Məhkəmə qərarları › İş №1(102)-32/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-32/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-32/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum və onun müdafiəçisi Məmmədov Tofiq Əlisəddin oğlunun, zərərçəkmiş şəxs 1 və zərərçəkmiş şəxs 2, tərcüməçi Rüstəmova-Qas ımova Türkən Bəndər qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-67/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XX XX XX tarixdə Qazaxıstan Respublikasının İsıq şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, x1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla x2 ünvanında yaşayır. 2. 29 sentyabr 2021-ci il tarixli ittiham aktına əsasən Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəl əri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, məhkum şəxsiyyəti ibtidai istintaqla araşdırılan şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “XXX” adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra, ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün, əlavə iki nəfər adam cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, habelə yeni layihəyə əsasən, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə olunacağı, investisiyanın daha artıq olduqda qazancın 9.000 ABŞ dollarına kimi yüksələcəyi barədə tanışı şahid 1 vasitəsilə zərərçəkmiş şəxs 5na yalan vəd verib 2019-cu ilin sentyabr ayının sonu nda 405 manat, 07 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrdə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları, 14 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə 2.040 manat təşkil edən 1200 ABŞ dolları, 15 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə olan məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları, 19 fevral 2020-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə 1020 manat olan 600 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 4-də olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 4.995 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmə məqsədilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “XXX” adlı etibarlı beynəlxalq şirkətin ölkədə rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün əlavə iki nəfər cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, habelə yeni layihəyə əsasən şəbəkəyə ə lavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şəbəkəyə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə tanışı şahid 1 vasitəsi ilə zərərçəkmiş şəxs 6na yalan vəd verib 2019-cu ilin oktyabr ayının əvvəllərində 81 manat, 24 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə aid məzənnə ilə 510 manat olan 300 ABŞ dolları Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında olan ofisdə vahid niyyətlə əhatə edilən qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmişə cəmi 591 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıld aqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və belə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmə üçün əlavə iki nəfəri cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, habelə yeni layihəyə əsasən, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şəbəkəyə 300 ABŞ dolları yatırım ed əcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə tanışı şahid 1nın vasitəsilə zərərçəkmiş 3na yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırıb 2019-cu ilin oktyabr ayında 81 manat, 10 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları, 14 fevral 2021-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 04 ünvanında olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 1.101 (min yüz bir) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra, məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra 860 ABŞ dolları yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfərin cəlb edəcəyi halda 2-3 ay ərzində şirkətdən 19200 ABŞ dolları, eyni şərtlərlə şəbəkəyə 300 ABŞ dolları yatırım edəcəyi halda, 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə zərərçəkmiş şəxs 1 yalan vəd verib 29 noyabr 2019-cu ildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.462 manat təşkil edən 860 ABŞ dolları, 22 yanvar 2020-ci ildə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları, 2020- ci ilin mart ayının əvvəlində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.020 manat olan 600 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanda olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən almaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zə rərçəkmiş şəxsə cəmi 2.992 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədə olan rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqda hər bir iştirakçı üçün 872 ABŞ dolları yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etm ələri üçün əlavə iki nəfərin cəlb edəcəyi halda qısa müddətdə şirkətdən 19.200 ABŞ dolları, eyni qaydada digər layihə üzrə hər istifadəçinin adından 272 ABŞ dolları yatırım edəcəyi halda, on gün ərzində şirkətdən 1.000 ABŞ dolları qazanc əldə ediləcəyinə, habelə şirkətin hesabına 1.320 ABŞ dolları əlavə ödəniş etməklə ilkin yatırıma görə mükafat kimi nəzərdə tutulan 1920 ABŞ dollarından daha qısa zaman kəsiyində əldə olunacağına dair zərərçəkmiş şəxs 4na yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2019-cu ilin dekabr ayının sonlarında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 2.964,8 manat olan 1744 ABŞ dolları, 2020-ci ilin yanvar ayının əvvəlində Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 3.236,8 manat təşkil edən 1.904 ABŞ dolları, 2020-ci ilin mart ayının əvvəlində Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 2.244 manat olan 1.320 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 8.445,6 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 250 ABŞ dolları yatırım edəcəyi halda on gündə 1.000 ABŞ dolları, eyni şərtlərlə 800 ABŞ dolları yatırım edəcəyi halda iki ayda 14.000 ABŞ dolları qazanc əldə edəcəyi barədə zərərçəkmiş şəxsə yalan vəd verib pulun köçürülməsi xərclərini də hesablayaraq, hər iki şəbəkə layihəsində iştirak edəcəyini göstərməklə, 28 yanvar 2020-ci ildə 1.948 manat pulu Nərimanov rayonu N.Hacıye v küçəsi 04 ünvanında olan ofisdə sonuncudan heç bir müqavilə və ödəniş qəbzi tərtib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla yanaşı məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inam qazanmağa na il olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə, bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı şahid 1 vasitəsi ilə zərərçəkmiş şəxs 7na yalan vəd verib 29 yanvar 2020-ci ildə manatın həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Daha sonra məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslər lə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə hər bir iştirakçı üçün 300 ABŞ dolları yatırım edəcəyi halda, 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi vəd verilən müddətdə göstərilən qazanca yiyəl ənə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə zərərçəkmiş şəxs 8na yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açıb hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2020-ci ilin yanvar ayında manatın həmin dövrə məzənnəsi ilə 1.530 manat olan 900 ABŞ dollarını Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Həmçinin məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəyi ç oxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədə olan rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 272 ABŞ dolları yatırım edəcəyi halda on gündə 1.000 ABŞ dolları qazanc əldə edəcəyi barədə tanışı şahid 2nun vasitəsilə zərərçəkmiş şəxs 9na yalan vəd verib sistemdə iki nəfər adına qeydiyyatdan keçib şəxsi kabinet açıb hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla, 2020-ci ilin fevral ay ının əvvəlində Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 924,8 manat təşkil edən 544 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən zərərçəkmiş şəxsdən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Habelə, məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı nüştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim ed ib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 272 ABŞ dolları yatırım edəcəyi halda on gün ərzində 1.000 ABŞ dolları, eyni qaydada digər layihə üzrə 860 ABŞ dolları yatırım edəcəyi halda isə bir ay ərzində şirkətdən 14.000 ABŞ dolları qazanc əldə olunacağı barədə zərərçəkmiş şəxs 10na yalan vəd verib sistemdə iki nəfər şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq, hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 09 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 924,8 manat olan 544 ABŞ dolları, daha sonra həmin gün Azərbaycan manatının qeyd edilən dövrə məzənnəsi ilə 1.462 mana t olan 860 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 04 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 2.386,8 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq, cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsm i nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə, bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı şahid 1 vasitəsi ilə zərərçəkmiş şəxsya yalan vəd verib 22 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında olan ofiscə heç bir müqavilə və ya ödəni ş qəbzi tərtib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə, məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olm aması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olma şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı şahid 1 vasitəsi ilə zərərçəkmiş şəxs 11na yalan vəd verib 24 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu, N.Hacıyev küçəsi 4 ünvanında olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan sonra, məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra 300 ABŞ dolları yatırımını təmin edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfər cəlb olanacağı halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyinə dair tanışı şahid 1nın vasitəsilə zərərçəkmiş şəxs 12na yalan vəd verib 25 fevral 2020-ci ildə Azərba ycan manatın həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanda olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən, zərərçəkmiş şəxsdən alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Daha sonra, məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib tə şviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə şahid 1nın vasitəsilə zərərçəkmiş şəxs 13na yalan vəd verib 29 fevral 2020-ci ildə manatın həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Eyni zamanda, məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2 -3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyinə dair tanışı şahid 1 vasitəsilə zərərçəkmiş şəxs14na yalan vəd verib 29 fevral 2020-ci ildə Azərbaycan manatının dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanda ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bununla yanaşı məhkum şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurar aq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «XXX» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə zərərçəkmiş şəxsə yalan vəd verib 2020-ci ilin fevral ayının sonlarında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını Bakı şəhəri Nərimanov rayonu N.Hacıyev küçəsi 04-də ofisdə tanışı şahid vasitəsilə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatmaqla ələ keçirib təkrar dələduzluq etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-59/2022 nömrəli, 06 iyul 2022ci il tarixli hökmü ilə məhkumnın Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən ona həmin hökmlə təyin edilmiş aza dlıqdan məhrum etmə cəzasının 08 fevral 2015-ci il təvəllüdlü uşağı X 14 yaşına çatana qədər təxirə salınması hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilənn hökmündən təqsirləndirilən şəxs məhkum apellyasiya şikayəti və onun müdafiəçisi Məmmədov Tofiq Əlisəmid oğlu apellyasiya şikayətinə əlavə verərək, əməlində cinayət tərkibi olmadığından Məhkuma bəraət verilməsini xahiş etmişlər.

7. Hökmdən həmçinin zərərçəkmiş şəxslər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-67/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin olunmamış, Bakı şəhəri N ərimanov Rayon Məhkəməsinin 1(005)-59/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsini tətbiq edərkən məhkəmələr onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini səciyyələndirən halları nəzərə almamış və açıq-aydın ədalətsiz cəza təyin etmişlər. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-67/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada i şin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildir ir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin əsassız olaraq tətbiq edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlən dirən əsaslarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

19. Bu institutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məcəlləsinin 9cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəsinin qorunub saxlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə sa lınması cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 10 fevral 2012-ci il).

21. Qeyd edilənlərlə yanaşı nəzərə almaq lazımdır ki, cinayət və cinayət-prosessual qanunvericiliyi cinayət törətməkdə təqsirli bilinən şəxslərin cəzanın təyin edilməsini istisna edən əsaslar olmadığı halda Azərbaycan Respublikası CM-nin müvafiq normalarının, o cümlədən 8, 58.3-cü maddələrinin təl əbləri gözlənilməklə cəzalandırılmalı olmalarını təsbit edir (cinayət-mühakimə icraatının vəzifələrindən biri kimi göstərir). Bununla yanaşı Cinayət Məcəlləsinin 79.1-ci maddəsində azyaşlı uşağı olan məhkumlara təyin olunmuş cəzaların uşağın 14 yaşına çatmasınadək təxirə salınması imkanının nəzərdə tutulması və Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin dispozitiv xarakter daşıyıb bu məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz səlahiyyətini müəyyənləşdirməsi onu göstərir ki, sözügedən institut (cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması) işin həqiqi hallarından törəyən bir zərurət kimi meydana gəldikdə tətbiq edilə bilər. Zərurət olmadıqda və yaxud zəruriliyin mövcudluğu lazımınca əsaslandırılmadıqda isə təqsirkar şəxsin ittiham hökmünün qüvvəyə minməsindən s onra cəzaya məruz qalmamasına bəraət qazandırmaq, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair məhkəmə qərarını əsaslı və inandırıcı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.

22. Belə təfsirlə müqayisədə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş mübahisələndirilən qərara baxdıqda müəyyən olunur ki, məhkəmə haqlı olaraq məhkumnın törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də ilk dəfədir az ağır cinayət törətməsinə, himayəsində 3 azyaşlı övladının olmasına dair cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası CM-n in 79.1-ci maddəsinin tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlamışdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-67/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-67/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar