Məhkəmə qərarları › İş №1(102)-320/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-320/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-320/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Məhkum müdafiəçisi Babayev Toğrul Babalı oğlunun işt irakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Babayev Toğrul Babalı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Yaqubov Fərid Murtuza oğlu) Məhkum, xx xxx 1984-cü il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cəriməni ödəməmiş, ünvan 1də qeydiyyatda olmaqla yaşayan, CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 66.5ci maddəsinə əsasən isə Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına tamamilə toplanılmaqla 3500 (üç min beş yüz) manat miqdarda cərimə və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılm ası cəzalarına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 44 (qırx dörd) gün həbsdə saxlanılma müddəti 88 (səksən səkkiz) gün müddə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 2 (iki) gün müddətində azadlığın məhdudlaşdırılması və 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, CM-nin 68.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının əvvəli onun cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, məhkumun üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarə t vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, vəzifələrinin yerinə yetirilməsinin Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş "həbs” növündə qətimkan tədbirinin "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə zalında həbsdən azad edilməsi Zərərçəkmiş şəxs mülki iddiasının baxılmamış saxlanılması və ona cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüqu qunun izah edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Federativ Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibardan sui-istifadə etməklə, ona Bakı şəhərində ödənilməmiş ipoteka borcları üzrə hərraca çıxarılmış mənzil alacağına yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, xx xxxxxx 2017-ci il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanında İran İslam Respublikasının vətəndaşı Abbasalı İmanzadehin vasitəsi ilə 5.975 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 10162,28 manat pulu, xx xxxxxx 2017-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında İran İslam Respublikasının vətəndaşı Alıreza Badalının vasitəsi ilə 7457,44 ABŞ dolları, həmin v axtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 12683,61 manat pulu, xx xxxxxxxx 2017-ci il tarixdə, saat 16 radələrində ünvan 4 ünvanında yerləşən "City Center” otelində 10000 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 17007 manat pulu, xx xxxxxxxx 2017-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən "Days” otelində 2000 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 3401,40 manat pulu, ümumilikdə 43254,29 manat pulunu tamah məqsədi ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum və zərər çək miş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi T.B.Babayev kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən xx xxxxxx 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə istinad edən və işin faktiki hallarını mübahisələrindən müdafiəçi T.B.Babayev kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum Zərərçəkmiş şəxsı aldatmaq niyyəti olmamış, sadəcə işləri uğursuzluqla nəticələnmişdir. Bununla belə onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəyməsi ilə bağlı səmimi peşmançılıq hissi keçirir. Hazırda isə Məhkum dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs olan 20.500 ABŞ dolları borcunu tam olar aq ödəmiş, ondan maddi ziyan olaraq 15000 manat və mənəvi ziyan kimi 20000 manat məbləğlərində pulun onadan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi barədə sonuncu tərəfindən verilmiş iddianı isə qəbul etmir. Müdafiəçi bildirir ki, Məhkum Zərərçəkmiş şəxs aldığı pulları ona vaxtında qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Müdafiəçi T.B.Babayev qeyd olunanları nəzərə alaraq apellyasiya instansiya məhkəməsinin qərarın ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş edir. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə qanuna müvafiq məlumatlandırılmış Zərərçəkmiş şəxs naməlum səbəbdən məhkəmə iclasına gəlmədiyinə və bunun səbəbi barədə məlumat vermədiyinə görə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə) CPM-nin 419.4-cü kassasiya şikayətinə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlə r: Müdafiəçi T.B.Babayevin kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkuma elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçisi T.B.Babayev apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Belə olan halda, məhkəmə kollegiyası müdafiəçisi T.B.Babayevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassas iya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instan siyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, y axud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslar dan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-pro sessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələb lərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əl də edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunma lıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya inst ansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsin in hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, müdafiəçisi T.B.Babayevin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə Məhkum bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum Federativ Resp ublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibardan sui-istifadə etməklə, ona Bakı şəhərində ödənilməmiş ipoteka borcları üzrə hərraca çıxarılmış mənzil alacağına yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, xx xxxxxx 2017-ci il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanında İran İslam Respublikasının vətəndaşı Abbasalı İmanzadehin vasitəsi ilə 5.975 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 10162,28 manat pulu, xx xxxxxx 2017-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında İran İslam Respublikasının vətəndaşı Alıreza Badalının vasitəsi ilə 7457,44 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 126 83,61 manat pulu, xx xxxxxxxx 2017-ci il tarixdə, saat 16 radələrində ünvan 4 ünvanında yerləşən "City Center” otelində 10000 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 17007 manat pulu, xx xxxxxxxx 2017-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən "Days” otelində 2000 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 3401,40 manat pulu, ümumilikdə 43254,29 manat pulunu tamah məqsədi ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatın ın prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxsin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirak çılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasi ya instansiyası məhkəmələrinin həmin nəticəsi dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2015-ci il tarixdə qəbul edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış tövsiyələrlə də uzlaşır. Belə ki, həmin qərarda məhkəmələrə nəzərə almaları tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsind ə nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzlu q cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bil ər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, Məhkum zərərçəkmiş şəxsı aldatmaq niyyəti olmamış, o biznes fəaliyyəti ilə məşğul olmuş, lakin həmin vaxt müflisləşmiş və onun işləri uğursuzluqla nəticələndiyinə görə o, zərər çəkmiş şəxsin pulunu vaxtında qaytara bilməmişdir. Lakin, məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən olmuşdur ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs Məhkum onun biznesinin aparılmas ı üçün deyil, özü üçün mənzil almaq məqsədilə verilmişdir. Məhkum isə aldığı pulu müxtəlif vaxtlarda öz şəxsi biznesə xərcləmişdir (Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında xx xxxxxx 2019-cu il tarixdə verdiyi ifadəsi). Hərçənd onun hər hansı biznesinin olması və biznes fəaliyyəti ilə məşğul olması da iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, göstərilən sübutlarla müəyyən edilmiş hallar Məhkum Zərərçəkmiş şəxs etibardan sui-istifadə etməklə, zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını, yəni 43254,29 manat məbləğində pulunu ələ keçirilməsinə, yəni dələduzluq cinayətinin obyektiv cəhətini icra etməsinə dəlalət edir. Belə ki, iş materiallarından görünür ki, Məhkumla zərərçəkmiş şəxsın arasında “Watsapp” vasitəsilə müxtəlif vaxtlarda mənzilin alınmasına dair danışıqların aparılmış və zərərçəkmiş Məhkum bununla bağlı, yəni mənzil almaqda köməklik göstrməsi barədə vədlərinə inanaraq ona hissə-hissə cəmisi 43254,29 manat məbləğində pul göndərmiş, məhkum isə nəinki öz vədinə əməl etməmiş, hətta sonradan aldaldığını başa düşmüş zərərçəkmiş şəxsin pulunun qaytarılması barədə tələbinin icrasından müxtəlif bəhanələrlə yayınmışdır. Bu baxımdan məhkəmə kollegiyası Məhkum əməlinin zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq kimi qiymətləndirilməsi və həmin əməlin CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış biri-bir ini tamamlayan digər sübutların məcmusuna, habelə qanunun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyas ı hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər araşdırılmış sübutlarla təkzib edilir və buna görə həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum onun təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürülməd iyindən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmü ilə isə onun barəsində cəza tədbiri seçilərkən iş üzrə müəyyən olunmuş bütün hallar nəzərə alınaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçinin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi T.B.Babayevi n və kassasiya şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovun və zərərçəkmiş zərərçəkmiş şəxsın nümayəndəsi Nümayəndə çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi T.B.Babayevin kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar