Məhkəmə qərarları › İş №1(102)-319/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-319/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-319/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin C inayət kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İslam Neymanov (sədrlik edən və məruzəçi), Nizami Quliyev və Nahid Hüseynovdan ibarət tərkibdə) 12 aprel 2023-cü il tarixli, 1(099)-119/2023 nömrəli hökmü ilə, xx.xx.1994-cü il tarixdə xxxx rayonu, xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, xxxx rayonu, xxxx kəndində qeydiyyatda olmaqla xxxx şəhəri, xxxx rayonunda müvəqqəti kirayə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan son ra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 04 sentyabr 2022ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə külli miqdarda narkotik vasitə qurudulmuş “marixuana”nı qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən Biləsuvar rayonu, Çaylı-Əs kərabad yolunun sağ kənarında üzərində «90» sözü yazılmış sürət həddini bildirən lövhəsinin yanında gizlədilmiş külli miqdarda, 1335 qram çəkidə narkotik vasitə qurudulmuş “marixuana”nı əldə etmək məqsədi ilə 04 sentyabr 2022-ci il tarixdə, saat 22:20 radələrində cinayət barədə xəbərsiz olan taksi sürücüsü Şahid6 idarə etdiyi “VAZ2106” markalı, “**-CG-***” dövlət nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb, avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəs ində yerləşən “Olimpiya İdman Kompleksi”nin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, Şahid6 idarə etdiyi “VAZ-2106” markalı, “**-CG-***” dövlət nişanlı avtomobilə baxış keçirilərkən həmin narkotik vasitə bir ədəd bağlamada olmaqla avtomobilin sağ qabaq ayaqaltı hissəsindən bir ədəd qara rəngli bağlamada külli miqdarda, 1335 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Kamil Bəşirovdan ibarət tərkibdə) 20 iyul 2023-cü il tarixli, 1(106)-385/2023 nömrəli qərarı ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Mə hkum əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şirvan Apely asiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində CM-in 234.1-1-ci maddəsi üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Almazov Ramin Pənah kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, kassator protestdə qeyd etmişdir ki, məhkəmə narkotik vasitəni satmaq üçün Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsinin müəyyən edilməməsini qərarda qeyd edib, həmin halın Məhkum aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsini istisna edən hal kimi qəbul edərkən, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehla kçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin sonradan ola biləcəyi, sifarişə uyğun olaraq narkotik vasitə qurudulmuş marixuananın külli miqdarda əldə edilməsi kimi halları nəzərə almamışdır. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlini CM-in 234.1-1ci maddəsinə tövsif edib, Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədilə deyil şəxsi istehlakı üçün əldə etməsi qənaətinə gəlməsini işdə olan narkoloji tibbi yoxlamanın rəyinə əsasən onun göstərdiyi məlumatın həqiqətə uyğun olması məhkəmə-narkoloji ekspertizasının rəyi ilə onda narkomaniya xəstəliyi aşkar olunması ilə təsdiq edilməsi və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması ilə əsaslandırmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, təqsirlənd irilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasını heç də inkar etmir. Əksinə narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirən şəxslərin mütləq əksəriyyəti bu və ya digər formada narkotik vasitə və psixotrop maddə istifadəçiləri olmaqla narkomaniya xəstəliyinə düçar olan şəxslərdir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Məhkum narkomaniya xəstəliyi aşkar olunması və onun üzərində külli miqdarda 1335 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib, üzərində saxlamaqla, daşımasını bir daha sübut edir. Beləliklə məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olu nmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlara (məhkum edilmiş şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolları, digər istintaq hərəkətlərinin protokolları) deyil, yalnız öz subyektiv mülahizələrinə və ehtimallara əsassız olaraq üstünlük vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması, həmçinin satması sübuta yetirilm ədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda Məhkum əsassız və qanunsuz təqsirli bilinərək cəzalandırılmışdır. Hesab edir ki, məhkəmə cinayət işinin məhkəmə araşdırması zamanı müdafiəçisi olduğu şəxsin əməlinin tövsifində səhv nəticəyə gəlməklə əsassızlığa yol verilmiş və nəticədə təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin və verilmiş olan cəzanın qanuni və ədalətli olması düzgün qiymətləndirilməmişdir. Bu səbəbdən də cinayət işi üzrə məhkəmə qərarının əməlin tövsifinə görə qanunsuz hesab edilməsi üçün əsaslar yaranmışdır. Məhkəmə ibtidai istintaqın gedişində yol verilmiş qanun pozuntularına əhəmiyyət verməmiş, qərar çıxarılarkən ibtidai istintaqın natamam sübutlarını əsas götürmüş, məhkəmə baxışında verilən ifadələrə düzgün hüquqi qiymət verməmiş. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə düzgün riayət etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Kassasiya şikayətinin əsas başlıca dəlili isə ondan ibarətdir ki, apelyasiya məhkəməsi əsassızi olaraq Məhkum CM-in 234-1.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə mötəbər sübutlar əsasında müəyyən edilmiş hal ondan ibarətdir ki, 04 sentyabr 2022-ci il tarixdə Məhkum polis əməkdaşları tərəfindən saxlanılmış və Şahid6 idarə etdiyi “VAZ-2106” markalı, “**-CG-***” dövlət nişanlı avtomobilə baxış keçirilərkən həmin narkotik vasitə bir ədəd bağlamada olmaqla avtomobilin sağ qabaq ayaqaltı hissəsindən bir ədəd qara rəngli bağlamada 1335 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkum məhkəmə iclasında göstərmişdir ki, 04 sentyabr 2022-ci il tarixdə narkotik vasitəni götürmək istəyəndə polis əməkdaşları onu tutmuşlar sonra onu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində əməliyyatçılar onu döyərək 1335 qram marixuananın onun olmasını etiraf etməyə məcbur etmişlər. O, da 60 qram narkotik vasitə almaq üçün gəldiyini, 1335 qram narkotik vasitənin onun olmadığını demişdir. İstintaq orqanı və birinci instansiya məhkəməsi nət icəyə gəlmişlər ki, Məhkum 04 sentyabr 2022-ci il tarixdə aşkar edilərək götürülmüş 1335 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana satış məqsədi ilə əldə edilmiş və saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi isə işə müdafiə tərəfinin apelyasiya şikayətinə əsasən baxarkən nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən 1335 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi və saxlanması cinayət işi üzrə sübutlarla təsdiq edilsə də, onun bu əməli narkotik vasitəni satmaq məqsədi ilə törətməsi təsdiq olunmur. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlar Məhkum 1335 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satmaq məqsədini müəyyən etmir. Belə ki, Məhkum öz ifadəsində 1335 qram çəkidə narkotik va sitə olan qurudulmuş marixuananı satmaq məqsədi ilə əldə etməsi və saxlamasını inkar etmiş, bundan əlavə ittiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Məhkum niyyətinin dəqiqləşdirilməsi üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Məhkum aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi öz təsdiqin i tapmamışdır. Buna baxmayaraq istintaq orqanı üç aya yaxın müddət ərzində apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, Məhkum əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri icra olunduğunu, lakin heç bir nəticə əldə olunmadığını bildirmişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən aşkar olunmuş qurudulmuş marixu ananın kütləsinin külli miqdar – 1335 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr qəbul edən və çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunan Məhkum həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 04 sentyabr 2022-ci ildə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən narkotik vasitənin satışını realizə edə biləcək hər hans ı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Məhkum barəsində cinayət təqibi başlanan andan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, habelə məhkəmə icraatı zamanı verdiyi bütün izahat və ifadələrdə marixuana aludəçisi olduğunu, məhz Mamed adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə istədiyini bildirmişdir. Qeyd olunanları, həmçinin Məhkum qurudulmuş marixuanadan mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin 1335 qram qurudulmuş marixuananı məhz satmaq məqsədi ilə əldə etməsi və daşıması barədə gəl dikləri nəticə sübutlara deyil, ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən ondan aşkar edilmiş 1335 qram narkotik vasitə olan marixuananı satmaq məqsədi ilə əldə edilməsi və saxlanması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamış və düzgün olaraq həmin epizodla bağlı onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutların yoxlanılması və qiymətləndirilməsi barədə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə formal yanaşaraq həmin maddələrlə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, nəticədə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair əsassız və səhv nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə ə sasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun qurudulmuş marixuananı qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin maddəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsinin sübutları cinayət-prosessual q anunvericiliyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarına uyğun yoxlamasını və qiymətləndirməsini nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin gəldiyi nəticələr əsaslıdır. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin CM-in 234-1.1-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsinin əsassız olmasına dair kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitə satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan apelyasiya instansiyası məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və ob yektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı, müdafiəçinin isə şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəza 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin protest və şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023-cü il tarixli, 1(106)-385/2023 nömrəli Məhkum haqqındakı qərarının dəyişdirilməd ən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2023-cü il tarixli, 1(106)-385/2023 nömrəli tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar