Məhkəmə qərarları › İş №1(102)-32/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-32/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-32/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Azərbaycan Respublikasının Mənzil X5 nümayəndəsi-vəkil Məmmədli Anar Rafiq oğlunun, Məhkum oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 320.2ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və Ə.E.Mikayılovdan ibarət tərkibdə) Məhkum oğlu - xx xxxx 1989-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, otra təhsilli, subay, işləməyən, məhkum olunmuş, Naxçıvan şəhəri Bektaşi küçəsi, ev 2-də qe ydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Şəhər şossesi, döngə 5-də yaşayan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaqla və əsas cəzaya əlavə cəzanı birləşdirməklə Məhkum oğluna qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X6 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkum oğlu özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onun ev alqı-satqısı ilə məşğul olmaqla cinayətdən xəbərsiz olan X3 və onun tanışı Astara rayon sakini Zə rərçəkmiş şəxs1 xx xxxx 2018-ci il tarixdə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Mənzil X5 səlahiyyətli məsul əməkdaşı, onu, yəni Məhkum isə həmin Agentlikdə işləyən X6nın rəisi «xx» adı ilə qəsdən təqdim etməsindən sonra xx xxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 ***-***-**-** mobil nömrəsilə özünə məxsus ***-***-**-** mobil nömrəsi vasitəsilə əlaqə saxlayıb X6nın dediklərini təsdiq edib özünü özbaşına həmin qurumda sonuncunun rəisi işləyən «xx» kimi təqdim edib həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq imkanına malik olduqlarını, Zərərçəkmiş şəxs1 güzəştli şərtlərlə kreditlə ucuz qiymətə ev satmaq imkanına malik olduğunu, ilkin ödəniş olaraq 7.000 manat pulu ona verdikdən sonra 5 il ərzində isə hər ay 200 manat pulu Agentliyin bank hesabına ödəməklə Bakı şəhəri Yasamal rayonu «x» adlanan ərazidə yerləşən yeni tikilidə təmirli, 3 otaqlı mənzilin sahibi ola biləcəyini X6 ilə birgə yalandan bildirib aldadaraq, həmin adla X15 Dadaşovdan vahid niyyətlə xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində metronun «28 may» stansiyasının yaxınlığında 4000 manat, xx xxxxx 2018-ci il tarixdə həmin metro stansiyasının yaxınlığında 2000 manat pulu nağd olaraq, xx xxxxx 2018-ci il tarixdə isə «xxxx» ASC-nin Astara filialında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz olan dostu X4 vasitəsilə onun adına göndərdiyi 1000 manat pulu və xx xxx 2018-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 özünün həmin bank vasitəsilə ******************** nömrəli debit hesaba köçürdüyü 135 manat məbləğində pulu «xxxx» ASC- nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif filiallarından və bankomatlarından çıxarıb nağdlaşdırmaqla, vahid niyyətlə cəmi 7.135 (yeddi min bir yüz otuz beş) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirərək özlərinin şəxsi ehtiyaclarına sərf edib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X8 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa o, təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu ilə birlikdə xx xxxxx 2018-ci il tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 özbaşına özlərini vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Mənzil X5 səlahiyyətli məsul əməkdaşları kimi qəsdən təqdim etməklə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq imkanına malik olduqlarını, Zərərçəkmiş şəxs3 güzəştli şərtlərlə kreditlə ucuz qiymətə ev satmaq imkanına malik olduqlarını, nağd qaydada ilkin ödəniş edildikdən sonra 6 il ərzində hər ay Agentliyin «xxxx» ASC-dəki bank hesabına 185 manat ödəməklə Bakı şəhəri Yasamal rayonu «x» adlanan ərazidə yerləşən yeni tikilidə təmirli, 2 otaqlı mənzilin sahibi ola biləcəyini birgə yalandan bildirib aldadaraq, həmin adla və Pakizə Qəmbərovada gördüyü iş barəsində tam əminlik yaratmaq məqsədilə X6 xx xxxxx 2018-ci il tarixdə Ünvan1 yerləşən 5 saylı ASAN xidmətin inzibati binasında notarial müqavilə ilə rəsmiləşdirməklə 14.000 manat məbləğində pulu nağd olaraq alıb, Zərərçəkmiş şəxs3 inandırmaq üçün onun 2 otaqlı mənzillə bağlı müraciətinin 3M-178 nömrə ilə qeydə alınması, onun tərəfindən 14.000 manat ödəniş edilməsi və həmin mənzili seçməsinə dair hər ikisinin iradəsi ilə əhatə olunmaqla tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi hüquq verən rəsmi sənəd olan xx xxxxx 2018-ci il tarixli Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilməsi görüntüsü yaradan saxta məlumat qəbzini istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə hazırlayıb mobil telefon vasitəsi ilə şəklini çəkib həmin tarixdə Zərərçəkmiş şəxs3 qızı XXya məxsus mobil telefonda istifadə olunan «WhatsApp» mobil tətbiqetməsinə göndərməklə bilə-bilə həmin saxta sənəddən birlikdə istifadə edib, Zərərçəkmiş şəxs3 məxsus 14.000 (on dörd min) manat məbləğində pulu X6 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasını n Mənzil X8 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə hüquq verən saxta rəsmi sənəd hazırlayaraq həmin sənəddən istifadə etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək www.lalafo.az internet saytında «Günel» adı ilə qeydiyyatdan keçmiş X6 özünə məxsus istifadə hesabı açaraq həmin hesabda güzəştli şərtlərl ə kreditlə ucuz qiymətə ev satmaq imkanına malik olması barədə hamı tərəfindən görülə bilən elan yerləşdirib özünə məxsus ***-***-**-** mobil telefon nömrəsini əlaqə saxlanılması üçün qeyd edərək, ev almaq üçün ona xx xxxxx 2018-ci il tarixdə müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 özbaşına özünü vəzifəli şəxs, yəni Mənzil X5 səlahiyyətli məsul əməkdaşı, onu, yəni Məhkum isə həmin Agentlikdə işləyən X6nın rəisi «Ağa» adı ilə qəsdən təqdim etməsindən sonra xx xxxxx 2018-ci il tarixdə xxun ***-***-**-** mobil nömrəsi ilə özünə məxsus ***-***-**-** mobil nömrəsi vasitəsi ilə əlaqə saxlayıb X6nın dediklərini təsdiq edib özünü özbaşına həmin qurumda sonuncunun rəisi işləyən «Ağa» kimi qəsdən təqdim etməklə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qi ymətə mənzil satmaq imkanına malik olduqlarını, nağd qaydada 5.000 manat ilkin ödəniş edildikdən sonra Agentliyin «xxxx» ASC-dəki bank hesabına 210 manat ödəməklə Bakı şəhəri Yasamal rayonu Qanlıgöl ərazisində yerləşən yeni tikilidə təmirli, 2 otaqlı mənzilin sahibi ola biləcəyini X6 ilə birgə yalandan vəd verib, X6 görəcəyi işə Zərərçəkmiş şəxs2 inam yaratmaq məqsədilə ilkin ödənişin onun öz adına olan kartla edilməsinin mümkünlüyünü bildirib, Zərərçəkmiş şəxs2 xx xxx 2018-ci il tarixdə «xxxx» ASC-də ******************** saylı debet hesab açdıraraq hesaba 4.700,30 manat pul mədaxil etdirdikdən sonra həmin hesabdan istifadə imkanı verən plastik kartı ondan ödənişləri etmək adı ilə aldadıb alaraq, həmin tarixdə «xxxx» ASC-nin Abşeron filialında olan bankomata daxil etməklə həmin kart vasitə silə hesabdan 3.000 manat, xx xxx 2018-ci il tarixdə «xxxx» ASC-nin Həzi Aslanov filialında olan bankomata daxil etməklə həmin kart vasitəsilə hesabdan 1.650 manat olmaqla, ümumilikdə 4.650 (dörd min altı yüz əlli) manat pulu çıxarıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 inandırmaq üçün onun 2 otaqlı mənzillə bağlı müraciətinin qeydə alınması, onun tərəfindən 4.730 manat ödəniş edilməsi və həmin mənzili seçməsinə dair hər ikisinin iradəsi ilə əhatə olunan tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi «Qeydiyyat müraciət – MİDA» başlıqlı hüquq verən rəsmi sənəd olan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilməsi görüntüsü yaradan xx xxxx 2017-ci il tarixli saxta məlumat qəbzini istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə hazırlayıb Zərərçəkmiş şəxs2 təqdim edib bilə-bilə həmin saxta sənəddən istifadə etməklə, Zərərçəkmiş şəxs2 əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında X6 ilə birgə ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X8 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində biləbilə məzmununa yalan məlumatlar daxil etməklə hüquq verən saxta rəsmi sənəd hazırlayaraq həmin sənəddən istifadə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü Məhkum oğluna aid hissəsində dəyişdirilərək onun haqqında CM-nin 66.3-cü maddəsinin tətbiqi həmin Məcəllənin 66.2-ci maddəsinin tətbiqi ilə əvəz olunmuş, onun barəsində CMnin 66.4-cü maddəsinin tətbiqi hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ndan Məhkum oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi cəza təyin edərkən vətəndaşlara dəymiş ziyanın istintaq müddətində ödənilməsini, istintaqdan yayınmanın olmamasını, evin yeganə övladı olmağını, döyüş bölgəsində xidmət etməyini nəzərə almayaraq qərəzli hökm çıxarmışdır. Dövlət ittihamçısının 6 il ümumi rejmli cəzaçəkmə müəssisəsində cəza tələb etməsinə baxmayaraq məhkəmə 6 il müddətə ciddi rejmli cəzaçəkmə müəssisəsində cəza çəkmək barədə hökm çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsidə birinci instansiya məhkəməsindən fərqli olmayan qərar çıxarmışdır. Dövlət ittihamçısı cəzaların toplanmasında səhvə yol verildiyini bildirmiş, hakim maddəni dəyişsədə cəza müddətini dəyişdirmədə n saxlamış, həmçinin CM-nin 320.1 və 320.2.-ci maddəsi ilə heç bir dəlil və sübut olmadan təqsirləndirilməsinə diqqət yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq işindəki ədalətsizliklərin aradan qaldırılmasını və ədalətli qərar qəbul edərək daha yüngül cəza növünün təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə Azərbaycan Respublikasının Mənzil X5 nümayəndəsi-vəkil Məmmədli Anar Rafiq oğlunun və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiya sı məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi cəza təyin edərkən vətəndaşlara dəymiş ziyanın istintaq müddətində ödənilməsini, istintaqdan yayınmanın olmamasını, evin yeganə övladı olmasını, döyüş bölgəsində xidmət etməsini nəzərə almayaraq qərəzli hökm çıxarmışdır. Dövlət ittihamçısının 6 il ümumi rejmli cəzaçəkmə müəssisəsində cəza tələb etməsinə baxmayaraq məhkəmə 6 il müddətə ciddi rejmli cəzaçəkmə müəssisəsində cəza çəkmək barədə hökm çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsidə birinci instansiya məhkəməsindən fərqli olmayan qərar çıxarmışdır. Dövlət itt ihamçısı cəzaların toplanmasında səhvə yol verildiyini bildirmiş, hakim maddəni dəyişsədə cəza müddətini dəyişdirmədən saxlamış, həmçinin CM-nin 320.1 və 320.2.-ci maddəsi ilə heç bir dəlil və sübut olmadan təqsirləndirilməsinə diqqət yetirilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum oğlu tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özünü vəzifəli şəxs, yəni Mənzil X5 səlahiyyətli məsul əməkdaşı kimi qəsdən təqdim etməklə zərərçəkmiş şəxslərə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq adı ilə aldadaraq, cinayət nəticəsində Zərərçəkmiş şəxs1 7.135 (yeddi min bir yüz otuz beş) manat, Zərərçəkmiş şəxs3 14000 manat, Zərərçəkmiş şəxs2 4730 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxslərə vurulm uş ziyan məhkəmə iclasınadək tamamilə ödənmişdir. Birinci instansiya məhkəməsi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum oğlunun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırkı cinayət işi üzrə Məhkum oğlunun əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edildiyindən ona cəza təyin edilərkən CM-nin 60.1-ci maddəsi ilə müəyyən edilmiş qayda düzgün olaraq tətbiq olunmamışdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilən və cinayət işi materiallarında olan Azərbaycan Respublikas ı DİN-nin BƏSİİ-nin tələbnaməsi və 2-ci cildinin 176-199-cu vərəqələrindəki hökm və qərarların surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 182.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 5 il 8 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş həmin cəza CM-nin 70-ci maddəsinə əsasən 3 sınaq müddəti ilə şərti hesab edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilməklə, CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilib, azadlıqdan məhrum etmə cəzasının müddəti 3 il 2 ay 10 günə endirilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisi ninin xx.xx.2016-cı il tarixli «Amnistiya tətbiq edilməsi» haqqında Qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallar ından müəyyən edilir ki, Məhkum oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə məhkumluq müddəti keçmədən baxılan hazırkı cinayət işi üzrə cinayət əməlləri törətməklə cinayətlərin residivini yaratmış və ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin maddələrinə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddələrdə nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az ola bilməz. Məhkəmələr cəza təyin edərkən göstərilən qanunun tələbinə əməl etmişlər. Həmçinin məhkumun kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəzaların səhvən CM-nin 66.3-cü maddəsi ilə toplanması, apelyasiya məhkəməsində hakim tərəfindən CM-nin 66.3-cü maddəsinin CM-nin 66.2-ci madd əsi ilə əvəz edilməsi barədə qərar qəbul edilsədə cəza müddətinin dəyişdirmədən saxlanması mübahisəsləndirilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai t əhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkum oğlunun əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş, bu cinayət əməlləri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid edildiyindən apelyasiya instansiya məhkəməsi haqlı olaraq cəzaların CM-nin 66.2-ci maddəsi ilə toplanması barədə qərar qəbul etmişdir. Təyin edilmiş cəza məsələsinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsində olduğu kimi CM-nin 66.2-ci maddəsində də məcmuya daxil olan cinayətlərə görə təyin edilmi ş cəzaların tamamilə və ya qismən toplanması qaydasında birləşdirilməsi nəzərdə tutulduğundan apelyasiya məhkəməsi CM-nin 66.2-ci maddəsi ilə cəzaların qismən toplanması qaydasında birləşdirilməsini dəyişdirilmədən saxlamaqla qanunun tələbini pozmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkuma törətdiyi əməllərin ictimai təhlükəliliyi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla kifayət qədər ədalətli cəza təyin edildiyindən apelyasiya instansiya məhkəməsi tərəfindən cəzanın təkrarən yüngülləşdirilməsinə lüzum görülməmişdir. Bu halda kassasiya instansiya məhkəməsi də apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin bu dəlili də əsassız olduöundan təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillə ri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apel yasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar