Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-32/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2 023-cü il tarixli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi müdafiəçi və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2023-cü il tarixli hökmü ilə (hakimlər Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməmiş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 noyabr 2006-cı tarixli hökmü ilə CM-in 185.3.2, 187.2, 180.2.2, 180.2.5 və 326.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 8 (səkkiz) il müddətə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 may 2014-cü il tarixli hökmü ilə CM-in 177.2.1 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı ilə əməli CM-in 185.3.2-ci maddəsindən CM-in 185.2.4-c ü maddəsinə tövsif edilərək təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 3 (üç) ayadək endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı dəyişdirilərək qərarda istinad edilən CM-in 66.3-cü maddəsi 66.2-ci maddəsi ilə əvəz olunaraq qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 16 (on altı) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə CM-in 32.5, 206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilin ib CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, və Təqsirləndirilən şəxs1, 4 yanvar 1981-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvanında yerləşən ünvansız fərdi evdə yaşamış, - hər birisi CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək: Məhkum CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq isə həmin cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsini təşkil edən 4 (dörd) il 8 (səkkiz) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; - Təqsirləndirilən şəxs1 isə CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə qəti olaraq cəzasını ümumi re jimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da, hər birisi CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ayrıayrılıqda cinayətlərin məcmusu üzrə qəti olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum arvadı - Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, sonuncunun vasitəsi ilə isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun İr an İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmiş, belə ki, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməsi yolu ilə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləş dirilmiş, külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsinin saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan "Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qə sdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən həmin narkotik vasitə yük avtomobilinin dartıcısının iki oturacağının arasında olan avtomobil ehtiyat hissələrinin içərisindən aşkar edilərək götürülmüş, yük avtomobilinin sürücüsü qeyd edilən avtomobil ehtiyat hissələrinin Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri davam etdirilərək külli miqdarda narkotik vasitənin olduğu avtomobil ehtiyat hissələri yük avtomobilinin sürücüsünə təhvil verilməklə nəzarət qaydasında təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ər azisində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına yola salınmış, Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitəsini götürmək üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 göstəriş vermiş, sonuncu Təqsirləndirilən şəxs3 idarə etdiyi "Opel” markalı, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə qeyd edilən külli miqdarda narkotik vasitənin gizlədildiyi avtomobil ehtiyat hissələrini qəbul etmək üçün həmin gün saat 19 radələrində liman istiqamətindəki yolun əks tərəfinə gəlmiş, Təqsirləndirilən şəxs2 minik avtomobilindən düşərək yük avtomobilinə yaxınlaşıb narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra əməliyyatçılar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs3 isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndiril ən şəxs1 əri - Azərbaycan Respublikasının vətəndaşı Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmiş, belə ki, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməsi yolu ilə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirilmiş, külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsinin saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan "Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən həmin narkotik vasitə yük avtomobilinin dartıcısının iki oturacağının arasında olan avtomobil ehtiyat hissələrinin içərisindən aşkar edilərək götürülmüş, yük avtomobilinin sürücüsü qeyd edilən avtomobil ehtiyat hissələrinin Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbi ri davam etdirilərək külli miqdarda narkotik vasitənin olduğu avtomobil ehtiyat hissələri yük avtomobilinin sürücüsünə təhvil verilməklə nəzarət qaydasında təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına yola salınmış, Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitəsini götürmək üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 göstəriş vermiş, sonuncu Təqsirləndirilən şəxs3 idarə etdiyi "Opel” markalı, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə qeyd edilən külli miqdarda narkotik vasitənin gizlədildiyi avtomobil ehtiyat hissələrini qəbul etmək üçün həmin gün saat 19 radələrində liman istiqamətindəki yolun əks tərəfinə gəlmiş, Təqsirləndirilən şəxs2 minik avtomobilindən düşərək yük avtomobilinə yaxı nlaşıb narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra əməliyyatçılar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs3 isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi müdafiəçi, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və Məhkum müdafiəçisi müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlunda n ibarət tərkibdə) 1 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarından: - Məhkum müdafiəçisi müdafiəçi kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini; - məhkum Təqsirləndirilən şəxs1 isə kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilərək, ona təyin edilmiş cəza müddətinin azaldılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan so nra mətndə CPM-in) bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına və hazırki cinayət işi üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməsini təsdiq edən sübutlar olmadığından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında apellyasiya icraatı 7 aya qədər davam etmiş, məhkəmə kollegiyası sonuncuya qarşı sübutlar əldə etməyə təkidlə cəhd etsə də buna nail ola bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən cinayət işinə 13 yanvar 2023-cü il və 3 fevral 2023-cü il tarixli məhkəmə iclaslarının audioyazıları əlavə edilməmişdir. Məhkəmə işə baxarkən guy a məhkəmə iclaslarında audioyazılarının aparıldığı, ancaq texniki səbəblərdən həmin audioyazıların işə əlavə edilməsinnin mümkün olmaması barədə heç bir əsası olmayan arayışlar tərtib edib iş materiallarına əlavə etmiş, bununla da prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən də məhkəmə kollegiyası məhkəmə iclaslarının audioyazılarının cinayət işinə əlavə edilməsi üçün 10 (on) gün müddət təyin edilməklə, cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatətlərini qanunsuz olaraq təmin etməmişdir. Apellyasiya şikayətlərinə ilkin baxış iclasında o, vəsatətlə məhkəməyə müraciət edərək ibtidai araşdırma zamanı Məhkum müdafiə hüququ kobud şəkildə pozulduğu üçün birinci instansiya məhkəməsinin hazırlıq ic lasının qərarının və ittiham hökmünün ləğv edilərək cinayət işinin hazırlıq iclası mərhələsinə qaytarılmasını xahiş etsə də, məhkəmə kollegiyası həmin vəsatətinə ilkin iclasının qərarında bu vəsatətə münasibət bildirməmişdir. İş materiallarına görə, müstəntiq tərəfindən Məhkum təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 oktyabr 2022-ci il tarixli qərarda ona həmin qərarın saat 11:00-da elan edildiyi göstərilsə də, müstəntiq və müdafiəçi həmin vaxt təcridxanada olmamışlar. Halbuki, qanunun tələblərinə əsasən müstəntiq vəkillərin siyahısını Məhkum təqdim edərək müdafiəçi seçməsini təklif etməli, 22 saylı Vəkil Bürosundan vəkilin dəvət olunması barədə qərarı Vəkil Bürosuna göndərmək üçün əvvəlcədən başqa vaxtda Məhkum yanına gəlməli, sonra təcridxanada ona seçdiyi müdafiəçini təqdim etməli idi. İstintaq Təcridxanasından verilmiş arayışından görünür ki, müstəntiq 20 oktyabr 2022-ci il tarixdə saat 11:10-dan əvvəl həmin gün təcridxanada Məhkumla görüşməmişdir, bu isə qeyd olunan prosessual sənədlərin (protokolların və qərarın) Məhkum müdafiə hüququ pozulmaqla tərtib edildiyini təsdiq edir. İş materiallarına görə, hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs1 ilə Məhkum arasında üzləşdirmə aparılması haqqında 22 aprel 2022-ci il tarixli protokolda bu istintaq hərəkətinin həmin tarixdə saat 13:30-dan 15:00-dək aparılması, Məhkum həmin protokolu imzlamaqdan imtinası barədə qeydlər edilsə də, İstintaq Təcridxanasının arayışında üzləşdirmənin 22 aprel 2022-ci il tarixdə saat 13:00-dan 14:30-dək aparılması göstərilmiş və protokol imzalanan zaman, yəni saat 14:30-dan 1 5-dək Məhkum orada olmamışdır. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, ibtidai istintaq dövründə, habelə işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən hüquqlarını müdafiə etdiyi şəxsin Təqsirləndirilən şəxs1 istisna olmaqla digər təqsirləndirilən şəxslərlə,,”Rza” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olması, onlarla hər hansı formada əlaqə yaratması müəyyən edilməmiş, bu barədə Məhkum özü və digər məhkum olunmuş şəxslər ifadələr vermiş, bu hala dair ibtidai araşdırma orqanı və məhkəmələr mötəbər sübutlar əldə edə bilməmiş, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına isə Təqsirləndirilən şəxs1 ziddiyyətli, biri digərini istisna edən, işin halları ilə təkzib edilən, həqiqətə uyğun olmayan ifadələri qoyulmuşdur. Daha sonra müdafiəçisi müdafiəçi qeyd etmişdir ki, sorğularına cavab verilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətlərinə baxış zamanı 2022-ci ilin yanvar ayı ərzində 15 saylı Cəzaçəkmə Müəssisəsində Məhkum Təqsirləndirilən şəxs1 ilə keçirdiyi qısa və uzun müddətli görüşlər barədə arayış verilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə 22 noyabr 2023-cü il tarixli 1(103)-1940/2023 saylı məktubla qeyd olunan məzmunda sorğu ilə Penitensiar Xidmətə müraciət etmiş, Penitensiar Xidmətin məhkəmənin sorğusuna 1 dekabr 2023-cü il tarixli cavabından məlum olduğuna görə Təqsirləndirilən şəxs1 həyat yoldaşı Məhkum ilə 2022-ci ilin yanvar ayı ərzində qısa və uzunmüddətli görüşləri olmamış, bununla da ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Məhkum cinayətdə iştirakı barədə verdiyi sonuncu ifadələrinin də yalan olması təkzibedilməz qaydada sübut olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum barəsində bəraət hökmü çıxarmalı olduğu halda yenidən Məhkum təqsirini sübut etməyə cəhd göstərmiş, bu zaman Təqsirləndirilən şəxs1 növbəti, bu dəfə məhkəmədə verdiyi yalan ifadəsindən istifadə etmək qərarına gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Məhkumla qısa və uzun müddətli görüşünün olmaması barədə Penitensiar Xidmətin qeyd olunan arayışı alındıqdan sonra məhkəmədə 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən Məhkumla cinayətin törədilməsindən əvvəl guya özünə məxsus olan ***-***-**-** mobil nömrə ilə danışması barədə yeni ifadə vermiş, buna görə də müdafiə tərəfi məhkəmədə həmin nömrə ilə aparılmış danışıqlar barədə "xxxx" MMC-nə sorğu verilməsi barədə vəsatət qaldırmışdır. Bu vəsatət məhkəmə tərəfindən təmin olunmuş, "xxxx" MMC-dən müvafiq məlumatlar əldə edilmiş və həmin məlumatlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsindən 19 yanvar 2022-ci il tarixdə saat 08:31:47-də və 23 yanvar 2022-ci il tarixdə gecə saat 02:12:50-də zənglər edilmişdir. Lakin, bu zənglərin Məhkum edilməsi də təsdiq olunmamışdır ona görə ki, cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslarla səhər saat 9-dan tez, və axşam saat 18-dən sonra telefon danışıqlarının aparılmasına icazə verilmir. B.Ə Məmmədovanın 24 yanvar 2022-ci il tarixdə saat 14:37:03-də ***-***-**-** nömrəli telefona edilmiş zənglə 956 saniyə danışığın aparılmasına gəldikdə isə, bu danışıq onunla 13 saylı Cəzaç əkmə Müəssisəsində cəza çəkən oğlu arasında olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə iclaslarında ziddiyyətli və digər sübutlarla tamamilə təkzib edilən ifadələr verərkən məsuliyyətdən yaxa qurtarmaq, özünün əvəzinə Məhkum cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq məqsədi izləmiş, ibtidai araşdırma orqanı isə sonuncunu cinayət məsuliyyətinə cəlb etmək üçün prosessual qanunvericiliklə yol verilməyən qaydada sübutların toplanması üsulundan istifadə etmişdir. Belə ki, şəxsin fotoşəkil üzrə tanınmaya təqdim etmə haqqında 3 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum fotoşəkili rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilərkən o, 3 fotoşəkillərdən birində Məhkum təsvir edilməsini bildirmiş, protokolda isə “ifadələrində gös tərdiyim, içərisindən narkotik vasitə aşkar olunan ehtiyat hissəsini gedib götürməyi ona tapşıran Məhkum foto cədvəldə 2 rəqəmi ilə nömrələnmiş fotoşəkildəki şəxsdir” deməsi qeyd olunmuşdur. Halbuki, həmin vaxt ibtidai araşdırma orqanına Məhkum kimliyi, onun 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi məlum olmuş, lakin buna baxmayaraq o, öz rəsmi arvadına fotoşəkil üzrə tanınmaya təqdim olunaraq yenə də qanunvericiliyin tələbləri pozulmuş, bu sübut da Məhkum təqsirliliyinin müəyyən edilməsində istifadə edilmişdir. Təqsirləndirilən şəxs1 Məhkum cinayətdə iştirakı, işin onunla bağlı halları barədə göstərdiyi bir çox xüsusatlar ibtidai istintaq və məhkəmə baxışı zamanı Məhkum özünün, digər məhkum olunmuş şəxslərin verdikləri ifadələrlə təkzib edilmiş, onun ittiham olunaraq təqsirli bilindi yi cinayətlərin törədilməsində iştirakını təsdiq edən başqa sübutlar isə əldə olunmamışdır. Bütün bunlara baxmayaraq məhkəmələr toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda o, qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Şərh olunanlara əsaslanaraq müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Təqsirləndirilən şəxs1 həmin şikayətini onunla əsaslandırmışdır ki, o, heç kimlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı da özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadələrini təkrarlamışdır. Belə ki, ittiham tərəfi heç bir dəlil və sübut gətirmədən yalnız mülahizə, əsassız şübhə və ehtimallara söykənərək ona qarşı ağır ittiham irəli sürmüşdür. İbtidai istintaq zamanı verilmiş həqiqətə uyğun olmayan ifadələri müstəntiq tərəfindən yazılmış və ona hədə-qorxu gəlinərək imzalanmağa məcbur edilmişdir. Ona qarşı verilmiş ittihamla razı deyildir və digər ittiham olunan şəxslərin heç biri ilə iş birliyi və ya hər hansı sövdələşməsi olmamışdır. Odur ki, məhkum Təqsirləndirilən şəxs1 2004-cü il təvəllüdlü oğlunun hal-hazırda cəza çəkməsini, özünün isə tək ailə başçısı olmasını nəzərə alaraq ona təyin edilmiş cəza müddətinin azaldılması barədə ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkə məsinin Cinayət Kollegiyasının 4 fevral 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Təqsirləndirilən şəxs1 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkum Təqsirləndirilən şəxs1 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçıları ndan kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: müdafiəçi kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və o, təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması barədə tələbini CPM-in 416.1.2 və 416.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqəl əndirmişdir. Məhkum Təqsirləndirilən şəxs1 isə öz kassasiya şikayətində təqsirliliyi ilə bağlı heç bir tutarlı dəlil irəli sürməyərək heç bir cinayət əməli törətməməsini bildirsə də, sonda yalnız ağır cəzaya məruz qalmasını iddia edərək istinad etdiyi hallara əsasən ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi və bu əsasla apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməsi barədə tələb irəli sürmüş, bu tələbini isə CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdı ran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi və məhkum Təqsirləndirilən şəxs1 şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum və Təqsirləndirilən şəxs1 barəsindəki yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edil məsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416 -cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əm əl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsindət ətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum müdafiəçisi müdafiəçi və məhkum V.Ə.Məmmədova tərəfindən veri lmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə t əminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edi r. Bununla yanaşı həmin tələblər həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülmə sini də nəzərdə tutur. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuş dur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol v erilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata k eçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin q ərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan o rqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol v erilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.3- cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-i n 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla b ilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün il k əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub -olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirili b-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirlənd irilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və y a natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum, Təqsirləndirilən şəxs1 və digər məhkum olunmuş şəxslərin barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adları çəkilən məhkumların onlara qarşı irəli sürülmüş ittihamda və 7 avqust 2023-cü il tarixli hökmdə təsvir edilən cinayət əməllərini törətmələrini müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi də qismən məhkəmə istintaqı aparmaqla araşdırılmış sübutların Məhkum və Təqsirləndirilən şəxs1 təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək məhkumların təqsirliliyi və onların törətdikləri cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, araşdırılmış sübutlara əsasən Məhkum və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitənin - 1946,4 qram çəkidə tiryəkin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlə yanaşı, həmçinin onların bu narkotik vasitənin qaçaqmalçılığında köməkçi qismində iştirak etmələri, bununla da onların əməllərinin məhz CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir hüquqi əsas yoxdur. Cinayət işinin materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum arvadı - Təqsirləndirilən şəxs1, sonuncunun vasitəsi ilə isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmiş, belə ki, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməsi yolu ilə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirilmiş, külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsinin saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ke çirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan "Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən həmin narkotik vasitə yük avtomobilinin dartıcısının iki oturacağının arasında olan avtomobil ehtiyat hissələrinin içərisindən aşkar edilərək götürülmüş, yük avtomobilinin sürücüsü qeyd edilən avtomobil ehtiyat hissələrinin Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri davam etdirilərək külli miqdarda narkotik vasitənin olduğu avtomobil ehtiyat hissələri yük avtomobilinin sürücüsünə təhvil verilməklə nəzarət qaydasında təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına yola salınmış, Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitəsini götürmək üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 göstə riş vermiş, sonuncu Təqsirləndirilən şəxs3 idarə etdiyi "Opel” markalı, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə qeyd edilən külli miqdarda narkotik vasitənin gizlədildiyi avtomobil ehtiyat hissələrini qəbul etmək üçün həmin gün saat 19 radələrində liman istiqamətindəki yolun əks tərəfinə gəlmiş, Təqsirləndirilən şəxs2 minik avtomobilindən düşərək yük avtomobilinə yaxınlaşıb narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra əməliyyatçılar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs3 isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Kassasiya müraciətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum və Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən cinayətlərin törəd ilməsində təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkumlar Təqsirləndirilən şəxs1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında, digər məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələri yanaşı, həmçinin şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İşin müəyyən edilmiş faktiki hallarının arxasında duran bu sübutlar həm birinci instansiya məhkəməsinin 7 avqust 2023-cü il tarixli hökmün də, həm də apellyasiya instansiyası məhkəməsinin 1 may 2024-cü il tarixli qərarında ətraflı təsvir edilərək onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət verildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür və vurğulamağı lazım bilir ki, bütün bu sübutların mahiyəti üst-üstə düşür və eyni zamanda məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da etirafedici ifadələri ilə uzlaşır və onları tamamlayır. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış bu sübutlardan çıxış edən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum və Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərini törətməkdə təqsirlilikləri və onların bu əməllərinin hüquqi tövsif barədə məhkəmələrin gəldikləri qənaət həmin sübutlarla təsdiq edilməklə yanaşı, həmçinin cinayət qanununun aşağıdakı normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli və qaçaqmalçılıq cinayətlərinə dair işlərə məhkəmələr tərəfindən baxılmasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixdə qəbul etdiyi “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı Qərarlarında əksini tapmış izah və tövsiyələrə də tam uyğundur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün maddi hüquq normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarlarına və Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarlarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cin ayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1ci maddəsi). Cinayət məsuliyyətinin əsasları təsbit olunmuş CM-in 3-cü maddəsinin tələbinə görə, CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu isə o deməkdir ki, şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla X üsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəx sə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının disp ozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri h esab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinay ət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şəxsin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılması üçün isə aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri digər şəxs və ya şəxslərlə əvvəlcədən razılıq əldə etməklə satış məqsədilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdard a olmalıdır. Belə tələblə bağlı müvafiq izah və tövsiyələr həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üç ün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil də stə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi k imi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil,müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərə kətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətl ərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234. 3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdı r. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. CM-in 32.5-ci maddəsinin tələbinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sa hiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Qanunun bu normasının mənasına görə, şəxsin hər hansı cinayətin törədilməsində köməkçi qismində iştirak etməsi barədə nəticəyə gəlmək üçün, həmin şəxsin bu cinayətin törədilməsi və ya törədiləcəyi barədə əvvəlcədən məlumatlandırılması və həmin cinayətin törədilməsində iştirak etmək niyyətində olması toplanmış və araşdırlmış sübutlarla təsdiq olunmalıdır. Yəni, hər bir halda şəxs köməkçi qismində iştirak etdiyi konkret olaraq hansı cinayətin, kim (kimlər) tərəfindən törədilməsini və ya törədiləcəyini bilməlidir və dərk etməlidir ki, o, öz əməlləri (hərəkət və ya hərəkətsizliyi) ilə bu cinayətin maneəsiz törədilməsinə kömək edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bun ları arzu edir, yaxud da həmin nəticələri qabaqcadan görür, lakin bunları arzu etmir və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Köməkçiliyin üsullarına (köməkçinin hərəkətlərinə) gəldikdə isə, bu üsullar (hərəkətlər) CM-in 32.5-ci maddəsinin dispozisiyasına görə, cinayətin törədilməsi üçün alət və ya vasitələr verməkdən və ya maneələri aradan qaldırmaqla yardım etməkdən, habelə cinayət törətmiş şəxsi, cinayətin alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməkdən, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməkdən, onlara sahiblik və ya onlardan istifadə etməkdən, yaxud sərəncam verməkdən və bu hərəkətlərin edilməsini qabaqcadan vəd etməkdən ibarətdir. Qaçaqmalçılığın törədilməsində kömə kçi qismində iştirak etmə də məhz bu hərəkətlərin edilməsini, digər tərəfdən isə mütləq şərt kimi həmin cinayətin törədilməsi və ya törədiləcəyi barədə şəxsin əvvəlcədən məlumatlandırılmasını və cinayətin törədilməsində köməkçi qismində iştirak etmə barədə vədin verilməsini nəzərdə tutur. Şəxsin icraçı və ya icraçılar tərəfindən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən əməllərin törədilməsi və ya törədiləcəyi bərədə bilməməsi halında onun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş malları qəbul edərək onlara istədiyi kimi sərəncam verməsi isə qaçaqmalçılığın törədilməsində köməkçilik etmə kimi qiymətləndirilə bilməz. Məsələyə bu cür həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli Qəra rında yanaşmışdır. Belə ki, həmin Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəx slərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədi lməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Hazırki cinayət işi üzrə araşdırılmış sübutlarla, o cümlədən məhkumların, şahidlərin ifadələri ilə müəyyən edilir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə külli miqdarlarda narkotik vasitənin cinayətkar qrupun İran İslam Respublikasından olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinə və satış məqsədi ilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmişdir. Şərh olunanlara və iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi barədə qənaətə gəlir, birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarının ona aid hissədə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını, bununla da müdafiəçi kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Həmin müraciətdə göstərilən dəlillərə gəldikdə isə məhkəmə kollegiyası iş üzrə aş ağı instansiya məhkəmələrinin toplanmış və araşdırılmış sübutların qiymətləndirilməsi və qəbul etdikləri yekun məhkəmə aktlarının əsaslandırılması ilə tam razılaşır və qeyd etməyi lazım bilir ki, əvvəla bu dəlillər mötəbər sübutlarla tamamilə təkzib olunur və bu sübutların məcmusu heç də Məhkum heç bir cinayət törətməməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Bununla yanaşı, məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dəlalət edən sübutların, xüsusən də onu ifşa edən Təqsirləndirilən şəxs1 ifadələrinin yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün də əsaslar görmür ona görə ki, iş materialları ilə həmin sübutların CPM-in 125.2-ci maddəsndə nəzərdə tutulmuş pozuntularla əldə edilməsi müəyyən edilmir, digər tərəfdən bu sübutların bəziləri elə müdafiə tərəfinin vəsatətlərinə əsasən əldə olunaraq qəbul edilmiş yekun məhkəmə aktlarının əsasına qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətinin ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və p rinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə yönəlməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və izah və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci ma ddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə gör ə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azald ılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. Yuxarıda istinad olunmuş CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onu n barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-in 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiy a müraciətləinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestininin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməkl ə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi h üquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə g örə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunveric iliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilm iş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin forması ndan və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəm ələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir e dən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndinin 1-3-cü abzaslarında məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmaları, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2 -ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yü ksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəz ərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin r olu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hall ar nəzərə alınsın. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasında, “Psixotrop maddələr haqqında” 1971-ci il tarixli və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət kimi qiymətləndirilərək Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab olunmuşdur. Hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən və bu hökmlə razılaşan apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr Təqsirləndirilən şəxs1 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, kassasiya şikayətində də göstərildiyi kimi, yetkinlik yaşına çatmayan övladının tərbiyə müəssisəsində cəza çəkməsini, onun ailənin yeganə qazanc gətirəninin olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və bu zaman qeyri humanistliyə yol verməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, istər apellyasiya şikayətinə, istərsə də kassasiya şikayətinə baxılması zamanı məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bi lər ki, ilk növbədə bu məsələni həll edən birinci instansiya məhkəməsi iş üzrə CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzərə almasın, yaxud da CM-in 61.1-ci maddəsinin tələbinə zidd olaraq həmin maddədə nəzərdə tutulmamış hansısa halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirsin. Hazırki cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 barəsində məhkəmələr tərəfindən nəzərə alınmamış cəzanı yüngülləşdirən hər hansı halın olması müəyyən edilmir, kassasiya şikayətində də belə hallara istinad olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəyyən etməyərək və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətinin isə təmin edilməməsi barədə Məhkum və onun müdafiəçisi müdafiəçi, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi və məhkum Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməməli, Məhkum və Təqsirləndirilən şəxs1, hər birisinin CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarı isə adları çəkilən məhkumlara aid hissələrdə və kassasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi müdafiəçi və məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarı Məhkum və Təqsirləndirilən şəxs1 aid hissələrdə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-32/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-32/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver