Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-32/2020 06.03.2020 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 32/2020 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "06" mart 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkil i Hüseynov Xaliq Nazim oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mikayılov Eldar Əli oğlu, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) xx xxx 1987-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, ünva n 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 29,120.2.4-cü maddəsi ilə 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu birləşdirilərək qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməklə, 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyini n Penitensiar Xidmətin Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı X7 2009-cu ildə qeyri-rəşmi qaydada kəbin nikahı bağladığı həyat yoldaşı X2 artıq başqa şəxslə qeyri-rəsmi ər-arvad kimi yaşamasını bilib, sonuncunun onun qardaşına xəyanət etdiyi qənaətinə gələrək, ondan qisas alaraq X2 açıq şəkildə və xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gələrək, bu cinayətini həyata keçirmək üçün soyuq silah hesab olunmayan qatlanan cib bıçağ ilə silahlandıqdan sonra X2 həmin cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı İbiş İbrahimovla görüşüb nikahlarının faktiki pozulmasını bildirməklə başqa şəxslə ailə qurması ilə bağlı qardaşı İbiş İbrahimovdan razılıq almasının vacibliyinə və birlikdə cəzaçəkmə müəssisəsinə gedəcəklərinə inandıraraq, 12 may 2017-c i il tarixdə saat 12 radələrində Aysel Əliyeva ilə Metropolitenin "28 May" stansiyası yaxınlığında görüşmüş və sonuncuya cəzəçəkmə müəssisəsinə gedəcəklərini, lakin həmin müəssisəyə daxil olmaq üçün özünün şəxsiyyət vəsiqəsinin ünvan 1 ünvanda yaşayan qohumunun evində qaldığını deyib, həmin vəsiqəni oradan götürəcəyi adı ilə saat 1230 radələrində X2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən evin qarşısına getmişlər. Orada o, X2dən oradakı meydançada onu gözləməsini xahiş edərək guya öz şəxsiyyət vəsiqəsini götürməsi üçün ondan aralanıb bir neçə dəqiqədən sonra onun yanına qayıtdıqdan sonra, X2 ətrafda yaşayan sakinlərin və küçədən keçən vətəndaşların gözü qarşısında nümayişkaranə və xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə, sol əli ilə X2in saçlarından tutaraq, müstəsna dərəcədə qəddarl ıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verməklə, ictimai yer olan həmin küçədə ictimai qaydanı kobud surətdə pozaraq və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, özündə olan cib bıçağı ilə X2ə əvvəl ayaq üstə, sonuncu yerə yıxıldıqdan sonra isə yerdə ona zərbələr yetirmiş, həmin vaxt X2in yalvarıb imdad diləməsinə, eləcə də qanunazidd hərəkətlərinin qarşısını almaq istəyən vətəndaşların tələblərinə məhəl qoymayaraq, öz hərəkətləri ilə X2ə xüsusi əzab verdiyini, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini dərk edərək və bunu arzulayaraq, sonuncuya hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan döş qəfəsinin ön səthində boşluqlara nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin arxa səthində alt ı ədəd deşilmiş-kəsilmiş yara, sağ bazu nahiyəsində üç ədəd deşilmiş-kəsilmiş yara, sol əlin üst səthində iki ədəd deşilmiş-kəsilmiş yara və həmin əlin İİ barmağının üst səthində bir ədəd kəsilmiş yara, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan döş qəfəsinin arxa səthində sol plevra boşluğuna nüfuz edərək, hemopnevmotoraksla müşayiət olunan iki ədəd deşilmişkəsilmiş yara kimi çoxsaylı xəsarətlər yetirmiş, X2 imkan tapıb onun əlindən çıxaraq hadisə yerindən qaçıb ünvan 3 ünvanında yerləşən yaşayış evinin həyətinə girdiyi, həmin ev sahiblərinin, Təcili tibbi yardım xidmətinə zəng vuraraq X2 vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərdiyindən və beləliklə Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən X2 qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək, qərəzli xuliqanlıqla müşayiət olunanan xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 30 mart 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək apellyasiya məhkəməs inin qərarını ləğv edib, onun əməlini CM-nin 126.1-ci maddısi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs onun qardaşı ilə qeyri rəsmi nikahda olmasına baxmayaraq, onu ailənin bir üzvü kimi qəbul etmiş, ona görə də onu atdığı səhv addım atdığına görə öldürmək yox, cəzalandırmaq fikrində olmuş, bu səbəbdən də onun əməli düzgün tövsif edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkum onun əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassas iya şikayətinin təmin olunmasını, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2018-ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanu nun bu tələbinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Kassasiya şikayətində əməlin düzgün tövsif edilmədiyi, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu iddia edilir, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək deyil, cəzalandırmaq niyyətində olduğu bildirilir. Şikayətin bu dəlili iş materiallarına uyğun olmamaqla əsassızdır. Belə dəlil hələ birinci instansiya məhkəməsində irəli sürülmüş, bu səbəbdən həmin məhkəmədə araşdırma predmeti olmuş, hökmdə məhkəmənin bu məsələ ilə bağlı mövqeyi göstərilmiş, gəldiyi nəticə işin hallarına, qanunun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahına istinad edilərək ətraflı şərh edilməklə ə saslandırılmışdır. Hökmdə bu məsələ ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı onun Aysel Əliyevanı öldürmək niyyəti olmadığı, ona əziyyət və əzablar vermək fikri olmadığı, ictimai qaydanı pozmaqla heç bir xuliqanlıq hərəkəti etmədiyi barədə olan hissədəki məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri məsuliyyətdən yaxa qurtarmaq və öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması iş üzrə zərərçəkmiş şəxs, şahidlərin ifadələri, iş üzrə maddi sübut və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən mötəbər sübutlarla tam təsdiq olunmuşdur. "Qəsdən adam öldürmə işl əri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 №-li qərarının 1, 3 və 8-ci bəndlərinin müddəalarına əsasən qəsdən adam öldürmə cinayətlərinin ictimai- təhlükəlilik dərəcəsi nəzərə alınaraq törədilmiş cinayət hadisəsi hərtərəfli, tam və obyektiv araşdırılmalı, bu kimi cinayət işləri üzrə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulları, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törədəndən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə köməklik edən digər hallar araşdırılmalıdır. Təqsirkarın niyyətinin məh z nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu və həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi a mansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi müdafiə tərəfinin həmin dəlilinə münasibət bildirmiş, onunla razılaşmadığının səbəbini qərarda göstərmiş, bu məsələdə mövqeyini şərh etməklə əsaslandırmışdır. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin bu məsələdə mövqeyini əsaslı hesab etmişdir. Həmin mö vqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərini və hökmdə istinad olunan plenum qərarının izahını da nəzərə alır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sübutların həmin normanın tələbləri və Plenum qərarının izahı baxımından təhlili göstərir ki, Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs arasında ziddiyyətli münasibətlər yaranmış, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə çoxsaylı bıçaq zərbələri endirmiş, bu hərəkətlərin dayandırılması və X2 aldığı xəsarətlərdən ölməməsi Təqsirləndirilən şəxs özünün iradəsindən asılı olmamış, bunlar digər hallarla əlaqədar olmuşdur. Bütün bunlar Təqsirləndirilən şəxs niyyətinin X2 xüsusi amansızlıqla öldürmyə yönəldiyi (o, X2 öldürməsini arzu etmiş, lakin özündən asılı olmayan səbəblərdən məqsədinə nail ola bilməmişdir), Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ittiham Təqsirləndirilən şəxs xuliqanlıq törətməsi hissəsində təsdiq edilmir. Xuliqanlıq cinayətinin törədilməsinin təsdiq olunduğu q ənaətində olan məhkəmə bununla əlaqədar hökmdə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarının müvafiq izahına istinad etsə də, iş üzrə Plenum qərarında göstərilən halların mövcudluğu qənaətinə sübutlarda olan hansı məlumatlara əsaslanaraq gəldiyini açıqlamamışdır. Apellyasiya məhkəməsi də bu çatışmazlığa əhəmiyyət verməmiş, onu aradan qaldırmamış, özü də hökmün həmin hissədə qüvvədə saxlanılmasına dair nəticəni faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə isə Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törətməsinə dair ittiham təsdiq edilmir. Yuxarıda göstərildiyi kimi, iş materillarından birmənalı olaraq görünür ki, Təqsirləndirilən şəxsla X2 arasında müəyyən səbəblə rdən ziddiyyətli münasibətlər yaranmış, Təqsirləndirilən şəxs niyyəti yalnız X2 həmin münasibətlər zəmində öldürməyə yönəlmiş (qisas almaq məqsədi ilə) və sübutlarda olan məlumatlardan göründüyü kimi, onun bütün hərəkətləri X2 öldürmək niyyətini həyata keçirmək istiqamətində törədilmiş, Təqsirləndirilən şəxs bunu ətrafda yaşayan sakinlərin, küçədən keçən vətəndaşların gözü qarşısında etməsinə heç bir əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ittiham tərəfinin təqdim etdiyi və məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada təhlil olunan sübutlarla Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı edilməsi təsdiq olunmuş hərəkətlər ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən kimi (CM-nin 221-ci maddəsində göstərilmiş mənada) qiymətləndirilə bilməz. İtt ihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasını arzu etmişdir. İttiham tərəfi özünün bu iddiasını təsdiq edən hər hansı bir sübuta istinad etməmişdir, halbuki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası bu məsələlərlə əlaqədar vurğulayır ki, cinayət hüququ nəzəriyyəsinə görə xuliqanlıq cinayəti yalnız birbaşa qəsdlə (xuliqanlıq motivi ilə) törədilir. Təqsirləndirilən şəxs isə yeganə məqsədi X2 öldürmək olmuş, hərəkətlərinin qarşısını almaq istəyən vətəndaşların tələblərin ə məhəl qoyulmaması isə həmin məqsədə (X2 öldürmək niyyətinə) nail olmaq arzusundan irəli gəlmiş, bununla bağlı olmuş, onun bu hərəkətləri də Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi ilə tam əhatə olunur. Bütün bunlar Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittihamın sübut edilməsində yaramış və artıq aradan qaldırıması mümkün olmayan şübhələr kimi qiymətləndirilməlidir. Qanunun tələbinə görə isə belə şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş, Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə dair ittiham təsdiq edilmir, onun bu cinayəti törətməsində təqsirliyi sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü ma ddəsinə görə isə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarına və həmin normanın tələbinə əsaslanaraq belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qərarı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilməli, cinayət işinin icraatına bu hissədə xitam verilməli və onun həmin maddə ilə cəzalandırılmasına, habelə, cəzaların Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən toplanılmasına dair müddəalar hökmdən xaric edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8 və 58ci maddələrinin tələblərinə tam riayət edilməklə məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə həmin maddə ilə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə onun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Kassasiya şikayətinin dəlilləri həmin cəzanın ədalətli olmadığı qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində g östərilmişdir ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya şikayətində isə belə bir dəlil göstərilməmişdir ki, həmin normada göstərilən halların mövcud olması barədə fikir söyləməyə əsas versin (Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə cəza təyini məsələsinə münasibətdə). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1 və 419.10.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2018-ci il tarixli qərarı onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilsin, cinayət işinin icraatına bu hissədə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən CM-nin 221.3-cü maddəsiilə təyin olunmuş cəzanın digər maddə ilə təyin olunmuş cəza ilə qismən toplanmasına dair müddəa çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılsın. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər:
Məhkəmə qərarları › İş №1(102)-32/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-32/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver