Məhkəmə qərarları › İş №1(102)-319/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-319/2023

25.01.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-319/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi – “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Alıyev Cavid Barat oğlunun, Barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi –Qanuni nümayəndə2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil İbrahimov Qanqa Cavanşir oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi, hakimlər Allahverdiyeva Ramilla Allahverdi qızı, Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) 22 may 2020-ci il tarixli qərarı ilə xx xxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ART şöbəsinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmiş Məhkum hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş, bunun nəticəsində öz əməllərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək imkanından məhrum olmuş şəxs kimi barəsində o sağalmış hesab edilənədək tibbi xarakterli məcburi tədbirlər - ümumi ti pli psixiatriya stasionarında məcburi müalicə tətbiq edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, sağalana qədər onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, cinayət işi üzrə icraat dayandırılmışdır. Qərarın icrası Səhiyyə Nazirliyinin 01 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi- vəkil Alıyev Cavid Barat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim: F.A.Qasımov, hakimlər: E.E.Rəhimov və K.H.Əkbərov) 17 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri “törətmiş” ifadəsi qərardan xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin vəkili Alıyev Cavid Barat oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 26 may 2021- ci il tarixli qərarı ilə dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayəti təmin edilmiş, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 06 aprel 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi Alıyev Cavid Barat oğlu, həmçinin barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Məhkum müdafiəçisi İbrahimov Qanqa Cavan şir oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 22 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarından barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin qərarına əsasən, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələri ilə göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, xüsusi amansızlıql a qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, Məhkum 2008-ci ilin sentyabr ayında “hipokampin atrofiyası və mədəciklərin genişlənməsi-hidrosefaliya, arxa kəllə çuxurunda genişlənmiş meqasistema və epilepsiya” ilə doğulan qızı Aliyə Taxvelinin bu əlamətlərlə anadan olmasını xx.xx.2007ci ildən onunla rəsmi nikahla ailə quraraq birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs1 görmüş və bunu bəhanə edərək həmin vaxtdan başlayaraq, sonuncuya qarşı aqressiv münasibətlər göstərib 2018-ci ilin dekabr ayının əvvəllərində müxtəlif vaxtlarda yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs1 ilə heç bir səbəb olmadan mübahisə edərək dəfələrlə yaşadığı evdə azyaşlı qızları – 01 sentyabr 2008-ci il təvəllüdlü Aliya və 11 noyabr 2015-ci il təvəllüdlü Nailənin gözləri qarşısında Zərərçəkmiş şəxs1 əlləri və ayaqları ilə vuraraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələri ilə göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı ilə müşayət olunan sol bazu oynağı nahiyyəsinin ön səthinin, sağ bazunun yuxarı 1/3-in iç səthinin, sol bazunun orta 1/3-in ön səthinin, sağ bazunun aşağı 1/3-in iç səthinin qançırları ilə nəticələnməklə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və sonuncu dəfə 09 dekabr 2018-ci ildə saat 22 radələrindən başlayaraq bir müddət əvvəl narkotik vasitə marixuana qəbul edib psixi və davranış pozuntusu halında olaraq 10 dekabr 2018-ci ildə saat 02-03 radələrində, heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edib saçlarından tutduğu vəziyyətdə uşaqlarının oyanmasına səbəb olmaqla, uşaqları ilə vidalaşdırmağa məcbur edib onların gözü qarşısında əlləri ilə vuraraq başının sağ gicgah və hər iki milbilək oynağı nahiyyələrinin qançırları və sol mil-bilək oynağı nahiyyəsinin ön səthinin sıyrığı ilə nəticələnərək, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirib doğulduğu andan Zərərçəkmiş şəxs2 xəstəliyə görə qəbul etməməklə, buna arvadı Zərərçəkmiş şəxs1 səbəb olmasını bəhanə edərək, ailəsi ilə maraqlanmamaqla, maddi dəstək olmamaqla və narkotik maddələr qəbul etməklə Zərərçəkmiş şəxs1 pisixi iztirablar vermişdir. Bundan başqa, Məhkum narkotik vasitə marixuana qəbul etməklə p sixi və davranış pozuntusu halında olaraq 10 dekabr 2018-ci ildə saat 02:42-də arvadı Zərərçəkmiş şəxs1 saçlarından tutduğu vəziyyətdə “hipokampin atrofiyası, mədəciklərin genişlənməsi-hidrosefaliya, arxa kəllə çuxurun da genişlənmiş meqasistema və epilepsiya” ilə doğulan qızı Aliyə Taxvelinin yatdığı otağa gətirib onun yuxudan oyanmasına səbəb olmuş və Adelyanı onunla vidalaşdırarkən, onun gözü qarşısında qızı Zərərçəkmiş şəxs2 qolundan tutaraq dartıb çarpayıdan yerə düşürməsi nəticəsində aldığı kəllə-beyin travmasından ona hər iki tərəfdə subdural sahədə baş beyni laterallardan zəif kompresiya edən ən qalın yerində sağda 9 mm, solda 10 mm ölçülü homogen tərkibli ciblənmiş maye yığıntısı ilə nəticələnən sağlamlığına yüngül zərər vuran və sağ bazu nahiyyəsinin qançırı ilə nəticələnən sağ lamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcəsi təyin edilməyən xəsarət yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Daha sonra, Məhkum istintaqa məlum olmayan mənbədən şəxsi istehlak məqsədi ilə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 5,647 qram olan narkotik vasitə qurudulmuş marixuananı 2018-ci ilin dekabr ayının əvvəlində əldə edərək sahibliyində və idarəçiliyində olduğu “Lexus” markalı **-LH-*** dövlət nömrə nişanlı avtomobilin saxlanc yerində saxlayaraq gəzdirmiş və 10 dekabr 2018-ci ildə avtomaşınından həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, Məhkum 09 dekabr 2018-ci il tarixdə saat 22 radələrindən başlayaraq bir müddət əvvəl narkotik vasitə marixuana qəbul edib psixi və da vranış pozuntusu halında olmaqla 10 dekabr 2018-ci ildə saat 02-03 radələrdə yaşadığı mənzildə Zərərçəkmiş şəxs1 yuxudan oyadıb onunla heç bir səbəb olmadan mübahisə edərkən, sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlmiş və cinayətkar niyyətini həyata keçirmək üçün azyaşlı qızları - 01 sentyabr 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 11 noyabr 2015-ci il təvəllüdlü Nailə Taxvelinin yuxudan oyanmasına səbəb olan hərəkətlər edib uşaqlarının gözü qarşısında, Nailə Taxvelinin ağlayaraq anasını çağırmasına məhəl qoymadan arvadının saçından tutaraq mənzilin otaqlarında gəzdirmiş və müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib uşaqlarının yanında buraxması barədə arvadının yalvarışlarına fikir verməmiş, uşaqları ilə vidalaşmağa məcbur edərək əzab vermiş, saçlarından tutaraq yaş adığı mənzilin mətbəx otağının qarşısında eyvana gətirməklə, Zərərçəkmiş şəxs1 müqavimətini qırmağa yönəlmiş hərəkətlər edib bel nahiyyəsini eyvanda olan məhəccərə sıxarkən, dərəcəsinə görə təyin edilməyən oma nahiyyəsinin qançırı və qançırın fonunda kiçik ölçülü kəsilmiş yaradan ibarət xəsarət yetirdikdən sonra niyyətini sona çatdırmaq məqsədilə müstəsna dərəcədə qəddarlıq edərək Zərərçəkmiş şəxs1 ayaqlarından tutub qaldıraraq, eyvandan küçəyə atması nəticəsində ona baş beyinin sol gicgah-təpə, ənsə payların əzilib-dağılması və evakuasiyası, həmin nahiyyələrdə yumşaq qişalara beyin toxumasına qansızmalar, mədəciklərə qansızma və beyinçiyin, uzunsov beyin və varol korpü- sünün toxumasına qansızma, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları, sol gicgah-təpə-alın və ənsə nahiyələrind ə yumşaq toxumalar altına qansızma, sol gicgah əzələsinə qansızmalar, başın sol təpə-ənsə nahiyənin iri ölçülü əzilmiş-cırılmış yarası, sol təpə nahiyəsinin əzilmişcırılmış yarası, sol ağciyərin cırılması və toxumasına qansızmalar, soldan İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX və X qabırğaların, orta körpücük və kürək xətləri üzrə sınıqları və qabırğaarası əzələlərdə qansızmaları, sol böyrək ətrafı toxumaya qansızması, döş sümüyü, sol bud və sağ baldır sümüklərinin sınıqları və sağ yuxarı ətrafda başbarmağın bilək-əl darağı oynağın çıxığı, sağ yuxarı ətrafda baş barmağın bilək-əl darağı oynağının çıxığı, başın alın nahiyyəsi, üzün sol yarısının, sol bazu, sol dirsək oynağı nahiyəsinin, sol mil-bilək oynağı nahiyənin arxa səthinin, sağ əlin İ barmağın, qarnının sol yan səthinin sıyrıqları, sol üst gö z qapağının qançırı, sağ yuxarı ətrafın iç səthini əhatə edən iri ölçülü qançırı, sol bazu və sağ əlinin İ barmağının yastıq hissəsinin, sağ diz oynağı nahiyyəsinin, sol budun və sağ baldırının qançırları ilə nəticələnən, kəllə qapağının və əsası sümüklərin çoxsaylı qəlpəli sınıqları, baş beyin toxumanın əzilib-dağılması və evakuasiyası (kəllə boşluğundan xaricə çıxması) kimi həyatla araya sığmayan ölümü ilə birbaşa əlaqəli və ölümünə səbəb olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 öldürmüş, yəni xüsusi amansızlıqla sonuncunu qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Barəsində tibbi xarakterli məcburi tədbir tətbiq ed ilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Məhkum barəsində olan cinayət işi üzrə məhkəmə istintaqının gedişatında, məhkəmə istintaqı yekunlaşmadığı halda onda aşkarlanan psixi patologiya nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum olmasına və hazırkı psixi vəziyyətinə görə müalicəyə ehtiyacı olmasına dair müvafiq ekspertiza rəyləri alınmışdır. Bu rəylərdən sonuncusu olan xx.xx.2019-cu il tarixli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən sonra keçirilmiş 22 may 2020-ci il tarixli məhkəmə iclasında yalnız rəyə dair tərəflərin fikirləri soruşulmuşdur. Bu zaman yenə məhkəmə istinta qı tamamlanmamış, dövlət ittihamçısı və digər proses iştirakçıları çıxış etməmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin təkrar ekspertiza ilə bağlı vəsatətindən sonra müşavirəyə gedən məhkəmə tərkibi müşavirədən sonra məhkəmənin tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında 22 may 2020-ci il tarixli qərarının nəticə hissəsini, yəni ancaq Məhkum barəsində məcburi müalicə tətbiq edilməsini elan etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında təqsirini etiraf etməmiş, özünü təqsirli bilməmiş, məhkəmə istintaqında birmənalı olaraq, ona qarşı irəli sürlmüş ittihamı təsdiq etməmişdir. İbtidai istintaq dövründə hələ sağlam olarkən yazılmış bütün ifadələri, protokolları təqsirləndirilən şəxs imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən ş əxsin imzası ilə təsdiq etməkdən imtina etdiyi, istintaq orqanının xəyalının məhsulu olan sübutların ittihamın təsdiqedici əsası kimi qəbul olunması, prosessual qanunvericiliyin tam pozulmasıdır. İbtidai istintaq dövründə hələ sağlam olarkən Məhkum yalnız bir prosessual sənədə - Şahid1 ilə üzləşdirmə protokoluna imza etmişdir ki, bu sənəddə də onun zərərçəkmiş şəxsi öldürməsi ilə bağlı hər hansı məzmun yoxdur. İş üzrə dindirilmiş şahidlərin heç biri təqsirləndirilən şəxsin mərhum zərərçəkmiş şəxsi öldürməsini görməyiblər və iş materiallarında bunu təsdiq edən heç bir şahid ifadəsi yoxdur. Həmin şahidlərin ifadələrində ən pis halda təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən mənfi fikirlər ola bilər ki, bu fikirlər də heç bir halda ittihamı təsdiq etmir, edə bilməz. İş materiallar ına əlavə olunmuş natamam video görüntülərdə də, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürməsini əks etdirən görüntülər yoxdur. Həmin görüntülər ən pis halda, zərərçəkmiş şəxsin özünü öldürmə həddinə çatdırılması ittihamının sübutları kimi qiymətləndirilə bilərdi. Beləliklə, hazırkı cinayət işi materiallarında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı sübuta yetirən mötəbər, şübhə doğurmayan sübut yoxdur. Eyni zamanda, araşdırılması zəruri olan digər məqam, Ramizin telefonundakı “WhatsApp” proqramındakı bütün yazışmaların, audio faylların əldə olunmaması ilə bağlı olmuşdur ki, apellyasiya məhkəməsi bu hala da qiymət verməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İbrahimov Qanqa Cavanşir oğlu çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən şərait yaradılmaması səbəbindən müəyyən vəsatətləri təqdim edə bilmədiyini, apellyasiya instansiyasında isə təqdim etsə də həmin vəsatətlərin ibtidai istintaq dövründə və ya birinci instansiyada məhkəmə istintaqı zamanı verilməməsi əsası ilə təmin edilmədiyini, iş materiallarında olan natamam, qeyri-mötəbər, şübhə doğuran sübutlarla ittiham irəli sürüldüyünü, ittihamın sırf ehtimallara əsaslandığını bildirib, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya b axışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi Alıyev Cavid Barat oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməli olduğunu bildirib, kassasiya şikayəti təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərar ının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayəti təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində tibbi xarakterli məcburi t ədbir tətbiq edilmiş şəxsin barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi, əməllərinin düzgün olmayaraq tövsif olunduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur k i, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətini hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tə ləbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinə CM-nin 120.2.4-cü maddəsi ilə bəraət verilməli olduğu iddia edilir. Azərbayca n Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətin in ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, xüsusi amansızlıqla qəsdən adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Burada qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməsini sübut edir. Belə ki, birinci və apellyasiya instansiya məhkəmələrinin qərarlarından görünür ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 Cinayət Məcəlləsinin 126 və 127-ci maddələri ilə göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq onu döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab verməsi, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması, nəticədə onu xüsusi amansızlıqla qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etməklə saxlaması, daşıması və istifadə etmə cinayətlərini törətməs i, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 133.1, 128 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ibtidai istintaqın ilk mərhələsindən başlayaraq verdiyi etirafedici ifadələri ilə yanaşı; zərərçəkmiş şəxsin hüquqi varisi və dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə; hadisə yerləri, o cümlədən ünvan 2 ünvanında olan 51 nömrəli mənzilə və Məhkum məxsus olan “Lexus” markalı **-LH-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi barədə tərtib edilmiş protokollarla; ünvan 2 ünvanında olan 51 nömrəli mənzilə quraşdırılmış və hadisənin gedişatını öz üzərində əks etdirən videokameranın disklərinə köçürülmüş və məhkəmədə tədqiq edilmiş videogörüntülərin protokolları ilə; Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinin hadis ə yerində yoxlanılması barədə ifadəsinin hadisə yerində yoxlanılması barədə protokolla; məhkəmətibbi, məhkəmə-bioloji, məhkəmə-kriminalistik, məhkəmə-narkoloji və başqa ekspertizalarının rəyləri ilə; SMS mesajlaşma və mobil telefon danışıqlarına dair toplanmış sənədlərlə; cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarında olan sənədlərə əsasən, ibtidai istintaq dövründə bir ambulator komission məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin olunaraq keçirilmiş və ekspertizanın rəyinə əsasən Məhkum əməli psixi vəziyyətinə görə hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşməmişdir. Bundan sonra, birinci instansiya məhkəm əsi tərəfindən kompleks komission stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizaları üç dəfə təyin olunaraq keçirilmiş və hər 3 halda keçirilmiş ekspertizalarının rəylərinə əsasən, Məhkum cinayətləri törədərkən, hər hansı bir xroniki psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, cinayətləri törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olduğundan, ittiham edildiyi əməllər barədə anlaqlı hesab edilmiş, cinayətləri törətdikdən sonra istintaq təcridxanasında saxlanılarkən, aldığı ağır kəllə-beyin travmasından, psixi vəziyyətində və davranışında pozuntular yarandığından, hazırda «Baş beyinin üzvi zədələnməsi (travma mənşəli) nəticəsində psixi və d avraniş pozuntuları (psixopatiyaya bənzər sindrom), intellekt və yaddaşın enməsi ilə» formasında psixi patologiya müəyyən edilmiş, onda aşkarlanan psixi patologiya nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmə və onları idarə etmək imkanından məhrum olmuşdur. Anlaqlı olub-olmaması sualını cavablandırmaq mümkün olmadığından, rəylə cavablandırılmamışdır. Rəydə qeyd edilmişdir ki, “ümumiyyətlə hər hansı şəxsin hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz, yəni “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan, suala cavab vermək mümkün deyil, yalnız hazırda o nun hərəkətinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk və onları idarə etmək iqtidarında deyil, əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Psixi vəziyyətinə görə hərəkəti Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşdüyündən müalicəyə ehtiyacı vardır. Eyni ilə onun hadisə zamanı hansı emosional halında olmasını müəyyən etmək mümkün deyildir. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsi də zərərçəkmiş tərəfinin vəsatəti ilə təkrar kompleks komision məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin etmişdir. Keçirilmiş təkrar kompleks komision məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 113 saylı, 26 oktyabr 2020-ci il tarixli rəyində də yuxarıda göstərilən nəticə qeyd olunmuşdur. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcbu ri tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15-ci bəndinin tələbinə əsasən, cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və xüsusi ittiham qaydasında şikayət üzrə işə birinci instansiya məhkəməsində baxılarkən, təqsirləndirilən şəxsin CM-nin 21.3-cü maddəsinin təsiri altına düşən xəstəliyə düçar olması müəyyən edildikdə, məhkəmə işə baxılmasını davam etdirməklə cinayətlərin törədilib-törədilməməsi, həmin cinayət əməllərində cinayət tərkibinin olub-olmaması və əməllərin təqsirləndirilən şəxs törədib-törətməməsi, təqsirləndirilən şəxsin psixi xəstəliyə tutulub-tutulmaması, xəstəliyin xarakterinin və xəstəlik vəziyyətinin, baş verdiyi vaxtı, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacı n olubolmaması və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyacı olması kimi məsələləri yoxlamalı və araşdırılmış sübutlarla şəxsin ona ittiham edilmiş cinayət əməlini törətməsi və cinayət törətdikdən sonra onun psixi xəstəliyə tutulması və tibbi xarakterli məcburi tədbirin tətbiqinə ehtiyacı olması təsdiq olunduqda, onun haqqında belə tədbirin tətbiq edilməsi, iş üzrə icraatın isə dayandırılması haqqında qərar çıxarır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün olaraq belə nəticəyə gəlmişlər ki, Məhkum cinayəti anlaqlı vəziyyətdə törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulduğundan və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictitmai təhlükəlillyini dərk etmək və ya ö z əməlini idarə etmək imkanından məhrum olduğundan, eləcə də hal-hazırda onda olan psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdığından, onu barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 1907 nömrəli 22 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Məhkum barəsində aparılan müalicə tədbirlərinə baxmayaraq, hal-hazırda onun psixi vəziyyətində nəzərə çarpacaq yaxşılaşma qeyd olunmadığından, məcburi müalicənin davam edilməsinə ehtiyac vardır. Kassasiya şikayətində müdafiəçi İbrahimov Qanqa Cavanşir oğlu hadisə yerindən götürülmüş videomüşahidə kamerasının görüntülərinin istintaq orqanı tərəfindən saxtalaşdırıldığı və bu səbəbdən, həmi n görüntülərin istintaq orqanından götürülməsi və eyni ilə Ramiz Tazvelinin istifadəsində olmuş mobil telefonundakı “WhatsApp”” proqramında olan yazışmaların əldə olunması ilə əlaqədar vəsatət verdiyini və həmin vəsatətin apellyasiya məhkəməsi tərəfindən təmin edilmədiyi iddia edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, baş vermiş hadisədən dərhal sonra hadisə yerindən götürülmüş bir ədəd videomüşahidə kamerasına və Məhkum istifadəsində olmuş mobil telefonunun “WhatsApp” proqramında olan yazışmaların ibtidai istintaq dövründə baxış keçirilmiş və maddi subut kimi tanınaraq cinayət işinin materialına əlavə edilmişdir. Bundan əlavə, həmin videomüşahidə kamerasında hadisə yerindən olan videogörüntülərə və istifadəsində olmuş mobil telefonunun “WhatsApp” proqramında ola n yazışmalara ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində baxış keçirilmiş, bununla bağlı Məhkum və şahidlər dindirilmiş və nəticəsindən asılı olaraq bunlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında videomüşahidə kamerasında hadisə yerindən olan videogörüntülərin və Məhkum mobil telefonunun “WhatsApp” proqramında olan yazışmaların saxtalaşdırılmasını və ya dəyişdirilməsini təsdiq edən hər hansı bir fakt, dəlil və sübut olmadığından, bunlar yalnız Məhkum müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlunun mülahizələri kimi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs1 mütəmadi olaraq onu döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab verməsi, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması, nəticədə onu xüsusi amansızlıqla qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, birbirilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məc əllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsinin qərarlarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxsin müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya in stansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar