Məhkəmə qərarları › İş №1(102)-319/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-319/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-319/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikas ı CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) xx xxxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikası,ünvan 1 ünvanında, yeni tikilidə kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində n əzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X3 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 26 oktyabr 2017-ci il tarixdə, saat 2100 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus olan 1 mərtəbəli həyət evinin plastik pəncərəsini üzərində gəzdirdiyi vint açan ilə aralayıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 2 ədəd hərəsin in dəyəri 750 manat olan brilyant qaşlı qadın üzüyünü, 1 dəst 300 manat dəyərində mirvari bilərzik-boyunbağım, 1 ədəd 150 manat dəyərində mirvari bilərziyi, 1 ədəd 1.000 manat dəyərində «Samsung» markalı noutbuku, 1 ədəd 300 manat dəyərindəki «Panasonic» markalı ət çəkən maşım, 1 ədəd 350 manat dəyərindəki «Panasonic» markalı şirəçəkən maşım, 1 ədəd 100 manat dəyərində çörək qızdıran tosteri, 1 cüt təxminən 100 manat dəyərindəki təzə qadın ayaqqabısını, 1 ədəd 200 manat dəyərindəki nömrəsiz «Samsung» markalı mobil telefonu, 2 ədəd hərəsinin dəyəri 100 manat olan nömrəsiz «Nokia» markalı mobil telefonları, həmçinin 1 ədəd 4 manat dəyərində 179,15 qram kütləli metal hissələri mis əsaslı ərintidən hazırlanmış muncuqlardan ibarət boyunbağı və 1 ədəd 2 manat dəyərində 71,23 qram kütləli metal h issələri dəmir əsaslı ərintidən hazırlanmış muncuqlardan ibarət qolbaq ilə birlikdə ümumilikdə 300 manat dəyərindəki müxtəlif bijuteriya əşyalarını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 4.500 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə, təkrarən, özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 26 dekabr 2017-ci il tarixdə, saat 2100 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus olan 2 mərtəbəli həyət evinin 2-ci mərtəbəsindəki plastik pəncərəsini üzərində gəzdirdiyi vint açan ilə aralayıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 500 manat dəyərində qızıl-zinət əşyalarım, hərəsinin dəyəri 100 manat olmaqla 2 ədəd qadm əl çantas ım, 300 manat dəyərində olan uşaq gödəkcəsini, 50 manat dəyərində 1 ədəd stol süfrəsini, 100 manat dəyərində qadın üçün üz sürməsini, 80 manat dəyərində 1 ədəd «Beautycafe Caprice» markalı qadın ətrini, 8 manat dəyərində 1 ədəd 30 ml tutumlu ətri, 100 manat dəyərindəki nömrəsiz «Samsung Galaxy Tab 3» markalı planşeti, 3.000 manat nağd pulu, 50 manat məbləğində nağd qəpik pulları, həmçinin 1 ədəd hazırki vəziyyətdə qiymətsiz olan 26,16 qram kütləli dəmir əsaslı ərintidən hazırlanmış kəndir formalı boyunbağı, 3 manat dəyərində 152,35 qram kütləli mis əsaslı ərintidən hazırlanmış Versace naxışlı sırğa cütü-qolbaq-boyunbağı dəsti, 1 cüt 1 manat dəyərində 11,68 qram kütləli dəmir əsaslı ərintidən hazırlanmış köynək qol düymələri və 1 ədəd 3 manat dəyərində 10,15 qram kütləli mis əsaslı ərintidə n hazırlanmış mavi rəngli qaşı olan üzük ilə birlikdə ümumilikdə 200 manat dəyərində olan müxtəlif bijuteriya əşyalarım gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 4.588 manat məbləğində maddi ziyan vuraraq, təkrarən, oğurluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə, təkrarən, özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 03 fevral 2018-ci il tarixdə, saat 2000 radələrində, ünvan 1 ünvanda yerləşən X5 məxsus olan 3 mərtəbəli həyət evinin plastik pəncərəsini üzərində gəzdirdiyi vint açan ilə aralayıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədəd 600 manat dəyərindəki «Samsung» markalı, «UE-42F5500AW» modelli plazma televizoru, 1 dəst 3.000 manat dəyərindəki qızıl üzük və sırğam, 1 ədəd 500 manat dəyərindəki qızıl nişan üzüyünü, 1 ədəd 150 manat d əyərindəki qızıl boyunbağım, ümumilikdə dəyəri 300 manat olan 2 cüt qızıl uşaq sırğasını, 1 ədəd 300 manat dəyərindəki qızıl üzüyü, 1 ədəd «Ulysse Nardin» markalı 150 manat dəyərindəki kişi qol saatını, içərisində nömrələr olmayan 1 ədəd 20 manat dəyərindəki «Nokia N 95» markalı və 1 ədəd 50 manat dəyərindəki «Nokia N 900» markalı mobil telefonları və 150 manat məbləğində kağız və metal əskinazlardan ibarət pulu gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 5.220 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq, təkrarən, oğurluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2018-ci il tarixdə saat 2300 radələrində, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus olan 2 mərtəbəli həyət evinin 2-ci mərtəbəsindəki pəncərənin dəmir barmaqlığını sındırmaqla və plastik pəncərəni üzərində gəzdirdiyi vint açan ilə aralayıb açmaqla yaşayış sahəsinə qanunsuz qaxil olaraq oradan 1 ABŞ dolları 1 manat 70 qəpik məzənnəsi ilə olmaqla 289 manat məbləğindəki 170 ABŞ dolları məbləğində pulu və 600 manat dəyərində 1 ədəd «ACER» markalı noutbuk kompüterini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 889 manat məbləğində maddi ziyan vuraraq, təkrarən, oğurluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə, təkrarən, özgənin əmlakım gizli olaraq talama məqsədilə 28 fevral 2018-ci il tarixdə, saat 2300 radələrində, bacanağı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yer ləşən Zərərçəkmiş şəxs1 məxsus olan kürsülü 1 mərtəbəli nömrəsiz həyət evinin plastik pəncərəsini üzərində gəzdirdiyi vint açan ilə aralayıb açmaqla və pəncərənin dəmir barmaqlığım sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədəd 1.300 manat dəyərindəki 123 sm diaqonallı «Samsung» markalı plazma televizoru, 1 ədəd 800 manat dəyərindəki 109 sm diaqonallı «Samsung» markalı, «UE-42F5000AW» modelli plazma televizoru, 1 ədəd 140 manat dəyərindəki «Samsung» markalı, «SC4520» modelli elektrik süpürgəsini, 1 ədəd 100 manat dəyərindəki «Geepas» markalı «GMG 761» modelli ətçəkən maşım, 1 ədəd 40 manat dəyərindəki «Geepas» markalı, «GHM-1509» modelli mikseri, 1 ədəd 50 manat dəyərindəki «Eurolux» markalı, «EU-Sİ5078SG» modelli ütünü, 1 ədəd 50 manat dəyərindəki elektrik çaydanını, hər birinin dəyəri 80 manat olmaqla ümumilikdə 480 manat dəyərindəki 6 ədəd «Gilan» markalı yataq dəstini, hər birinin dəyəri 30 manat olmaqla, ümumilikdə 120 manat dəyərindəki 4 ədəd «Gilan» markalı yataq dəstini, ümumilikdə dəyəri 250 manat olan 45 ədəd əl- üz və çay dəsmal dəstlərini, ümumilikdə dəyəri 50 manat olan 10 ədəd yastıq üzlərini, ümumilikdə dəyəri 30 manat olan stəkan dəstlərini, 1 ədəd 30 manat dəyərindəki «Persik» markalı yastıq örpəyini, 1 ədəd 8 manat dəyərindəki nazik yastıq örpəyini, 1 ədəd 30 manat dəyərindəki yun örpəyi, 1 ədəd 20 manat dəyərindəki markası olmayan cib saatım, 1 ədəd 80 manat dəyərindəki nərd taxtasını, ümumilikdə dəyən 118 manat olan müxtəlif sayda və ölçüdə «Tac» markalı süfrələri, ümumilikdə dəyəri 40 manat olan qab-qaşıqlan gizli olaraq talamaqla zərə rçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3.736 manat məbləğində maddi ziyan vuraraq, təkrarən, oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Mursaqulov Vaqif Ənvər oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 28 fevral 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmələr tərəfindən araşdırma aparılarkan oğurluq hadisəsinin baş verməsi öz təsdiqini tapmamış, həmçinin cəza təyin edilərkən də cəza yüngülləşdirən hallar nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən s axlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətin in dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Res publikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında aşağıdakılar qeyd olunmuşdur: “... Məhkum təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifa dələri, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallanna uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 14 mart 2018-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmünə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum əməli Sumqayıt şəhər Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə uyğunlaşdırılmış, təyin olunmuş cəza 05 ilə endirilmiş və 29 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum əməlində cinayətin residivinin olmasım Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, onun cəzasmı ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün s on həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cəzasım ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunjm “Məhkəmələr tärçpfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqmda” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələr ə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğuıii olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallanna və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısım almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, Məhkum təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-mn 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, məhkumun cəzasım yüngülləşdirən və ağırlaşdıran hallan, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətmə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, o cümlədən Ali Məhkəmənin Plenum qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə i mkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində ittihamın mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırıldığı, ibtidai araşdırma zamanı kobud prosessual səhvlərə yol verildiyi iddia edilsə də, bunların konkret nədə ifadə edildiyi açıqlanmamışdır. İş materiallarında da belə bir məlumat yoxdur ki, sübutların mötəbər olmadığı, qanunsuz toplandığı və tədqiqində qanun pozuntusuna yol verildiyi qənaətinə gəlməyə əsas versin. Məhkəmə kollegiyası cəza təyini məsələsi ilə əlaqədar hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai t əhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində göstərilən) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar