Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-320/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətl ər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli (hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) hökmü ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla və ona qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abb asov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 06 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmünə əsasən, Məhkum onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, habelə təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan iki şəxsə qarşı işgəncə verərək mütəmadi olaraq döyməklə və zorakı hərə kətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermişdir. Belə ki, Məhkum xx.xx.2021-ci il tarixdə günorta vaxtı yaşadıqları ünvan 2də onun üçün aşkar surətdə on dörd yaşına çatmayan ögey bacısı qızı Zərərçəkmiş şəxs1 qolundan tutub yataq otağına aparıb, sakit durmasını tələb edib zor tətbiq edəcəyi ilə hədələyərək, əynindəki alt paltarını çıxarıb, Zərərçəkmiş şəxs1 otaqda olan yatağın üzərinə üzü aşağı vəziyyətdə uzadıb cinsiyyət orqanını arxa keçəcəyinə daxil edərək, cinsi ehtirasını təmin edib qeyri-təbii yolla cinsi əlaqədə olaraq sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, habelə xx.xx.2021-ci il tarixdə axşam vaxtı yaşadıqları ünvan 2də nadinc hərəkətlər etməsini bəhanə edib, mətbəxdən götürdüyü zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyi natlı soyuq silah hesab edilməyən mətbəx bıçağını qızdırıb onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan ögey bacısı oğlu Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətdə olmasından istifadə edərək bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə basaraq, bel nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin yanıqları ilə müşayiət olunan, Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulması ilə nəticələnmiş fiziki işgəncə verdiyini dərk edərək əzab vermiş, daha sonra oğlanlarla ünsiyyətdə olmasını bəhanə edib, özünə məxsus olan saçkəsən aparatla aşkar surətdə yetkinlik yaşına çatmayan ögey bacısı qızı Zərərçəkmiş şəxs1 saçlarını və qaşlarını kəsərək, müqavimət göstərməsi səbəbindən sonuncuda sağ bazu və boyun nahiyəsinin qançırları, yanaq nahiyəsinin səthi əzilmiş yarası, döş qəfəsin in sıyrığı ilə müşayiət olunan, Zərərçəkmiş şəxs1 dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi ilə nəticələnmiş fiziki ağrı və psixi iztirablar verdiyini dərk edərək əzab vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 28-ci, 125-ci, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib mötəbərliyi müəyyənləşdirib qiymətləndirilmədiyindən hökmdə ittihamın əsasına qoyulmuş sübutlar mötəbər sübut hesab edilə bilməz. Belə ki, CM-nin 150.3.3-cü maddəsi il ə Məhkum verilmiş ittiham tamami ilə əsassızdır, çünki bu ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsasən verilmiş və başqa heç bir sübut ilə öz təstiqini tapmamışdır. Həmçinin, zərərçəkmiş şəxsin məhz məhkumla qeyri-təbii yolla cinsi münasibətdə olmasını sübut edən heç bir məhkəmə ekspertizası yoxdur. Zərərçəkmiş şəxs özü də məhkəmədə etiraf etmişdir ki, əvvəllər dayısı tərəfindən heç bir seksual hərəkətlərə məruz qalmamış və ondan bu kimi hərəkətlər görməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli mübahisələndirilən qərarını ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, əlavə araşdırmanın aparılmasına zərurətin olduğunu bildiri b, kassasiya şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Qocayev Ramil Alim oğlu çıxış edərək, əlavə araşdırmanın aparılmasına zərurətin olduğunu bildirib, ekspertizanın zərərçəkmiş şəxsin yaşı ilə bağlı olan rəyinin olduğunu, lakin önəmli olanın Məhkum niyyətinin nədə ifadə olunduğunu və bunun hüquqi araşdırılmasından ibarət olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəm əsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələri ilə təqsirliliyinin cinayət işinin materialları ilə sübuta yetirildiyini bildirib, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti ü zrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən ver ilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş h allarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şə xsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ik i şəxsə qarşı təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə əzab vermə və təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlər etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məh kəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun kassasiya şikayətində onun tərəfindən on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlər etmədiyi, sübutlara düzgün hüquqi qiymət verilmədiyi və apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməli olduğu iddia edilir. Belə ki, Məhkum zərərçəkmiş şəxs dörd yaşına çatmayan ögey bacısı qızı Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmədə ittiham olunur. Məhkum ona qarşı irəli sürülmüş ittih amı qəbul etməyərək, heç bir seksual xarakterli zorakılıq hərəkətlərə yol vermədiyini mübahisələndirmişdir. Lakin iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, anası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,..... ögey dayısı Məhkum ona və qardaşı İsaya qarşı mütəmadi zorakılıq etmiş, qardaşını və onu tez-tez döymüş, onlara həm fiziki, həm psixi ağrı vermiş və dayısı Məhkum tərəfindən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilmişdir. Hadisə o, dediyi kimi baş vermiş, başqa heç bir şəxs tərəfindən heç vaxt ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməmişdir. Yalnız bir dəfə dayısı Anar ona qarşı seksual xarakterli zorakılıq hərəkəti etmişdir. O heç kimlə cinsi əlaqədə o lmamış, heç kimlə öz razılığı ilə hər hansı seksual xarakterli hərəkət etməmişdir. Ona dayısı Məhkum tərəfindən və ya hər hansı digər şəxs tərəfindən əxlaqsız hərəkətlər edilməmişdir. Bədən səthində yaranmış xəsarətlər onun saçını və qaşlarını qırxarkən müqavimət göstərdiyi üçün dayısı Məhkum tərəfindən yetirilmişdir. Həmçinin anasına xəbər verdikdən sonra Mənzər də onu döymüş, o, qaşlarını özü qırxmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 11/305 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə iş üçün əhəmiyyət kəsb edən halları qavramaq qabiliyyətinə malikdir, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 fərdi-psixoloji xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli 490 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş sümük yaşı 13,5-14 olmaqla uyğun gəlir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli 448 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir, Zərərçəkmiş şəxs1 arxa keçəcəkdə a şkar edilmiş əlamətlər onunla qeyritəbii yolla cinsi əlaqədə olmağa dəlalət edir, Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsində qeyd edilən qançır küt təsir mexanizminə malik əşya ilə törənmişdir, törənmə müddəti müayinədən 4-5 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixi və şəraiti inkar etmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən e dilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəl məyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfindən ver ilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla bi rinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv e dilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdir ilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində iki azyaşlı övladının olmasını) və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiy a məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-320/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-320/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver