Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-320/2019 27.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 01 avqust 1981-ci ildə İmişli rayonunun *********** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun *********** kəndində qeydiyyatda olan və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ə.Pənahov) Təqsirləndirilən şəxs - Аzərbаycаn Respublikаsı CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: S.A.Mirzəyev (sədrlik edən) F.A.Qasımov və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 2017-ci ilin aprel ayının 2-si, saat 20:30 radələrindən aprel 06-sı, saat 14:00 radələrindək olan müddət ərzində Bakı şəhəri, ************************ nömrəli mənzilə qanunsuz daxil olaraq oradan X6 məxsus, qiyməti 1.500 manat dəyərində olan 1 ədəd "Samsung" markalı televizor, qiyməti 600 manat olan 1 ədəd tək qaşlı brilyant üzük, qiyməti 600 manat olan 1 cüt brilyant qaşlı sırğa, hər birinin qiyməti 300 manat olan 4 cüt qızıl sırğalar, qiyməti 500 manat olan 1 ədəd qızıl qolbağı, qiyməti 100 manat olan 1 ədəd gümüş üzüyü, hər birinin qiyməti 500 manat olan, 1864-cü ilə aid 6 ədəd gümüş pul əsginası, hər birinin qiyməti 200 manat olan gümüşdən hazırlanmış 4 ədəd iran pul əsginası, 300 manat dəyərində 1 ədəd "DVD", 70 manat dəyərində 1 ədəd printer, 50 manat dəyərində 2 ədəd çay dəsti və qabqacaq, paltar və digər ev əşyaları, eyni zamanda X5 məxsus dəyəri 150 manat olan "Bosch" firmasına aid 1 ədəd kiçik ölçülü drel, 250 manat dəyərində olan "Bosch" firmasına aid 1 ədəd böyük ölçülü drel, 200 manat dəyərində olan 1 ədəd elektrik mişarını gizli yolla talayıb X6 ümumilikdə xeyli miqdar təşkil edən 8.720 manat və X5 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 2017-ci ilin sentyabr ayının sonlarında X12 məxsus olan Bakı şəhəri, *********************** nömrəli mənzilinin plastikdən olan pəncərə və qapısını özü ilə gətirdiyi vintaçan alətlə sındırıb mənzilə qanunsuz daxil olaraq oradan dəyəri milli məzənnə ilə 4.250 manat 50 qəpik təşkil edən 2.500 ABŞ dolları məbləğində olan 1 ədəd qədimi xalça, dəyəri milli məzənnə ilə 8.501 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində, 19-cu əsrə aid qədimi musiqi aləti olan 1 ədəd tar, dəyəri milli məzənnə ilə 1.700 manat 20 qəpik təşkil edən 1.000 ABŞ dolları olan 1 ədəd qədimi "Ridger" markalı tikiş maşını, 70-ci illərə aid dəyəri 200 manat təşkil edən 1 ədəd masa üstü saatı, 1980-ci ilə aid ölçüsü 1 m və çər çivənin içərisində parçadan naxışlar olan 200 manat dəyərində 1 ədəd lövhəni, 1970-ci illərə aid 200 manat dəyərində 1 ədəd stolüstü saatı və ümumi dəyəri 150 manat olan kiçik xrustal qabları gizli yolla talayıb Rəna Abbasovaya ümumilikdə xeyli miqdar təşkil edən 15.201 manat 70 qəpik məbləğində maddi ziyan vurmaqla; 2017-ci ilin dekabr ayının əvvəllərində X3 məxsus olan Bakı şəhəri, ********************** nömrəli mənzilinin plastikdən olan pəncərəsini və həmin pəncərənin dəmir barmaqlıqları üzərinə bərkidilmiş kilidi özü ilə gətirdiyi vintaçan alətlə sındırıb mənzilə qanunsuz daxil olaraq oradan 250 manat dəyərində 1 ədəd "Sony" markalı televizor, 150 manat dəyərində mətbəx avadanlıqları (qab-qacaq və qaşıq dəsti), hər birinin qiyməti 50 manat olan 2 ədəd yorğan, hər birinin qiyməti 130 m anat olan 2 ədəd döşək dəsti və 40 manat məbləğində "İnterlux" markalı 1 ədəd ütünü gizli yolla talayıb X3 ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla; 2017-ci ilin dekabr ayının 15-i, saat 15 radələrindən dekabrın 20-i, saat 11 radələrinədək olan müddət ərzində X7 məxsus Bakı şəhəri, ************************ nömrəli mənzilinin plastikdən olan pəncərəsinin dəmir barmaqlıqları üzərinə bərkidilmiş kilidi sındırmaq yolu ilə mənzilə qanunsuz daxil olaraq oradan 1.200 manat məbləğində nağd pul, qiyməti 15 manat olan 1 ədəd "Samsung" markalı, "GT-E2222" modelli və qiyməti 100 manat olan 1 ədəd "Samsung" markalı mobil telefonu, hər biri 50 manat olan 2 ədəd "Nokia" markalı mobil telefonu, dəyəri milli məzənnə ilə 510 manat 03 qəpik təşkil edən 300 ABŞ dolları məbləğində olan 1 ədəd "Play station" aparatı, qiyməti 4 manat olan istifadədə olmuş 1 ədəd qadın qol saatı, qiyməti 2 manat təşkil edən üzərində gülləri olan, istifadədə olmuş 1 ədəd qadın boyunbağını, qiyməti 2 manat təşkil edən, üzərində ağ rəngli qaşları olan, çiçək formalı, istifadədə olmuş 1 ədəd bijuteriya qadın üzüyü, qiyməti 2 manat təşkil edən, üzərində ağ rəngli qaşlar olan, istifadədə olmuş 1 ədəd bijuteriya qadın üzüyü, qiyməti 2 manat təşkil edən, üzərində ağ rəngli qaşları olan, istifadədə olmuş 1 ədəd bijuteriya qadın üzüyü, dəyəri 50 qəpik təşkil edən, üzərində gülləri olan, istifadədə olmuş 1 cüt sırğa, 3.000 manat dəyərində olan qab-qacaq servislərini gizli yolla talayaraq zərərçəkmiş Aygün Zahirovaya ümumilikdə 4.937 manat 53 qəpik məbləğində maddi ziyan vurmaqla; 31 dekabr 2017-ci il tarixdə, saat 02 radələrində X13 məxsus olan Bakı şəhəri, ************************** saylı evin birinci mərtəbəsində yerləşən 46 saylı mənzilin yataq otağının plastikdən olan pəncərəsini özü ilə gətirdiyi vintaçan alətlə açaraq mənzilə qanunsuz daxil olmuş, oradan ümumi dəyəri 5.000 manat olan 3 ədəd qızıl sırğa, 1 ədəd qızıl cib saatı, 1 ədəd sepsiz qızıl qol saatı, 3 ədəd qızıl boyunbağı, "N" hərfli 1 ədəd qızıl klon, nal şəkilli 1 ədəd qızıl klon, 1 ədəd nişan üzüyü, qırmızımtıl rəngli qaşı olan 2 ədəd qadın üzüyü, ürək şəkilli qaşları olan 1 ədəd qızıl üzük, üzərində qaşları olmayan 1 ədəd qızıl üzük, ümumi dəyəri 1.500 manat olan 6 ədəd sırğa, 1 ədəd "Tifani" markalı, 2 ədəd "Captain Silver" markalı gümüş sırğalar və müxtəlif növlü və formalı bijuteriya, 200 manat dəyərində 1 ədəd "Toshiba" mark alı noutbuku, qiyməti 200 manat olan 1 ədəd "Samsung Galaxy A3" markalı və qiyməti 100 manat olan 1 ədəd "Samsung Galaxy GTS 7562" markalı telefonu, qiyməti 100 manat olan 1 ədəd "Braun" markalı və qiyməti 100 manat olan 1 ədəd "Philips" markalı epilyator aparatlarını, qiyməti 120 manat olan 1 ədəd "Babyliss" markalı saç feni, qiyməti 5 manat olan 1 ədəd "Wizen Royal 301" markalı fotoaparatı, hər biri 50 manat olmaqla 2 ədəd fotoaparat adapteri, qiyməti 100 manat, naqili ağ rəngli olan 1GB həcmli 1 ədəd "hard disk", qara rəngli, içərisində müxtəlif mağazalara aid olan 1 ədəd endirim kartları, "Mega Sığorta"ya aid olan 1 ədəd sığorta kartı, içərisində milli məzənnə ilə 1 manat 70 qəpik təşkil edən 1 ABŞ dolları məbləğində pul əsginası olan, üzərində "Jobis" yazıları olan, tünd qəhvəyi rəngl i, süni dəri materialından hazırlanmış 7 manat dəyərində pul kisəsi, yataq otağında olan paltonun cibindən 1 ədəd 100 manatlıq pul əsginası, digər yataq otağından isə içərisində hamısı 50 qəpiklik pul əsginası olmaqla ümumilikdə 150 manat məbləğində pul olan 1 ədəd dəmir çaydanı, ümumi dəyəri 21 manat olan, üzərində "Mona" sözləri yazılmış 7 ədəd təzə qadın corabı, ümumi dəyəri 3 manat olan, üzərində "Sisi" sözləri yazılmış təzə qadın corabı (kalqotka), dəyəri 1 manat olan, üzərində "Golden Lady" sözləri yazılmış 1 ədəd təzə qadın corabı, dəyəri 3 manat olan, üzərində "Marilyn Tonic 40" sözləri yazılmış 1 ədəd təzə qadın corabı (kalqotka), qiyməti 1 manat 50 qəpik olan, üzərində "Marilyn Flores" sözləri yazılmış 1 ədəd təzə qadın corabı (kalqotka), hər birinin qiyməti 80 qəpik olan, üzərin də "Madonna" sözləri yazılmış 6 ədəd təzə qadın corabı, hər birinin dəyəri 2 manat olmaqla markalanmasına dair heç bir məlumat olmayan, müxtəlif rəngli, istifadə olunmuş 8 ədəd qadın alt paltarı (busqalteri), qiyməti 10 manat, üzərində "Sankt-Peterburq" yazıları yazılmış, istifadə olan 1 ədəd musiqili qutu, qiyməti 5 manat, üzərində "K.LS Jevellery" yazıları olan, istifadə olunmuş 1 ədəd mücrü qutu, qiyməti 2 manat olan, istifadə olunmuş, üzərində ay və ulduz əks olunmuş 1 ədəd üzüyü, qiyməti 2 manat olan, istifadə olunmuş, üzərində 3 ağ rəngli qaşı olan 1 ədəd qadın üzüyünü, qiyməti 2 manat olan İ ədəd "M" şəkilli bilərziyi, qiyməti 4 manat olan, üzərində "Vanille Noir" yazıları olan 1 ədəd duş geli, hər birinin dəyəri 50 qəpik olan, istifadə olunmuş 15 ədəd yemək qaşığını gizli yolla tal ayıb X13 ümumilikdə xeyli miqdar təşkil edən 7.866 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla; 2018-ci il 02 yanvar, saat 15 radələrindən 05 yanvar, saat 00:05 radələrinədək olan müddət ərzində Bakı şəhəri, ************************* nömrəli mənzilinə qanunsuz daxil olaraq oradan X9 məxsus dəyəri 130 manat olan 1 ədəd "Panasonic" markalı stasionar telefonu, qiyməti 200 manat olan 1 ədəd "Kodak" markalı fotoaparatı, qiyməti 70 manat olan 1 ədəd "Omron" markalı təzyiq ölçən aparatı, qiyməti 40 manat olan 1 ədəd şəkər ölçən aparatı, hər biri 40 manat olmaqla 4 ədəd və hər biri 30 manat olmaqla 2 ədəd qadın ətirlərini, dəyəri 800 manat olan 1 ədəd diş breketini, dəyəri 30 manat olan kosmetikaları, habelə X16 məxsus, qiyməti 15 manat olan 1 ədəd üz qırxan (elektrik ülgüc) və qiyməti 10 manat olan saç qırxan aparatını, hər birinin qiyməti 25 manat olan 2 ədəd kişi köynəyini, qiyməti 20 və 25 manat olan 2 ədəd kişi idman şalvarını, hər birinin qiyməti 20 manat olan 2 ədəd kişi gecəliyini, dəyəri 20 manat olan müxtəlif növ qadın corablarını, qiyməti 3 manat olan istifadədə olmuş, qolbağı olmayan 1 ədəd qadın qol saatını, hər biri 10 manat dəyərində olan 3 ədəd tərliyi gizli yola talayaraq X10 ümumilikdə 1.543 manat, X16 isə 160 manat məbləğində maddi ziyan vurmaqla; 2018-ci ilin yanvarın 02-i, saat 12:30 radələrindən yanvarın 09-u, saat 10:00 radələrinədək olan müddət ərzində X1 yaşadığı Bakı şəhəri, *************************** nömrəli mənzilinin mətbəxinin plastikdən olan pəncərəsinin dəmir barmaqlıqları üzərinə bərkidilmiş kilidi sındırmaq yolu ilə mənzilə qanunsuz daxil olara q yataq otağında olan dolabın içərisindən qiyməti 1.500 manat 1 cüt brilyant sırğa, qiyməti 300 manat olan 1 cüt fionet qaşlı sırğa, qiyməti 500 manat və 700 manat olan 2 ədəd brilyant qaşlı qızıl üzük, qiyməti 200 manat olan 1 ədəd "ürək" şəkilli qızıl klon, qiyməti 200 manat olan 1 ədəd qızıl klon, qiyməti 400 manat olan 1 ədəd qızıl sırğa, qiyməti 250 manat olan 1 ədəd uşaq qızıl qolbağı, qiyməti 180 manat olan 1 ədəd uşaq qızıl üzüyü, qiyməti 80 manat olan 1 ədəd "svarovski" qaşlı sırğa, qiyməti 200 manat olan 1 ədəd silikon qaşlı qızıl üzüyü, qiyməti 55 manat olan "Braun" firmasına aid 1 ədəd hava feni, qiyməti 50 manat olan "Braun" firmasına aid 1 ədəd epilyator aparatı, "Braun" firmasına aid qiyməti 25 manat olan 1 ədəd kişi üz qırxan aparatı (elektrik ülgücü), ümumilikdə dəyəri 1 10 manat olan məişət əşyalarını, qiyməti 300 manat olan bijuteriyalar, ümumi dəyəri 950 manat təşkilı edən "Faberlic" və "Lokos" firmalarına aid parfumeriyalar, qiyməti 50 manat olan tək çarpayı üçün nəzərdə tutulmuş 1 ədəd yorğan, qiyməti 120 manat və 40 manat olan, elektriklə işləyən 2 ədəd təzyiq ölçən aparatlarını, ümumi çəkisi 20 kiloqram olan 216 manat dəyərində əti gizli yolla talayaraq X11 ümumilikdə xeyli miqdar təşkil edən 6.426 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarının məhkuma təyin olunmuş cəza hissəsində dəyişdirilməsi xahiş olunur. Məhkum onun tərəfindən zərərçəkmişlərə vurulan ziyanın bir hissəsinin ödənilməsi, ilk məhkumluğu, himayəsində azyaşlı bir övladının olmasını nəzərə alaraq barəsində daha yüngül cəza təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi S6, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı o lmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, orada məhkumun təqsirliliyi mübahisələndirilmir, yalnız məhkuma təyin olunmuş cəzanın sərt olması, barəsində yüngülləşdirici halların nəzərə alınmadan cəza təyin edilməsi mübahisə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiya məhkəməsinin qərarında məhkumun barəsində yüngülləşdirici halların olmadığı qeyd edilmiş və cəza təyin olunarkən yüngülləşdirici halların olmaması nəzərə alınmaqla cəza təyin etmişdir. İş materiallarından görünür ki, ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlakların bir hissəsi onun tərəfindən könüllü olaraq geri qaytarılmış və istintaq orqanı tərəfindən zərərçəkmişlərə təhvil verilmişdir. Bu da onu göstərir ki, məhkum, əməlinin ictimai təhlükəliliyini qismən də olsa, aradan qaldırmağa cəhd etmişdir. Həmçinin məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, onun himayəsində 02 iyun 2017-ci ildə anadan olmuş bir azyaşlı uşağı vardır və ibtidai araşdırma orqanı ittiha m aktında bu halı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qeyd etmişdir. CM-nin 59.1.4-cü maddəsinin tələbinə görə cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal hesab edilir və məhkəmələr tərəfindən həmin halın yüngülləşdirici hal hesab edilməməsi yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konst itusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasında n və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının bor cudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəbdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azər baycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) il 9 (doqquz) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-320/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-320/2019
27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver