması halları, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkum cinayət əməllərinin hüquqi tövsifi zamanı 01.12.2017-ci il tarixdən qüvvəyə minmiş 20.10.2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası nın Qanunu ilə müəyyən edilmiş, məhkumun hüquqi vəziyyətini yüngülləşdirən hallar nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Məhkum törətdiyi əməlləri etiraf etməsini, zərərçəkmiş şəxslərdən üzr istəyib onlardan ikisi ilə barışdığını, həmin zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və mülki iddialarının olmadığını cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkum əməlində residivin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 8-ci 41.2-ci və 58-ci maddələrinin tələblərinə uyğundur və cəzanın məqsədləri barədə qanunun tələblərinə cavab verir. Məhkum apellyasiya şikayətində də elan edilmiş ittihamlar üzrə təqsirliliyini və birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına ala biləcək konkret dəlillər göstərmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayətində də belə dəlillər göstərilmədiyindən, kass asiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və qeyrisinin məhkum edilmələri barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar