Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-319/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, təqsirləndirilən şəxs, mülki cavabdeh Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından təqsirləndirilən şəxs, mülki cavabdeh Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakimlər: Əkbərli Günel Bəkir qızı) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən təqsirləndirilən şəxs Məhkum barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin hökmlə həmçin in Həsənova Təranə İsmayıl qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmiş və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmuşdur Məhkəmənin həmin qərarından zərərçəkmiş şəxs və mülki iddiaçı Rəhimov Rəhim Nəriman oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), V.Ə.Mursaqulov və H.H.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Y asamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı mülki iddiaya aid hissədə dəyişdirilmiş, mülki iddia 10.500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissədə təmin olunmuş, təqsirləndirilən və mülki cavabdehlər Həsənova Təranə İsmayıl qızından və Məhkum 10.500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı Rəhimov Rəhim Nəriman oğluna ödənilməsi qərara alınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin qərarına əsasən Məhkum etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Həsənova Təranə İsmayıl qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs ha lında birləşib sonuncunun dayısı oğlu Rəhimov Rəhim Nəriman oğlunun qohumluq münasibətindən irəli gələn etibarından sui-istifadə edərək heç bir səlahiyyəti olmadığı halda onun Lənkəran şəhər 4 saylı orta məktəbin 9-cu sinifini buraxılış imtahanlarından keçə bilməyən oğlu Nəriman Rəhimlini Gəncə şəhərində yerləşən orta məktəblərdən birinin 9-cu sinfini bitirməsi barədə şəhadətnamə alacağına və onu Gəncə Texniki Kollecinə qəbul etdirib 4 il təhsil haqqını ödəməklə bitirməsi barədə diplom verdirəcəyinə dair yalan vəd verməklə aldadıb 2012-ci ilin sentyabrın əvvəllərində ünvan 1 ünvanında yerləşən mənzilində R.Rəhimlidən 14.000 manat pul almış, aldığı puldan 4500 manat hissəsini M.Niftəliyevə vermiş, sonuncu bunun müqabilində Zərərçəkmiş şəxs oğlu N.Rəhimlinin Gəncə şəhər S.Vurğun adına 41 say lı orta məktəbi bitiriməsi barədə Quliyev Pirəli Nurəddin oğlunun hüquq verən orta təhsil haqqında şəhadətnaməni və həmçinin Gəncə Texniki Kollecinin «Yol hərəkətinin təşkili» şöbəsinin İİ kursunda oxuması barədə xx.xx.2013-cü il tarixli 01/127 nömrəli əmri qanunsuz hazırlayaraq saxtalaşdırmış və Şirinov Qənaət Hüseyn oğlunun hüquq verən 10 saylı arayışı saxtalaşdırmaqla qanunsuz hazırlamaqla Məhkum vermiş, Məhkum isə T.Həsənovanın vasitəsi ilə Zərərçəkmiş şəxs təqdim etmiş və bununla da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 14.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs, mülki cavabdeh və müdafiəçisi Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından kassasiya şikayəti verərək qeyd olunan q ərarın ləğv edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində araşdırma aparılarkən iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələri ilə və iş materiallarında olan sənədlərlə sübut edilmişdir ki, Həsənova Təranə İsmayıl qızı Rəhimov Rəhim Nəriman oğlundan aldığı 14000 manat məbləğində pul vəsaitindən cəmi 4500 manat məbləğində hissəsini Məhkum vermişdir. Bu hal, həm də zərərçəkmiş şəxs Rəhim Rəhimovun öz apellyasiya şikayətində və apellyasiya instansiyasında işə baxılarkən vermiş olduğu ifadəsində də öz təsdiqini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi, heç bir əsas olmadan, Məhkum heç vaxt almadığı və Təranə Həsənovanın Rəhim Rəhimovdan almasından xəbəri belə olmadığı pul vəsaitinə görə məsuliyyətə cəlb etmişdir. Təqsirləndirilən şəxs, mülki cavabdeh və müdafiəçisi Apellyasiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinmədiyini vurğulayaraq, qeyd olunanların nəzərə alınmasını və kassasiya şikayətinin təmin olunmasını xahiş edirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə təqsirləndirilən şəxs, mülki cavabdehin və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qi smən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi ka ssasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya şikayətində mülki iddianın apellyasiya məhkəməsi tərəfindən əsassız təmin edilməsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qanunvericilikdə təsbit olunmuş normalara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə istinad etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Məhkum CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, lakin həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müdd ətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Həmin Məcəllənin 75.1 və 75.1.2-ci maddələrinə görə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nın 39.1.3-cü maddəsinə əsasən, cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması istisna edilməklə) cinayət təqibi və ya cinayət işi başlana bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-179.3-cü maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunverici lik sahələrinin normalarına uyğun qəbul edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi mülki iddiaya dair müddəaları araşdıraraq hesab etmişdir ki, təqsirləndirilən şəxs və mülki cavabdehlər olan Həsənova Təranə İsmayıl qızı və Məhkum hər birinin ifadəsində dələduzluq yolu ilə ümumilikdə ələ keçirilmiş 14.000 manat pulun hansı hissəsinin onlar arasında bölüşdürülməsi ilə bağlı kifayət qədər ziddiyyətlər vardır. Belə ki, Təranə Həsənova qohumu Rəhim Rəhimovun etibarından sui-istifadə edərək aldığı 14.000 manat pulun hissə-hissə, yəni 4500, 2000, 1500 və 2000 manat olmaqla cəmi 10000 (on min) manatını Məhkum verməsini bildirmişdir. Məhkum isə həmin xüsusatı təkzib edərək Təranə Həsənovadan yalnız 4.500 (dörd min beş yüz) manat pul almasını bildirmişdir. Bundan əlavə iş materiallarından müəyyən edilir ki, zərər çəkmiş şəxs və mülki cavabdeh Rəhim Rəhimov fakt üzrə aparılan ilkin araşdırma zamanı Məhkum tərəfindən təqdim edilmiş 3.500 (üç min beş yüz) manat pulu protokol qaydasında Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçı Mirsəlim Seyidovdan təhvil almış, bununla da ümumi olaraq borc 10.500 (on min beş yüz) manat təşkil etmişdir. Təranə Həsənovanın qeyd edilən borcdan Rəhim Rəhimova təqdim edilməsi məqsədilə Yasamal RPİ-də aparılan araşdırma zamanı idarənin sabiq təhqiqatçısı Yanar Əliyevə 7.800 (yeddi min səkkiz yüz) manat pul verməsi, sonuncunun isə Zərərçəkmiş şəxs təqdim etmədən mənimsəməsinə dair qanunsuz hərəkətlərindən verilmiş müraciəti əsasında aidiyyəti üzrə Yasamal rayon prokurorluğunda və Bakı şəhər BPİ-də aparılan araşdırm a zamanı fakt öz təsdiqini tapmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın gələcəkdə cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mübahisələndirilməyəcəyi bəlli deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş mülki iddiaya cinayət mühakimə icraatının qaydaları çərçivəsində baxılmasını mümkün olmamasını, həmçinin mülki iddiaçı və onun nümayəndəsi tərəfindən mənəvi zərərlə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməməsini əsas götürərək iddia tələbi baxılmamış saxlamaqla və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunması barədə qərar qəbul etməklə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 180.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddianı baxılmamış saxlamaqla düzgün nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı mülki iddiaya dair hissədə dəyişdirilməli, iddia tələbi baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 419.10.4-ci maddələrinin tələblərini rəhbər tutaraq Qə rara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Həmin qərardan mülki iddianın təmin edilməsinə dair müddəalar xaric edilsin. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah edilsin.
Məhkəmə qərarları › İş №1(102)-319/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-319/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver