Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-320/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı Şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Ələsgərov Nadir Çərkəz oğlunun iştirakı ilə, Məhkum (X17) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və X37 oğlu) 28 noyabr 1988-ci il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, İİR-nın vətəndaşı, orta təhsilli, subay, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan1 Məhkum (X17) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməkl ə, ona Cinayət Məcəlləsinin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla, cinayətlərin məcmusu üzrə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzaçəkmə müddətinin əvvəli 17 mart 2019-cu ildən hesablanmışdır. İran İslam Respublikasının vətəndaşı Məhkum təyin olunmuş cəzanı çəkdikdən sonra barəsində Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, CM-in 52.1-1-ci maddəsinə əsasən onun məhkumluğu ödənilənədək və ya götürül ənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkumh şəxs1 müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum oğlu şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərin istintaqla müəyyən edilməmiş vaxtda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda İran İslam Respublikasında əldə etmə, saxlama, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Gürcüstana daşıma cinayətlərini törətmək üçün yaratdığı mütəşəkkil dəstədə cinayətlərin icraçısı kimi iştirak etmiş, cinayətlərin təşkilatçılarının tapşırığına uyğun olaraq narkotik vasitələrin daşınmasını həyata keçirmişdir. Belə ki, mütəşəkkil dəstənin şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri İran İslam Respublikasında istintaqa məl um olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, 305750 qram heroin narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 189 şəffaf sellofan torbada hər blokda bir torba olmaqla, cəmi 189 daş blokun içərisində əvvəlcədən xüsusi olaraq hazırlanmış dairəvi oyuqlarda gizlədərək qırmızı istiotla qarışdırılmış məhlul vasitəsilə eyni ölçüdə və eyni materialdan olan dairəvi qapaqlarla bağlayıb İran İslam Respublikasının “X28” şirkətindən Gürsüstanın “Mariana X24” şirkətinə göndərilən daş bloklar yükünün içərisinə yerləşdirmiş və 14 mart 2019-cu ildə Mərənd şəhərində 161 ədədini hər birində 64 daş blok olan 15 paletin 6-da onun idarə etdiyi “VOLVO” markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat niş anlı yük avtomobilinə, 28 ədədini isə hər birində 64 daş blok olan 14 paletin 1-də İran İslam Respublikası vətəndaşı X5 idarə etdiyi “SCANİA” markalı 43A457-10/43A458-10 dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətmiş, o isə əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 161 ədəd daş blokda gizlədilmiş külli miqdarda, 260460 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Gürcüstanın Batumi şəhərinə aparmaq üçün idarə etdiyi “VOLVO” markalı 000 dövlət qeydiyyat nişanlı yük avtomobilində qanunsuz olaraq saxlamış, daşımış və 17 mart 2019-su il tarixdə saat 17 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin X13 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nə zarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarəti zamanı Məcid Əzizkoşkinin idarə etdiyi yük avtomobilində 28 daş blokda gizlədilmiş külli miqdarda, 45290 qram heroin narkotik vasitəsi aşkar edildikdən sonra yük avtomobili rentgen qurğusundan təkrar keçirilməsi üçün göndərilən zaman sürücü X33 İslam Respublikası istiqamətindəki çıxış xəttində olan şlaqbaumu sındıraraq idarə etdiyi “SCANİA" markalı 000 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə postdan qaçaraq İran islam Respublikası ərazisinə keçmiş, daha sonra aparılmış yoxlama zamanı isə Ruhullah İmanınin idarə etdiyi nəqliyyat vasitəsində olan külli miqdarda narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittih amçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkumh Əliəkbər oğluna əsassız olaraq bəraət verildiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apelyasiya məhkəməsi hökmlə işin hallarını müəyyən edərkən şahidlərin ifadələrini, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxs Ruhullah İmaninin verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünümüdafiə xarakterli, digər sübutlarl a təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya iş materiallarında olan sübutların Ruhullah İmaninin təqsirli bilinməsi üçün kifayət etməməsi, onun cinayət əməllərini mütəşəkkil dəstədə cinayətin icraçısı kimi törətməsinin yalnız ehtimallara əsaslanması, cinayətkar qrupun digər üzvləri ilə onun hər-hansı əlaqəsinin olmasının sübuta yetirilməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq olunan sübutlar müqayisəli təhlil edilib onlara məcmu halında obyektiv qiymət verilməklə ittiham hökmü çıxarılmışdır. Verilmiş ittiham üzrə toplanılmış mötəbər sübutlarla Ruhullah İmaninin satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlamaqla daşıma və həmin narkotik vasitəyə münasibətdə qaçaqmalçılıq etmə cinayətlərini törətmək üçün şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstədə cinayətlərin icraçısı kimi iştirak etmə cinayət əməllərini törətməyə dair ona istinad edilən əməlləri törətməsi tamamilə təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə hökmündə göstərmişdir ki, yükdaşıyıcı sürücü kimi Məhkum qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükü açıb içərisində sənəddə göstərilən malın olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yükün xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkanı da olmamışdır. Ona görə də yükdaşıyıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni daş bloklardan ibarət zavod üsulu ilə tam olaraq üzəri sellofana bağlanmış bağlamalarda (paletlərdə) olan yükün içərisində sənəddə göstərilən maldan başqa bir şeyin, o cümlədən narkotik vasitənin olmasını bilmək imkanı olmamışdır. Lakin iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş təkzibedilməz sübutlarla müəyyən olunur ki, Ruhullah İmaninin avtomobilində aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin həmin yük avtomobilinə İran İslam Respublikası ərazisində standart ölçüdə düzbucaqlı formada olan daş bloklar yükü ilə birgə yüklənib y erləşdirilmişdir. Narkotik vasitənin daş blokun daxilində əvvəlcədən xüsusi qaydada açılmış və eyni həcmdə və eyni materialdan olan dairəvi qapaqlarla qırmızı istiotla qarışıq məhlulla bağlanmış dairəvi oyuqların içərisində, şəffaf polietilen torbalarda, xüsusi qaydada düzəldilmiş gizli saxlanc yerində 1 ədəd bağlamada yerləşdirilməsi, həmin narkotik vasitənin hər birinin çəkisinin 1,6 kiloqrama yaxın olması - bu narkotik vasitənin avtomobili idarə edən şəxsdən kənar və xəbərsiz yerləşdirilməsinin ağlabatanlığını istisna edir. Digər tərəfdən, inandırıcı deyil ki, külli miqdar təşkil edən narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakı olmuş digər şəxslər onu tanımadıqları, qabaqcadan razılaşmadıqları kənar bir şəxs tərəfindən daşımasını nəzərdə tutub buna cəhd etmiş olsunlar. Göstərilən lər və işin digər halları Məhkum mütəşəkkil dəstənin digər üzvləri ilə narkotik vasitənin daşınması barədə qabaqcadan razılıq əldə etməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa, müəyyən olunmuşdur ki, baxış keçirilmiş İran İslam Respublikasından Azərbaycan Gömrüyünə daxil olan Məhkum, şəxs1 və şəxs1 idarə etdiyi yük avtomobillərindəki standart ölçüdə düzbucaqlı formada daş bloklar olan paletlər, həmin avtomobillərin ikisində külli miqdarda narkotik vasitə heroin olmaqla İran İslam Respublikasının eyni X28 şirkətindən yüklənilmiş və Gürcüstan Respublikasının Mariana X24 şirkətinə göndərilməsi nəzərdə tutulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Məhkum və şəxs1 idarə etdikləri avtomobillərdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin eyni tərkibli olması və şəxs1 idarə etdi yi avtomobilə baxış keçirilməzdən əvvəl Məhkum həyəcanlı vəziyyətdə onunla fars dilində nəyisə müzakirə etməsi və avtomobilə baxış keçirilib yenidən rentgen qurğusuna göndərilərkən şəxs1 avtomobili idarə edib, şlaqbaumu qıraraq İran tərəfə keçməsi halı da onların aşkar olunan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə Azərbaycan Gömrük sərhəddindən keçirməsinə dəlalət edir. Göründüyü kimi, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkumh şəxs1 oğlunun törətdiyi cinayətə hüquqi qiymət vermiş və bunu öz qərarlarında kifayət qədər əsaslandırmışlar Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, eyni şirkət tərəfindən analoji olaraq digər sürücü vasitəsi ilə də narkotik vasitələrin qaçaqmalçılıqla keçirilməsinə cəhd olunaraq cinayət əməli törədildiyindən, həmçinin narkotik vasitələrin çəkisi ilə bağlı digər sübutların da olması həmin maşına bu narkotik vasitələrin şəxs1 xəbəri olmadan yerləşdirilməsini inandırıcı görünmədiyini göstərərək, kassasiya protestini müdafiə etdiyini bildirib, protestin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli hökmünü ləğv edər ək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi N.Ç.Ələsgərov çıxış edərək, xarici ölkənin vətəndaşı üçün baxış zamanı nə müdafiəçi, nə də ki tərcüməçi dəvət olunmadığını, o cümlədən həmin baxış protokolunda heç bir cinayət-prosessual qanunvericiliyin müddəalarına istinad edilmədiyini, prokotolda qeyd edilmiş hal şahidlərinin həmin gömrük məntəqəsində çalışan şəxslərin olduğunu qeyd edib, bu hallara görə də kassasiya protestinin əsassız olduğunu bildirərək, kassasiya protestini təmin etmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.” Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsinin sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrin tələblərinə müvafiq olaraq tədqiq etmədiyi, sübutlar və sübutetməyə dair CPM-nin tələbləri pozularaq Məhkumh Əliəkbər oğluna əsassız və qanunsuz olaraq bəraət verildiyi iddia edilmiş, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protes tini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin ə saslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiəçinin isə apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli hökmü ləğ v edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-nin 206.4-cü maddəsi — bu Məcəllənin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların keçirilməsi) mütəşəkkil dəstə tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi müəyyən edilmişdir. CM-nin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyektini dövlətin normal xarici-iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Şərh edilən cinayətin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların ölkənin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından, bununla da, dövlətin, hüquqi və fiziki şəxsləri qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasından ibarətdir. Digər tərəfdən gömrük nəzarətindən kənar ictimai təhlükəli əşya və maddələrin ölkəyə gətitilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 10-cu bəndində qeyd edilir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin Qərarın 13- cu bəndində əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzə rdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Qeyd olunan Qərarın 20-ci bəndində göstərilmişdir ki, qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilmiş hesab edilməsi üçün məhkəmələr CM-nin 34.3-cü maddəsinə müvafiq olaraq cinayət işləri üzrə belə dəstənin əlamətlərinin mövcudluğuna dair kifayət qədər sübutların olubolmamasına diqqət yetirməlidirlər. Məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlarla qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilməsi təsdiq olunduqda CM-nin 34.6-cı maddəsinin tələblərinə müvafiq olaraq malları və ya digər əşyaları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxslərlə yanaşı dəstənin digər üzvlərinin də (cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin) əməllər i CM-nin 206.4-cü maddəsi ilə tövsif edilir. şəxs1 CM-nin 206.4 və 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verən apellyasiya məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxs1 CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət əməllərini mütəşəkkil dəstədə cinayətin icraçısı kimi törətməsi yalnız ehtimallara əsaslanmış, ehtimal olunan cinayətkar qrupun digər üzvləri ilə onun hər-hansı əlaqəsinin olması sübuta yetirilməmişdir. Məhkum CM-nin 206.4, 2344.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi barədə ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin olması nəzərə alınmamış, onun barəsində əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Apellyasiya məhkəməsinin gəldiy i nəticə ondan ibarət olmuşdur ki, Məhkum CM-nin qeyd olunan maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edə biləcək hər-hansı bir mötəbər sübuta istinad etməmişdir. Odur ki, qeyd olunanları rəhbər tutan apelyasiya məhkəməsi Məhkum təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə yekun qənaətə gəlmişdir. Lakin, iş materiallarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə sübutların lazımınca – CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə araşdırılmasına əsaslanmır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 57-ci bəndində qeyd olunmuşdur ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran süb utlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin Qərarın 58-ci bəndinə əsasən, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni, məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Verilmiş ittiham üzrə işə baxan birinci instansiya məhkəməsi şəxsin ittiham olunan maddələr üzrə təqsirli olması barədə qənaətə gələrək, göstərmişdir ki, Məhkum və şəxs1 idarə etdikləri avtomobillərdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin eyni tərkibli olması və şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilməzdən əvvəl şəxs1 həyəcalı vəziyyətdə onunla fars dilində nəyisə müzakirə etməsi və avtomobili idarə edib şlaqbaumu qıraraq İran tərəfə keçməsi halı da onların aşkar olunan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə Azərbaycan Gömrük sərhəddindən keçirməsinə dəlalət edir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, işlədiyi Cənub Ərazi Baş Gömrük İdarəsinə İran dan Gürcüstanın Batumi şəhərinə yük daşıyan 3 avtomobildə narkotik vasitələr olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 mart 2019-cu ildə saat 17 radələrində həmin avtomobillərə baxış keçirilmiş, baxış keçirilməsinin özü tərəfindən təşkil edilib protokol tərtib olunmuşdur. Baxış zamanı Gömrüyə əvvəl daxil olmuş İran İslam Respublikasının vətəndaşı şəxs1 idarə etdiyi yük avtomobili yoxlanılarkən, yük yerində olan 28 ədəd daş blokun hər birinin içərisində əvvəlcədən hazırlanmış xüsusi oyuqlarda gizlədilmiş 28 ədəd torbada 45290 qram çəkidə heroin narkotik vasitəsi aşkar olunmuşdur. Gömrük əməkdaşları şəxs1 və şəxs1v həmin maşına minib təkrar yoxlanılması üçün apararkən şəxs1 gözlənilmədən avtomobilin sürətini artırıb çıxış xəttindəki şlaqbaumu sındıraraq avtomobili İran ərazisi nə sürmüşdür. Bundan sonra şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilmiş, 161 daş blokun hər birindən bir torbada, cəmi 261,264 kq. çəkidə narkotik vasitə aşkar olunub götürülmüşdür. Ruhullah İmani həmin narkotik vasitənin maşına yüklənmiş daş blokların içərisində gizlədilməsindən məlumatı olmadığını bildirmişdir. Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsində keçirilmiş 17 mart 2019-cu il tarixli baxış keçirilməsi və götürmə aparılması təhqiqat hərəkəti aparılmasının qeydə alındığı videoçəkiliş olduğu CD diskə keçirilmiş baxış zamanı İran İslam Respublikası vətəndaşı Məhkum idarə etdiyi “Volvo” markalı 26A951-10/26A952-10 dövlət nömrə nişanlı yük avtomobilindən ümumilikdə 161 ədəd polietilen torbalardakı qabşaldırılması ilə birgə ümumi çəkisi 261,264 kq olan narkotik vasitə v asitə heroinin aşkar edilməsi təsdiq olunmuşdur. Video görüntülər vizual müşahidə edilərkən müdafiəçi və məhkəmə iclasının katibi tərəfindən heroin olan bağlamalar sayılarkən Məhkum öz iştirakı ilə onun idarə etdiyi avtomobildən aşkar edilmiş içərisində heroin olan bağlamaların sayının 161 ədəd olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 17 mart 2019-cu il tarixdə X13 Azərbaycan Respublikasından tranzit keçməklə Gürcüstanın Batumi şəhərinə yük aparan İran İslam Respublikasının vətəndaşları X29' oğlunun idarə etdiyi “Scania” markalı, X2 idarə etdiyi “Volvo” markalı və Məhkum idarə etdiyi “Volvo” markalı yük avtomobilləri Azərbaycan Respublikasına daxil olmuşlar. Daxil olmuş əməliyyat məlumatı əsasında gömrük nəzarəti məqsədi ilə qeyd olunan yük avtomobillərinin üçü də X14 inzibati ərazisində olan “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Bu zaman X5 idarə etdiyi “Scania” və Məhkum idarə etdiyi “Volvo” markalı yük avtomobillərinin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitələri əsaslı yoxlanılmışdır. İlk öncə “Scania” markalı yük avtomobilinin qoşqusunda olan bir ədəd paletdə 64 ədəd eyni ölçüdə düzbucaqlı formalı daş bloklar boşaldılaraq “Heimann” markalı rentgen qurğusundan keçirilmiş və 28 ədəd eyni ölçüdə düzbucaqlı formada olan daş bloklar yükündə cizgilər müşahidə edilmişdir. Daha sonra həmin 28 ədəd daş bloklar sındırılaraq onlara baxış keçirilmişdir. Baxış zamanı 28 ədəd polietilen torbada qablaşdırılmış, ümumi çəkisi 45 kiloqram 446 qram qəhvəyi rə ngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin yük avtomobilində qalan daş bloklarda da narkotik vasitələrin olubolmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili onun və Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat Şöbəsinin böyük əməliyyat müvəkkili X6 müşayiəti ilə “HCVG” markalı stasionar rentgen qurğusuna aparılmışdır. Stasionar rentgen qurğusunda həmin yük avtomobili təkrar yoxlanıldıqdan sonra onun qoşqusunda qalan daş blokların da daxilində yenə də şübhəli təsvirlər müəyyən edildiyindən nəqliyyat vasitəsində olan bütün daş blokların da eyni üsulla yoxlanılması üçün onların kiçik həcmli rentgen qurğusundan keçirilməsi məqsədi ilə yük avtomobili onların müşayiəti altında yoxlama qrupunun yerləşdiyi idxal xəttinə gətirilərkən sürücü İran İslam Respublikasının vətəndaşı X12 idarə etdiyi “Scania” markalı qeydiyyat nişanlı yük avtomobilinin sürətini qəfildən artıraraq İran İslam Respublikası istiqamətində hərəkət etdirmişdir. Oşəxs1 sürücüyə avtomobili saxlaması barədə əmr versələr də, o, onlara məhəl qoymadan yük avtomobilini çıxış xəttində olan vətəndaşların üzərinə doğru hərəkət etdirmişdir. Həmin zaman onlar mülki vətəndaşlar və sərhəd xidmətinin əməkdaşları xəsarət almadan və onların həyatları üçün təhlükə yaratmadan yük avtomobilinin hərəkətini müxtəlif maneələrlə dayandırmaq istəsələr də, sürücü X12 idarə etdiyi yük avtomobili ilə X13 İran İslam Respublikası istiqamətində çıxış xəttindəki şlaqbaumu qıraraq Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz ola raq keçmiş və qeyd olunan avtomobili İran İslam Respublikasının Biləsuvar Gömrüyünün nəzarət zonasının girişində darvazaya çırparaq dayandırmışdır. Daha sonra İran İslam Respublikasının vətəndaşı X12 onun və şəxs1 dayan əmrinə və geri qayıtmaq çağırışlarına məhəl qoymayaraq avtomobildən düşərək qaçmışdır. Həmin vaxt onu saxlamaq istəyərkən bir nəfər mülki geyimli iranlı şəxs və İran İslam Respublikasının sərhəd xidmətinin əməkdaşları sürücü X1 mane olmuşlar və onun özünü saxlamaq istəmişlər. Onlar nəqliyyat vasitəsini geriyə qaytarmaq istəsələr də, iran gömrük və sərhəd xidmətinin əməkdaşları ona mane olmuş və nəticədə nəqliyyat vasitəsini geriyə qaytarmaq mümkün olmamışdır, İran İslam Respublikasının vətəndaşı X12 Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib, İran İ slam Respublikasının ərazisinə daxil olmuşdur. Onun idarə etdiyi “Scania” markalı, 43AA457-10/43AA458-10 qeydiyyat nişanlı yük avtomobilini isə İran İslam Respublikasının sərhəd xidmətinin əməkdaşları sürərək İranın ərazisinə aparmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət -Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən isə cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. İş materiallarında olan məlumatların kassasiya protestinin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik normalarının və Plenum Qərarlarının izahları baxımında təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndiirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmuşdur. Belə ki, apellyasiya məhkəməsinin bəraət hökmündən aydın deyildir ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş və birinci instansiya məhkəməs inin təsdiq etdiyi ittiham üzrə təqdiq edilmiş sübutların (həmin sübutlarda olan məlumatların) şəxs1 təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün nəyə görə kifayət etməməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yükdaşıyıcı sürücü kimi Məhkum qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükü açıb içərisində sənəddə göstərilən malın olubolmamasını yoxlamaq imkanının olmamasını, yalnız qablaşdırılmış yükün xarici görünüşünü yoxlamaq ixtiyarının olduğunu, bu səbəbdən həmin yükün içərisində dəqiq nə olduğunu bilmədiyi barədə şəxs1 ifadəsini iş materialları ilə təsdiq olunmuş məlumat kimi qəbul edərək onun təqsirsizliyinə dəlalət edən hal kimi qiymətləndirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, şəxs1 avtomobilində aşkar edilmiş narkotik vasitə İra n İslam Respublikası ərazisində daş bloklar yükü ilə birgə yüklənmişdir. Narkotik vasitə daş blokun daxilində əvvəlcədən xüsusi qaydada açılmış və eyni həcmdə və eyni materialdan olan dairəvi qapaqlarla qırmızı istiotla qarışıq məhlulla bağlanmış dairəvi oyuqların içərisində şəffaf polietilen torbalarda xüsusi qaydada düzəldilmiş gizli saxlanc yerində bir ədəd bağlamada yerşəldirilmiş, həmin narkotik vasitənin hər birinin çəkisi 1.6 kq.a yaxın olmuşdur. Apellyasiya məhkəməsi şəxs1 avtomobilinə İran ərazisində yüklənmiş olan çəkisi 1.6 kq olan narkotik vasitənin onun avtomobilinə hansı yolla və kim tərəfindən yüklənməsi barədə xəbərsiz olması ilə bağlı verdiyi ifadəni həqiqət kimi qəbul etsə də, həmin halı, həmçinin avtomobilin İran İslam Respublikasının gömrük nəzarətindən keçirilməsi zama nı narkotik vasitənin aşkar edilməməsi, yükün plombunun açılması, heç bir qanunsuz əşya aşkar edilməməsi və yenidən plomblanmasını şəxs1 təqsirsizliyinə dəlalət edən sübutlar kimi qiymətləndirsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin faktlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırmalı, avtomobilində narkotik vasitə tapıldıqdan sonra İran İslam Respublikasına qaçmış X12 ilə Məhkum arasında hansı münasibətlərin olduğunu, narkotik vasitələr müəyyən olunduqdan sonra onların arasında baş vermiş mübahisənin məzmununun nədən ibarət olması araşdırılaraq həmin məsələlərə aydınlıq gətirilməli idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi şəxs1 təqsirliliyinin sübuta yetirilməməsi haqqında sübutların məcmusunun tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanm ayan qənaətə gəlmişdir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apelyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə Məhkum barəsində bəraət hökmü çıxarmasını – CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestinin dəlillərini əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum (X17) Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli hökmü ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilsin. Məhkum (X17) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 29 sentyabr 2021-ci il tarixli hökmü ləğv olunsun və cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-320/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-320/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver